Məhkəmə qərarları › İş №1(102)-2101/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2101/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2101/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Maraqlarında toxunan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə4, Maraqlarında toxunan hüquqi şəxs “Baumant Sales LTD”-nin nümayəndəsi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Namazlı Fariz Mübariz oğlunun, Mara qlarına toxunan hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X6, Maraqlarına toxunan şəxslər X7, X12 və onların nümayəndəsi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə3 iştirakları ilə xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Zərərçəkmiş şəxs MMC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarından maraqlarına toxunan şəxslər: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə4, - X2, X3, X4, X8 nümayəndəsi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə3, - maraqlarına toxunan hüquqi şəxs "Baumant Sales” LLP-nin nümayəndəsi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Namazlı Fariz Mübariz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə, -dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: L.S.Əsgərova-Məmmədova (sədrlik edən), R.Ə.Sadıxov və N.A.Kərimov) Məhkum оğlu - Аzər bаycаn Respublikası CM-in 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 193.3.2ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, Məhkum təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının 28 yanvar 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum məxsus: 1) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 835a saylı bağ sahəsində yerl əşən 0.1200 ha torpaq sahəsi, 2) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 833 saylı bağ sahəsinin bir hissəsində yerləşən 0.06 ha torpaq sahəsi, 3) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 843 nömrəli bağ evi, 4) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1064a saylı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, 5) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1097 saylı bağ evi, 6) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1097b saylı bağ sahəsində yerləşən 0.0700 ha torpaq sahəsi, 7) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1096k saylı bağ sahəsində yerləşən 0.0800 ha torpaq sahəsi, 8) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1096z saylı bağ sahəsində yerləşən 0.1107 ha torpaq sahəsi, 9) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1102Q saylı bağ sahəsində yerləşən 0.1439 ha torpaq sahəsi, 10) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1100k saylı bağ sahəsində yerləşən 0.0582 ha torpaq sahəsi, 11) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1102k ünvanında yerləşən 0.0187 ha torpaq sahəsi, 12) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1103b ünvanında yerləşən 0.12 ha torpaq sahəsi, 13) Nərimanov rayonu, Ziya Bünyadov prospekti 509 ünvanında yerləşən qeyri-yaşayış binası, 14) ünvan 5a yerləşən qeyri-yaşayış sahəsi, 15) ünvan 16erləşən qeyri-yaşayış sahəsi, 16) ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası, 17) ünvan 7 ünvanında yerləşən 180 nömrəli yaşayış mənzili, 18) ünvan 8 ünvanında yerləşən 179 nömrəli yaşayış mənzili, 19) ünvan 17nında yerləşən 17 nömrəli yaşayış mənzili, 20) ünvan 9 ünvanında yerləşən mənzil və torpaq sah əsi, 21) ünvan 10 ünvanında yerləşən tikili və torpaq sahəsinə xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, -ünvan 11 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak kompleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququ nəzərə alınması, - ünvan 18vanında yerləşən 69 nö mrəli mənzil, - ünvan 18vanında yerləşən 21 nömrəli mənzil, - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1098 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin Bakı şəhər Səbail Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarı ilə üzərinə qoyulmuş həbsdən azad edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən: - məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri, - maraqlarına toxunulan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, - maraqlarına toxunan hüquqi şəxs "Baumant Sales” LLP-nin nümayəndəsi, - maraqlarına toxunulan şəxslər -X2, X3, X4 və X8 nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, -dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 iyun 2023-cü il tarix li qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) verilmiş apelyasiya şikayətləri və apelyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 313-cü maddəsi ilə təqsirli bilinmiş və CPM-nin 44.2.1-ci maddəsinin tələbinə görə CM-in 75.1, 75.1.1-ci maddələri ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona cəza təyin edilməmiş, CM-in 313-cü maddəsi ilə Məhkum təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hökmdən xaric edilmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmü ilə CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 193.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, qismən toplamaqla Məhkum qəti ol araq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 179.4, 193.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni m ənafelərinə, cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, tamah məqsədi və sair şəxsi niyyətlərlə vəzifə saxtakarlığı, yəni rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmiş, ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq, yəni digər əmlak mənfəəti əldə etmək məqsədilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan hüquqi şəxs yaratmışdır. Belə ki, Məhkum təsisçiləri X17 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - MMC) olan, xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış və ünvan 13 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs MMC-nin fəaliyyətinə 2011-ci ilin yanvar ayından etibarən faktiki rəhbərlik e tdiyi və 15 avqust 2011-ci ildən 26 yanvar 2021-ci il tarixədək həmin müəssisənin Müşahidə Şurasının sədri vəzifəsində işlədiyi dövrdə faktiki olaraq həmin müəssisənin Baş direktoru funksiyalarını yerinə yetirməklə, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik və onun operativ idarə olunmasının həyata keçirilməsi, cəmiyyətin illik büdcəsinə (xərc smetasına) uyğun olaraq vəsaitin istifadəsinə sərəncam verilməsi, maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində hesab üzrə sərəncam verilməsi və bu vəzifənin nizamnamə ilə müəyyən edilmiş digər səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 2011-ci ilin yanvar ayından 28 yanvar 2021-ci ilədək olan dövr ərzində pərakəndə satış subyektlərindən qəbul edilmiş təkrar qara metalın rəsmiləşdirilməsi zamanı sənədləşmənin düzgün aparılmaması, o cümlədən tərtib edilmiş alış aktları və təhtəlhesab şəxs tərəfindən tərtib edilmiş rəsmi sənədlər hesab edilən avans hesabatına tədarükçü fiziki şəxslərin məlumatlarının, onların şəxsiyyət vəsiqələrindəki məlumatların əlavə edilməməsi və mühasibat uçotunun aparıldığı 1C 8.1. proqramına və digər mühasibatlıq uçotu sənədlərinə bilə-bilə yalan, yəni faktiki satış qiymətlərinə nəzərən şişirdilmiş qiymətlərlə mədaxil edilməsini təmin edərək vəzifə saxtakarlığı etmiş və bu üsullarla Zərərç əkmiş şəxs MMC-nin kassasından çıxarılmış xüsusilə külli miqdar hesab edilən 32 542 145,82 (otuz iki milyon beş yüz qırx iki min yüz qırx beş manat, səksən iki qəpik) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etmə yolu ilə təkrar talamış və onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum 01 yanvar – 31 dekabr 2011-ci il tarixlərini əhatə edən dövr ərzində həmin müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səla hiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Zərərçəkmiş şəxs MMC-yə məxsus pul vəsaitlərini talamaq niyyətilə məqsədli şəkildə "xxxx" məhdud məsuliyyətli cəmiyyətini təsis etməklə, Zərərçəkmiş şəxs MMC-yə faktiki olaraq pərakəndə satış subyektlərindən daxil olan təkrar qara metalın guya "xxxx" MMC-dən alınması barədə rəsmi sənəd hesab edilən alqı-satqı müqavilələri, kassa mədaxil, məxaric orderləri və digər sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil edilməsini təmin edərək təkrar vəzifə saxtakarlığı etmiş və təkrar qara metalın alışını faktiki bazar qiymətlərindən yuxarı qiymətlərlə rəsmiləşdirməklə, Zərərçəkmiş şəxs MMC-yə məxsus külli miqdarda, yəni 1.252.861,40 (bir milyon iki yüz əlli iki min səkkiz yüz altmış bir manat, qı rx qəpik) manat pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Zərərçəkmiş şəxs MMC-nə məxsus olan malların satışından əldə edilən pul vəsaitlərini talamaq, o cümlədən yalançı sahibkarlıq, yəni digər əmlak mənfəəti əldə etmək məqsədi ilə sahi bkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan “Vortləks Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı, "xxxx" və "xxxx" adlı müəssisələri başqa şəxslərin adlarına təsis edib, onların fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirməklə Zərərçəkmiş şəxs MMC-nə məxsus eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə həmin şirkətlərə satışını təşkil edərək aparmış və bu qiymət fərqləri nəticəsində 01 yanvar 2011-ci ildən 28 fevral 2013-cü il tarixlərini əhatə edən dövr ərzində “Vortləks Kompani Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərindən 16.286.600,40 (on altı milyon iki yüz səksən altı min altı yüz manat, qırx qəpik) manat, 01 fevral 2013-cü il tarixdən 30 sentyabr 2018-ci il tarixlərini əhat ə edən dövr ərzində "xxxx" MMC üzərindən 13.693.174,89 (on üç milyon altı yüz doxsan üç min yüz yetmiş dörd manat, səksən doqquz qəpik) manat və 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci il tarixlərini əhatə edən dövr ərzində "xxxx" MMC üzərindən 39.966.216,92 (otuz doqquz milyon doqquz yüz altmış altı min iki yüz on yeddi manat, doxsan iki qəpik) manat olmaqla, ümumilikdə 69.945.993,21 (altmış doqquz milyon doqquz yüz qırx beş min doqquz yüz doxsan üç manat, iyirmi bir qəpik) manat məbləğində ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-nə məxsus xüsusilə külli miqdarda vəsaiti öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, eləcə də 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-dən alınmış mallarla bağlı “Vort ləks Kompany Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı, "xxxx" MMC və "xxxx" MMC üzərindən istintaqa məlum olan bəzi hüquqi şəxslərlə əmtəəsiz satış əməliyyatlarını rəsmiləşdirərək, yəni aidiyyəti vəzifəli şəxslərə verdiyi tapşırıqlarına əsasən həmin müəssisələr tərəfindən “Baku Steel Company“ MMC-dən alınmış malları qeyri-rəsmi olaraq nağd qaydada müxtəlif şəxslərə satsa da, yığılmış nağd vəsaitlər hesabına sonradan həmin məhsulların istintaqa məlum olan bəzi təsərrüfat subyektlərinə satılması barədə rəsmi sənəd hesab edilən alqı-satqı müqavilələri, təhvil-təslim aktları və digər rəsmi mühasibatlıq uçotu sənədlərinə tamah məqsədi və sair şəxsi niyyətlərlə yalan məlumatlar daxil edilməsini təmin edərək qabaqcadan əldə edilmiş razılığa əsasən müvafiq təsərrüfat subyektləri tə rəfindən müqaviləyə əsasən bank hesabına əlavə dəyər vergisi ilə birlikdə köçürülmüş pul vəsaitlərinin nağdlaşdırılaraq qaytarılması müqabilində əlavə dəyər vergisinin 65-70 faizi miqdarında hissəsini özündə saxlamaqla, bu üsulla ümumilikdə xüsusilə külli miqdar hesab edilən 21.180.694.47 (iyirmi bir milyon yüz səksən min altı yüz doxsan dörd manat, 47 qəpik) manat məbləğində gəlir əldə etmiş, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə et mək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 2015-ci ilin sentyabr ayından 2016-cı ilin dekabr ayına qədər olan müddət ərzində müəssisəyə məxsus 127.489,50 ton miqdarında armatur məhsulunun satışının sənədləşdirilməsinin düzgün həyata keçirilməməsi, o cümlədən hər bir alıcı ilə ayrı-ayrılıqda təhvil-təslimin aparılmaması və ayrı-ayrılıqda müvafiq qaiməfakturaların tərtib edilməməsi və alıcılar tərəfindən müəssisəyə edilən ödənişlərin mərkəzi kassaya ayrı-ayrılıqda kassa mədaxil orderlərinin tərtib edilməyərək sənədləşdirmənin aparılmaması və uçotda həmin malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qi ymətlərindən aşağı qiymətlə məqsədli şəkildə “Bazar əhali”, “Əhali 1” və “Əhali 3” kimi adlandırılmış qeyri-müəyyən alıcıların adlarına rəsmiləşdirilməsini təmin edərək rəsmi mühasibatlıq uçotu sənədlərinə tamah məqsədi və sair şəxsi niyyətlərlə bilə-bilə yalan məlumatarın daxil edilməsini təmin edərək vəzifə saxtakarlığı etmiş və faktiki olaraq həmin malları nağd qaydada başqa müxtəlif şəxslərə sataraq, satışdan məhsulun əlavə dəyər vergisi ilə birlikdə əldə etdiyi 7.526.571,00 (yeddi milyon beş yüz iyirmi altı min beş yüz yetmiş bir manat 00 qəpik) manat məbləğində ona etibar edilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus külli miqdarda vəsaiti öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış və onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, 04 aprel 2016-cı ildən 08 sentyabr 2017-ci il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC tərəfindən istehsal olunaraq hazır məhsul anbarına verilmiş hazır məhsul ehtiyatlarının müvafiq dövrə görə dəyəri 2.110.872,06 manat olan 2883,705 ton armatur məhsulunu müəssisənin maliyyəmühasibatlıq sənədlərinə guya həmin məhsulların Zərərçəkmiş şəxs MMC-in tikintiquraşdırma işlərinə sərf edilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməsini təmin edərək təkrar vəzifə saxtakarlığı etmiş və həmin məhsulları özünə məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinə sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək özgənin, yəni Zərərçəkmiş şəxs MMC-nin külli miqdar təşkil edən 2.110.872,06 (iki milyon yüz on min səkkiz yüz yetmiş iki manat, altı qəpik) manat dəyərində vəsaitini mənimsəmə yolu ilə təkrar talamış və onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum həmin müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifə li şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, həmçinin tamah məqsədilə və sair şəxsi niyyətlərlə həmin müəssisəyə məxsus olan və müəssisənin rəsmiləşdirilmiş satış üzrə əldə olunmuş 13.284.572,44 (on üç milyon iki yüz səksən dörd min beş yüz yetmiş iki manat, 44 qəpik) manat məbləğində pul vəsaitinin guya Zərərçəkmiş şəxs MMC-nin kassasına mədaxil olunması barədə rəsmi sənəd hesab edilən kassa mədaxil qəbzlərinə bilə-bilə yalan məlumatlar daxil edilməsini təmin edərək vəzifə saxtakarlığı etmiş, həmin pul vəsaitlərini faktiki olaraq "xxxx" MMC-nin satış ofisinin yerləşdiyi binadakı seyflərində saxlamış və öz q ulluq mövqeyindən istifadə etməklə xx.xx.2017-ci il tarixdən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində mütəmadi olaraq və vahid niyyətlə ona etibar edilmiş xüsusilə külli miqdar hesab edilən 13.284.572,44 (on üç milyon iki yüz səksən dörd min beş yüz yetmiş iki manat, 44 qəpik) manat məbləğində özgənin, yəni Zərərçəkmiş şəxs MMC-nə məxsus olan pul vəsaitlərini mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum həmin müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçün cü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, 2020-ci il ərzində tabeçiliyində olan aidiyyəti vəzifəli şəxslərə verdiyi tapşırıqlar əsasında tamah məqsədilə və sair şəxsi niyyətlərlə rəsmi sənəd hesab edilən alış aktları, kassa məxaric sənədləri və digər rəsmi mühasibatlıq sənədlərinə bilə-bilə yalan məlumatlar, yəni səhmlərinin 98 faizi Zərərçəkmiş şəxs MMC-nə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisindən çıxarılmış 9.133 ton miqdarında metalın hər tonunun 300 manat qiymətinə guya pərakəndə satış subyektlərindən daxil olması ilə bağlı məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı etmiş və Zərərçəkmiş şəxs MMC-nin kassasından xüsusilə külli miqdar hes ab edilən 2.739.900 (iki milyon yeddi yüz otuz doqquz min doqquz yüz) manat məbləğində ona etibar edilmiş özgənin pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə yolu ilə təkrar talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Bundan başqa, Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-dən həmin müəssisəyə məxsus olan pul vəsaitlərini talamaq məqsədilə özü və ona yaxın digər şəxslər tərəfindən xarici ölkələrin azad iqtisadi zonalarında təsis edilən “TERA General Trading” Ltd, “Cermington Enterprises” Ltd BVİ, “Baumant Sales” LLP, “Steel İmpex SA” və “Azerpayp” şirkətlərinə eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə satışını həyata keçirmiş və bu qiymət fərqlərindən yaranan Zərərçəkmiş şəxs MMC-nin əldə etməli olduğu vəsaitin xüsusilə külli miqdar hesab edilən 34.942.590,62 (otuz dörd milyon doqquz yüz qırx iki min beş yüz doxsan manat, altmış iki qəpik) manat məbləğində hissə sini öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Maraqlarına toxunan şəxslər - X2, X3, X4 və X8 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023cü il tarixli qərarının dəyişdirilməsi iş üzrə üzərinə həbs qoyulmuş müsadirə olunaraq və dövlət nəfinə alınmasına qərar verilmiş Məhkum məxsus: 1)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 835a saylı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, 2)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 833 saylı bağ sahəsinin bir hissəsində yerləşən 0.06 ha torpaq sa həsi, 3)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 843 nömrəli bağ evi, 4)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1064a saylı bağ sahəsində yerləşən 0.1200 ha torpaq sahəsi, 5)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1097 saylı bağ evi, 6)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1097b saylı bağ sahəsində yerləşən 0.0700 ha torpaq sahəsi, 7)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İ096k saylı bağ sahəsində yerləşən 0.0800 ha torpaq sahəsi, 8)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1096z saylı bağ sahəsində yerləşən 0.1107 ha torpaq sahəsi, 9)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1102Q saylı bağ sahəsində yerləşən 0.1439 ha torpaq sahəsi, 10)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1100k saylı bağ sahəsində yerləşən 0.0582 ha torpaq sahəsi, 11)Bak ı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1102k ünvanında yerləşən 0.0187 ha torpaq sahəsi, 12)Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1103b ünvanında yerləşən 0.12 ha torpaq sahəsi, 13)Nərimanov rayonu, Ziya Bünyadov prospekti 509 ünvanında yerləşən qeyri-yaşayış binası, 14)ünvan 15 yerləşən qeyri-yaşayış sahəsi, 15)ünvan 16erləşən qeyri-yaşayış sahəsi, 16)ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binası, 17)ünvan 7 ünvanında yerləşən 180 nömrəli yaşayış mənzili, 18)ünvan 7 ünvanında yerləşən 179 nömrəli yaşayış mənzili, 19)ünvan 17nında yerləşən 17 nömrəli yaşayış mənzili, 20)ünvan 9 ünvanında yerləşən mənzil və torpaq sahəsi, 21)ünvan 10 ünvanında yerləşən tikili torpaq sahəsi ilə birlikdə və 22)ünvan 11 ünvanında yerləşən əmlak təqsirləndirilən Məhkum aid edildiyi təqdirdə, birə nikah müddətində əldə edilmiş əmlak birgə mülkiyyəti sayıldığına görə "xxxx" MMC-nin avadanlıqları daxil olmaqla əmlak kompleksinə tətbiq edilmiş xüsusi müsadirənin 1/2 X2 payına daxil olduğu üçün Azərbaycan Respublikasının dövlət nəfinə alınmasının ləğv edilərək apelyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməsini, X2, X3, X4, X8, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6, 8, 13, 18 və 1 saylı protokolun 1-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətlərdə qeyd olunur ki, həmin əmlakların Məhkum heç bir aidiyyəti yoxdur. Şikayətçilərin hər biri müstəqil gəlirə malik olan şəxslərdir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə məxsus olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. İbtidai araşdırma orqanı 21 iyul 2022-ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə əmlakların üzərinə həbs qoyulması barədə təqdimat vermiş və bildirmişdir ki, guya həmin əmlaklar Məhkum tərəfindən “Baku Steel Company" MMC-də işlədiyi və həmin dövrdən əvvəlki vaxta əldə etmişdir. Lakin həmin əmlakların Məhkum tərəfindən əldə edilməsi, xüsusilə də cinayət yolu ilə əldə edilməsi, həmin əmlakların başqa şəxslərin adına olduğu halda, həmin əmlakların Məhkum aidiyyətinin olmasına dair heç bir sübut təqdim etməmişlər. “Rafiq Əliyev Azərbayc ana qarşı” Avropa İnsan Haqları Məhkəməsinin 45875/06 saylı 06 dekabr 2011 saylı qərarında məhkəmə qeyd etmişdir ki, nə əmlak üzərinə həbs qoyulması barədə qərar qəbul edərkən Nəsimi rayon məhkəməsi, nə də həbs qoyma barədə qərarın qanuniliyini yoxlayarkən Apellyasiya Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 248-ci maddəsinin ərizəçinin işinə tətbiqinin necə mümkün olduğunu izah etməyiblər. Onlar bu maddənin müvafiq cinayət əməlində hələ ittiham olunmayan şübhəli şəxslərin əmlakına tətbiqinin mümkünlüyünü dəqiq və proqnozlaşdırıla bilən şəkildə şərh etməyə, yaxud həmin maddənin bu cür şərhinin yer aldığı hər hansı mövcud və ya əlçatan hüquq praktikasına istinad etməyə cəhd göstərməyiblər. Eynilə, müdaxilənin Cinayət Prosessual Məcəlləsinin 248-ci maddəsinə əsasən qanuni olduğunu iddia edə rkən Hökumət həmin maddənin mətnində açıq-aydın göstərilmədiyi halda, onun müvafiq cinayət əməlində ittiham olunmayan şəxslərə tətbiqinin necə mümkün olduğunu izah etməyə cəhd göstərməyib. Hökumət bu maddənin mətninin yuxarı məhkəmələr tərəfindən geniş çərçivəli şərhi vasitəsilə həmin maddənin bu cür şəxslərə tətbiqinin mümkün olduğunu da bildirməyib və bu şərhin təsdiqi üçün hər hansı konkret daxili hüquq praktikasına da istinad etməyib, elə bir praktikaya ki, anlaşılan olma və proqnozlaşdırıla bilmə tələblərinə cavab versin. Belə olan halda Məhkəmə bu qənaətə gəlir ki, ərizəçinin əmlakına müdaxilə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş “qanuni” müdaxilə sayıla bilməz. Bu nəticə cəmiyyətin ümumi maraqları ilə fərdin təməl hüquqlarının müdafiəsi tələbləri arası nda ədalətli balansın gözlənilib- gözlənilmədiyini müəyyənləşdirmək zərurətini aradan qaldırır. Müvafiq olaraq, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş verib. Qeyd edilən, üzərinə həbs qoyulan və sonradan müsadirə edilərək dövlət nəfinə alınan əmlakların reyestr məlumatlarına baxmaq kifayət edir ki, həmin əmlaklarda yalnız mülkiyyətçilərin adlarının olması, həmin əmlaklarda Məhkum heç bir payının olmadığı tam müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə məxsus olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Lakin belə şərtlər də mövcud olmamışdır. Müsadirə olunan əmlakların heç biri Məhkum adına daşınmaz əmlakın reyestrində qeydə alınmamışdır. Maraqlarına toxunulan şəxslər hazırki iş üzrə təqsirləndirilən şəxs kimi bu işə cəlb edilməmiş, eyni zamanda üzərinə maddi məsuliyyət qoyula biləcək şəxslər kimi də tanınmamışlar. Göründüyü kimi, əmlakların üzərinə qoyulan həbsin hüquqi əsası yoxdur. Əmlakın üzərinə nə üçün həbs qoyulması aydın deyildir və bunun 1 saylı Əlavə Protokolun 1-ci maddəsinin pozulmasıdır. Hazırkı işdə mülki iddia yoxdur. Ona görə də mülki iddianı təmin etmək üçün həbsin qoyulması əsas ola bilməz. Xüsusi müsadirə hazırkı işə tətbiq edilə bilməz. Çünki həmin müddəa, yəni Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi 07 mart 2012-ci il tarixdə qəbul edilmiş və 16 mart 2012-ci il tarixdə qüvvəyə minmiş, həmin maddəsinin məhkəmə tərəfindən tətbiq edilən hissələrinə 2019-cu ilin iyul ayında düzəliş edilmişdir. Yəni əmlaklar 07 mart 2012-ci ildə əldə edilmiş, ümumiyyətlə 2019-cu ilin iyul ayından sonra əldə edilmiş mülkiyyətlər olmamışdır. Qeyd edilməlidir ki, əmlakın üzərinə həbs qoyulması üçün onun cinayət yolu ilə əldə edilməsi, həmin əmlakların Məhkum aid olması ilə bağlı cinayət işində heç bir sübut mövcud deyildir. Məhkəmə xüsusi müsadirəni xüsusi müsadirə barədə müddəaların CM-nə daxil edilməzdən əvvəlki dövrdə əldə edilmiş əmlaka aid etməklə qanunun imperativ tələblərini pozmuşdur. İşdə olan əmlakların əldə edilməsi barədə müqavilələrdən və çıxarışlardan görünür ki, həmin əmlaklar 16 mart 2012-ci ildən əvvəl, yəni xüsusi müsadirə barədə AR CM-nin 99-1 madd əsi qüvvəyə minməzdən əvvəl əldə edilmişdir. Xüsusi müsadirə bütün hallarda hüquqi və fiziki şəxslərin vəziyyətini pisləşdirən hüquqi tədbirdir və ona görə də həmin tədbiri qəbul edilməzdən əvvəlki dövrdə əldə edilən əmlaka ümumiyyətlə aid edilə bilməzdi. Hazırkı işdə zərərçəkmiş kimi tanınmış şəxs mülki iddia qaldırmamışdır. Hazırkı işdə dövlət heç bir zərər çəkməmişdir. Dövlətin heç bir zərər çəkməməsinə baxmayaraq başqalarının mülkiyyətlərinin dövlət nəfinə əsassız keçirilməsi zamanı dövlət əsassız varlanmış şəxsə çevrilir. Ümumiyyətlə, Mehriban Məmmədovanın və Məhkum adına olan əmlaklar müsadirə olunsa belə, müsadirə yalnız həmin əmlakların yarısına yönəldilə bilərdi. Belə ki, həmin əmlaklar Məhkumla Mehriban Məmmədovanın birgə nikah dövründə əldə olunmuşdur və bu səbəbdən onların cina yət yolu əldə edilməsi təsdiq olunsa belə, həmin əmlakların yalnız bir hissəsinə tutma yönəldilə bilər. Məhkəmənin əmlaklara xüsusi müsadirə tətbiq etməsi məntiqə və qanuna söykənmir. Belə ki, ərizəçiyə qarşı irəli sürülmüş saxta və siyasi ittihamlarda "zərərçəkən” kimi tanınan şəxs hüquqi şəxsdir. Halbuki, hüquqi şəxsin təsisçilərinin heç bir şikayəti və tələbi olmayıb və hüquqi şəxsə vurulmuş zərər kimi nizamnamə kapitalının yarısından artıq məbləğ göstərilsə də, həmin məbləğlə bağlı hüquqi şəxsin təmsil edəcək şəxsə verilmiş etibarnamə və ya etibarnamə verilməsinə olan razılıq təsisçilərin ümumi yığıncağı ilə müəyyən oluna bilərdi. Maraqlarına toxunan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 i yun 2023cü il tarixli qərarının iş üzrə üzərinə həbs qoyulmuş müsadirə olunaraq və dövlət nəfinə alınmasına qərar verilmiş ünvan 11 ünvanında yerləşən "xxxx" MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə tətbiq edilmiş xüsusi müsadirəni və Azərbaycan Respublikasının dövlət nəfinə alınmasının ləğv edilərək hökmdən və apelyasiya instansiyası məhkəməsinin qərarından xaric edilməsini, "xxxx" MMC-nin İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6, 13, 18 və 1 saylı protokolun 1-ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş edilir. Şikayətdə qeyd olunur ki, hökmün və apelyasiya instansiyası məhkəməsinin qərarının "xxxx" MMC-nin mülkiyyətində olan əmlakları ilə bağlı hissəsi qanunsuzdur və ünvan 11 ünvanında yerləşən "xxxx" M MC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilərək, Azərbaycan Respublikasının dövlət nəfinə alınması hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməli və həmin hissə hökmdən və apelyasiya instansiyası məhkəməsinin qərarından xaric edilərək üzərindəki həbslər ləğv edilməlidir. Belə ki, həmin əmlaklar "xxxx" MMC-nin mülkiyyətində olmaqla Məhkum heç bir aidiyyəti yoxdur. Göstərilən hüquqi şəxsin vəsaiti və qoyulmuş investisiyanın Məhkum aidiyyəti yoxdur. Məhkəmənin hökmündə də hüquqi şəxsin Azərbaycan Beynəlxalq Bankı qarşısında kredit öhdəliyinin olması da öz əksini tapmışdır, yəni şirkətin əmlaklarının alınma mənbəyi də məlumdur. Hələ hazırlıq iclasında, yəni 05 sentyabr 2022-ci il tarixdə mülkiyyətçilər onların mülkiyyət hüququna müdaxilə edildiyi üç ün müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınmaları barədə ərizə və ona əlavə edilmiş sənədləri Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etmişlər. Həmin əmlakların Məhkum tərəfindən əldə edilməsi, xüsusilə də cinayət yolu ilə əldə edilməsi, həmin əmlakların başqa şəxslərin adına olduğu halda, həmin əmlakların Məhkum aidiyyətinin olmasına dair heç bir sübut təqdim etməmişlər. Məhkəmə və istintaq orqanı təmsil olunduğu hüquqi şəxsin əmlakları üzərinə mülkiyyətçilərdən gizlin şəkildə həbs qoymuşdur. Belə ki, təqdimat və vəsatət məhkəməyə 21 iyul 2022-ci il tarixdə verilsə də, məhkəmə 22 iyul 2022-cİ il tarixdə həmin vəsatət və təqdimata baxılması haqqında heç bir məlumat vermədən mülkiyyətçilərdən gizlin şəkildə işə baxmış və qərar qəbul etmişdir ki, bu da Konvensiyanın 6(1) maddəsi nin pozuntusudur. Məhkəmə qərar qəbul edərkən yalnız Cinayət Prosessual Məcəlləsinin 177.3.3, 248.1 və 248.3-cü maddələrinə istinad etmişdir. Cinayət Prosessual Məcəlləsinin 177.3.3 maddəsinə əsasən əmlakın üzərinə həbs qoyulması məhkəmənin qərarı ilə həyata keçirilir. Rafiq Əliyev Azərbaycana qarşı Avropa İnsan Haqları Məhkəməsinin 45875/06 saylı 06 dekabr 2011 saylı qərarında məhkəmə qeyd etmişdir ki, nə əmlak üzərinə həbs qoyulması barədə qərar qəbul edərkən Nəsimi rayon məhkəməsi, nə də həbs qoyma barədə qərarın qanuniliyini yoxlayarkən Apellyasiya Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 248-ci maddəsinin ərizəçinin işinə tətbiqinin necə mümkün olduğunu izah etməmişlər. Onlar bu maddənin müvafiq cinayət əməlində hələ ittiham olunmayan şübhəli şəxslərin əmlakına tətbiqinin mümkünlüyün ü dəqiq və proqnozlaşdırıla bilən şəkildə şərh etməyə, yaxud həmin maddənin bu cür şərhinin yer aldığı hər hansı mövcud və ya əlçatan hüquq praktikasına istinad etməyə cəhd göstərməyiblər. Eynilə, müdaxilənin Cinayət Prosessual Məcəlləsinin 248-ci maddəsinə əsasən qanuni olduğunu iddia edərkən Hökumət həmin maddənin mətnində açıq-aydın göstərilmədiyi halda, onun müvafiq cinayət əməlində ittiham olunmayan şəxslərə tətbiqinin necə mümkün olduğunu izah etməyə cəhd göstərməyib. Hökumət bu maddənin mətninin yuxarı məhkəmələr tərəfindən geniş çərçivəli şərhi vasitəsilə həmin maddənin bu cür şəxslərə tətbiqinin mümkün olduğunu da bildirməyib və bu şərhin təsdiqi üçün hər hansı konkret daxili hüquq praktikasına da istinad etməyib, elə bir praktikaya ki, anlaşılan olma və proqnozlaşdırıla bilmə təl əblərinə cavab versin. Belə olan halda, Məhkəmə bu qənaətə gəlir ki, ərizəçinin əmlakına müdaxilə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş “qanuni” müdaxilə sayıla bilməz. Bu nəticə cəmiyyətin ümumi maraqları ilə fərdin təməl hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansın gözlənilib-gözlənilmədiyini müəyyənləşdirmək zərurətini aradan qaldırır. Müvafiq olaraq, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu baş verib. Qeyd edilən, üzərinə həbs qoyulan və sonradan müsadirə edilərək dövlət nəfinə alınan əmlakların reyestr məlumatlarına baxmaq kifayət edir ki, həmin əmlaklarda yalnız mülkiyyətçilərin adlarının olması, həmin əmlaklarda Məhkum heç bir payının olmadığı tam müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkət inə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə məxsus olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Lakin belə şərtlər də mövcud olmamışdır. Müsadirə olunan əmlakların heç biri Məhkum adına daşınmaz əmlakın reyestrində qeydə alınmamışdır. "xxxx" MMC hazırki iş üzrə təqsirləndirilən şəxs kimi bu işə cəlb edilməmiş, eyni zamanda üzərinə maddi məsuliyyət qoyula biləcək şəxslər kimi də tanınmamışdır. Həbslərin müddəti və məqsədi müəyyən edilməmişdir. Göründüyü kimi, əmlakların üzərinə qoyulan həbsin hüquqi əsası yoxdur. Əmlakın üzərinə nə üçün həbs qoyulması aydın deyildir və bunun 1 saylı Əlavə Protokolu n 1-ci maddəsinin pozulmasıdır. Hazırkı işdə mülki iddia yoxdur. Ona görə də mülki iddianı təmin etmək üçün həbsin qoyulması əsas ola bilməz. Xüsusi müsadirə hazırkı işə tətbiq edilə bilməz. Çünki həmin müddəa, yəni Azərbaycan Respublikası CM-nin 99-1. maddəsi 07 mart 2012-ci il tarixdə qəbul edilmiş və 16 mart 2012-ci il tarixdə qüvvəyə minmiş, həmin maddəsinin məhkəmə tərəfindən tətbiq edilən hissələrinə 2019-cu ilin iyul ayında düzəliş edilmişdir. Yəni əmlaklar 07 mart 2012-ci ildə əldə edilmiş, ümumiyyətlə 2019-cu ilin iyul ayından sonra əldə edilmiş mülkiyyətlər olmamışdır. Qeyd edilməlidir ki, əmlakın üzərinə həbs qoyulması üçün onun cinayət yolu ilə əldə edilməsi, həmin əmlakların Məhkum aid olması ilə bağlı cinayət işində heç bir sübut mövcud deyildir. Məhkəmə xüsusi müsadirəni xüs usi müsadirə barədə müddəaların Cinayət məcəlləsinə daxil edilməzdən əvvəlki dövrdə əldə edilmiş əmlaka aid etməklə qanunun imperativ tələblərini pozmuşdur. Ərizəçiyə qarşı irəli sürülmüş saxta və siyasi ittihamlarda “zərərçəkən” kimi tanınan şəxs hüquqi şəxsdir. Halbuki, hüquqi şəxsin təsisçilərinin heç bir şikayəti və tələbi olmayıb və hüquqi şəxsə vurulmuş zərər kimi nizamnamə kapitalının yarısından artıq məbləğ göstərilsə də, həmin məbləğlə bağlı hüquqi şəxsin təmsil edəcək şəxsə verilmiş etibarnamə və ya etibarnamə verilməsinə olan razılıq təsisçilərin ümumi yığıncağı ilə müəyyən oluna bilərdi Maraqlarına toxunan hüquqi şəxs maraqlarına toxunan hüquqi şəxs "Baumant Sales” LLP-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarının xüsusi müsadirə tətbiq edilərək üzərinə həbs qoyulan əmlakın dövlət nəfinə alınması hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunur ki, hökm və apelyasiya instansiyası məhkəməsinin qərarı "Baumant Sales" LLP-nin maraqlarına toxunmuşdur. "xxxx" MMC ilə (VÖEN **********) "Baumant Sales” LLP arasında 05 avqust 2022-ci ildə müqavilə bağlanılmışdır. Müqaviləyə görə, "xxxx" MMC "Baumant Sales” LLP-nə ümumilikdə 15.689.324 (on beş milyon altı yüz səksən doqquz min üç yüz iyirmi dörd) ABŞ dolları məbləğində pul borcludur. Həmin pul "xxxx" MMC-ə kredit olaraq verilmişdir. 16 dekabr 2022-ci ildə “Baumant Sales LLP” ilə "xxxx" MMC arasında barışıq sazişi bağlanılmış və həmin saziş Bakı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmişdir. Barı şıq sazişinin şərtlərinə görə, tərəflər xx.xx.2022-ci il tarixli müqavilə üzrə ümumilikdə 15.689.324 ABŞ dolları məbləğində yaranmış borcun hissə-hissə ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Tərəflər qarşılıqlı olaraq razılığa gəlmişlər ki, ikinci tərəf ("xxxx" MMC) Birinci tərəf (“Baumant Sales LLP”) qarşısında olan ümumilikdə 15.689.324 ABŞ məbləğində borcu 48 ay müddətində bərabər hissələrlə ödəməlidir. Aylıq ödəniş məbləği 326.860,90 ABŞ dolları təşkil edir. Aylıq ödəniş məbləği hər növbəti ayın 10-dan gec olmayaraq tam həcmdə ödənilməlidir. Göründüyü kimi, "xxxx" MMC-nin “Baumant Sales LLP”-ə borcu var, həmin borc tərəflər arasında bağlanmış müqavilə və tərəflər arasında razılaşdırılmış barışıq sazişi ilə təsdiq edilir. Lakin istintaq orqanı idxalixrac auditinin nəticələr inə istinad edərək belə hesab etmişdir ki, “Baumant Sales LLP” şirkətinə idxal olunmuş mallar üzrə 8.303.628,20 manat xalis borc məbləği mövcuddur. Beləliklə, ittiham tərəfi belə nəticəyə gəlmişdir ki, Məhkum müəssisənin baş direktoru funksiyalarını yerinə yetirməklə, həmin vəzifənin nizamnamə ilə müəyyən edilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən və qulluq mövqeyindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar istifadə edərək, onun tərəfindən müəssisənin aidiyyəti vəzifəli şəxslərinə verilən tapşırıqlarına əsasən 01 yanvar 2011-ci ildən 28 yanvar 2021-ci ilədək olan müddət ərzində "Baku Steel Company” MMC-dən həmin müəssisəyə məxsus olan pul vəsaitlərini talamaq məqsədilə özü və ona yaxın digər şəxslər tərəfindən xarici ölkələrin azad iqtisadi zonalarında təsis edilən "TERA General Trading” Ltd,"Cermington Enterprises” Ltd BVİ, "Baumant Sales” LLP, "Steel İmpex SA” və "Azerpayp” şirkətlərinə eyni malların həmin vaxt digər hüquqi və fiziki şəxslərə təqdim olunma qiymətlərindən aşağı qiymətlə satışını həyata keçirmiş və bu qiymət fərqlərindən yaranan "Baku Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin əldə etməli olduğu vəsaitin xüsusilə külli miqdar hesab edilən 34.942.590,62 manat məbləğində hissəsini öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə və israf etmə yolu ilə talamış, bununla da onun bu əməlləri müəssisənin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmaqla ağır nəticələ rə səbəb olmuşdur. Məhkəmələr də istintaq orqanının gəldiyi nəticə ilə razılaşmışdır. Göründüyü kimi, “Baumant Sales LLP”-in borcu təqsirləndirilən şəxs Məhkum üzərinə dəymiş zərər kimi qoyulmuşdur. Halbuki həmin vəsait “Baumant Sales LLP”-yə məxsusdur və onun təqsirləndirilən şəxsə aidiyyatı yoxdur və həmin məbləğ ittihamın əsasına qoyula bilməz. Odur ki, "Baku Non Ferrous And Foundry Company” MMC-in əmlakının xüsusi müsadirə olunması "Baumant Sales” LLP-nin maraqlarına kreditor olaraq ziddir və onun mülkiyyət hüquqlarını pozur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarının ünvan 18vanında yerləşən 69 nömrəli mənzil, ünvan 18vanında yerləşən 21 nömrəli m ənzil, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1098 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin xüsusi müsadirə olunmaqla dövlət nəfinə alınmasından imtina edilməsinə dair hissədə ləğv edilməsi və həmin hissədə yeni apelyasiya baxışına təyin olunması xahiş olunur. Protestdə qeyd olunur ki, hökmlə ünvan 18vanında yerləşən 69 nömrəli mənzil, ünvan 18vanında yerləşən 21 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1098 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi həbsdən azad edilmişdir. Məhkəmə hesab etmişdir ki, qeyd edilən əmlaklar cinayət əməlinin (2011-2021) törədilməsindən əvvəl əldə edildiyindən və bu əməl nəticəsində əldə edilmədiyindən, habelə, digər şəxslərə məxsus olduğundan – 30 mart 2006-cı il tarixdə mülkiyyət hüququ X2 adına qeydə alınmış ünvan 18vanında yerl əşən 21 nömrəli yaşayış mənzili və 27 sentyabr 2008-ci il tarixdə mülkiyyət hüququ X1 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1098 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi, habelə, 19 fevral 2009-cu il tarixdə alqısatqı müqaviləsinə əsasən X9 tərəfindən alınmış ünvan 18vanında yerləşən 69 nömrəli mənzil xüsusi müsadirə edilə bilməz. Dövlət ittihamçısı hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən həmin əmlaklara münasibətdə cinayət qanunvericiliyinin tələbləri düzgün tətbiq olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətlərinin təmin edilməsi barədə maraqlarına toxunan şəxslərin nümayəndələri –Nümayəndə4, F.Namazlının, Nümayəndə3 və maraqlarına toxunan şəxslər Şahid6 və C.Məmmədovun, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və maraqlarına toxunan hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norma larının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini təhlil edərək qeyd edir ki, hökmlə məhkum edilmiş şəxs Məhkum məxsus olması müəyyən edilmiş, maraqlarına toxunan hüquqi şəxslər - "xxxx" MMC-nin və "Baumant Sales” LLP-nin və maraqlarına toxunan şəxslər X2, X3, X4, X8 nümayəndələri tərəfindən verilən kassasiya şikayətlərində mübahisələndirilən əmlaklar üzərinə xüsusi müsadirənin tətbiq edilməsi düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-nin “Xüsusi müsadirə” adlanan 15-1-ci fəslində təsbit olunmuşdur ki: “Maddə 99-1. Xüsusi müsadirə 99-1.1. Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlir lər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-1.

3. Cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Maddə 99-2. Əmlakın dəyərinə görə xüsusi müsadirə Bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi h alda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Maddə 99-3. Cinayət nəticəsində vurulmuş ziyanın müsadirə edilmiş əmlak vasitəsilə ödənilməsi 99-3.1. Müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. 99-3.2. Cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ö dənilir.” İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 dekabr 2016-cı il tarixli 16/01 №-li Kredit Sazişinə 11 dekabr 2019-cu il tarixli 01 №li Əlavə Sazişə 1 saylı Əlavədə sihahısı göstərilən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan avadanlıqlar, adı çəkilən sonuncu şirkətin "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliklərinin təminatı üsulu kimi girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 290.2-ci maddəsinə əsasən girov predmeti olan əşya tutmanın ona yönəldilməsi və ya cinayət törətmək üstündə sanksiya şəklində girov qoyandan qanunla müəyyənləşdirilmiş qaydada alındıqda girov saxlayan həmin əşyanın dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Məhkəmə kollegiy ası hesab edir ki, ünvan 11 ünvanında yerləşən "xxxx" MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirənin tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əmlak kompleksinə daxil olan avadanlıqlar əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak kompleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququ nəzərə alınması hissəsində məhkəmələr düzgün nəticəyə gəlmişlər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, maraqlarına toxunan şəxslər X9, X10, X7 və X12 nümayəndələri tərəfindən verdikləri kassasiya şikayətlərində onl arın adlarına rəsmiləşdirilmiş əmlakların onların özlərinə məxsus olması, Məhkum aid olmamasını mübahisələndirsələr də, həmin əmlakların öz şəxsi vəsaitləri hesabına əldə edilməsini təsdiq edən heç bir sənəd təqdim etməmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələrinin xüsusi müsadirə məsələsinin həlli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 və 99-2-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə təhlil edərək aşağıdakıları qeyd edir: Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 18vanında yerləşən 21 nömrəli yaşayış mənzilinə dair mülkiyyət hüquqları X2 adına 30 mart 2006-cı il tarixdə qeydiyyata alınmışdır. 19 fevral 2009-cu il tarix li alqı-satqı müqaviləsindən aydın olur ki, ünvan 18vanında yerləşən 69 nömrəli yaşayış mənzil X9 tərəfindən alınmışdır. Daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1098 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair mülkiyyət hüququ X1 adına 27 sentyabr 2008-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq hesab etmişlər ki, ünvan 18vanında yerləşən 69 nömrəli yaşayış mənzil, ünvan 18vanında yerləşən 21 nömrəli mənzil, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1098 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi cinayət yolu ilə əldə olunan pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi olması sübuta yetirilmədiyindən həbsdən azad edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, 30 mart 2006-cı il tarixdə mülkiyyət hüququ X2 adına qeydə alınmış ünvan 18vanında yerləşən 21 nömrəli yaşayış mənzili və 27 sentyabr 2008-ci il tarixdə mülkiyyət hüququ X1 adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1098 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi, habelə, 19 fevral 2009-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən X9 tərəfindən alınmış ünvan 18vanında yerləşən 69 nömrəli mənzil cinayət əməlinin (2011- 2021) törədilməsindən əvvəl əldə edildiyindən və bu əməl nəticəsində əldə edilmədiyindən, habelə, digər şəxslərə məxsus olduğundan həmin əmlaklar xüsusi müsadirə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddə sində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Maraqlarına toxunan hüquqi şəxslər - "xxxx" MMC-nin və "Baumant Sales” LLP-nin və maraqlarına toxunan şəxslər X2, X3, X4, X8 nümayəndələri tərəfindən kassasiya şikayətləri təmin edilməsin. Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyun 2023-cü il tarixli qərarı maraqlarına toxunan hüquqi şəxslər - "xxxx" MMC-nin və "Baumant Sales” LLP-nin və maraqlarına toxunan şəxslər X2, X3, X4, X8 nümayəndələri tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar