Məhkəmə qərarları › İş №1(102)-2101/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2101/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2101/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızının iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Ağcabədi rayonunun Şənlik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, X qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2023-cü il tarixli 1(106)-5/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 1(089)-130/2016 nömrəli hökmü ilə (hakimlər: A.H.Hacıyev (sədrlik edən), C.C.Nəbiyev və M.Ə.Abdullayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, c əzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2015-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuşlar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2016 saylı, 29 fevral 2016-cı il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi X8, Məhkum, onun müdafiəçisi X3, məhkum Təqsirləndirilən şəxs2, onun müdafiəçisi X9 və məhkum Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda apellyasiya şikayəti, dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu isə apellyasiya protesti vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-336/2016 saylı, 01 noyabr 2016-cı il tarixli qərarı ilə, Lənkəran Ağır Ci nayətlər Məhkəməsinin 29 fevral 2016cı il tarixli hökmündən dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi X8, Məhkum və müdafiəçisi X3, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi X9 və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il tarixli hökmünü apellyasiya şikayətlərinə əsasən ləğv olunması, CM-nin 72.2-ci maddəsinə və CM-nin 144-cü maddəsinin "Qeyd”inə əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad olunması, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum CM-nin 144.3-cü maddəsi i lə, Təqsirləndirilən şəxs3 32.5,144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraata xitam verilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək onların dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-582/2017 nömrəli 26 aprel 2017-ci il tarixli qərarı ilə, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin olunaraq CM-nin 144.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum və CM-nin 32.5,144.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmiş Təqsirləndirilən şəxs3 barəsində Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının 01 noyabr 2016-cı il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi qərar alınmışdır. Apellyasiya məhkəmə baxışı iclasının yeri və vaxt barədə dəfələrlə məlumat verilmiş məhkum edilmiş şəxs Məhkum məhkəmə iclasına gəlmədiyindən və məhkəməyə gəlməkdən boyun qaçırdığından, onun olduğu yer məlum olmadığından Şirvan Apellyasiya Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qərarı ilə, Məhkum barəsində axtarış elan edilərək, onun barəsində həbs qətimkan tədbiri seçilmiş və qərar icra edilənə kimi iş üzrə icraat dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 yanvar 2018-ci il tarixli qərarı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 1(089)130/ 2016 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi X8, Məhkum və müdafiəçisi X3, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi X9 və məhkum Təqsirləndirilən şəxs1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Mirzəyev Tofiq Mais oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən 1(106)-16/2018 nömrəli cinayət işi üzrə icraat məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə təzələnmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 1(089)-130/2016 nömrəli hökmündən Məhkum və müdafiəçisi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən 1(106)-16/2018 nömrəli cinayət işindən Məhkum münasibətdə cinayət işi ayrıca icraata ayrılaraq onun məhkəmə iclasında i ştirakı təmin edilənədək icraatın dayandırılmış saxlanılması qərara alınmışdır. Məhkum 04 oktyabr 2023-cü il tarixdə könüllü olaraq Ağcabədi RPŞ-yə gələrək özünü təqdim etdiyindən cinayət təqibi üzrə icraat təzələnmişdir. Birinci instansiya məhkəməsinin hökmündən məhkum və onun müdafiəçisi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2023-cü il tarixli qərarı ilə, (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Bağırov və İ.Q.Abdullayevdən ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-130/2016 nömrəli 29 fevral 2016-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq ed ilməklə CMnin 144.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 06 dekabr 2015-ci il tarixdən 01 noyabr 2016-cı il tarixədək olan 10 (on) ay 25 (iyirmi beş) gün, Rusiya Federasiyasında həbsdə saxlanıldığı 17 may 2018-ci ildən 13 mart 2019-cu il tarixədək olan 09 (doqquz) ay 26 (iyirmi altı) gün, ümumilikdə həbsdə qaldığı 01 (bir) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla sonuncunun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum CM-nin 144.3-cü maddəsi və Təqsirləndirilən şəxs3 CM-nin 32.5,144.3-cü maddəsi ilə məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs1 Ağcabədi rayonunun Şənlik kənd sakini--05 dekabr 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə evlənmək məqsədi ilə onu oğurlamaq qərarına gəlmiş və bu oğurluğu birgə həyata keçirməklə ona yardımçı olmaları üçün 12 oktyabr 2015-ci il tarixdə müraciət etdiyi bacısının əri Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs3 ilə Zərərçəkmiş şəxs təhsil aldığı orta məktəbdən çıxarkən tutub zor gücünə avtoma şına qoyub kənar yerə aparmaq barədə sövdələşib razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, daha sonra bu adam oğurluğunda nəqliyyat vasitəsindən istifadə etmək üçün Təqsirləndirilən şəxs3 öz qohumu Məhkum müraciət edərək onu Zərərçəkmiş şəxs birgə oğurlayıb istifadəsində olan avtomobildə aparmağı təklif etmiş və axırıncı bu təkliflə razılaşıb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibarət təşkil olunmuş qrupa daxil olaraq onlarla qabaqcadan əlbir olmuş və bundan sonra, aralarında müəyyən etdikləri vəzifə bölgüsünə əsasən, 13 oktyabr 2015-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə X idarə etdiyi, Təqsirləndirilən şəxs3 məsləhəti ilə əvvəlcədən dövlət qeydiyyat nişanı üzərindən çıxarılmış "Dae voo Nexia" markalı 90 KE475 qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs təhsil aldığı Ağcabədi rayonunun Şənlik kənd tam orta məktəbinin yaxınlığına gələrək onun çıxıb yaşadığı evə getməsini gözləmiş, Təqsirləndirilən şəxs3 isə həmin vaxt Zərərçəkmiş şəxs məktəbdən çıxıb yaşadığı evlərinə getməsini izləyib oğurlamasına münasib şərait olması barədə axırıncılara məlumat vermək üçün qeyd olunan məktəbin qarşısında mövqe tutub gözləmiş və saat 13 radələrində Zərərçəkmiş şəxs şagirdlərlə birlikdə məktəbdən çıxıb piyada evlərinə getməsini görüb, şərtləşdiklərinə uyğun əvvəlcə bu barədə mobil telefonundan Təqsirləndirilən şəxs1 mobil nömrəsinə zəng edib məlumat vermiş, daha sonra əlini yuxarı qaldırmaqla kənardan axırıncı ilə Təqsirləndirilən şəxs2 və Məhkum hərəkətə keçmələri üçün işarə verib yolun əks tərəfinə keçmiş, bundan sonra Məhkum idarə etdiyi "Daevoo Nexia" markalı XXXX qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs hərəkət istiqamətində yüksək sürətlə idarə edib qarşısında saxlamış, Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 avtomobildən düşüb Zərərçəkmiş şəxs qollarından tutaraq ona həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edərək, sağ kürəyində və sağ bazusunda qançırlarla müşayiət edilən, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək onu sürüyüb avtomobilin arxa oturacağının ayaq altı hissəsinə uzadıb, Zərərçəkmiş şəxs onlara 13 yaşlı və orta məktəbin 9-cu sinif şagirdi olmasını bildirib onu buraxmalarını xahiş etməsinə baxmayaraq, axırıncının iradəsinə zidd olaraq onu həmin avtomobildə daimi yaşadığı yerdən qanunsuz olaraq Ağdam rayonunun Əfətli kəndində yaşayan Təqsirləndirilən şəxs1 qohumu X4 fərdi yaşayış evinə gətirib, orada yerləşdirmiş və bununla da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum qabaqcadan əlbir olan bir qrupda 05 dekabr 2001-ci il təvəllüdlü, yəni yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamış, Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olduğu X6, Təqsirləndirilən şəxs2 və Məhkum ibarət bir qrup üzvləri tərəfindən 05 dekabr 2001-ci il təvəllüdlü, yəni yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamasına məsləhətlər vermək və maneələri aradan qaldırmaqla köməkçilik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Əhmədova Ulduzə Mehdi qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdaf iə etdiyi şəxs Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etsə də, qeyd olunan cəza Məhkum şəxsiyyətinə törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamışdır. Müdafiəçi iddia edir ki, apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum məsuliyyətini yüngülləşdirən hallar, habelə cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmamış, nəticədə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə daha aşağı həddə cəzanın təyin edilməsi, eləcə də Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olmasına baxmayaraq o, həddindən artıq ağır cəzaya məruz qa lmış, bununla da Cinayət Məcəlləsinin 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum barəsində CM-nin 62-ci maddəsinin tətbiqi saxlanılmaqla daha aşağı həddə endirilməsi və yaxud Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə sınaq müddəti müəyyən edilərək şərti hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətl ərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı mad dəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Əhmədova Ulduzə Mehdi qızı kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Məhkum məsuliyyətini yüngülləşdirən (CM-in 62-ci və yaxud 70-ci maddələrinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, məhkumun cəzasının Cinayət Məcəlləsinin 62-ci maddəsinin qaydaları əsasında daha da yüngülləşdirilməsi və yaxud Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəz a və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yü ngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cina yətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli residivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən isl ah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin bar əsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər m əqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların fonunda və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda müdafiəçi Ulduzə Əhmədovanın Məhkum həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın yüngülləşdirilməsi barədə tələb məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşaraq və tələbi qismən təmin edərək, Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 144.3-cü maddəsi ilə 4 (dörd) il müddətə az adlıqdan məhrum etmə cəzası (həmin əmələ görə cinayət qanunu cəza qismində on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutmuş) təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin Məhkum cəzasını ağırlaşdıran hər hansı bir hal müəyyən olunmamasını, sonuncunun zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci, himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, həmçinin əvvəllər məhkum olunmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi dəyərləndirmiş və qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusundan çıxış etməklə Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etmişdir. Məhkəmə kollegiyası qeyd edi r ki, apellyasiya məhkəməsinin istinad etdiyi xüsusatlar onu deməyə əsas verir ki, Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə həqiqətən də CM-in 62.1-ci maddəsində həmin institutun tətbiq edilməsi əsasları sırasında göstərilən - cinayətin motivinə, cinayətin törədilməsindən sonra cinayət törətmiş şəxsin davranışına aid olan, cinayətin və təqsirkarın ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan (müstəsna xarakter daşıyan) həqiqi hallardan hasil edilmişdir. Apellyasiya məhkəmə qeyd olunan qənaətə gələrkən cinayət işinin materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli 1(106)-16/2018 saylı qərarını da, nəzərə almışdır. Belə ki, adı çəkilən qəra rla hazırki iş üzrə Məhkumla birgə cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs1 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 144.3-cü maddəsi ilə 5 il 6 ay müddətinə, Təqsirləndirilən şəxs2 barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona CM-in 144.3-cü maddəsi ilə 4 il müddətinə, Təqsirləndirilən şəxs3 barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona CMnin 32.5,144.3-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin qərardan protest verilməmişdir. Təsvir olunanlar onu deməyə əsas verir ki, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, ümumiyyətlə məhkumun şəxsiyyətinin səciyyələndirilməsi üzrə məsələləri düzgün həll etməklə bərabər, cinayətin xarakterini və ictimai-təhlükəlilik dər əcəsini, təyin olunan cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətli cəza vasitəsi ilə islah oluna biləcəyi barədə nəticəyə gəldiyindən, həmin maddə ilə Məhkum təyin olunmuş 4 il müddətə azadlıqdan məhrum etmə Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institututuna dair CM-in 62-ci maddəsinin müddəalarına, Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verməyən cəza kimi nəzərdən keçirilə bilməz. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən apellyasiya məhkəməsi tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə daha aşağı həddə cəzanın təyin edilməsi) və yaxud onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsə lələrini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar müdafiəçinin kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, həmçinin kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2023-cü il tarixli 1(106)-5/2023 nömrəli q ərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2023-cü il tarixli 1(106)-5/2023 nömrəli qərarı müdafiəçi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar