Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2102/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 18 aprel tarixli, 1(105)-15/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassas iya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 22 aprel tarixli, 1(101)-96/2021 nömrəli hökmü ilə (Hakimlər E.İsmayılov (sədrlik edən və məruzəçi), C.Hüseynov və S.Əliyevdən ibarət tərkibdə), xx xxxx 1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay islah işləri cəzasına, Şamaxı rayon məhkəməsinin 29 aprel 2014-cü il tarixli hökmü ilə CM-in 221.2.1, 221.3 və 307.3-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Şamaxı Rayon Məhk əməsinin 29 aprel 2014-cü il tarixli hökmü dəyişdirilərək cəzası 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 2 (iki) ay 29 (iyirmi doqquz) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2, 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM- in 182.3.2-ci maddəsi ilə 12 (on iki) il 6 (altı) ay müddətə, CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaq yolu ilə ona 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Qobustan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə ləğv olunmuş, CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Şamaxı rayon məhkəməsinin 29 aprel 2014cü il tarixli hökmü üzrə təyin olunmuş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 29 (iyirmi doqquz) günü qismən birləşdirilməklə üzərində qəti olaraq 13 (on üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 22 aprel tarixli, 1(101)96/2021 saylı hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 və təqsi rləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 18 aprel tarixli, 1(105)-15/2022 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2, 221.2.1 və 221.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 182.3.2, 243.1 və 296.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-96/2021 saylı 22 aprel 2021ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 18 aprel tarixli, 1(105)-15/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlnə baxılması Azə rbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2024-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəməyə ərizə göndərərk kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum ərizəsini nəzərə alaraq və dövlət ittihamçısının məhkəmə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və y a əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2022-ci il 18 aprel tarixli, 1(105)-15/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2102/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2102/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver