Məhkəmə qərarları › İş №1(102)-2103/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2103/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2103/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun müdafiəçisi Səfərov Gülməmməd Asif oğlunun, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələri - AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Niyazalı Kənan Mahmud oğlunun, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Ağayeva Fəridə Zahid qızının, zərərçəkmiş şəxslər Pənahov Asəf Abbas oğlunun, Manafova Lətifə Qambay qızının, Cəfərov Sərdar Hüseyn oğlunun, Quliyev Fərmayıl Aslan oğlunun, Bayramova Gülnisə Əlibala qızının, Nağıyev Səbuhi Sabir oğlunun, Quliyev Murad Naryaddin oğlunun və Heydərov Xəyal Tofiq oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il18 aprel tarixli, 1(105)-20/2024 nömrəli hökmündən zərərçəkmiş hüquqi şəxs - Bakı şəhəri Lokal Gəlirlə r Baş İdarəsi tərəfindən və məhkumun müdafiəçisi Səfərov Gülməmməd Asif oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(124)-4/2023 nömrəli hökmü ilə (Hakimlər Fəhmin Hümbətov (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayevadan ibarət tərkibdə), xx xxxxxx 1977-ci ildə Tovuz rayonu Alakol kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himyəsində azyaşlı uşaqları olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Tovuz rayonu Alakol kəndində pasport qeydiyyatda olmaqla həmin kənddə faktiki yaşamış, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə onun təqsirliliyinin sübu ta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı Rüstəmov Orxan Namiq oğlu tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi, Azərbaycan Respublikasınım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Quliyev Fərmayıl Aslan oğlu, Pənahov Asəf Abbas oğlu, Məmmədov Səttar Heydər oğlu və Əskərov Beytulla Cahangir oğlu tərəfindən apellyasiya şikayətləri verilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədovdan ibarət tərkibdə) 2024-cü il18 aprel tarixli, 1(105)- 20/2024 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər Quliyev Fərmayıl Aslan oğlu, Pənahov Asəf Abbas oğlu, Məmmədov Səttar Heydər oğlu və Əskərov Beytulla Cahangir oğlu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mülki iddiaya dair hissədə təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə bəraət verilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-4/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-in 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in 213.2.2, 308.2 və 313-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-in 44.2.1-ci maddəsinə müvafiq olaraq ona cəza təyin edilməmiş, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7(yeddi) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinin tələbinə əsasən Məhkum Rusiya Federasiyasında axtarışda olan şəxs qismində saxlanıldığı 2 gün müddət, xx.xx.2021-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldı ğı 2 il, 2 ay müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 5 (beş) il, 3 (üç) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum təyin edilmiş 2 (iki) il müddətində dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası onun azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi bütün müddətə və bundan sonrakı 2 (iki) il müddətə şamil edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş mülki iddia təmin edilmiş, mülki cavabdeh Məhkum maddi zərərə görə 33.839,10 (otuz üç min səkkiz yüz otuz doqquz manat on qəpik) manat tutularaq zərərçəkmiş şəxs hüquqi şəxs ƏƏSMN-in Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi hö km müəyyən edilmiş, zərərçəkmiş fiziki şəxslər tərəfindən verilmiş mülki iddialar baxılmamış saxlanılmış, zərərçəkmiş fiziki şəxslərə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə təqsirləndirilən şəxs Məhkum qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə vahid tamah niyyəti ilə ağır nəticələrə səbəb olan mühüm zərər v urub vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək özgənin külli miqdarda əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən vahid niyyətlə qəsdən yayınmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyrilərinin köməkçiliyi ilə vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSLƏRİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi Məhkum təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-in 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl e tməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi öz hökmündə də hər bir ittiham sübutunu həm ayrı-ayrılıqda araşdırdığını, həm də məcmu halında müqayisə edilərək onların ittihamın təsdiq edilməsində yetərli olub-olmamasına qiymət verərək müəyyən etmişdir ki, iş üzrə sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun deyil və istər ayrı-ayrılıqda, istərsə də məcmu halında ittihamın təsdiq edilməsində yetərlilik və inandırıcılıq tələblərinə cavab vermir. Apellyasiya məhkəməsi istintaq orqanının ümumi sözlərdən istifadə etməklə Məhkum dövri maliyyə hesabatları, vergi bəyənnamələri və DSMF hesabatlarına görə məsuliyyət daşıması ilə bağlı görüntü yaratmağa çalışsa da, cəmiyyətin maliyyə hesabatlarının, vergi bəyannamələri və DSMF hesabatlarının tərtib və təsdiq edilməsinə, bu bəya nnamə və hesabatların düzgünlüyünə görə cəmiyyətin direktoru ilə yanaşı bilavasitə cavabdehlik daşıyan vəzifəli şəxs baş mühasib olmasını göstərmək əvəzinə, heç bir əsas olmadan həmin maliyyə sənədlərinə görə mühasibin məsuliyyət daşımasını qeyd etmişdir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 aprel 2006-cı il tarixli 1-38 nömrəli əmri ilə təsdiq edilmiş «Kommersiya təşkilatlar üçün milli mühasibat uçotu standartı» (maliyyə hesabatlarının təqdimatı üzrə) təlimatın 10-cu bəndinə əsasən maliyyə hesabatları müəssisə tərəfindən həyata keçirilən əməliyyatların və maliyyə vəziyyətinin strukturlaşdırılmış maliyyə təqdimatıdır. Maliyyə hesabatlarının məqsədi bu hesabatların istifadəçiləri tərəfindən düzgün iqtisadi qərarların qəbul edilməsi zamanı, habelə, geniş istifadəçi kütləs i üçün faydalı olan müəssisənin maliyyə vəziyyəti, maliyyə fəaliyyətinin nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında məlumatların təqdim edilməsidir. Müdafiəçi bildirmişdir ki, anbardar və mühasib vəzifələrini daşıyan təqsirləndirilən şəxs Məhkum "xxxx" MMC-də qeyd edilən vəziləri tutsa da, onun sərəncam vermək, icra etdiyi vəzifəsinə görə digər hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan, hər hansı bir hüquqi nəticə yaradan qərarlar qəbul etmək və ya sənədləri imzalamaq səlahiyyəti olmamış, bu səbəbdən də o, ittiham olunduğu cinayət əməllərinə görə vəzifəli şəxs kimi cinayət məsuliyyəti daşıya bilməz. Məhkəmə istintaqı zamanı, eləcə də məhkəməyədək icraat zamanı toplanılmış istintaq materiallarının təhlili zamanı təqsirləndirilən şəxs Məhkum ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirliliyini təsdiq edən hər hansı bir düzünə və ya dolayı sübutun olması müəyyən edilməmişdir. Məhkəmənin hökmdə qeyd etdiklərindən bəlli olur ki, məhkəmə R,İbrahimovu CM-in 178.3.2, 213.2.2 308.2 və 313-cü maddələri ilə təqsirli bilərək barəsində ittiham hökmünü çıxararkan mülahizələrə əsaslanmışdır. Hansı ki, cinayət prosesual qanunvericilik bu kimi “mülahizələr”lə şəxsin barəsində ittiham hökmü çıxarılmasını qadağan edir. Apellyasiya instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum CM-in 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri üzrə təqsiri qanunla nəzərdə tutulmuş mötəbər sübutlarla təsdiq edilməmiş, həqiqət müəyyən edilmədən o, əsassız olaraq məhkum edilmiş, birinci instansiya məhkəməsinin hökmü isə qanuni, əsaslı olmuşdur və ibtidai istintaq zamanı toplanmış sübutlar hərtərəfli qiymətləndirilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Asəf Pənahov birinci instansiyada işə baxılarkən bildirmişdir ki, mənzil almaq ilə bağlı mərhum Qasım müəllimlə 2008-ci ildə 14.000 manat pul vermiş, sonuncu öhdəliyini yerinə yetirməmiş və Asəf zərərçəkmiş şəxs qismində tanınmışdır. Eyni zamanda Məhkum tanımadığını, onunla mənzil ilə bağlı heç bir alqı-satqı münasibəti olmadığını və ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Asəf Pənahovun zərərçəkmiş və mülki iddiaçı kimi işdə iştirakının əsasları aradan qalxdığından cinayət-prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya şikayəti vermək hüququ istisna edilsə də, apellyasiya məhkəməsi bu halı nəzərə almamışdır. Digər zərərç əkmiş şəxs Fərmayıl Quliyev isə məhkəmədə bildirmişdir ki, “Fuad” LTD-dən mənzil almaq üçün danışdığı Qasım Məmmədovun qardaşı Nüsrəddinə 20.000 ABŞ dolları vermişdir. Sonradan 5.000 manat məbləğində pulu isə Nüsrəddinin tapşırığı ilə Məhkum vermişdir. Ramin mənzilin alqı-satqısı ilə bağlı ona heç bir vəd verməmiş, razılaşması Qasımın qardaşı Nüsrəddinlə olmuşdur. Digər şəxs Məmmədov Səttar da məhkəmədə bildirmişdir ki, Məhkum dəqiq xatırlamır, Raminlə alqı-satqı ilə bağlı danışığlar aparıbaparmadığına dair verilən suallara da cavab verə bilməmişdir. Şikayətçi Əsgərov Beytulla Cahangir oğlu isə birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdikləri təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməsi, pul vəsaitinin ələ keçirməsi, həmçinin Qasım Məmməd ov və Nüsrəddin Məmmədovla əlbir olaraq dələduzluq cinayətini törətməsinə dair sübutları özündə əks etdirmir. Qasım Məmmədov izahatında da, ifadələrində də cinayət əməlinin təkbaşına törətdiyini, heç kimlə əlbir olmadığını bildirmişdir və bununla da bağlı hökm çıxarılmışdır. Digər tərəfdən dövlət hesabatlarını, dövlət məcburi sosial sığorta haqlarını direktorla bərabər baş mühasib təsdiq etmişdir. Məhkum isə vəzifəsi kiçik mühasibdən aşağı olmuşdur. Birinci instansiya məhkəməsində də baş mühasibə hesabatları kimin təsdiq etməsi ilə bağlı suallar verilmiş və cavab olaraq Qasım Məmmədovun təsdiqlədiyini və özünün göndərdiyini bildirmişdir. Maliyyə və bank əməliyyatlarının aparılması funksiyaları baş mühasibin səlahiyyətlərinə aid olmuşdur. Müdafiəçi bildirmişdir ki, məhkəmənin gəldiyi nəticə lər işin faktiki hallarına uyğun olmamış, bundan əlavə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstərmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(105)-20/2024 saylı hökmünün ləğv edilməsini, təmin edilmiş mülki iddianın rədd edilməsini və Məhkum təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş üzrə apellyasjya instansiyası məhkəməsinin istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış m əhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayet-Prosessual Məcəllənin 179186-cı maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Ümumiyyətlə, istər ittiham aktının tərtib edilməsi zamanı, istərsə də məhkəmələr tərəfindən işə baxılan zaman qüvvədə olmuş qanunvericliyin tələbinə görə yayındırılmış vergilərin və digər sosial sığorta haqlarının alınmasının təmin edilməsi səlahiyyəti vergi orqanına aid olduğundan müvafiq hökmlə müəyyən edilmiş vergilər və digər sosial sığorta haqları məhz vergi orqanı tərəfindən vergi ödəy icisinin şəxsi hesab vərəqəsinə işlənir. Belə olan halda, hesab etmişlər ki, məhkəmə vergi orqanının xahişini ittiham həddini aşma kimi qiymətləndirməklə qanunu düzgün təfsir etməmiş və qanunun tətbiqində səhvə yol vermişdir. Zərərçəkmiş hüquqi şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)-20/2024 nömrəli hökmünün ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edən zərərçəkmiş hüquqi şəxs-Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Ağayeva Fəridə Zahid qızı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilm əməsini, tərəflərindən verilmiş kassasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edən məhkumun müdafiəçisi Gülməmməd Səfərov tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs - AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Niyazalı Kənan Mahmud oğlu kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək hər iki kassasiya şikayətinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Zərərçəkmiş şəxslər Pənahov Asəf Abbas oğlu, Manafova Lətifə Qambay qızı, Cəfərov Sərdar Hüseyn oğlu, Quliyev Fərmayıl Aslan oğlu, Bayramova Gülnisə Əlibala qızı, Nağıyev Səbuhi Sabir oğlu, Quliyev Murad Naryaddin oğlu, Heydərov Xəyal Tofiq oğlu kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Dövlət ittihamçısı A.Hüseynli kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum CM-nin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetiri lmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkuma bəraət verilməli olduğunu iddia edərək və bu istiqamətdə məhkəmənin h ökmünü mübahisələndirərək həmin hökmün ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəflərindən verilmiş mülki iddianın baxılmamış saxlanmasını mübahisələndirərək məhkəmə hökmünün ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya Məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 12 5-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun təl əblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunmam ası barədə dövlət ittihamçısının və DSMF-un nümayəndəsinin, müdafiə tərəfinin kassasiya şikayətinin təmin olunması, digər kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçinin, Dövlət Vergi Xidmətinin kassasiya şikayətinin təmin, müdafiəçinin kassasiya şikayətinin rədd edilməsinə dair zərərçəkmiş şəxslərin və DVX-in nümayəndəsinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, DVX-in nümayəndəsinin kassasiya şikayəti təmin edilməməli, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası əvvəlcə müdafiəçinin kassasiya şikayətinin dəlillərinə münasibət bildi rərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum qarşı CM-in 4 maddəsi ilə ittiham irəli sürülmüşdür: CM-in 178.3.2-ci maddəsi, CM-in 213.2.2 -ci maddəsi, CM-in 308.2-ci maddəsi və CM-in 313-cü maddəsi. İrəli sürülmüş ittihamlardan görünür ki, Məhkum 4 maddə üzrə bütün cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmişdir. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə gör ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməkl ə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Şəxsə qabaqçadan əlbir olan bir qrupun tərkində cinayət əməli törətməsinə dair ittiham irəli sürülərkən nəzərə almaq lazımdır ki, irəli sürülmüş ittiham konkret və dəqiq olmalıdır, şəxsin konkret olaraq əlbir cinayət əməli törətməklə bağlı kim və ya kimlərlə razılaşması, bu razılaşmanın mahiyyətinin, məqsədinin nədən ibarət olması, şəxsin bu əlbirlikdə rolunun, funksiyasının nədən ibarət olması müəyyən edilməli və konkret, mötəbər dəlillərlə sübuta yetirilməlidir. Bu tələb eyni zamanda hüquqi müəyyənlik və təqsirə görə məsuliyyət prinsiplərindən də irəli gələn tələbdir. Məhkum ona qarşı irəli sürülmüş bütün ittihamlarda təqsirli bilən apellyasiya instansiyası məhkəməsinin hökmü 122 səhifədən ibarətdir. Bu 122 səhifə nin demək olar ki, hamısı sübutların sadalanmasından və müvafiq normativ aktlara istinadlardan ibarətdir. Yalnız hökmün 89-cü səhifənin yarısında, 91-ci səhifənin yarısında, 93-cü səhifədə bir abzas, 107-ci səhifəsində bir abzas məhkəmənin qiymətləndirməsindən ibarətdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 349-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bu tələblər aşağıdakılardır: -- Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır; -- Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır; -- Sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməlidir; -- Məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli bilərək məhkum edərkən, məhkəmə istintaqı aparılmamış, sübutları tədqiq etməmiş, məhkəmənin istinad etdiyi zərərçəkmiş və şahid ifadələrinin böyük əksəriyyəti ibtidai istintaq zamanı dindirilmiş şəxslərin ifadələridir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 329 və 330-cü maddələrinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3 (d) bəndinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedent hüququnun tələbləri kobud şəkildə pozulmuş, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 12-ci bəndinin tövsiyyələri nəzərə alınmamışdır. Məhkum qarşı CM-in 178.3.2-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan görünür ki, o, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı barədə maliyyə arayışları ilə əldə etdiyi cəmi 6.264.522 manat pulun 3.684.882 manatını binanın tikintisinə sərf edərək, habelə 134.172 manat məbləğində pulu həmin ərəfədə pulu vermiş şəxslərə geri qaytarmaqla qalan 2.445.467 manat məbləğində özgənin külli miqdarda əmlakını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxslə qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkum qarşı irəli sürülmüş ittihamda dələduzluq yolu ilə ələ keçirilmiş 2.445.467 manat puldan konkret olaraq hansı məbləğinin əldə edilməsində Məhkum iştirak etməsi müəyyən edilməmiş, ümumiyyətlə, onun tanımadığı, ünsiyyətdə olmadığı şəxslərə münasibətdə də Məhkum qarşı mücərrəd ittiham irəli sürülmüşdür. Məlumdur ki, hazırki dövrdə də tikinti şirkətləri tikintiyə başlamazdan öncə evlərin alqı-satqısı ilə bağlı elanlar ver ir, müqavilələr bağlayır və alıcılardan pul vəsaitlərini qəbul edirlər. Lakin müasir bazar iqtisadiyyatının elementlərindən biri olan bu faktı Məhkum qarşı irəli sürülən ittihama daxil edərək dələduzluğun əlaməti və şəxsin təqsirli olmasını təqdiq edən dəlil kimi qəbul etmək CPM-in 145-ci maddəsinin pozulması kimi qəbul edilməlidir. Bundan əlavə, yuxarıda da göstərildiyi kimi Məhkum qarşı irəli sürülmüş ittihama görə o, 2.445.467 manat məbləğində özgənin külli miqdarda əmlakını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxslə qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Eyni zamanda, şəxsin əməlinin dələduzluq kimi tövsif etmək üçün şəxsdə bu niyyətin qabaqcadan yaranmasını konkret dəlillərlə sübut etmək lazımdır. Məhkum qarşı irəli sürülmüş i ttihamdan görünür ki, o, vahid niyyətlə xx.xx.2005-ci ildən xx.xx.2009-cu il kimi olan müddət ərzində dələduzluq cinayət əməlini törətmişdir. Verilmiş ittihamdan da görünür ki, ona qarşı dələduzluq cinayət əməlinin hər iki tövsifedici əlaməti ilə, yəni həm aldatma, həm də etibardan sui-istifadə etməklə cinayət əməli törətməyə görə ittiham irəli sürülmüşdür. Maraqlıdır 4 ildən artıq olan müddət ərzində Məhkum hansı zərərçəkmiş şəxsi aldatmış, hansı zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmişdir?! Bu haqlı sualların heç birinə apellyasiya instansiya məhkəməsinin ittiham hökmündə heç bir cavab verilməmişdir. Bundan əlavə, cinayət işi üzrə halların, yəni dələduzluq faktının və ələ keçirilən pul vəsaitinin miqdarının cinayət işi üzrə keçirilmiş ekspertizaların müvafiq rəylərinə əsasən müə yyən edilməsi aşağıda göstərilən səbəblərə görə düzgün hesab edilə bilməz. Belə ki, mübahisəsiz haldır ki, MMC tərəfindən binanın tikilməsi ilə bağlı bütün xərclər həmin binanın yaşayış (mənzillərin) və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş pulun hesabına ödənilir. Hətta mənzilin və qeyri-yaşayış sahələrinin satışına qədər binanın tikintisinə sərf edilmiş pul vəsaitləri də (MMC-yə məxsus öz pul vəsaitləri, kreditlər, borclar və sair) sonradan satışdan əldə edilmiş pulun hesabına bağlanılır və ödənilir. Həmçinin mübahisəsiz haldır ki, çoxmərtəbəli binanın tikilməsi ilə bağlı xərclər sırf tikinti-quraşdırma işlərinə sərf edilən pul vəsaitlərindən ibarət deyil. Tikinti-quraşdırma işləri ilə yanaşı, tikinti üçün müvafiq torpaq sahəsinin alınmasına, evin layihə-smeta sənədlərinin ha zırlanmasına, tikinti işlərinin aparılması ilə əlaqədar müvafiq vergilərə, texniki şərtlərlə bağlı rüsumlara və digər xidmətlərə ödənilən pul vəsaitləri çoxmərtəbəli binanın tikintisi ilə bağlı xərclərə daxil olur və həmin xərclər binanın yaşayış və qeyriyaşayış sahələrinin satışından əldə edilmiş pulun hesabına ödənildiyi üçün satılan yaşayış və qeyri-yaşayış sahələrinin qiymətinə hesablanır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə dələduzluq faktının olması və olduğu halda ələ keçirilən pul vəsaitinin miqdarının dəqiq müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsi ilə H.Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində çoxmərtəbəli binanın tikilməsinə xərclənilən pul vəsaitlərinin sırf tikinti-quraşdırma işlə rinə sərf edilmiş 3.684.882 manat məbləğində müəyyən edilməsi açıq-aşkar həqiqətə uyğun gəlmədiyindən əsaslı hesab edilə bilməz. Cinayət işinin materiallarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət işinə əlavə edilmiş müvafiq sənədləri və ekspert rəylərini sadalamaqla kifayətlənmiş, həmin sübutlar yoxlanılmamış, müqayisəli tədqiq edilməmiş və qanunamüvafiq qaydada qiymətləndirilməmişdir. Məhkum CM-in 213.2.2-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, 1.074.841 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən qəsdən yayınmışdır. Məlumdur ki, Məhkum həmin MMC-də mühasib vəzifəsində çalışmışdır. Həmin müəssisənin təsisçiləri, direktoru, baş mühasibi olmuş və fəaliyyət göstərmişlər. Vergiləri ödəmək mühasibin səlahiyyətlərinə aid bir vəzifə deyil. Verilmiş it tihamdan və işdə olan sübutlardan məlum olmur ki, yuxarıda vəzifələri qeyd edilən daha səlahiyyətli şəxslər olduğu təqdirdə Məhkum hansı hərəkətləri və əməlləri ilə, ümumiyyətlə, hansı üsul və vasitə ilə bu vergiləri ödəməkdən yayınmışdır. Apellyasiya instansiyası məhkəməsi də qeyd edilən məsələləri araşdırmadan, şablon, mücərrəd, konkret olmayan ifadələrdən istifadə etməklə Məhkum vergiləri ödəməkdən yayınmaya görə əsassız olaraq məhkum etmişdir. Məhkum apellyasiya instansiaysı məhkəməsinin hökmü ilə CM-in 308.2-ci və 313-cü maddələri ilə də məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsinə əsasən bu Məcəllənin 308.1 - ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası CM-in 313-cü maddəsi vəzifə sax takarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niiyyətlərlə törədildikdə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının 23-cü bəndində qeyd edilmişdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan dig ər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Lakin apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini CM-in 178.3 -cü maddəsi ilə yanaşı CM-in 308.2-ci maddəsi ilə tövsif etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd hüquqi mövqeyi tutaraq fərqli yanaşmanın tətbiqi zərurətini əsaslandırmamışlar. Əgər vəzifəli şəxsin əməlində CM-in 178.3-cü maddəsinin tərkibi varsa, bu norma xüsusi norma olduğundan, əməlin həm də CM-in 308.2-ci maddəsi i lə tövsif edilməsinə zərurəti aradan qaldırır. Əgər CM-in 178-ci maddəsinin mövcudluğu istisna edilirsə, həmin maddə ilə irəli sürülmüş ittihamla sıx bağlı olan CM-in 308.2-ci maddəsinin də mövcudluğu istisna edilir. Məhkum CM-in 313-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, müştərilərlə “Kooperativ binada mənzil tikintisi üçün” müqavilələr tərtib edərkən həmin müqavilələrə yalan, yəni mənzillərin növbəti il təhvil veriləcəyinə dair məlumatları daxil etməklə vəzifə saxtakarlığı etmişdir. Verilmiş ittihamdan qarşıya çıxan mənzərə ondan ibarətdir ki, Məhkum tərəfindən müqavilələrin lahiyələri hazırlanmış və səlahiyyətli şəxslər tərəfindən imzalanaraq MMC-in möhürü ilə təsdiq edilmişdir. Məlumdur ki, bu sadə bir müqavilədir, mülki hüquqi əqdir və həmin müqavilədə nəzərdə tutulm uş öhdəliklərin icra edilməməsi mülki məsuliyyətə səbəb olur. Əgər müqavilədə alınmış mənzilin növbəti ilə təhvil veriləcəyi göstərilirsə, lakin müqavilənin bu şərti göstərilən müddət ərzində icra edilmirsə, bu vəzifə saxtakarlığı deyil, müqavilə şərtlərinin yerinə yetirilməməsidir. Lakin apellyasiya instansiyası məhkəməsi hər hansı araşdırma aparmadan, mövcud sübutlara mənsubiyyəti, mümkünlüuyü və mötəbərliyi üzrə qiymət vermədən, bu maddə üzrə də yanlış nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin əsassız ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi konkret sübutlar la ittihamın əsassız olduğunu irəli sürürsə və bu barədə verilmiş protestə etirazda əsaslı arqumentlər gətirirsə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenu munun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəy yənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən tö rətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin gəldiyi nəticəni, yəni Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinməsinə dair nəticəsini kifayət qədər əsaslandırmış hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.2. və 416.1.22-ci maddələrinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.2-ci maddəsinin tələblərinə görə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Məhkəmə kollegiyası bir məsələyə də münasibət bildirilməsini zəruri hesab edərək qeyd edir ki, mərhum Qasım Məmmədovun CM-in 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə təqs irli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 noyabr 2016-cı il tarixli qərarının CPM-in 142-ci maddəsinin tələbləri baxımından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” qərarında ifadə edilən hüquqi mövqeləri baxımından Məhkum barəsində olan cinayət işi üzrə hər hansı qaydada preyudisial əhəmiyyəti yoxdur. Zərərçəkmiş hüquqi şəxs - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin yeganə dəlili tərə flərindən verilmiş mülki iddianın baxılmamış saxlanması ilə bağlıdır. Lakin cinayət işinin materiallarından həmin mülki iddia aşkar edilməmişdir. CPM-in 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Mülki iddianın yazılı formada cinayət işinin materiallarında aşkar edilməməsi həmin mülki iddiaya mahiyyəti üzrə baxılmasını istisna edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisi Gülməmməd Səfərovun kassasiya şikayəti qismən əsaslı olduğundan kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum bar əsində olan 18 aprel 2024-cü il tarixli hökmü ləğv edilməli və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Səfərov Gülməmməd Asif oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin, zərərçəkmiş hüquqi şəxs-Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 18 aprel tarixli, 1(105)-20/2024 nömrəli hökm Məhkum müdafiəçisi Səfərov Gülməmməd Asif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar