Məhkəmə qərarları › İş №1(102)-2104/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2104/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2104/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Kərimov Səyyad Əli oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlunun iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanı nda yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli, 1(104)-245/2023 nömrəli qərarından məhkum və onun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2020-cı il tarixli, 1(100)-70/2020 nömrəli hökmü ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), D.H.İmanov və M.Ə.Bağırov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ömürlük azadlıqdan məhrum etmə cəzasına məh kum edilmiş, cəzasını həbsxanada çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədov) 02 noyabr 2021-ci il tarixli, 1(104)-20/2021 nömrəli qərarı ilə Məhkum apellyasiya şikayətinin qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 1(100)-70/2020 nömrəli hökmünün cəzaya aid hissədə dəyişdirilmiş, həmin hökmlə Məhkum təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 120.2.10 -cu maddələri ilə 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, cəzasının ilk iki ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən və məruzəçi), Ə.C.Seyidov və N.R.Mövsümov) 10 yanvar 2023-cü il tarixli, 1(102)-24/2023 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya insta nsiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. İşə yenidən baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), İ.T.Həsənov və A.V.İsgəndərova) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli qərarından məhkum və onun müdafiəçisi kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən Məhkum 2018-ci ilin sentyabr ayında Tərtər şəhərində, yaxın qohumlarına pay göndərmək məqsədilə 20 kiloqram çəkidə üzüm almaq üçün rayon mərkəzində yerləşən bazara gedərkən əvvəldən tanıdığı Tər tər şəhər sakini, Tərtər rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində «Mikrosefaliya, oliqofreniya yüngül debillik dərəcəsində, emosional davamsızlıqla» diaqnozu ilə dispanser qeydiyyatında olduğunu bildiyi X3 üzümü bazardakı satış qiymətindən bir qədər ucuz qiymətə, yəni 20 manat müqabilində ondan almağı təklif etdikdə onunla 15 manat məbləğinə razılaşaraq, həmin məbləğdə pulu ona vermiş, X növbəti gün sifariş olunmuş üzümü Tərtər şəhəri Ədalət Paşayev küçəsində yerləşən, əhali tərəfindən "GES” adlandırılan ərazidə işıqforun yaxınlığındakı qaz borusunun yanına qoyacağını və oradan götürməsini ona bildirdiyi üçün razılaşdıqları tarixdə və vaxtda həmin əraziyə getdikdə X tərəfindən oraya üzümün qoyulmadığını görüb, sonuncu tərəfindən aldadıldığını başa düşmüş, bu ndan sonra pulunu geri almaq üçün bir neçə dəfə X yaşadığı ünvan 2 ünvanına getməsinə baxmayaraq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmayaraq, eyni zamanda verdiyi pulun müqabilində vəd etdiyi üzümü vermədiyindən, eləcə də 06, 08 və 10 noyabr 2018-ci il tarixlərdə X ona borclu olduğu pulu almaq üçün sonuncunun yaşadığı evə getməsinə rəğmən, sonuncunun müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmadığına görə onu qəsdən öldürməklə qisas almaq qərarına gələrək 12 noyabr 2018-ci il tarixdə saat 17 radələrində Xnın yaşadığı ünvana gedib, evin yataq otağına daxil olaraq, verdiyi pulun qaytarılmaması ilə bağlı aralarında yaranmış mübahisə zamanı Xnın nalayiq ifadələr işlətməklə əlindəki bıçaqla özünün qarın nahiyəsinə zərbə endirməklə xəsarət yetirməyə cəhd etməs indən sonra, Xnı öldürməklə qəsdən həyatdan məhrum etmək qərarına gəlib bu məqsədlə otaqdakı masanın üzərində olan şüşə butulka ilə onun baş nahiyəsindən vurmaq istədikdə, butulka çarpayının yuxarı tərəfindəki dəmirə dəyərək sınmış, daha sonra hərəkətlərini davam etdirib çarpayının üzərində uzanıqlı vəziyyətdə olan Xnın özünü vurmağa cəhd etdiyi həmin bıçağı götürərək əqli gerilik və davranış pozuntuları səbəbindən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını yəqinliklə bildiyi Xnın köməksiz vəziyyətindən istifadə edərək bıçaqla bədəninin həyat və sağlamlığı üçün təhlükəli olan nahiyələrinə cəmi 19 zərbə endirməklə ona qəsdən sağ ağ ciyərin zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan boyunun sol yan səthinin aşağı 1/3-nə 4 ədəd, sol qabırğ aaltı nahiyəsinə 3 ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaradan ibarət olub sağlamlığa yüngül zərər vurmaya aid, sol körpücükaltı, döş qəfəsinin sol yuxarı iç, sol yuxarı tış, sol aşağı iç və tış nahiyələrinə isə daxilə nüfuz edən 12 ədəd kəsilmiş-deşilmiş yaradan ibarət olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, cinayətinin izini itirərək basqın görüntüsü yaratmaq məqsədilə otaqdakı elektrik naqilininin bir tərəfini Xnın ayaqlarına və boğaz nahiyəsinə dolayıb uzandığı çarpayının baş tərəfinə bağlamaqla kəskin qanitirmə nəticəsində Xnı xüsusi amansızlıqla qəsdən öldürərək hadisə yerini tərk etmişdir. Bundan başqa o, 2019-cu ilin aprel ayında Tərtər şəhərində əvvəldən tanıdığı və Tərtər rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində «Oliqa freniya debillik dərəcəsi, psixopatabənzər davranış və qıcolma tutmaları» diaqnozu ilə daimi dispanser qeydiyyatında olduğunu bildiyi X7 10 aprel 2019-cu il tarixdə Tərtər şəhəri, Vəzir Orucov küçəsində yerləşən kafedə ona məxsus "Samsung J2” markalı mobil telefonunun yaddaşından icazəsiz mobil nömrələri götürməsini bilib, onun bu kimi hərəkətlərinə əsəbiləşərək onu öldürməklə cəzalandırmaq qərarına gəlmiş, məsuliyyətdən yayınmaq, cinayətin onun tərəfindən deyil özünün və Xnin tanıdığı, aralarında mübahisə və ədavət olan Tərtər rayon sakinləri X10 və “X” ləqəbli X11 tərəfindən törədilməsinə inandırmaq üçün 4 ədəd kağız parçasına öz xətti ilə Xnin adından 12 noyabr 2018-ci il tarixdə xüsusi amansızlıqla qətlə yetirdiyi Xnın guya X və X tərəfindən qəsdən öldürülməsi, guya hadisənin şahidi ol duğu üçün Xnin də ölümlə hədələnməsi barədə sözlər yazaraq, 25 aprel 2019-cu il tarixdə saat 17 radələrində qeyd olunan kafedə X ilə görüşüb onunla işi olduğunu bildirərək aldatmaqla özü ilə birlikdə Tərtər rayonu ərazisində yerləşən “Bəybala Meşəsi” adlı yerə aparmış, əvvəlcə Xni döyməklə öldürməyi düşünsə də, meşədə qarşısına çıxan sintetik ipi görüb sonuncunun intihar etməsi görüntüsünü yaradaraq cinayətin izini itirməklə şübhələri özündən yayındıracağını fikirləşib Xni həmin iplə asaraq öldürməyi qərara almış, bu məqsədlə psixi vəziyyətinə görə özünə qarşı hərəkətlərin xarakterini düzgün qavraya bilməyən Xnin qoluna bağladığı iplə onu dartaraq yaxınlıqdakı tut ağacının yanına aparmış, orada Xyə onun mobil telefonunun yaddaşından icazəsiz nömrələr götürməsinin cəzasının ölüm olduğunu bi ldirməklə ondan özünü öldürməsini tələb edərək özü ilə gətirdiyi ipdən ilgək hazırlamaqla Xdən ağaca çıxmasını və ipi ağacın budağına bağlayaraq boğazını ilgəyə keçirməsini tələb etmiş, əqli gerilik və davranış pozuntuları səbəbindən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmayan X saat 18 radələrində ağaca çıxıb ipi budağa bağlayaraq ilgəyi özünün boğaz nahiyəsinə salmış və hər iki qolu ilə ipin bağlandığı budaqdan tutmuş, köməksiz vəziyyətdə olan Xni qollarını budaqdan buraxmağa məcbur etməklə onun mexaniki asfiksiya səbəbindən boğulub ölməsinə nail olmaqla təkrarən qəsdən adam öldürmüş, daha sonra törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaq, cinayətin Tərtər rayon sakinləri X10 və “X” ləqəbli X11 tərəfindən törədilməsi görüntüsünü yaratm aq üçün üzərində olan, guya sonuncuların Xnı öldürmələri, Xnin də hədələnməsi barədə onun adından yazdığı kağız parçalarını Xnin əynindəki qara rəngli şalvarın sol yan cibində olan, üzərinə “Zabitin şəxsi vəsiqəsi” sözləri yazılmış yaşıl rəngli vəsiqə üzlüyünün arasına qoymuş, saat 20:20-də isə Xyə məxsus “Samsung J1” markalı mobil telefonun ********** nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək özünü X4 təqdim edib 2-3 nəfərin onu öldürmək istəməsi və bu məqsədlə təqib etməsi, Tərtər rayonundakı Bəybala meşəsində onlar tərəfindən öldürüləcəyi barədə məlumatlar verərək, həmin mobil telefonu sellofan torbaya qoyub hadisə yerindən 800 metr aralıda, Tərtər çayının sahilində yerləşən daşın altında gizlətmiş, Xnin adından yazdığı kağız parçaları 2 6 aprel 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilərkən sonuncunun əynindəki şalvarın cibindən, mobil telefon cihazı isə 30 aprel 2019-cu il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən əməlindən səmimi peşman olması, himayəsində bir azyaşlı uşağının, asma xəstəsi olması kimi halların cəza təyini zamanı nəzərə alınmamış nəticədə Məhkum ən ağır cəzaya məruz qalmışdır. Kassatorlar kassasiya şikayətlərində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tari xli qərarının dəyişdirilməsini, Məhkum müəyyən müddətə azadlıqdan məhrum etmə növdə cəzanın təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanı n nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və onun müdafiəçisi Z.K.Qəhrəmanov kassasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona daha ədalətli və yüngül cəzanın təyin edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Odur ki, kollegiya Məhkum və onun müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstəri lir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65.2-ci-ci maddəsinə ə sasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüq uqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiə tərəfinin X ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında iddia və bu cəzanın yüngülləşdirilməsi barədə tələb Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apell yasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri (təqsirli bilindiyi maddələrin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) ilə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2020-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Digər tərəfdən öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə daha yüngül cəzanın təyin edilməsi ilə bağlı Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 1(104)-20/2021 qərarı ilə qismən təmin edilərək, Nura Allahverdiyevə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası 20 il müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildikdən sonra apellyasiya məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərarından verilmiş, məhkuma təyin edilmiş cəzanın mübahisələndirilməsinə dair dövlət ittihamçısının kassasiya protesti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyası baxılmış və Ali Məhkəmənin Cinayət kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməsini (müdafiə tərəfinin hazırkı kassasiya şikayətində məhkuma təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi ilə bağlı iddiası) sübutlarla uzlaşmayan qanunsuz, əsassız nəticə hesab etmiş, dövlət ittihamçısının kassasiya protesti ilə razılaşmış, cinayət-prosessual qanunun 416.1.21 maddələrində nəzərdə tutulmuş əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarını ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir (Ali Məhkəmənin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 1(102)-24/2023 nömrəli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yeni apellyasiya baxışında çıxardığı 05 iyun 2023-cü il tarixli, 1(104)-245/2023 qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüquqi mövqeyini tam olaraq nəzərə a lmışdır. Məhkəmə kollegiyası qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 1(102)-24/2023 nömrəli qərarı ilə həll edilmiş məsələlərin hazırki kassasiya baxışında başqa cür həll edilməsi, o cümlədən Məhkum təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirlməsi üçün (kassatorun məhkəmələr tərəfindən müəyyən edilmiş nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmədiyi halda) qanuni əsaslar tapmır, eyni zamanda həmin qərarda əks olunmuş (apellyasiya məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarında təkrarlanmış) məhkəmə kollegiyasının dəlillərinin hazırki qərarda təkrar təsvir edilməsinə zərurət görmür. Qeyd olunanlar Məhkum və onun müdafiəçisi Z.K.Qəhrəmanovun kassasiya şikayət lərinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum və onun müdafiəçisi tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli, 1(104)245/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli, 1(104)-245/2023 nömrəli qərarı məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar