Məhkəmə qərarları › İş №1(102)-2105/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2105/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2105/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(104)-198/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1993-cü ildə Xanlar rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, Göygöl rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Şahid2 ilə xx.xx.2016-cı il tarixdə Daşkəsən rayonu Xoşbulaq kəndində tanış olduqdan sonra, 6 avqust 2016-cı il tarixdə, saat 17 radələrində Şahid2la Daşkəsən rayo nu, Xoşbulaq kəndində “Eloğlu” kafesində görüşüb, Şahid2 tanışı Zərərçəkmiş şəxs guya ona verməli olduğunu əsassız olaraq hesab etdiyi, lakin Zərərçəkmiş şəxs borclu olmadığı üçün verməkdən imtina etdiyi 500 (beş yüz) manat məbləğində pulu ona zor tətbiq etməklə, hədə-qorxu ilə tələb etmək qərarına gəlmiş, bu niyyətlə Şahid2la qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Şahid2la əlaqə saxlamayan Zərərçəkmiş şəxsla görüşmək üçün onun barəsində soraqlaşıb Daşkəsən rayonu, Xoşbulaq kəndi istiqamətinə avtomobillə gəlməsi barədə məlumat əldə etdikdən sonra, həmin ərəfədə tanış olduğu Şahid3 idarə etdiyi “Vaz 21214” markalı, 20-BS577 dövlət qeydiyyat nişanlı avtomibillə Zərərçəkmiş şəxs gəldiyi istiqamətdə gedərək onunla qarşılaşmı ş, əyləşdiyi avtmobildən enib Zərərçəkmiş şəxs hərəkət etdiyi X4 idarə etdiyi “Vaz 21011” markalı, 08- BF-783 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək, onu Şahid2 həmin kənddə gözlədiyi Elman adlı şəxsə məxsus olan adsız kafeyə gətirmiş, orada Zərərçəkmiş şəxs 500 (beş yüz) manat məbləğində Şahid2 borcunun olduğunu bildirməklə, ondan həmin pulu almağın yolunu bildiklərini onun nəzərinə çatdırmaqla, həmin məbləği ondan hədə-qorxu ilə tələb etmiş, bu zaman sonuncu israrla Şahid2 borclu olmadığını deməklə, onlara pul verməyəcəyini bildirmiş, bundan sonra onlar söhbətlərini davam etdirmək üçün, həmin kafedən çıxaraq Şahid2la birlikdə Daşkəsən şəhərinə avtomobili üçün ehtiyat hissəsi almağa gedən tanışı Şahid3 idarə etdiyi “Vaz 21214” markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobillə D aşkəsən şəhəri istiqamətində gedərkən o, üzərində gəzdirdiyi cib bıçağını cibindən çıxarıb onlarla birlikdə qeyd olunan avtomobilə əyləşməklə, Daşkəsən şəhərinə doğru hərəkət edən Zərərçəkmiş şəxs nümayiş etdirərək, 500 (beş yüz) manat məbləğində pulu ondan yenidən hədə-qorxu ilə tələb etmiş, onlar Daşkəsən şəhərinə çatdıqdan, Şahid3 avtomobili üçün ehtiyat hissəsi aldıqdan sonra, söhbəti davam etdirmək üçün sonuncudan avtomobili Gəncə şəhəri istiqamətində idarə etməsini xahiş etmiş, lakin Şahid3 imtina edərək Daşkəsən rayonu Xoşbulaq kəndinə qayıtdığı üçün, onlar da məcburi olaraq onun idarə etdiyi avtomobillə Xoşbulaq kəndinə qayıdaraq, həmin tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs əyləşdikləri həmin avtomobillə Şahid2la birlikdə Xoşbulaq kəndində çayın kənarına apararaq, yenə də Şa hid2 Zərərçəkmiş şəxs ona borclu olduğunu iddia etdiyi pulu tələb etmiş, sonuncu bu dəfə də həmin məbləği verməkdən imtina etdikdə, Şahid2 500 (beş yüz) manat məbləğində pulu hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə, üzərində gəzdirdiyi cib bıçağı ilə onu qəsdən vuraraq ona qarın nahiyyəsinin deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmiş, bundan sonra Şahid2 Səbuhi Əhmədova dostlarından birinə qeyd olunan məbləğdə pulun verilməsinə boyun olması üçün zəng etməsini təklif etmiş, bu zaman Zərərçəkmiş şəxs xəsarət aldığından artıq qorxduğu üçün Şahid2 mobil telefonu ilə Ağcabədi şəhərində yaşayan, hər ikisinin tanışı olan Şahid6 zəng edib sonuncudan Şahid2la danışaraq razılaşdıqla rı kimi ona 250 (iki yüz əlli) manat məbləğində pul boyun olmasını xahiş etmiş, bundan sonra məsələ barədə Şahid2la birlikdə Şahid6la danışdıqdan, sonuncu buna razılıq verdikdən sonra, Zərərçəkmiş şəxs aldığı xəsarətlə əlaqədar yardım göstərilməsi üçün birlikdə yaxınlıqda yerləşən “Eloğlu” kafesinə gedərək orada ona yardım göstərildikdən sonra, orada Şahid2 yenə Zərərçəkmiş şəxsla tələb etdiyi pul barəsində söhbət etməyə başlamış, həmin vaxt Şahid2 pul verəcəyinə inanmadığını Zərərçəkmiş şəxs bildirmiş, sonuncu da Şahid2 ona inanması üçün pulu verənədək “Samsung j5” markalı mobil telefonunu könüllü olaraq sonuncuya vermiş, Şahid2 telefonu alıb içindəki nömrə kartlarını ona qaytarmış, Zərərçəkmiş şəxs Şahid2 vəd etdiyi 250 (iki yüz əlli) manat məbləğində pulu iki gün sonra, yəni 9 avqust 20 16-cı il tarixdə tanışı Şahid7 vasitəsilə Şahid8 adından köçürmə yolu ilə "xxxx" ASC-nin Daşkəsən rayon filialından Ağcabədi şəhərinə Şahid6 adına göndərmiş, Şahid6 isə öz növbəsində həmin gün 250 (iki yüz əlli) manat məbləğində pulu bankdan nağdlaşdıraraq, həmin tarixdə Ağcabədi şəhərində Şahid2vermiş, Şahid2 isə Zərərçəkmiş şəxs məxsus “Samsung j5” markalı mobil telefonu ona qaytarılması üçün Şahid6 vermiş, bununla da qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, zor tətbiq etməklə Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə tələb etmişdir.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(100)-63/2022 nömrəli hökmü ilə (hakimlər N.T.Əliyev (sədrlik edən), D.H.İmanov və E.İ.Rüstəmov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri il ə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 22 fevral 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri və birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(104)-198/2023 nömrəli qərarı ilə (hakimlər X8 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri və birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(100)-63/2022 nömrəli hökmünün apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(104)-198/2023 nömrəli qərarından apellyasiya instans iya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində göstərmişdir ki, məhkəmə Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq edib ona 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edərkən hökmdə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamaqla cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-in 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərb aycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamışdır. Bundan başqa, məhkəmə bu sahədə olan məhkəmə təcrübəsini nəzərə almamaqla yanlış nəticəyə gəlmişdir.

8. Bununla da apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza hissəsində düzgün araşdırma aparılmaması qeyd edilərək, protestdə göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21 maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(104)-198/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Kassasiya p rotestinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassa siya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əla qələndirmişdir.

17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(104)-198/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cin ayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin əd alət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

20. Cəzanı yüngülləşdirən hallar d edikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

21. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

22. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayəti n ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

23. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər

24. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya d əyişdirilməsi əsaslarından biri kimi göstərir.

25. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

26. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

27. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdır an halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə mater ialı) yeni apellyasiya baxışına təyin etməlidir.

28. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

29. Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələrinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

30. Məhkum Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.3-cü maddələri ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

31. Birinci instansiya məhkəməsi Məhkum zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi, həmçinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, Gürcüstan Respublikasında 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını nəzərə almış və həmin halları müstəsna hal kimi qiymətləndirərək, Məhkum barəsində CM-in 62-ci maddəsini tətbiq etmişdir, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir.

32. Kassasiya protestinin dəlilləri qismində istinad edilən məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi, həmçinin ona təyin edilən cəza növünün onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyinə uyğun olmamasına münasibətdə kollegiya qeyd edir ki, eyni dəlillər ilə apellyasiya protestində də çıxış edilmiş və sözügedən hal apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, Məhkum məhz, Gürcüstan Respublikasında 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, həmçinin iştirakçılıqla törədilmiş cinayətdə onun rolunun və iştirakçılıq dərəcəsinin digər təqsirləndirilən şəxslə müqayisədə kifayət qədər az olması qeyd edilərək, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsini əsaslı hesab etmişdir. Hazırki halda isə apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək eyni əsaslarla yenidən yeni baxışa qaytarılması üçün əlavə əsaslar müəyyən edilmir.

33. Belə ki, əmələ görə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi istər əməlin, istərsə də məhkumun şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuş, ədalətli və əsaslı hesab edilməl idir.

34. Kollegiya qeyd edir ki, məhkumun Gürcüstan Respublikasında 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, hökmün Azərbaycanda tanınmaması, bu səbəbdən cəza təyin edilərkən cinayətlərin məcmusu institutunun tətbiq edilə bilməməsini müstəsna hal kimi nəzərə almasının hüquqi əsaslarının olmaması qənaətinə gəlsə də, digər qeyd olunan yüngülləşdirici halların müstəsna hallar kimi nəzərə alınmasına hüquqi əsaslar olmuş və ümumilikdə təyin edilən cəzanın ədalətli, məhkumun şəxsiyyəti və əməlin ictimai təhlükəliliyinə uyğun hesab edir.

34. Bu səbəbdən kassasiya protestinin dəlilləri qismində sadalanan hallar qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsas hesab edilməli deyil.

35. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfində n təyin olunmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.

36. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisə ləndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 29 mart 2023-cü il tarixli, 1(104)-198/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(104)-198/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar