Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2105/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2024-cü il tarixli hökmü ilə X16 Azərbayca n Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər Nuriyev Elnur Aləm oğlu (sədrlik edən və məruzəçi), Tağıyev Azər Heydər oğlu və Muxtarov Kamran Nüsrət oğlundan ibarət tərkibdə) X16, 14 iyul 1986-cı il tarixdə Kürdəmir rayonunun Şımıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməyən, İİİ qrup əlil olan, əvvəllər Rusiya Fed erasiyasının Kalininqrad şəhəri Oktyabr Rayon Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsinin “Q” bəndi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 16 noyabr 2012-ci ildə cəzasının sonu ilə azad edilmiş, Azərbaycan Respublikasında məhkum edilməmiş və məhkumluğu olmayan, Kürdəmir rayonunun Xırdapay kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanında kirayədə yaşayan, CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin müstəntiqi polis polkovnik-leytenantı X, həmin İdarənin 36-cı Polis şöbəsini n təhqiqatçısı polis baş leytenantı X19, baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və əməliyyat müvəkkili Şahid2 barəsində xüsusi qərar çıxarılaraq həmin qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X16 qarşı CM-in 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, X21 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, həmin ittihama əsasən, X21 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3,197 qram narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil o lmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 avqust 2023-cü il tarixdə saat 18:10-da ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3Pİ-nin 36-cı PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,197 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən X16nın ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiyindən, Bakı Ağır Cinayətlər Məhkəm əsi tərəfindən onun barəsində yuxarıda göstərilən 5 aprel 2024-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Yaqubov Tural Qaraxan oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 27 may 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramında (20192024-cü illər) nəzərdə tutulmuş tədbirlərə, ibtidai araşdırma orqanı tərəfindən X16a qarşı irəli sürülmüş ittihama, iş üzrə i btidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edib həmin sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq edib qiymətləndirməmiş və X16nın təqsirsizliyi barədə məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Dövlət ittihamçısının ehtimallar üzərində qurulmuş mövqeyinə görə, məhkəmələr məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar, o cümlədən müdafiə tərəfinin irəl i sürdüyü dəlillər əsasında müdafiə funksiyasını üzərinə götürərək birtərəfli qaydada X16nın təqsirliliyinin sübuta yetirilməməsi ilə bağlı əvvəlcədən gəldikləri qənaəti əsaslandırmağa çalışmış, halbuki araşdırılmış sübutlarla məhkum olunmuş şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. X16nın işgəncəyə məruz qalması və bunun nəticəsində xəsarətlər alması barədə sonuncunun şikayəti üzrə isə Xətai rayon prokurorluğunun müstəntiqi X28 tərəfindən aparılmış araşdırmanın nəticəsində X16nın işgəncəyə məruz qalması təsdiq edilməmiş və buna görə müstəntiq tərəfindən 14 dekabr 2023-cü il tarixdə CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi eks pertizasının rəyi ilə isə X16da aşkar edilmiş xəsarətlərin xarakterinə və lokalizasyalarına əsasən həmin xəsarətlərin onun özü tərəfindən yetirilə bilməsi istisna edilməmiş, lakin bunlara baxmayaraq məhkəmələr preyudisial əhəmiyyətə malik olan qərar üzrə müstəntiqin gəldiyi nəticələri inkar etmiş, bununla da CPM-in 65.1-ci maddəsinin tələblərinin pozulmasına yol vermişlər. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə hökmdən verilmiş apellyasiya protestinin təmin edilməməsinin əsaslarından biri kimi iş üzrə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etmiş hal şahidlərinin ifadələrinin müstəntiq tərəfindən yazılaraq onlara imzalatdırılması, bu ifadələrin həqiqəti əks etdirməyərək formal xarakter daşıması və nəticədə qeyd olunan istintaq hərəkətinin aparılması ha qqında 14 avqust 2023-cü il tarixli protokolun sübut kimi mötəbərliyinin şübhə altına alınması qeyd olunsa da, dövlət ittihamçısı T.Y.Məmmədova məhkəmələrin bu məsələ ilə bağlı da gəldikləri nəticəni əsassız hesab edərək öz mövqeyini belə əsaslandırmışdır ki, ola bilər ki, X16un ittiham olunduğu cinayətin törədilməsindən 7 ay sonra məhkəmədə ifadələr verərkən, şəxsi axtarışın və götürmənin aparılmasında hal şahidi qismində iştirak etmiş Şahid3 və Şahid4 yanılsınlar və bu hal da onların fərdi psixoloji xüsusiyyətləri ilə əlaqədar ola bilər. Halbuki, həmin şəxslər ibtidai araşdırma zamanı digər sübutlarla uzlaşan ifadələr vermiş və həmin ifadələrində X16un üzərində axtarış aparılarkən ondan ittihamda göstərilən miqdarda və növdə narkotik vasitənin aşkar edilərək götürülməsini təsdiq etmişlər. O, ki qaldı Şahid3 əvvəllər bir halda, Şahid4 isə 51 dəfə başqa cinayət işləri üzrə də hal şahidi qismində iştirak etmələrinə, buna görə də, CPM-in 94.1 və 115-ci maddələrinin tələblərinin pozulması məsələsinə, kassasiya protestinin müəllifinin iddiasına görə, bu hal da 14 avqust 2023-cü il tarixdə aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin qanunsuz hesab edilməsinə əsas verməmişdir. Halbuki, Şahid3 və Şahid4 hazırkı iş üzrə də hər hansı maraqlarının olması müəyyən edilməmiş (bu məsələ də məhkəmələr tərəfindən yoxlanılmamışdır), adları çəkilən şəxslərin hər ikisinin ayrı-ayrılıqda verdikləri ifadələrə görə, onlar X16un üzərində axtarışın və götürmənin aparılmasında öz razılıqları ilə iştirak etmiş, şəxsi axtarış zamanı baş verənləri onlar tam və düzgün dərk etmək qabiliyyəti nə malik olmuş, onlara etirazın edilməsi üçün CPM-in 109.1.1-109.1.8-ci maddələrində göstərilən hallar mövcud olmamış, belə olan halda isə ibtidai araşdırma zamanı həmçinin CPM-in 115.4-cü maddəsinin tələbləri də pozulmamışdır. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı T.Y.Məmmədova Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli qərarından verdiyi kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, bəraət almış şəxs X16 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin təl əblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs X16un iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı T.Y.Məmmədova həmin protestində məhkəmələrin X16a ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsinə görə bə raət verilməsi haqda nəticəyə gələrkən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələblərinin pozulmasına yol verildiyini, məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 27 may 2024cü il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəm bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.Y.Məmmədovanın kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətləri nin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə akt ları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyə tli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydası nda ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin tö rədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024cü il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslə rin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şə xs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə pr insipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübut ların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı mad dəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cin ayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin tör ədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəl i əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsind ə CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müə yyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət m əsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci madd əsində nəzərdə tutulmuşdur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məh dudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında bu icraatın təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyib sə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsin də əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair material lara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hər əkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamı şsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sü butlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüy ü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərin ə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edə n hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulmas ı və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsas şərtlərindən biri də hökmdə müəyyən edilmiş hallar ın məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsus ilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm p rinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. X16nın cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlar ının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu t ərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsu n. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının birinci instansiya məhkəməsinin hökmü ilə birlikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətlən dirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı və birinci instansiya məhkəməsi tərəfindən cinayət işinə məhkəmədə baxılarkən əldə edilmiş əlavə sübutlar məhkəmə iclasında tam həcmdə araşdırılmış, məhkəmə çıxardığı hökmdə məhz həmin sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirilərək X16nın ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırmalar zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barəd ə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən dövlət ittihamçısı T.Y.Məmmədovanın bununla bağlı vəsatətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan baxaraq X16nın barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmış, lakin işə məhkəmələrdə baxılarkən məhkəmə iclaslarında iştirak edən dövlət ittihamçıları ittihamın sübuta yetirilməsi məqsədilə ittiham aktında göstərilən sü butlardan başqa əlavə sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyəti kobud qanun pozuntularına, o, cümlədən X16nın müdafiə hüququnun pozulmasına yol verilməklə əldə edilmişdir. Belə olan halda məhkəmə kollegiyası X16un barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etmələrini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməmələrini, n əticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı T.Y.Məmmədova məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tədqiq olunmuş sübutların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş (halbuki CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunması nın yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür), həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Məhkəmələrin gəldikləri nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 5 aprel 2024-cü il tarixli hökmündə və apellyasiya instansiyas ı məhkəməsinin 27 may 2024-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə müraciət edərək həmin sübutlara hazırki qərarda da istinad etməyi zəruri sayır. Belə ki, cinayət işinin materiallarına əsasən, X16un üzərində şəxsi axtarışın aparılması haqqında protokolda və ilkin araşdırma zamanı onun adından kompyuterdə çap olunmuş eyni tarixli, lakin vaxtı göstərilməyən izahatda ona əldə edərək saxlaması və daşıması iddia olunan bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəni onun tərəfindən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 50 manata öz istifadəsi üçün əldə edilməsi, həmin narkotik vasitənin 14 avqust 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülməsi göstərilsə də, bundan iki gün sonra, yəni 16 avqust 2023-cü il tarixdə şübhə li və təqsirləndirilən şəxs qismində dindirilərkən o, qeyd olunan narkotik vasitənin ona aid olmamasını, başqa ifadələr vermək istəmədiyini bildirmiş və həm şəxsi axtarış və götürmə haqqında protokolu və göstərilən izahatı, həm də onun dindirilməsi haqqında protokolları, habelə ilkin və ibtidai araşdırmalar zamanı tərtib edilmiş bir çox prosessual sənədləri imzalamaqdan imtina etmişdir. 16 avqust 2023-cü il tarixdə Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən isə X16 məhkəmə iclasında göstərmişdir ki, o, üç il ərzində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsində məxfi işçi olmuş, lakin bu fəaliyyətinə görə ona heç bir vəsait ödənilmədiyindən o, sosial şəbəkələrdə bununla bağlı çıxışlar etmiş, məhz həmin çıxışlarına görə o, “Siyaqut ” şadlıq sarayının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq döyülmüş və onun üzərinə narkotik vasitə qoyulmuşdur. Bu səbəbdən o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatının təmin edilməməsini xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, X16nın heç bir sübut kimi əhəmiyyətə malik olmayan ilkin izahatı və üç ay ərzində aparılmış ibtidai istintaq zamanı 16 avqust 2023-cü il tarixdə cəmisi iki dəfə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələri, həmçinin onun polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki zorakılığa məruz qalması ibtidai araşdırma orqanı tərəfindən ümumiyyətlə yoxlanılmamış, bununla bağlı müvafiq istintaq hərəkətləri aparılmamış (hətta X16nın qısa şəkildə göstərdikləri ilə hazırki i ş üzrə şahid qismində şəxslərin ifadələri arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq onun həmin şəxslərlə üzləşdirilmələri də keçirilməmiş) və yalnız işə birinci instansiya məhkəməsində baxılarkən sonuncunun məhkəmə iclasında verdiyi ifadələri üzrə müvafiq araşdırma aparılaraq həmin ifadələrin təsdiq edilməsinə dair bir sıra sübutlar əldə edilmişdir. Belə ki, hazırki cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən X16 özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, həbs edilməmişdən əvvəl Bakı şəhəri ərazisində küçələri gəzərək metal tullantılarını yığıb müvafiq məntəqələrə təhvil verməklə ailəsini dolandırmışdır. Bundan əvvəl isə o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin məxfi işçisi olmuşdur. 14 avqust 2023-cü il tarixdə, s aat 15:00-16:00 radələrində o, “Siyaqut” restoranının yaxınlığında olarkən, metal tullantıları yığdığı arabasını orada qoyub su içmək üçün həmin restorana getmiş, geri qayıtdıqda isə əllərində qandallar olan mülki geyimli, sonradan Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını öyrəndiyi şəxslərin ona yaxınlaşdığını görmüş, sonuncular ondan hansısa kafenin yerini soruşmuşlar. Lakin o, həmin şəxslərin polis əməkdaşları olduqlarını, oraya onu tutmaq üçün gəldiklərini başa düşmüşdür. Polis əməkdaşları onu tutan kimi dərhal həm onun, həm də öz mobil telefonlarını söndürmüş, sonra isə “Toyota Prado” markalı avtomaşına mindirərək Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis şöbəsinə gətirmişlər. Burada ona işgəncələr verilmiş, bir gün ərzində əlləri qandallı vəziyyətdə saxlanılmış, məruz qal dığı işgəncələrə etiraz əlaməti olaraq ona yemək yeyərkən istifadə etməsi üçün verilmiş qaşığı udmuşdur (bu hal da işə əlavə olunmuş tibbi sənədlərlə təsdiq olunur-m.k.) Polis şöbəsində hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkil onun etirazına baxmayaraq təqdim olunmuş bütün sənədləri imzalamış, bu səbəbdən də o, ibtidai araşdırmanın sonrakı mərhələsindən sonuncunun xidmətindən imtina etmişdir. Həmçinin o, Polis şöbəsində ona verilmiş yeməyi və suyu qəbul etməmişdir ona görə ki, həmin yeməyin və suyun tərkibində narkotik vasitə olmasını ehtimal etmişdir. O, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məsələyə baxan hakimə də işgəncəyə məruz qalması və döyülməsi barədə məlumat vermiş, Polis idarəsinin müvəqqəti saxlama yerində bədənində aşkar olunmuş xəsarətlər qeydə alınmasa d a, istintaq təcridxanasında belə qeydlər aparılmışdır. Ona verilmiş suallara cavab olaraq X16 həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutulmasından təxminən bir saat əvvəl Bakı şəhər Baş Polis İdarəsinin tanımadığı əməkdaşları ona zəng edərək onu idarəyə çağırmış, lakin o, həmin İdarəyə getməmişdir. Xətai RPİ-nin 36-cı polis şöbəsində üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən video çəkiliş aparılmamış, həmin vaxt onun üzərindən götürülməsi göstərilən narkotik vasitə isə ona polis əməkdaşları tərəfindən cibinə qoyulmuşdur. Halbuki, o, heç vaxt və heç kimdən nə öz şəxsi istifadəsi, nə də başqa məqsədlər üçün narkotik vasitə və ya psixotrop maddə əldə etməmiş, saxlamamış və daşımamış, belə vasitə və maddələrdən də istifadə etməmişdir (bu hal da X16da nark omaniya xəstəliyinin əlamətlərinin müəyyən edilməməsi, onun narkomaniya xəstəliyindən əzab çəkməməsi və buna görə həmin xəstəlikdən məcburi müalicəyə ehtiyacının olmaması barədə məhkəməyədək icraat zamanı təyin edilərək keçirilmiş məhkəmə narkoloji ekspertizasının 16 sentyabr 2023-cü il tarixli 5946 saylı rəyi ilə təsdiq olunur-m.k.). Eyni zamanda, X16 bildirmişdir ki, onu ittiham aktında adları göstərilən deyil, başqa polis əməkdaşları tutmuş, bunun səbəbi isə onun polis orqanları ilə məxfi əməkdaşlıq etdiyinə görə almalı olan vəsaitin verilməməsi və bundan əvvəl oxşar əməlin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb olunsa da bəraət aldığına görə kompensasiya tələb etməsi ilə bağlı sosial şəbəkələrdə çıxış etməsi olmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşd ırma orqanı tərəfindən X16a CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham, həmin maddədə nəzərdə tutulmuş cinayətin obyektiv və subyektiv cəhətlərini əks etdirən xüsusatlar (X16nın narkotik vasitəni 50 manat pulun müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində daşıması) onun ilkin araşdırma zamanı verdiyi izahatı əsasında müəyyən edilərək həmin izahat sübut kimi qiymətləndirilib ittihamın əsasına qoyulmuşdur. Sonradan şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən X16 izahatında göstərdiklərini tam inkar etmiş və fərqli məzmunda (yuxarıda təsvir edilmiş) ifadələr vermiş, lakin naməlum səbəblərdən onun bu ifadələri ibtidai araşdırma orqanı tərəfindən sübut növü kimi qəbul edilməmiş, yoxlanılmamış və nəzərə alınmamışdır. Halbuki, 124.2-ci maddəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. Bu normanın tələblərindən göründüyü kimi, həmin normada şübhəli şəxsin ilkin araşdırma zamanı verdiyi izahatın, hətta həmin izahatda cinayətin törədilməsi halları əksini tapsa belə, sübut kimi qəbul edilməsinə, sonradan isə belə izahatın ittihamın əsasına qoyulmasına yol verilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq X16un izahatını onun təqsirliliyini təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmiş və bu zaman həm də aşağıda göstərilənlərə də əməl etmişlər. Məhkəm ə kollegiyası qeyd etməyi zəruri bilir ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxsin etirafı digər sübutlarla təsdiq edilmədiyi halda belə etiraf ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və o nlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Kassasiya protestində X16nın məhkəmə iclasında ətraflı olaraq verdiyi ifadələrinin yolverilməz sübut olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüququdur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci maddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiy a instansiyası məhkəmələrinin iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əsas sübut növlərindən biri kimi X16nın həm 16 avqust 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində, həm də məhkəmə iclaslarında verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etməyərək bununla bağlı da kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış bir çox sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə X16a qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən bəzi sübutların prosessual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilməsini qeyd edir. X16nın ardıcıl olaraq verdiyi ifadələrin fövqündə isə məhkəmə kollegiyası hesab edir ki, bütün şü bhələri onun xeyrinə həll edən məhkəmələr tamamilə haqlı olaraq toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə düzgün nəticəyə gəlmiş və kassasiya protestində inkar edilsə də, X16un heç bir hüquqi qüvvəyə malik olmayan izahatı deyil, onun məhz sonradan və məhkəmə iclaslarında verdiyi ifadələrini yekun məhkəmə aktlarının əsasına qoymuşlar. X16nın bu ifadələrinin digər sübutlarla müqayisəli təhlili göstərir ki, onun saxlanıldıqdan sonra həqiqətən fiziki zorakılığıa məruz qalması, təhqiqat və ibtidai araşdırma zamanı prosessual qanunvericiliyinin normalarının, eyni zamanda bəraət almış şəxsin müdafiə hüququnun pozulması barədə məhkəmə icla sında göstərdikləri araşdırılmış başqa sübutlarla da təsdiq olunur. Cinayət işinin materiallarından görünür ki, həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən qeyd olunan qanun pozuntuları ilə bağlı məhkəmənin öz təşəbbüsü ilə də müvafiq sübutlar əldə edilərək araşdırılmış və həmin sübutların məcmusu, onlara verilmiş qiymətləndirmə məhkəməyə X16un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas vermişdir. Kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün X16nın cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələri ilə yanaşı iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış digər sübutları tam və hərtərəfli tədqiq və təhlil etmiş məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki cinayət işinin materiallarına görə həmin işin başlanmasına əsas Xətai rayon Polis İdarəsinin 36-cı Polis şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 14 avqust 2023-cü il tarixli raportu, həmin raporta əsasən onun tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair eyni tarixli qərar və bu sənədlərlə bağlı iş üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlərinin və aparılmış bir sıra istintaq hərəkətlərinin nəticələri olmuşdur. Qeyd olunan raportda göstərilmişdir ki, baş əməliyyat müvəkkili Şahid1 icraatına 14 iyul 1986-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, əvvəllər CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmuş, Kürdəmir rayonunun Xırdapay kəndində qeydiyyatda olmaqla, ünvan 5 ünvanında yaşayan X14 qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, qərarda isə əməliyyat məlumatında göstərilənlərin yoxlanılaraq X16nın ifşa edilməsi üçün bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədə müvafiq hesab edilmiş, qərarın surətlərinin 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi nəzərdə tutulmuş və “Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10, 11 və 12 maddələrinə və CPM-in 86 və 445-ci maddələrinə istinad olunmuşdur. Lakin, iş materiallarında bu qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Xətai Rayon Məhkəməsin ə məhz 14 avqust 2023-cü il tarixdə göndərilməsi haqda həmin tarixli 1772 saylı məktuba heç bir material əlavə edilməmiş və əməliyyat müvəkkili Şahid1 da həmin qərarın yoxlanılmasında iştirak etməyərək onun qəbul edilməsinə əsas olmuş müvafiq sübutları məhkəməyə təqdim etməmiş, belə materiallar olmadan isə Xətai Rayon Məhkəməsinin hakiminin təxminən bir aydan sonra təkbaşına qəbul etdiyi 12 sentyabr 2023-cü il tarixli qərarla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. Məhkəmənin bu qərarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, belə qənaətə gələrkən məhkəmə ilkin araşdırma zamanı əldə edilmiş heç bir sübuta istinad etməmiş, 14 avqust 2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuş məlumatların həqiqiliyini yoxlamamış, bu məluma tlar əsasında axtarış işinin açılıb-açılmamasını aydınlaşdırmamış, belə iş açılmışdırsa həmin işdə olan məlumatların məxfiliyini qorumaqla onu tədqiq etməmiş və yalnız prosessual qanunvericilinin normalarını və “”Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10 və 11-ci maddələrinin tələblərini təsvir etməklə kifayətlənmiş, yəni həmin qərarın qanuniliyinin yoxlanılmasına formal yanaşmışdır. Halbuki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin tələblərindən isə görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəa larının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin s onradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməl iyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tari xli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi dax il edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılark ən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına y ol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-in 137 və 445.2-ci maddələrinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, həmin materiallara əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli qərarın eyni tarixli məktublarla əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Xətai rayon prokuroru ilə yanaşı həm də məhkəmə nəzarəti ni həyata keçirən məhkəməyə göndərilməsi barədə məktublar və Xətai Rayon Məhkəməsinin yuxarıda qeyd olunan 12 sentyabr 2023-cü il tarixli qərarı əlavə edilsə də, həmin qərarın özünün və onun əsasında keçirilmiş tədbirlərin yuxarıda göstərilən qaydada yoxlanılması iş materialları ilə müəyyən edilməmişdir. Bu isə ona dəlalət edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 14 avqust 2023-cü il tarixli qərarın və onun əsasında toplanmış sübutların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında formal yoxlanıldığından həmin sübutlar X16a qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Daha sonra cinayət işinin materiallarından görünür ki, X16 14 avqust 2023-cü il tarixdə, ittihamda göstərildiyi kimi, saat 18.10-da (məhkəmədə verdiyi ifadələrində bəraət alm ış şəxs bu vaxtı da mübahisələndirərək həmin vaxtda deyil, saat 15-16 radələrində saxlanıldığını bildirmişdir) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi ilə ünvan 6 ünvanının qarşısında saxlanıldıqdan sonra Xətai RPİ-nin 36-cı PŞ-nə gətirilmiş və orada bu şübhə ilə özünün seçdiyi müdafiəçinin – 13 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə saat 18.35-dəqiqədə şübhəli şəxs qismində tutulmuş, bundan sonra isə həmin tarixdə saat 19.05-dən 19.20-dək, yəni 15 dəqiqə ərzində göstərilən Polis şöbəsinin təhqiqatçısı X19 tərəfindən hal şahidləri Şahid3, Şahid4, polis əməkdaşları Şahid1, Şahid2 və müdafiəçi X7nin iştirakları ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Həmin istintaq hərəkətlərinin aparılması haqqında 14 avqust 2023-cü il tarixli protokola görə, bu istintaq hərəkəti aparılmazdan əvvəl X16nın hal şahidlərinin hər birisinin şübhəli şəxslə qarşılıqlı münasibətləri aydınlaşdırılaraq onların biri-birlərini tanımadıqları müəyyən olunmuş, hal şahidlərinə CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmiş və onlar CM-in 300-cü maddəsində müəyyən edilmiş cinayət məsuliyyəti haqqında xəbərdar edilmişlər. Daha sonra X16a da CPM-in 19, 20, 26 və 90-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş və ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitələr varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra X16nın üzərində şəxsi axtarış davam etdirilmiş və onun əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd açıq rəngli selofana bü külmüş, narkotik vasitəyə bənzər, qəhvəyi rəngli kütlə aşkar edilərək götürülmüş, həmin kütlə elektron tərəzidə çəkilərək onun 3,52 qram olması müəyyən edilmişdir. Bundan sonra isə göstərilən büküm bir ədəd kağız zərfə qablaşdırılmış, həmin zərfin üzəri isə “Zərflər üçün” 151 saylı möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Protokoldan həmçinin görünən odur ki, bu istintaq hərəkətinin aparılması nəticəsində X16nın üzərindən götürülmüş kütlənin həqiqətən narkotik vasitə heroin olubolmaması, bunun sonuncu tərəfindən hansı şəraitdə və hansı məqsədlə əldə etməsi təhqiqatçı tərəfindən aydınlaşdırılmamış, müdafiəçi X7 da bununla bağlı hüquqlarını müdafiə etdiyi şəxsə heç bir sual verməmiş, həmin kütlə hal şahidlərinə təqdim olunmamışdır. Yuxarıda qeyd olunduğu kimi, yalnız X16 nın adından çap edilmiş 14 avqust 2023cü il tarixli izahatda onun narkotik vasitə olan heroini öz şəxs istifadəsi üçün həmin tarixdə günorta saatlarında metronun “”Həzi Aslanov” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manata alması göstərilmiş, lakin bu izahat müdafiəçi tərəfindən imzalansa da, şübhəli şəxs özü onu imzalamaqdan imtina etmişdir. Eyni ilə X16nın sonradan, yəni 16 avqust 2023-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokollar, habelə tərtib edilmiş digər prosessual sənədlər də yalnız müdafiəçi tərəfindən imzalanmış, lakin sonuncu X16nın həmin sənədləri imzalamaqdan imtina etməsinin səbəblərini aydınlaşdırmamış və onun faktiki olaraq üzərində heç bir narkotik vasitənin olmaması və polis əməkdaşları tərəfindən fiziki zorakılığa mə ruz qalması barədə göstərdiklərinə əhəmiyyət verməmiş, bu hallarla bağlı hər hansı səmərəli araşdırmanın aparılmasına təşəbbüs belə göstərməmiş, təqsirləndirilən şəxsin 3 noyabr 2023-cü il tarixdə onun yardımından imtina etməsinə qədər X16nın hüquqlarını səmərəli şəkildə müdafiə etməmişdir. Məhkəmə kollegiyası təsvir edilən hallarda X16un müdafiə hüququnun pozulamasını görür və kassasiya protestində bunun əksi iddia olunsa da, bu iddia ilə razılaşmayaraq və müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli qanunvericiliyin və beynəlxalq müqavilələrin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir ç ox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı X16nın hüquqlarının müdafiə olunması 13 saylı Vəkil Bürosunun vəkili X7a həvalə edildiyinə görə, o, təhqiqat və ibtidai araşdırma zamanı müxtəlif istintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış və sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün lazımi xidmət göstərməyərək fəallıq nümayiş etdirməmiş, hətta X16nın polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, narkotik vasitənin isə onun üzərinə onların qoymaları barədə ifadələrinə heç bir münasibət bildirməmiş, bununla bağlı zəruri olan halların araş dırılmasına təşəbbüs göstərməyərək yalnız ona təqdim olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdir. Belə olan halda həm təhqiqat, həm də ibtidai araşdırmanın ilkin mərhələsində vəkil X7 tərəfindən X16nın hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Bir sözlə, müdafiəçi X7 təmsil etdiyi şəxsin hüquqlarını qanuna müvafiq şəkildə müdafiə etməməklə həm Konstitusiya ilə və beynəlxalq müqavilələrlə, həm də CPM-in 92-ci maddəsi ilə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə üzərinə qoyulan vəzifələri lazımi qaydada yerinə yetirməmişdir ki, bu da təhqiqat və ibtidai araşdırma zamanı X16un müdafiə hüququnun pozulması barədə nəticəyə gəlmək üçün zəmin yaratmışdır. Hərçənd, İnsan Hüquqları üzrə Avropa Məhkəməs inin bir çox Qərarlarında Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “c” bəndinə istinadən vurğulanmışdır ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Şəxsi axtarışın və götürmənin aparılması haqqında 14 avqust 2023-cü il tarixli protokoldan həmçinin görünür ki, həmin protokolda bu istintaq hərəkəti zamanı video çəkilişdən istifadə edilmədiyindən (bunun səbəbi protokolda əks etdirilməmişdir), onun aparılmasında iki hal şahidinin – Şahid3 və Şahid4 iştirak etmələri göstərilmiş, cinayət işinin materiallarına isə sonuncuların 18 sentyabr 2023-cü il tarixdə - Şahid3 müəyyən edilməyən vaxtda, Xin isə - saat 16.20-dən 17.00-dək şahid qismində dindirilmələri barədə proto kollar əlavə edilmişdir. Kompyuterdə çap olunmuş və məzmunları eynilik təşkil edən protokollara görə, adları çəkilən şəxslər dindirmə zamanı 14 avqust 2023-cü il tarixdə saat 19 radələrində Xətai RPİ-nin 36-cı Polis şöbəsinin yaxınlığından keçərkən polis əməkdaşları bir nəfərin üzərində şəxsi axtarış aparılacağını bildirərək onları şöbəyə dəvət etmiş və həmin şöbədə otaqların birində onların iştirakları ilə X16nın üzərində şəxsi axtarış aparılmış, bu zaman təhqiqatçı sonuncuya üzərində qanunla qadağan olunmuş əşyalar varsa, onu təqdim etməyi təklif etmiş, bundan sonra isə sonuncunun üzərində axtarış aparılaraq qara rəngli cins şalvarının sol yan cibindən bir bükümdə maddə aşkar edilmişdir. Bununla bağlı verilmiş suala cavab olaraq X16 bildirmişdir ki, həmin bükümün içərisində olan kütlə na rkotik vasitədir və bu narkotik vasitəni o, 14 avqust 2023-cü il tarixdə günorta vaxtlarında metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 50 manata özünün istifadəsi üçün əldə etmişdir. Bundan sonra X16nın üzərindən götürülmüş və elektron tərəzidə çəkilmiş narkotik vasitənin 3,52 qram çəkidə olması müəyyən edilmiş və həmin vasitə yerləşdirilmiş büküm zərfə qablaşdırılmış, zərf möhürlənmiş, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əvvəla, bu təsvir edilən dindirmə protokollarında guya şəxsi axtarış zamanı X16nın üzərindən götürülmüş kütlənin narkotik vasitə olması, onun həmin narkotik vasitəni 14 avqust 2023-cü il tarixdə günorta vaxtlarında metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında tanımadığ ı şəxsdən 50 manata özünün istifadəsi üçün əldə etməsi barədə izahat verdiyi qeyd olunsa da, şəxsi axtarış və götürmə aparılması haqqında protokolda bu hallara dair sonuncunun izahat verməsi əksini tapmamış və əgər adları çəkilən şəxslər həqiqətən də şahid qismində dindirilmişlərsə belə ziddiyyətlə bağlı onlara heç bir sual verilməmişdir. Ən əsası isə məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, X16nın barəsində cinayət işinə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən Şahid3 və Şahid4 ümumiyyətlə 14 avqust 2023-cü il tarixdə X16un üzərində şəxsi axtarışın aparılmasında iştirak etməmələri və sonuncuların Polis şöbəsində olarkən onlara təqdim edilmiş bir sıra sənədləri oxumadan imzalamaları müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmi şdir ki, xatırlamadığı tarixdə məhəllədə olarkən özünü sahə müvəkkili kimi təqdim edən şəxs ona yaxınlaşaraq onu 36-cı Polis şöbəsinə dəvə edərək ondan bir iş üzrə hal şahid qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməyərək Bakı şəhəri Xətai RPİ-nin 36-cı PŞ-nə getmiş, oraya onunla birlikdə başqa bir şəxs də hal şahidi qismində dəvət olunmuşdur. Polis əməkdaşları onun qarşısına büküm qoyaraq, həmin bükümün cinayət məsuliyyətinə cəlb olunmuş vətəndaşın üzərindən aşkar olunduğunu bildirmişlər. Daha sonra sonuncular ona hansısa kağızlara imza etdirmiş və o, bundan sonra polis şöbəsindən getmişdir. Ona verilmiş suallara cavab olaraq Şahid3 göstərmişdir ki, polis şöbəsində olarkən o, təqsirləndirilən şəxs X16u görməmiş, polis şöbəsinin xidməti otaqlarının birində olarkən orada ondan başqa sahə müvəkkili, mülki geyimli şəxslər və digər hal şahidi olmuş, X16nı isə ilk dəfə məhkəmə iclasında görür, cinayət işinin materiallarında olan, özünün şahid qismində dindirilməsinə dair protokolda yazılanların məzmunundan xəbərsizdir, həmin protokolda qeyd edilən məzmunda ifadələri verməmişdir. Eyni zamanda şahid qeyd etmişdir ki, o, təxminən 3-4 il əvvəl də başqa bir iş üzrə cinayət təqibi zamanı hal şahidi qismində iştirak etmişdir. Şahid4 məhkəmə iclasında verdiyi ifadələrdən görünür ki, o, xatırlamadığı tarixdə və vaxtda taksi xidməti göstərdiyi sərnişini “Ukrayna” dairəsi adlanan əraziyə gətirmiş, sonuncunu avtomobildən düşürdükdən sonra özünü polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxınlaşaraq, onu Xətai RPİ-nin 36-cı Polis şöbəsinə dəvət etmişlər. O, etiraz etmədən polis şöbəsinə getmiş, orada ona imzalaması üçün yazılı kağız təqdim olunmuş, polis əməkdaşları ona bildirmişlər ki, bir nəfər şəxsin üzərindən narkotik vasitə aşkar olunmuşdur, bu sənədlər də onunla bağlıdır, o, da polis əməkdaşlarının bu sözlərindən sonra ona təqdim olunmuş, üzərində nə yazıldığını bilmədiyi sənədləri oxumadan imzalamışdır. Xidməti otaqda ondan başqa 2-3 nəfər də olmuş, lakin X16 orada olmamışdır. Şahid4 verilmiş suallara cavab olaraq isə o, göstərmişdir ki, polis əməkdaşları ona stolun üzərində olan balaca bükümü göstərib, onun içərisində narkotik vasitə olduğunu bildirmiş, X16nı ilk dəfə məhkəmə iclasında görür və əvvəl onu heç yerdə, o cümlədən Polis şöbəsində görməmiş, cinayət işinin materiallarında olan və onun adından yazılmış şahid qismində dindirilməsinə dair pro tokolun məzmunundan xəbərsizdir, o, istintaq zamanı protokolda yazılmış məzmunda ifadələr verməmişdir. Eyni zamanda Şahid4 əvvəllər heç bir iş üzrə cinayət təqibi zamanı hal şahidi qismində iştirak etməməsini bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatlarla müəyyən edilmişdir ki, Şahid4 əvvəllər 51 cinayət işi üzrə cinayət təqibi zamanı, yəni mütəmadi olaraq hal şahidi qismində iştirak etmişdir. Kassasiya protestində Şahid3 və Şahid4 məhkəmə iclasında onların şahid qismində dindirilmələri haqqında 18 sentyabr 2023-cü il tarixli protokollarda yazılanlardan fərqli ifadələr vermələri sonuncuların fərdi psixoloji xüsusiyyətləri, onların yaddaşı və hadisələri fərqli şəkildə qavramaları ilə əlaqələndir ilsə də, məhkəmə kollegiyası bu dəlili tamamilə əsassız və heç bir sübuta söykənməyən dəlil kimi dəyərləndirir və bununla bağlı qeyd edir ki, adları çəkilən şəxslərin 14 avqust 2023-cü il tarixdən məhkəmə iclasında dindirilmələrinə qədər, yəni kassasiya protestində göstərildiyi kimi, yeddi ay ərzində onların psixoloji durumunda, hadisələri düzgün qavramaq qabiliyyətində hər hansı dəyişikliklərin baş verməsi iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş, dövlət ittihamçısı T.Y.Məmmədova da belə halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və öz müraciətində də onlara istinad etməmişdir. Odur ki, məhkəmə kollegiyası X16nın üzərində şəxsi axtarışın və götürmənin həm video çəkilişdən istifadə edilməməklə, həm də hal şahidlərinin iştirakları olmadan keçirilməsi, eyn i zamanda Şahid4 başqa işlər üzrə də cinayət təqibi zamanı mütəmadi olaraq hal şahidi qismində iştirak etdiyinə görə hazırki iş üzrə etiraz edilməli şəxs olması barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni tam qanuni və əsaslı nəticə hesab edir və özü də belə qənaətə gəlir ki, təhlil edilən istintaq hərəkəti prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla aparıldığından bunun nəticəsində əldə edilmiş sübutlar da CPM-in 125.2.7-ci maddəsinin tələblərinə uyğun olaraq yolverilməz sübutlar kimi qiymətləndirilməli, buna görə də belə sübutlardan heç bir halda X16nın ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməsi üçün istifadə oluna bilməz. Öz qənaətini isə məhkəmə kollegiyası iş materialları ilə yanaşı həmçinin prosessual qa nunvericiliyin aşağıdakı normalarına istinad etməklə əsaslandırır. Belə ki, CPM-in 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. CPM-in 115.1-115.4-cü maddələrinin tələblərindən görünür ki, bu Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqd a, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. Hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Hal şahidinə etiraz məsələsini istintaq hərəkətlərini aparan şəxs həll edir. Bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. CPM-in 246.3-cü maddəsində təsbit edilmişdir ki, şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidini n iştirakı məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Təsvir edilmiş tələblərlə və Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə yanaşı cinayət mühakimə icraatının qanunçuluq və həmin icraatın obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsiplərindən (müv afiq olaraq CPM-in 10 və 28-ci maddələri) və iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı toplanmış, habelə birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlardan çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Şahid3 və Şahid4 14 avqust 2023-cü il tarixdə X16nın üzərində şəxsi axtarışın və götürmənin aparılmasında iştirak etmədikləri, Şahid4 isə müxtəlif cinayət işləri üzrə cinayət təqibləri zamanı hal şahidi qismində iştirakı mütəmadi xarakter daşıdığına görə onun hazırki iş üzrə etiraz edilməli şəxs olduğu, bu məsələ təhqiqatçı tərəfindən qanuna müvafiq qaydada həll edilmədiyi, digər tərəfdən Şahid3 və Şahid4 ibtidai araşdırma zamanı şahid qismində dindirilmədikləri halda həm şəxsi axtarış və götürmə istintaq hərəkəti etibarsız hesab edilməli, həm də sonuncul arın adından tərtib edilmiş şahidlərin dindirilmələri haqqında 18 sentyabr 2023-cü il tarixli protokollarda əksi olunmuş, lakin faktiki olaraq onlar tərəfindən verilməmiş ifadələr mötəbər sübut növü kimi qiymətləndirilməməli, həmin şahidlərin məhkəmə iclasında verdikləri ifadələri isə mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, şəxsi axtarışın və götürmənin aparılması haqqında 14 avqust 2023-cü il tarixli protokoldan həmçinin görünür ki, həmin istintaq hərəkətinin aparılması zamanı X16nın təqdim etdiyi bir bükümdə olan kütlənin narkotik vasitə - heroin olmasını nə təhqiqatçı, nə də protokolda adları qeyd olunan digər polis əməkdaşları müəyyən etməmiş, bunu X16 özü də bildirməmiş, lakin bu halın həqiqətə uyğun olub-olmaması mütəxəssis dəvət olunma qla aydınlaşdırılmamış, şəxsi axtarışın aparılmasında iştirak etmiş şəxslərin də narkotik vasitələrin və psixotrop maddələrin növlərini ayırd edə bilmələri müəyyən edilməmiş, götürülmüş əşya isə həmin protokolda ətraflı təsvir olunmamış və iştirakları ehtimal olunan hal şahidlərinə təqdim edilməmişdir. Halbuki, CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübut əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təhlil edilən istintaq hərəkətinin icraatı qaydaları prosessual qanunvericiliyinin aşağıdakı tələblərinin pozulması ilə aparıldığından nəinki bu istintaq hərəkətinin, həm də onun nəticəsində əldə edilmiş sübutların, o cümlədən işə əlavə edilmiş maddi sübutun (3, 197 qram çəkidə kustar üsulla hazırlanmış heroinin) yol verilməz sübutlar kimi qiymətləndirilməsinə əsas yaratmışdır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-in 245.2-ci maddəsinə əsasən, axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. CPM-in 247.1-ci maddəsinin tələblərindən görünür ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya və zifəsi, yaşadığı və qeydiyyatda olduqları yer; 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; 247.1.5. hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer (yalnız hal şahidlərinin iştirak etdiyi halda); [363] 247.1.6. hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.7. hal şahidlərinin hər birinə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud g ötürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; CPM-in 247.1.9-cu maddəsinə görə də, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri. CPM-in 247.4-cü maddəsində isə axtarış və götürmə protokolunun surətinin barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil-istismar təşkilatının nümayəndəsinə verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsi axtarış və götürmə aparılması haqqında 14 avqust 2023-cü tarixli protokolun X16a və onun müdafiəçisinə verilməsi də iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, işdə olan prosessual sənədlərə əsasən, X16nın şübhəli şəxs qismində tutulması 14 avqust 2023-cü il tarixdə saat 18.35-də rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 16 avqust 2023-cü il tarixdə saat 08.15-dən 08.40-dək, yəni təxminən 36 saatdan artıq vaxt keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmişdir. H albuki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsində mahiyyəti üzrə baxılarkən X16nın polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra işgəncələrə və şərəf və ləyaqətini alçaldan hərəkətlərə məruz qalması barədə iddiası da məhkəmə tərəfindən tam və hərtərəfli yoxlanılmış və bu yoxlamanın nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilmişdir ki, X16 onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 16 avqust 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına keçirilmiş, Təcridxananın tibbi-sanitar hissəsində müayinədən keçirilən zaman isə onun b ədəni üzərində - sol bazunun içəri səthində 2 sm ölçüdə tündbənövşəyi rəngli qançır izləri, sağ çiyin nahiyəsində 1 sm ölçüdə, sağ biləyin ön və arxa səthində 2 sm ölçüdə və sol kürək nahiyəsində iki ədəd 1 sm ölçüdə qərtməkli yaralar kimi xəsarətlər aşkar edilmişdir. Bu haqda məlumat müvafiq araşdırmanın aparılması üçün Xətai rayon prokurorluğuna göndərilmiş və həmin prokurorluğun müstəntiqi X26 tərəfindən aparılmış araşdırma zamanı yalnız Xətai RPİ-nin 36-cı Polis şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 izahatları alınmış və həmin izahatlara əsasən müstəntiqin gəldiyi nəticəyə görə, X16nın polis əməkdaşları tərəfindən döyülməsi, fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığından 7 sentyabr 2023-cü il tarixli qərarla xxx-C-xx nömrəli material üzrə cinayət işinin başlanma sı rədd edilmişdir. Həmin qərar Xətai rayon prokurorunun müəyyən edilməmiş tarixdə qəbul etdiyi qərarla ləğv olunaraq materiallar əlavə araşdırmanın aparılması üçün müstəntiqə qaytarılsa da, bundan sonra da sonuncu yenə yuxarıda adları göstərilən polis əməkdaşlarının izahatlarına, habelə məhkəmə-tibbi ekspertizasının 14 dekabr 2023-cü il tarixli 100/2023 saylı rəyinə əsaslanaraq faktiki öz məzmununa görə 7 sentyabr 2023-cü il tarixli qərarın məzmununu ilə eynilik təşkil cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 dekabr 2023-cü il tarixli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası belə araşdırmanın səmərəli aparılması barədə nəticəyə gəlmək üçün əsaslar görmür əvvəla ona görə ki, hər iki qərardan X16nın və onun həqiqətən polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmas ını təsdiq və ya təkzib edə bilən, maraqları olmayan şəxslərin də müəyyən edilərək izahatlarının alınması görünmür və eyni zamanda müstəntiqin istinad etdiyi məhkəmə-tibbi ekspertizasının rəyinə də şübhə ilə yanaşır. Belə ki, 14 dekabr 2023-cü il tarixli qərarda istinad olunan həmin rəydə göstərilmişdir ki, X16 6 mart 2023-cü il tarixdə (polis əməkdaşları tərəfindən saxlanılmasından beş aya yaxın vaxt əvvəl) müayinədən keçirilmiş, onda müayinədən 24 gün əvvələ uyğun gələn xəsarətlər - sol said və sağ bud nahiyəsinin əzilmiş yaraları və sağ gözaltı nahiyənin qançırı aşkar edilmiş, həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan onların dərəcəsi təyin edilmir və bu xəsarətlərin xarakterinə və lokalizasiyasına görə onların X16nın özü tərəfindən yetirilə bilməsi inkar o lunmur. Göründüyü kimi, rəydə göstərilən xəsarətlərin xarakteri, lokalizasiyası, onların sayı və yetirilməsi müddəti nəinki İstintaq Təcridxanasında X16nın bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və sayına, həm də onların əmələ gəlməsi müddəti də cinayət işinin materiallarında olan müddətlərə uyğun gəlmir. Bununla yanaşı məhkəmə araşdırmaları zamanı o, da müəyyən edilmişdir ki, X16 müvəqqəti-saxlama yerinə 15 avqust 2023-cü il tarixdə qəbul edilərkən (iş materiallarına əsasən isə, o, 14 avqust 2023-cü il tarixdə tutulmuş, özünün ifadələrinə görə isə bundan sonra bir sutka ərzində əli qandallı vəziyyətdə saxlanılmışdır) onda hər hansı xəsarətin olması aşkar olunmamış və “Tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında” 755 protokola əsasən ondan bir ədəd kəmər, bir ədəd “Redmi” markalı telefon və bir ədəd içərisində 38 manat məbləğində pul olan pul qabı aşkar edilərək onun özünə təhvil verilmişdir (bu əşyaların X16nın üzərində olması şəxsi axtarışın və götürmənin aparılması haqqında 14 avqust 2023-cü il tarixli protokolda əks etdirilməmişdir). Nəticə etibarı ilə məhkəmə kollegiyası müəyyən olunmuş hesab edir ki, X16 İstintaq Təcridxanasında onun bədəni üzərində aşkar edilmiş xəsarətlər hər hansı başqa vaxtda deyil, məhz 15-16 avqust 2023-cü il tarixləri aralığında yetirilmiş, bu müddətdə isə o, polis əməkdaşlarının tam nəzarəti altında olmuşdur. Bu hal isə X16un həmin müddətdə işgəncələrə və şərəf və ləyaqətini alçaldan hərəkətlərə məruz qalmasından, yuxarıda təsvir edilənlər isə müstəntiq X28un bununla bağlı araşdırmanın aparılma sına formal yanaşmasından və onun qəbul etdiyi 14 dekabr 2023-cü il tarixli qərarın qanunsuz və əsassız olmasından xəbər verir. O, da qeyd olunmalıdır ki, həmin qərarın müstəntiq tərəfindən X16a və ya onun müdafiəçisinə verilməsi də iş materialları ilə müəyyən edilməmiş, bu hal isə onlara həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsinə şikayət vermək hüququnun təmin edilməməsinə dəlalət edir. Belə olan halda məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X16nın həqiqətən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra işgəncələrə və qeyri-insani rəftara məruz qalması, saxlanılarkən isə onun üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşyanın, o cümlədən nar kotik vasitənin olmaması barədə ifadələrini mötəbər sübut kimi qəbul etmələrini tam qanuni və əsaslı hesab edir və qeyd edir ki, bu ifadələr araşdırılmış başqa sübutlarla da tam uzlaşır. Xətai rayon prokurorluğunun müstəntiqi X28in 14 dekabr 2023-cü il tarixli qərarının preyudisial əhəmiyyətli qərar kimi qiymətləndirilməli olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Bu tələbdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iş üzrə müvafiq nəticəyə gələrkən haqlı ol araq həmin qərarla müəyyən edilmiş hallara deyil, işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən əldə edilərək araşdırılmış obyektiv və təkzibedilməz sübutlarla təsdiq olunan hallara əsaslanmış və X16nin həqiqətən təhqiqat zamanı işgəncəyə və qeyri-insani rəftara məruz qalması barədə mötəbər qənaətə gəlmişlər. Digər tərəfdən, məhkəmə kollegiyası onu da vurğulayır ki, CPM-in 65.1-ci maddəsinin mənasına görə “şəxsin cinayət təqibini istisna edən qərar” dedikdə o başa düşülür ki, cinayət işi və ya sadələşdirilmiş icraat materialları üzrə hər hansı şəxsin haqqında belə qərar qəbul edildikdə və bu qərar ləğv edilmədikdə, məhz həmin şəxs sonradan eyni əməllər törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz, lakin digər şəxsin barəsində cinayət işinə və ya sadələşdiri lmiş icraat materiallarına məhkəmədə baxılarkən barəsində cinayət təqibinə bu və ya digər əsaslarla xitam verilmiş və ya cinayət işinin başlanması rədd edilmiş şəxsin də təqsirli bilinməsi istisna olunmaqla onun əməllərinə də münasibət bildirilməsi istisna olunmur və bu zaman barəsində cinayət təqibinə xitam verilmiş və ya cinayət təqibinin başlanması rədd edilmiş şəxsin cinayət xarakterli əməl törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildikdə, prosessual qanunvericiliyin normaları ilə məhkəmədən bu haqda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru məlumatlandırmaq tələb olunur. Təsadüfi deyil ki, birinci instansiya məhkəməsi X16nın təhqiqat zamanı işgəncələrə və qeyri-insani rəftara qalması, habelə bu mərhələdə və iş üzrə ibtidai araşdırma aparıl arkən kobud qanun pozuntularına yol verilməsi məsələsinə bu prizmadan yanaşmış və apardığı məhkəmə araşdırılmaları nəticəsində X16nın barəsində bəraət hökmü ilə yanaşı həmçinin əməliyyat müvəkkilləri, təhqiqatçı və müstəntiq barəsində xüsusi qərar da çıxarmışdır. Kassasiya protestinin dəlilləri ilə bağlı təhlil edilən məsələyə dair təfsirə uyğun olan hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” 18 noyabr 2022-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərara görə, baxılan i nzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. Ümumilikdə isə araşdırılmış bütün sübutların fonunda Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə belə n əticəyə gəlmişlər ki, X16 saxlanılaraq Xətai RPİ-nin 36-cı PŞ-nə gətirildikdən sonra işgəncəyə və qeyri-insani rəftara məruz qalmış, bunun da nəticəsində onun üzərində narkotik vasitənin olması barədə həqiqətə uğun olmayan heç bir hüquqi qüvvəyə malik olmayan izahat verməyə məcbur edilmiş, ona qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlar isə yuxarıda təsvir olunan qanun pozuntuları ilə əldə edilmiş, bütün bu hallar da həmin sübutların qanuni qüvvəsinin olmaması, X16nın isə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin bu haqda gəldikləri nəticə ilə razılaşaraq onu qanuni və əsaslı hesab edir və buna görə həmin nəticənin şüb hə altına alınması üçün heç bir əsas görməyərək eyni zamanda qeyd etməyi lazım bilir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, ci nayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsa n Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 sayl ı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmə rəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, ə gər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokurorluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasının rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarını n keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşları Şahid1 və Şahid2 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsini və təhlil olunmasını zəruri hеsab еdir. Əvvəla iş materiallarına görə, adları çəkilən şəxslər X16nın barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş və bu tədbirlər nəticəsində onu 14 avqust 2023-cü il tarixdə saxlayıb Xətai RPİ-nin 36-cı Polis şöbəsinə gətirərək təhqiqatçıya təhvil vermişlər. Bundan sonra məhz təhqiqatçı tərəfindən X16nın üzərində şəxsi axtarışın aparılmasında əməliyyatçı olan polis əməkdaşlarının iştirak etmələrinin hansı zərurətdən irəli gəlməsi nə təhqiqatçı tərəfindən aydınlaşdırılmamış, nə də ki, bunun əsası X16a izah edilməmişdir. Sonuncu isə ibtidai araşdırma mərhələsində və məhkəmələrdə verdiyi ifadələrində göstərmişdir ki, o, Polis şöbəsində fiziki zor akılığa məruz qaldıqdan sonra şəxsi axtarış zamanı məhz onu saxlayan və ona qarşı qanunsuz hərəkətlər edən şəxslər deyil, tamamilə başqa polis əməkdaşları iştirak etmiş və o, hər hansı etirafedici ifadələr verməsə də, təhqiqatçı onun adından yazılmış izahatı cinayət işinin materiallarına əlavə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2, X16nı narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli bilərək 14 avqust 2023-cü il tarixdə saat 18 radələrində “Nargilə” kafesinin qarşısında saxlamaları, onu Xətai RPİ-nin 36-cı Polis şöbəsinə gətirərək təhqiqatçıya təhvil vermələri, bundan sonra onların da iştirakları ilə X16nı üzərində şəxsi axtarışın aparılması, bunun nəticəsində isə sonuncunun üzərindən 3,52 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi barədə hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələri həqiqəti əks etdirən ifadələr kimi qəbul edilsə belə, onların təkcə əməliyyat-axtarış tədbirlərinin keçirilməsində deyil, həm də onlara aid olmayan istintaq hərəkətinin aparılmasında da iştirak etmələri onların X16a ünvanladıqları tələbin yerinə yetirilməsinin sığortalanması zərurətindən irəli gəlmişdir. Məhz buna görə də ibtidai araşdırma orqanı və kassasiya protestinin müəllifi polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrini X16a qarşı CM-in 234.11-ci maddəsi ilə ittihamın irəli sürülməsinə əsas olan və onun bu ittiham üzrə təqsirliliyinə dəlalət edən sübut növü kimi qiymətləndirmiş, lakin X16nın həqiqətən ittihamda göstərilən cinayət əməlini törətməsini təsdiq edən qərəzsiz və mötəbər sübutlar (ekspertiza rəyləri istisna olmaqla) məhkəmələrə təqdim olunmamış, qalan digər sübutlar isə prosessual qanunvericiliyinin tələblərinin pozulması və yuxarıda göstərilən başqa pozuntularla əldə edilmişdir. Şübhəli şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübut kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından isə Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli qərarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yе rinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzər yetirildikdə müəyyən olunur ki, polis əməkdaşları Şahid1 və Şahid2 X16nın saxlanılaraq polis şöbəsinə gətirilməsinə, onun üzərində şəxsi axtarışının aparılması barədə şahid kimi ifadələr vеrmişlər və ibtidai araşdırma orqanı X16nın təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, bəraət almış şəxsin isə narko tik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan başqa halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmişdir. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin polis əməkdaşları tərəfindən verilmiş ifadələrin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə də şübhə ilə yanaşmalarını haqlı hesab edir və qeyd edir ki, X16nın ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edi lənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq X16a elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, apellyasiya instansiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir k, X16nın CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə itt ihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntuların yol verilməsini təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlil lər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-in 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiklərini, ümumi şəkildə isə CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X16a təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı T.Y.Məmmədovanın kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qar şı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X16a CM-nin 234.1-1-ci maddəsi ilə təq sirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 aprel 2024-cü il tarixli hökmü ilə X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2105/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2105/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver