Məhkəmə qərarları › İş №1(102)-2105/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2105/2025

24.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2105/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, işl əməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2a faktiki yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2591/2024 nömrəli 26 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi, “BHM və Partyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-427/2024 nömrəli 10 oktyabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim R.M.Daşdəmirov) Məhkum - Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə az adlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2591/2024 nömrəli 26 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər M.C.Qarayeva (sədrlik edən və məruzəçi), F.İ.Əyyubov və E.E.Rəhimovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-427/2024 nömrəli 10 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Həmin qərarla Məhkum CM-in 221.2.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş, cəzanın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə havələ edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1100/2025 nömrəli 7 may 2025-ci il tarixli qərarı ilə (hakimlər T.A.Muxtarov (sədrlik edən və məruzəçi), T.L.Kazımov və N.R.Mövsümovdan ibarət məhkəmə tərkibində) məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürülmüş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2591/2024 nömrəli 26 dekabr 2024-cü il tarixli qərarı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum bir qrup şəxs halında ictimai qaydanı kob ud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 22 iyun 2023-cü il tarixdə saat 11 radələrində digər şəxslə bir qrup şəxs halında ünvan 3 ünvanda yerləşən Yasamal rayon məhkəməsinin inzibati binasında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pisləşməsi zəminində mübahisə edərək ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafda olan şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və şəxs üzərində zor tədbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə əl zərbələri ilə sağ almacıq nahiyyəsinin qançırı, sağ yanaq, nahiyyəsənin şişkinlik halında əzilməsi, baş beyin silkələnməsi, qarnının sağ yarısının və sağ baldırın qançırları, büzdüm nahiyyəsinin şişkinliyi və qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarət yetirib qəsdən sonuncunun sağlamlığına yüngül bədən xəsarəti yetirərək ətrafda olan şəxslərin rahatlığını və dincliyini pozmaqla xuliqanlıq cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumu n müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2591/2024 nömrəli 26 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum əməlində cinayət tərkibi yoxdur. İşin hallarından məlumdur ki, tərəflər arasında qonşuluq, yəni şəxsi münasibətlər zəminində mübahisələr uzun müddətdir mövcuddur. Məhz xx.xx.2023-cü il tarixdə baş verən hadisə də belə bir mübahisələrdən irəli gələn məhkəmə işinə baxılarkən iclas zalının qarşısında baş vermişdir. Hazırkı iş materiallarında olan tərəflərin izahatları ilə müəyyən edilir ki, baş vermiş hadisə zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış dalaşma gedişin də nəticəsində baş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs Məhkum özünün və onun azyaşlı qızının barəsində nalayiq ifadələr işlətməsi, onları təhqir etməsi onlar arasında dalaşma şəraitini yaratmışdır. Şikayətdə qeyd edilir ki, bu hal tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Bu da onu deməyə əsas verir ki, hadisə Zərərçəkmiş şəxs təşəbbüsü və təhriki, o cümlədən onun viktim hərəkətləri nəticəsində baş vermişdir. İş kassasiya instansiyası məhkəməsində baxılanadək, Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsinə dair ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmi n edilməsinə dair dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azə rbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2591/2024 nömrəli 26 dekabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)2591/2024 nömrəli 26 dekabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar