Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2106/2022 28.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun Bəraət almış şəxs – X6, Müdafiəçi – Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Quliyev Elxan Ağalar oğlunun iştirakları ilə, Bakı Şə həri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Samir Seyidəhmədli tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Axundov) 04 aprel 2022-ci il tarixli hökmü ilə xx.xx.1976-cı il tarixdə Rusiya Federasiyası, Maxaçqala şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli X9 Azərbaycan Respubli kası CM-nin 213.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protestinə əsasən işə baxan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarı ilə (hakim Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə oğlundan ibarət tərkibdə) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Samir Seyidəhm ədli tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən X9 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) (MMC) fəaliyyətinə rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 103, 104.1, 105.1, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1, 198, 201 və 202 -ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xeyli miqdar təşkil edən, 165231,41 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X9 hüquqi ünvanı ünvan 2darəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2016-cı ilin fevral-dekabr ayları üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 691855,94 manat, büdcəyə ödənilməli olan ƏDV-nin 124534,06 manat büdcədən qaytarılan ƏDV-nin 1870,23 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 97087,72 manat, büdcəyə ödənilməli olan ƏDV-nin 17475,79 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 105188,04 manat ƏDV-ni az; 2017-ci ilin fevral-iyun ayları üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 313254,94 manat, büdcəyə ödənilməli olan ƏDV-nin 56385,84 manat büdcədən qaytarılan ƏDV-nin 4961,03 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 83326,72 manat, büdcəyə ödənilməli olan ƏDV-nin 14998,81 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 36426,0 manat ƏDV-ni az hesablamaqla, cəmi 141614,04 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa, X9 müəssisənin fəaliyyətinə rəhbərlik edərək, "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il ə rzində əldə etdiyi gəlirləri 691855,94 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 576546,62 manat, vergiyə cəlb olunan mənfəəti 115309,32 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 23061,86 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əldə etdiyi gəlirləri 10277,4 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 8564,5 manat, vergiyə cəlb olunan mənfəəti 1712,9 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 342,58 manat göstərməklə, 22719,28 manat məbləğində mənfəət vergisini və həmin il üzrə 898,09 manat əmlak vergisini az hesablamaqla, cəmi 165231,41 manat məbləğində vergiləri dövlət büdcəsinə ö dəməkdən yayındırmışdır. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİ VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, məhkəmə baxışları zamanı vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Belə ki, məhkəmə baxışı zamanı mülki iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilərək, məhkəmənin qərarı ilə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/357 nömrəli rəyin nəticə hissəsində əvvəlki rəy təkrarlanmaqla göstərilmişdir. Məhkəmə əmtəəşünaslıq eskpertizasının rəyi, istehsal həcm inin müəyyən edilməsi hissəsində mütəxəssis rəyi, həmçinin xx.xx.2017-ci il tarixli "xxxx" MMC, xx.xx.2017-ci il tarixli "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqavilələrinin şərtləri əsas götürülməklə xx.xx.2019-cu il tarixli **********180347 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında qərara əsasən 2015-2017-ci il fəaliyyət dövrü "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 33.120,01 manat məbləğində əlavə vergilərin dövlət büdcəsinə az hesablanması göstərilmişdir. Lakin, iş üzrə ibtidai istintaq mərhələsində keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/5476 nömrəli rəyindən görünür ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən yoxlama dövrü üzrə məhkəməəmtəəşünaslıq eksperti zasının xx.xx.2019-cu il tarixli, 28889 nömrəli rəyi, "xxxx" MMC və "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilələrin şərtləri, həmçinin istehsal həcminin müəyyən edilməsi hissəsində mütəxəssis rəyi əsas götürülməklə, xx.xx.2019-cu il tarixli **********47 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında qərara əsasən 2015-2017-ci il fəaliyyət dövrü üzrə 141614,04 manat ƏDV, 22719,28 manat mənfəət və 898,09 manat əmlak vergisi olmaqla, ümumilikdə 165231,41 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Bundan başqa, ibtidai istintaq zamanı mütəxəssis və ekspert cəlb olunaraq Keystone MMC tərəfindən istehsal olunan məhsulun (döşəmə və səki daşı) həcmi və onun satışının orta bazar qiyməti müəyyən edilmişdir. Q eyd olunanlar iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyində də öz əksini tapmış, habelə təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində həmin qiymətlərlə razı olduğunu, lakin MMC-nin istifadəsində olan dəzgahın istehsal gücünün Azərekspertiza müəyyən etdiyi kimi 1 saat ərzində 100 kv.m deyil, 50 kv.metr döşəmə və ya 50 p/metr səki istehsal olunduğunu bildirmişdir. Göstərilənlərə əsasən Keystone MMC-nin 2016-cı ilin fevral-dekabr və 2017-ci ilin fevral-iyun ayları üzrə 141.614,04 manat əlavə dəyər vergisinin ödənilməsindən yayınması müəyyən edilmişdir. Şərh edilən hallardan göründüyü kimi, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə rəhbərlik etməklə, ümumilikdə xeyli miqdar v ergiləri dövlət büdcəsinə ödəməkdən yayınaraq, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən qərar qəbul edilərkən iş üzrə məhkəmə istintaqı dövründə keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/8078 nömrəli əlavə məhkəmə-mühasibatlıq ekspertizasının və xx.xx.2022-ci il tarixli 9/357 nömrəli ko misyon məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini mötəbər sübut kimi qəbul edilmişdir. Lakin əsassız və prosessual pozuntularla verilmiş rəylər mötəbər sübut kimi qəbul edilə bilməz və belə sübutlar əsasında verilmiş qərarlar da tam qanuni və əsaslı hesab oluna bilməz. Belə ki, məhkəmə hökmdə qeyd etmişdir ki, “Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən mütəxəssis rəyi sübut növü siyahısına daxil edilməmiş, müvafiq ekspert rəyi sübut növü kimi qəbul edilmişdir”. Bununla bağlı qeyd olunur ki, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. Göründüyü kimi Məcə llədə “digər sənədlər” ifadəsi işlənilmişdir ki, bu da mütəxəssis rəyini sübut kimi qəbul edilməsinə imkan verir. Göründüyü kimi mütəxəssis rəyi konkret olaraq siyahıda göstərilməsə də, CMP-nin 124.2.5-ci maddəsi (digər sənədlər) mütəxəssis rəyini də özündə ehtiva etməklə sübut qismində qəbul edilənlərin yalnız Məcəllənin 124.2.1-124.2.4-cü maddələrində göstərilənlərdən ibarət olmadığını, daha geniş dairəsinin olduğunu təsdiq edir. Odur ki, mütəxəssis rəyi də qeyd edilən iş üzrə mühüm əhəmiyyət kəsb edən sənəd olmaqla sübut kimi qəbul edilərək mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməli olduğu halda, məhkəmə tərəfindən CPM-nin 124.2.5-ci maddəsi məhdudlaşdırıcı təfsir edilərək tətbiq edilməmiş və qiymətləndirilməmişdir. Eyni zamanda mütəxəssis rəyini sübut kimi qəbul etməyən məhkəmə həmin rəydəki istehsal həcmi faktını əsas götürmüş, nəticədə hökmündə ciddi ziddiyyətlər yaranmışdır. Belə ziddiyətlər isə tərəf olaraq mülki iddiaçının yekun məhkəmə qərarının şübhə doğurmaması hüququnu pozmuş, ədalətli məhkəmə araşdırmasının vacib aspekti olan hüquqi müəyyənlik prinsiplərinə cavab verməmişdir. Bundan başqa, mütəxəssis tərəfindən baxış zamanı müəssisəyə məxsus yüksək gərginlikli hava xəttinə əlavə qoşulmaların olduğu, həmçinin müəssisənin yoxlama dövründə istifadə etdiyi elektrik enerjisi sərfiyyatı əlavə qoşulmalar nəzərə alınmaqla, ümumi sərfiyyatın 43,46%-ni təşkil etdiyi müəyyən edilmişdir. Rəydən də göründüyü kimi mütəxəssis tərəfindən müəssisəyə baxış 2021-ci il tarixdə həyata keçirilmiş və həmin vaxt qoşulmaların olduğu müəyyən edilmişdir. Lakin, faktiki olaraq y oxlamanın aparıldığı dövrdə 2014-2017-ci illərdə əlavə qoşulmanın olubolmamasının mütəxəssis tərəfindən necə müəyyən edildiyi məlum deyil. Bu onu göstərir ki, mütəxəssis tərəfindən rəy ehtimallar əsasında verilmişdir. Mütəxəssis özü də rəydə qeyd etmişdir ki, “elektrik xətlərinə əlavə qoşulmalar aşkar edilsə də, əlavə qoşulmaların nə zamandan baş verməsi barədə hər hansı məlumat mövcud deyil.” Belə olduqda mütəxəssisin hansı əsasla əlavə qoşulmaların nə zamandan baş verməsi qeyri-müəyyən olduğu halda yoxlama dövründəki qoşulmalar nəzərə salınmaqla yoxlama dövründə istifadə olunmuş elektrik enerjisi sərfiyyatının ümumi sərfiyyatın 43,46%-ni təşkil etməsi qənaətinə gəlməsi anlaşılan deyil və ciddi şübhə doğuran məsələdir. Bütün bunlar onu göstərir ki, ehtimallara əsaslanaraq verilmiş rəy qan unsuz olaraq ekspertiza tərəfindən rəy verilərkən nəzərə alınmış və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, X6 CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı məhkəmə-mühasibatlıq ekspertizasının 05 may 2021-ci il tarixli 9/5476 saylı rəyi, digər iş materiallar ı ilə subuta yetirildiyini, Kamal Akimov "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərək, vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1 və digər maddələrin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xeyli miqdar təşkil edən, 165231,41 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığının müəyyən edildiyini, qeyd olunan xüsusatlar verilmiş protestdə ətraflı göstərildiyindən verilmiş kassasiya protesti təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək cinayət işinin apelly asiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi, eyni zamanda mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi E.A.Quliyev çıxış edərək, kassasiya şikayətinin və kassasiya protestinin əsassız olduğunu, Akimov Kamalın borcunun olduğunu etiraf etdiyini, lakin vergidən yayınma faktını qəbul etmədiyini, cinayət işinin materialların iki ekspert rəyinin olduğunu, bu rəylər arasında heç bir ziddiyyətin yaranmadığını, komisyon məhkəmə mühasibatlıq ekspertizasının keçirilməli olduğunun qeyd edildiyini, lakin bu məzmunda yazılı əsaslandırılmış bir vəsatətin məhkəmə təqdim edilmədiyini və cinayət işinin materiallarında olmadığını, məhkəmə iclasının 6 dəfə təxirə salındığını, verilmiş kassasiya şikayətin in və kassasiya protestinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs K.A.Akimov çıxış edərək, 2001-ci ildən Azərbaycan Respublikasında çalışdığını, o vaxtdan vergi orqanları ilə heç bir probleminin olmadığını, vergi orqanı tərəfindən texniki səhvin yola verildiyini və bunun ilk öncə Bakı şəhəri Xətai Rayon Məhkəməsində, daha sonra isə Bakı Apellyasiya Məhkəməsində aşkarlandığını bildirib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Az ərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların təl əblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protesti və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində və mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsin i şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətinin CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1. 4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Belə ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X6 xeyli miqdarda ziyan vurmaqla vergiləri ödəməkdən yayınması cinayət əməli sübuta yetirilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. Birinci instansiya məhkəməsinin qərarına əsasən alınmış xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, müəssisəyə baxış keçirilmiş, baxış zamanı MMC-yə məxsus yüks ək gərginlikli hava xəttinə əlavə qoşulmaların olduğu müəyyən olunmuş, Keystone MMC-nin yoxlama dövrü ərzində istifadə etdiyi elektrik enerjisi sərfiyyatı əlavə qoşulmalar nəzərə alınmaqla, ümumi sərfiyyatın 43.46% -ni təşkil etdiyi müəyyən olunmuş, hesablamalar əsasında dövri hesabat cədvəli tərtib olunaraq rəyə əlavə olunmuşdur. Eyni zamanda, əlavə məhkəmə mühasibatlıq ekspertizasının 06 dekabr 2021-ci il tarixli 9/8078 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq məhkəmə əmtəəşünaslıq eskpertizasının rəyi, istehsal həcminin müəyyən edilməsi hissəsində mütəxəssis rəyi, həmçinin xx.xx.2017-ci il tarixli "xxxx" MMC, xx.xx.2017-ci il tarixli "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqavilələrinin şərtləri əsas götürülməklə xx.xx.2019-cu il tarixli **********180347 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında qərara əsasən 2015-2017-ci il fəaliyyət dövrü üzrə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 33.120,01 manat məbləğində əlavə vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən olunur, o cümlədən ƏDV üzrə 27.240,01 manat; Mənfəət vergisi üzrə- 4981,91 manat; 2016-cı il üzrə əmlak vergisi898,09 manat. O cümlədən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/357 nömrəli komisyon məhkəməmühasibatlıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınara q məhkəmə əmtəəşünaslıq eskpertizasının rəyi, istehsal həcminin müəyyən edilməsi hissəsində mütəxəssis rəyi, həmçinin xx.xx.2017-ci il tarixli "xxxx" MMC, xx.xx.2017-ci il tarixli "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqavilələrinin şərtləri əsas götürülməklə xx.xx.2019-cu il tarixli **********180347 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında qərara əsasən 2015-2017-ci il fəaliyyət dövrü üzrə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 33.120,01 manat məbləğində əlavə vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən olunur, o cümlədən ƏDV üzrə -27.240,01 manat; Mənfəət vergisi üzrə- 4981,91 manat; 2016-cı il üzrə əmlak vergisi-898,09 manat. Beləliklə, xx.xx.2021-ci il tarixli, 9/5476 nömrəli ekspert rəyi ilə x x.xx.2021-ci il tarixli, 9/8078 nömrəli ekspert rəyi arasındakı fərq ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli 9/5476 nömrəli ekspert rəyində istehsal həcminin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə istinad edilmiş, lakin xx.xx.2021-ci il tarixli 9/8078 nömrəli ekspert rəyində isə tədqiqatın xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin mütəxəssis rəyi ilə müəyyən olunmuş istehsal həcmləri nəzərə alınmaqla hesablamalar aparılmışdır. Birinci instansiya məhkəməsində ekspert qismində dindirilmiş Məmmədov Zaur Zakir oğlu ifadəsində göstərmişdir ki, rəyin təsviri hissəsində qeyd olunduğu kimi xx.xx.2021-ci il tarixli Azərbayca n Respublikası Ticarət və Sənaye palatası “Azərekspertiza” birliyinin mütəxəssis rəyi məlumatından göründüyü kimi xx.xx.2016xx.xx.2016-cı il tarixinədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə "xxxx" MMC tərəfindən 6 sm qalınlığında döşəmə daşları, 100x20x8 sm və 100x30x15 sm ölçülərində səki daşları istehsal edilmişdir. Mütəxəssis tərəfindən müəssisə tərəfindən istehsal olunmuş səki daşları ölçülərinə görə ayrılmamışdır, bu səbəbdən hazırki məhkəmə mühasibatlıq ekspertizası tədqiqatı zamanı hesablamalar müəssisə tərəfindən istehsal olunmuş 6 sm qalpınlığındakı döşəmə daşının 1 kv metrinin bazar qiyməti 7,00 manat(28889 nömrəli ekspert rəyinə əsasən), 1p/m səki daşının bazar qiyməti 5.9 manat(mütəxəssis rəyinə əsasən) olması nəzərə alınmaqla aparılmışdır Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X7 elan edilmiş ittiham xx.xx.2021-ci il tarixli, 9/5476 nömrəli ekspert rəyi üzərində qurulmuşdur. Məhkəmə ibtidai istintaq zamanı əldə edilmiş və məhkəmə baxışında təyin edilmiş ekspertizalar üzrə ekspert rəylərini müqayisəli qaydada tədqiq edərkən belə qənaətə gəlir ki, məhkəmə istintaqı zamanı keçirilmiş əlavə və komisyon məhkəmə-mühasibatlıq ekspertizaları vergi ödəyicisinin bilavasitə istifadə etdiyi elektrik enerjisi sərfiyyatı əlavə qoşulmalar nəzərə alınmaqla müəyyən edilmiş istehsal həcminə əsasən aparılmışdır. Beləliklə məhkəmə müəyyən etmişdir ki, X7 istintaq orqanın qeyrı-müəyyən olan sübutları və mülahizələri əsasında ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etd iyi sənədlər, mütəxəssis rəyi əsasında ekspertizalar keçirilmiş və rəylər verildikdən sonra tərəflər əlavə sübut təqdim edilməsinə dair vəsatətlərinin olmadığını məhkəməyə bildirmişlər. Bu səbəbdən məhkəmə mövcud şübhələri məhkumun xeyrinə həll etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2021-ci il tarixli 9/8078 saylı və xx.xx.2022-ci il tarixli 9/357 nömrəli ekspert rəylərini daha mötəbər sübut kimi qəbul etmiş və X6 33.120,01 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməli olduğunu müəyyən etmişdir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən Kamal Akimov tərəfindən 33.120,01 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması cinayət tərkibi yaratmır. İş materiallarına əsasən müəy yən olunur ki, kassasiya protestində və kassasiya şikayətində ekspert rəyləri arasında ziddiyyətlər olmasına istinad edilsə də, məhkəmə araşdırmaları zamanı ittiham tərəfi təkrar hər hansı ekspertiza keçirilməsi ilə əlaqədar yazılı vəsatətlə çıxış etməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun su rətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəlləni n digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəal iyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protesti və kassasiya şikayətində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydal arın pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və apellyasiya məhkəməsinin qərarının yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə C PM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protesti və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Samir Seyidəhmədli tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 4 19.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Samir Seyidəhmədli tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 22 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2106/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-2106/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver