Məhkəmə qərarları › İş №1(102)-2107/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2107/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2107/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxx 1979-cu il tarixdə Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaqlı, ticarətlə məşğul olan, məhkum olunmamış, Ordubad rayon Xanağa kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli 1(108)-22/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şərur Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(110)-7/2024 nömrəli hökmü ilə (sədrlik edən M.Ə.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, onun 20 noyabr 2023-cü il tarixdən 22 noyabr 2023-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş az adlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Həmin hökmlə, həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli 1(108)-22/2024 nömrəli qərarı ilə (hakimlər: F.M.Abbasov (sədrlik edən), İ.M.Mirzəyev və M.K.Həsənov) verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 14 mart 2024-c ü il tarixli 1(110)-7/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə Məhkum üzərinə Ordubad rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması ilə bağlı hissədə dəyişdirilmiş, Məhkum üzərinə Ordubad, Culfa, Babək rayonları və Naxçıvan şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulmuşdur. İşin halları: Təqsirləndirilən şəxslər Şərur rayon Aşağı Aralıq kəndində yaşayan Təqsirləndirilən şəxs və Ordubad rayon Xanağa kəndində yaşayan Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə Şərur rayon Oğuzkənd kənd sakini X2 məxsus dəyəri 1300 manat olan bir baş iri buynuzlu heyvanı Şərur rayon Oğuzkənd kənd ərazisində yerləşən otlaq sahəsindən, xx.xx.2023-cü il tarixdə Şərur rayon Püsyan kənd sakini Zərərç əkmiş şəxs2 məxsus dəyəri 710 manat olan bir baş iri buynuzlu heyvanı Püsyan kənd ərazisində yerləşən otlaq sahəsindən və xx.xx.2023-cü il tarixdə Şərur rayon Aşağı Aralıq kənd sakini Zərərçəkmiş şəxs3 məxsus dəyəri 750 manat olan bir baş iri buynuzlu heyvanı Şərur rayon Aşağı Aralıq kənd ərazisində yerləşən otlaq sahəsindən oğurlamışlar. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi və ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının minimal həddinin təyin edilməsini və təyin olunmuş cəzanın Naxçıvan MR-nın hüdudlarını tərk etməmək vəzifəsi qoyulmaqla tətbiq edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedil məməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olması, məhkəmələr tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya” görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə “Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2.təkrar törədildikdəbir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifi və təqsirliliyi mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların geniş şərhini zəruri hesab etmir. Cinayət işinin materiallarına əsasən, apellyasiya instansiyası məhkəməsi tam, obyektiv və hərtərəfli araşdırılmış sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası işin halları ilə yanaşı həmçinin maddi hüquq normalarının tələblərinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 saylı qərarına əsaslanır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cina yətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəllə sinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, habelə törətdiyi cinayəti səmimi etiraf etməklə əməllərindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, əməlində cəzasını ağırlaşdıran hal müəy yən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər ci nayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmi şdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydas ında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublik ası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar