Məhkəmə qərarları › İş №1(102)-2108/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2108/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2108/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs və onun nümayəndələri Şahid1 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili İbrahimov Nail Nadir oğlunun iştirakları ilə xx xxxxxxx 1980-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sabirabad rayonu Əsgərbəyli kəndində qeydiyyatda olan, faktiki olaraq ünvan 1də yaşamış, hal hazırda həbsdə olan Məhkum Xanhüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.1, 157.1 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Qədirov Qədir Nizam oğlu və zərərçəkmiş şəxsin nümayəndəsi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili İbrahimov Nail Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Saatlı Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmünə əsasən (hakim M.S.Sadıqov) Məhk um Xanhüseyn oğlu - Azərbaycan Respublikası CM-in 150.1, 157.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 150.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 157.1-ci maddəsi ilə 6 (altı) ay müddətə islah işləri cəzasına, CM-in 237.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 68.1.3 və 66.2-ci maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, 10 sentyabr 2022-ci il tarixdən 12 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) a y 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), E.İ.Xasməmmədov və K.S.Bəşirov) apellyasiya şikayətləri təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 150.1, 157.1 və 237.1-ci ilə məhkum edilmişdir ond an ötrü ki, o, 02 iyun 2022-ci il tarixdə saat 10 radələrində Saatlı rayonu, Novruzlu kəndində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs qarşı sonuncunun yaşadığı Saatlı rayonu, Novruzlu kəndində yerləşən qəsəbədə 25 saylı fərdi yaşayış evində hər hansı şəxsin olmaması ilə bağlı yaranmış münasib və real şəraitdən istifadə edib öz cinsi ehtirasını təmin etmək üçün onun iradəsi ziddinə yaşadığı evə daxil olub ona seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib, həmin evin həyətyanı sahəsinə keçmiş oradan Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs iradəsi ziddinə evin yaşayış hissəsinin dəhlizinə daxil olub onun mənzil toxunulmazlığını pozmuş, cinayətkar əməlini davam etdirərək, həmin zaman Zərərçəkmiş şəxs baldızının əri X10 ilə a ralarında intim münasibətindən xəbəri olması ilə hədələyərək, evin dəhlizində Zərərçəkmiş şəxs sol döşündən sıxıb itələməklə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol döşün aşağı bayır kvadratında qançır, qolundan tutub yataq otağına qədər sürüməklə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ diz oynağının iç səthində, sol iç topuq proyeksiyasında qançırlardan ibarət xəsarətlər yetirib, daha sonra sonuncunu yatağın üzərinə uzadaraq müqavimətini qırdıqdan sonra saçını sığallayaraq zorla dodağından öpməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətlərinə yol vermişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 5 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını, 2022-ci ilin fevral ayının istintaqa məlum olmayan günündə Saatlı rayonu, Novruzlu kəndinə avtomobil giriş yolunun sağ tərəfindəki kiçik göl ilə oradan keçən su kanalının aralığında müxtəlif kolların arasında qanunsuz olaraq torpağa əkmiş, 2022-ci ilin avqust ayının sonuna qədər orada böyüyən 5 ədəd çətənə (kannabis) şitilini suvarıb qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə xeyli miqdarda kultivasiya etmiş, 12 sentyabr 2022-ci il tarixdə saat 13 radələrində Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanda baxış keçirilərkən həmin 5 ədəd xeyli miqdarda çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüş, yəni Məhkum qanunsuz olaraq tərkibində narkotik m addələr olan bitkiləri xeyli miqdarda əkib-yetişdirərək kultivasiya etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum ittiham olunduğu CM-in 150.1 və 157.1-ci maddələri ilə barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum mənzil toxunulmazlığını pozmaqla seksual xarakterli zorakılıq hərəkətləri etməsi sübuta yetirilmədiyi, əksinə sübutlarla inkar edildiyi və əməlində c inayət tərkibi olmadığı halda, əsassız və qanunsuz olaraq CM-in 150.1 və 157.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, Məhkum 02 iyun 2022-ci ildə Zərərçəkmiş şəxs evinə qanunsuz daxil olmamış, ona zor tətbiq etməklə seksual xarakterli hərəkətlərə yol verməmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər məhz əri Şahid1 tərəfindən ona yetirilmişdir. Zərərçəkmiş şəxs ilə onun baldızının əri X10in yaxın münasibətləri Məhkum tərəfindən ifşa olunduğu üçün, onlar təqsirləndirilən şəxsi şərləyib tutdurmuşlar. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs və nümayəndələr Şahid1 və N.İbrahimovun, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti v ə ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyə ti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində onun CM-in 150.1 və 157.1-ci maddələri ilə əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməs i mübahisə edilir və cinayət işinin həmin hissədə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Zərərçəkmişin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın sərtləşdirilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 150.1-ci maddəsinə əsasən: “Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə— dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma— min manatdan i ki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinə əsasən “Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum Xanhüseyn oğlunun CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsi mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız məhkumun CM-in 150.1 və 157.1-ci maddələri ilə əsassız ola raq cinayət məsuliyyətinə cəlb edilməsinə dair dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin t övsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekunund a konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zə rərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafi ə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum Xanhüseyn oğlunun CM-in 150.1, 157.1 və 237.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadələri, şahidlər ş Şahid1, Şahid3, Şahid2, X4, Şahid5, Şahid6, Şahid7, Şahid10 v ə X3 ifadələri, iş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 12 iyun 2022-ci il tarixli 181 saylı rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında 11 iyun 2022-ci il tarixli protokol, "xxxx" MMC-dən əldə edilmiş diskə və telefon danışıqlarına baxış keçirilməsi haqqında 04 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş disk və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 150.1, 157.1 və 237.1-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanu nla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsi yyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsir karın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təy in edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, onun şəxsiyyəti, himayəsində 1 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi, əməlində cəzasını ağırlaşdıran halların olmaması düzgün nəzərə alınaraq ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdı r. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli t ədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi və də yişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar