Məhkəmə qərarları › İş №1(102)-2108/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2108/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2108/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Həsənov Vasif Rəsul oğlunun, Zərərçəkmiş hüquqi şəxsin direktoru – Zərərçəkmiş şəxs, Məhkum – Məhkum, Müdafiəçi – “Prospekt” Vəkil Bürosunun vəkili Alıyev Məmməd Alı oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Alıyev Məmməd Alı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 1(008)628/2023 nömrəli (hakim: Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi) hökmü ilə xx.xx.1974-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də operator vəzifəsində işləyən, əvvəllər məhk um edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 179.2.3-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Məhkum verilmiş ittihamdan CM-in 179.2.4cü maddəsinin xaric edilməsi, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilməsi, 2106.99 manatın Məhkum tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-yə ödənilməsi müəyyən edilmişdir. Hökmlə, həmçi nin məhkəmə məsrəfi məsələsi də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi və zərərçəkmiş hüquqi şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli 1(103)-155/2024 nömrəli (hakimlər: Tanrıverdiyev Anar Vəzir oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Həsən Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 oktyabr 202 3-cü il tarixli hökmü ləğv edilmiş, yeni hökm çıxarılmış, Məhkum CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinmiş və ona təqsirli bilindiyi CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, mülki iddia qismən təmin edilmiş, 38.142,16 (otuz səkkiz min yüz qırx iki manat on altı qəpik) manat Məhkum tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-yə ödənilmiş, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilmiş, o, məhkəmə iclas zalından dərhal həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cə zasının əvvəlinin 2 aprel 2024-cü il tarixdən hesablanması müəyyən edilmiş, apellyasiya protesti və apellyasiya şikayəti qalan hissələrdə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Alıyev Məmməd Alı oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkum ittiham elan olunmuşdur, ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talamışdır. Belə ki, Məhkum, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) müxtəlif növ masa örtükləri məhsullarının topdan satışı fəaliyyət i ilə məşğul olan "xxxx" MMC-dən əvvəlcə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yəni, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu vaxtda xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 14411 manat (on dörd min dörd yüz on bir manat) məbləğində, xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 2126 manat (iki min yüz iyirmi altı manat) məbləğində, xx.xx.2020-ci il tarixli nömrəsiz qaimə ilə 4640 manat (dörd min altı yüz qırx manat) məbləğində, xx.xx.2020-ci il tarixli ********* nömrəli qaimə ilə 4994 manat (dörd min doqquz yüz doxsan dörd manat) məbləğində, xx.xx.2020ci il tarixli ********* nömrəli qaimə ilə 8535 manat (səkkiz min beş yüz otuz beş manat) məbləğində müxtəlif növ masa örtükləri məhsullarını müştərilərinə satmaq adı ilə əldə edib vahid niyyətlə talamaq məqsədilə cin ayətkar niyyətini davam etdirərək sonradan həmin MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli rəsmi əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək satış ekspeditoru vəzifəsində işlədiyi dövrdə müştərilərdən sifarişlərin qəbul olunması, şirkətə aid məhsulların müştərilərə çatdırılmasına maddi məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə davamlı olaraq mənimsəməklə talamaq məqsədilə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci tarixədək yenə Cəmiyyətin ünvan 2 ünvanında yerləşən anbarından xx.xx.2020-ci il tarixli ********* nömrəli qaimə ilə 13610 manat (on üç min altı yüz on manat), xx.xx.2021-ci il tarixli ********* nömrəlim qaimə ilə 18158 (on səkkiz min yüz əlli səkkiz) manat, xx.xx.2021-ci il tarixli ********* nömrəl i qaimə ilə 4232 manat (dörd min iki yüz otuz iki manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 8218 manat (səkkiz min iki yüz on səkkiz manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 7140 manat (yeddi min yüz qırx manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 9610 (doqquz min altı yüz on manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 6301 manat (altı min üç yüz bir manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli 5960 manat (beş min doqquz yüz altmış manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 13922,13 manat (on üç min doqquz yüz iyirmi iki manat on üç qəpik), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 15204,80 (on beş min iki yüz dörd manat səksən qəpik), xx.xx.2020-ci il tarixli ********* nömrəli qaim ə ilə 16200,80 manat (on altı min iki yüz manat səksən qəpik), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 14525 manat (on dörd min beş yüz iyirmi beş manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 2750 manat (iki min yeddi yüz əlli manat), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə 13922,13 manat (on üç min doqquz yüz iyirmi iki manat on üç qəpik), xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimə ilə isə satışdan əldə edilmiş 1370 manat (min üç yüz yetmiş manat) məbləğində pulu, yəni 15 ədəd maddi məsuliyyətinə götürdüyü 149790,33 manat (yüz qırx doqquz min yeddi yüz doxsan manat, otuz üç qəpik) dəyərində müxtəlif növ masa örtükləri məhsullarını Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası ərazisi və Qarabağ iqtisadi rayonu ərazisi isti sna olmaqla) yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verərək, ümumilikdə 20 ədəd qaimə-fakturaların əsasında cəmi 184496,33 manat (yüz səksən dörd min dörd yüz doxsan altı manat 33 qəpik) dəyərində masa örtükləri məhsullarının satışından əldə etdiyi 147724,17 manat (yüz qırx yeddi min yeddi yüz iyirmi dörd manat, on yeddi qəpik) dəyərində olan hissəsini nağd şəkildə Cəmiyyətin ünvan 2 ünvanında yerləşən kassasına ödəməsinə baxmayaraq, satışdan əldə etdiyi cəmi 38142,16 manat (otuz səkkiz min yüz qırx iki manat, on altı qəpik) pul vəsaitini təhvil aldıqdan sonra Cəmiyyətin ünvanı qeyd olunan kassasına təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləyib, ona etibar olunmuş özgəyə, yəni "xxxx" MMC-ə məxsus əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli mi qdarda ziyan vurub mənimsəməklə qəsdən talamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Alıyev Məmməd Alı oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihamlarda mənimsənilmə predmeti kimi göstərilən 38.142,16 manat məbləğində pul vəsaitinin 34.706 manatlıq hissəsi təqsirləndirilən şəxsin "xxxx" MMC ilə əmək müqaviləsi bağladığı xx.xx.2020-ci il tarixədək olan dövrə aiddir. Həmin dövrdə və ondan əvvəl təqsirləndirilən şəxs fərdi sahibkar kimi şirkətlə mülki-hüquqi və kommersiya münasibətlərində olmuş, onunla alqısatqı əməliyyatları aparmış, şirkətdən nisyə mallar almış və onların pulunu ödəmişdir. Bundan başqa, elan edilmiş ittihamlarda Quba epizodu üzrə 1370 manat məbləğində pul və saitinin təqsirləndirilən şəxs tərəfindən müvafiq çeklər əsasında şirkətə ödənildiyi iş materialları ilə sübuta yetirilmişdir. Onun qalıq borcu 2066,33 manat (3814234706-1370=2066 AZN) təşkil edir. Göründüyü kimi, rəsmi əmək müqaviləsi bağlanan dövrədək təqsirləndirilən şəxslə zərərçəkmiş hüquqi şəxs arasında nisyə alqı-satqı müqaviləsinin şərtlərinə uyğun öhdəliklər olmuşdur. Mülki dövriyyə iştirakçıları arasında yaranan bu cür münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsi ilə tənzim edilir. Həmçinin, obyektiv cəhətdən talamada ifadə olunan bu cinayət əməlləri qulluq mövqeyindən istifadə edilməklə törədilir. Şəxsin qulluq mövqeyi isə onun əmək - hüquq münasibətində olduğu şəxs (fiziki və ya hüquqi şəxs) qarşısında üzəri nə götürdüyü və onların icrasına görə hüqu qi məsuliyyət daşıdığı vəzifə öhdəliklərindən asılı olaraq müəyyən edilir. Həmin vəzifə öhdəlikləri vəzifə təlimatına uyğun şəkildə əmək müqaviləsi ilə rəsmiləşdirilir. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC ilə təqsirləndirilən şəxsin arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncunun vəzifə öhdəlikləri müştərilərdən sifarişlərin qəbul edilməsi və şirkətə aid məhsulların müştərilərə çatdırılmasından ibarət olmuşdur. Müqaviləyə görə sözügedən şirkətə aid məhsulları realizə etmək və onların satışından əldə edilən nəğd pul vəsaitlərini şirkətə ödəmək kimi vəzifələr təqsirləndirilən şəxsin əmək funksiyalarına daxil edilməmişdir. Bu isə o anlama gəlir ki, zərərçəkmiş hüquqi şəxsə münasibətdə təqsirləndirilən şəxsin hərəkətlərində dispozitiv cəhətdən "qulluq möv qeyindən istifadə etmə" əlaməti mövcud deyil. Bunu ayrıca qeyd etmək istəyirəm ki, CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayətlərə görə məsuliyyət yalnız o halda yaranır ki, həmin cinayətlər qulluq mövqeyindən istifadə etməklə törədilmiş olsun. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli hökmünün ləğv edilərək Məhkum əməllərində cinayət tərkibi olmadığı üçün bəraət hökmünün çıxarılmasını barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi Alıyev Məmməd Alı oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, sözü gedən işdə özünü təqsirli bilmədiyini, heç bir mənimsəmə halının baş vermədiyini bilirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Həsənov Vasif Rəsul oğlu çıxış edərək, kassasiya şikayətinə etirazda hər şeyi ətraflı qeyd etdiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş hüquqi şəxsin direktoru Zərərçəkmiş şəxs çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, A li Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obye ktiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “ya lnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə a lınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək h esab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama ilə bağlı ittiham apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiym ət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçinin kassasiya şikayətində Məhkum tərəfindən həmin cinayət əməllərinin törədilmədiyi və apellyasiya məhkəməsinin hökmünün ləğv edilməklə ona əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət verilməli olduğu iddia edilir. Məhkum ona apellyasiya instansiyası məhkəməsinin hökmü ilə istinad edilən, cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək ittihamın sübuta yetirilməsi ilə bağlı nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut et mə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən müəyyən olunur ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların (qalıq borcun 2066,33 manat olması və s.) mövcud olub-olmamasına münasibət bildirməyə, apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi za manı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiə tərəf indən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olm aması haqqında nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası məhkumun əməlinin “mənimsəmə” cinayət əməli kimi düzgün tövsif olunmamasına dair dəlillərinə də, qiymət verərək qeyd edir ki, “mənimsəmə” talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, kassir və s.) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçiri r. Əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən xüsusi şəxslərə də etibar edilə bilər (onlara yuxarıda qeyd olunan sərəncam vermə, idarə etmə, saxlama və s. səlahiyyətlər verməklə). Təqsirkara səlahiyyətlər podrat, icarə, saxlama və s. mülki-hüquqi müqavilələr əsasında da verilə bilər. Əgər şəxs tutduğu vəzifə ilə əlaqədar olaraq ona sərəncam vermə, idarəetmə, tədarük və s. səlahiyyətlər verilməklə etibar edilmiş əmlakı qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli CM-in 179.2.3-cü maddəsi ilə tövsif ediləcəkdir. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olacaqdır ki, həmin əməllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul ş əxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir. Belə subyektlər sırasına anbardar, təchizatçı və dövlət və ya fərdi müəssisələrdə bu kimi vəzifələri tutan digər şəxslər aid edilə bilər. CM-in 179-cu maddəsinin dispozisiyasında özgə əmlakının talanmasının etibar olunmuş təqsirkar tərəfindən törədilməsinin cinayət məsuliyyəti yaratdığı göstərilmiş, talamanın konkret olaraq əmək və ya mülki-hüquq münasibətlər üzrə etibar olunmuş şəxs tərəfindən törədilməsi göstərilməmişdir. Təqsirləndirilən şəxsin əmlaka münasibətdə müəyyən səlahiyyətləri olması nəzərdə tutulur. Məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş və iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxx nömrəli əmək müqaviləsi bildirişin dən görünür ki, xx.xx.2020-ci il tarixdə Məhkum ilə "xxxx" MMC arasında satış ekspeditoru vəzifəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxx nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Məhkum ilə "xxxx" MMC arasında ekspeditor vəzifəsinə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinə dəyişiklik edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 9/5810 nömrəli rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli auditor rəyini tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü nəzərə alınmaqla Məhkum hesabı üzrə 38.142,16 manat çatışmazlıq müəyyən edilmiş, həmçinin qeyd olunmuşdur ki, "xxxx" MMC-nin hesabında yaranmış çatışmazl ığa görə maddi məsuliyyət məsələsi hüquqi xarakter olduğundan istintaq orqanı tərəfindən qiymət verilməlidir. Məhkum 22 dekabr 2022-ci il və 24 dekabr 2022-ci il tarixli izahatlarından görünür ki, Məhkum "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 189956,33 manat dəyərində malın götürülməsini və şirkətə 147724.17 manat pul və ya mal qaytarılmasını etiraf etmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 18 may 2023-cü il tarixli 4/801 nömrəli rəyində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli 8 nömrəli “Əmək müqaviləsi”nin (kontraktı) 3-cü vərəqində “İşçi” qrafasında olan imza və 6-cı vərəqinin aşağı hissəsində “İmzası:" qrafasında olan imza; xx.xx.2020-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nöm rəli, xx.xx.2020-ci il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2020-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli, xx.xx.2021-ci il tarixli ********* nömrəli qaimələrin aşağı hissələrində “Təhvil aldı x” qrafalarında olan imzalar - Məhkum tərəfindən icra olunmuşdur. Odur ki, Məhkum "xxxx" MMC-dən malı satıb pulunu həmin MMC-yə qaytarmaq şərtilə öhdəlik götürmüş, bu məqsədlə həmi n MMC tərəfindən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi 184496,33 manat dəyərində masa örtükləri məhsulları etibar olunmuş, lakın malın satışından əldə olunmuş 147724,17 manat MMC-nin xəzinəsinə qaytarılsa da, satışdan əldə etdiyi xeyli miqdarda, cəmi 38142,16 manat pulu qaytarmayaraq mənimsəmişdir. O cümlədən, cinayət işinin materiallarından müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Məhkumla zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs arasında heç bir mülki müqavilə, o cümlədən alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkum xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində də, ekspeditor vəzifəsinə uyğun faktiki hərəkətlər edərək malı həmin MMC-dən götürərək müştərilərə çatdırıb satmış, öhdəsində yuxarıda qeyd olunan çatışmazlıq yaranmışd ır. Bundan başqa, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi ilə bağlı ittiham iş üzrə şahid qismində dindirilmiş çoxsaylı şəxslərin bir-biri ilə uzlaşan ifadələri ilə də təsdiq olunur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin verdikləri ifadələri, istintaq hərəkətlərini əks etdirən protokolları, ekspertiza rəylərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını mənimsəməklə talaması sübuta yetirilmiş və həmin sübutlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində cinayət və cinayə t prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Alıyev Məmməd Alı oğlu tərəfindən verilmiş kassasiya şikayə ti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Alıyev Məmməd Alı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli hökmü kassasiya şikayətinə əsasən d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar