Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2109/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun iştirakları ilə xx xxxx 1962-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Mayak qəsəbəsində qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1 və 120.2.10-cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: N.F.Quliyev (sədrlik edən), A.Ə.Musayev və N.N.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 29, 120.1 və 120.2.10-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 29, 120.1-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 120.2.10-cu maddəsi ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən, həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 05 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixl i hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 29, 120.1 və 120.2.10cu maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2021-ci ilin aprel ayının əvvəllərində qonşusu Zərərçəkmiş şəxsi öz həyətində tikdiyi ayaqyolundan onların evinə pis iy gəldiyini deyərək həmin ayaqyolunun sökülməsini ondan tələb etdiyi üçün aralarında narazılıq yaranmış, 07 aprel 2021-ci il tarixdə saat 18 radələrində Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxsə məxsus otlaq sahəsində onun heyvanlarının otlaması ilə bağlı aralarında mübahisə yaranmış, səs-küyə onun arvadı Şahid4 gəlmiş, Zərərçəkmiş şəxs onu kənara itələyib onun başının tüklərini qırxdırıb içəri saldıracağını deməklə Şahid4 təhqir etdiyi üçün Zərərçəkmiş ş əxsin hərəkətlərindən qəzəblənib ondan qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmiş, 16 aprel 2022-ci il tarixdə saat 13 radələrində Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində torpaq yolda Zərərçəkmiş şəxsin Beyləqan rayonu, Mayak qəsəbə sakini Şahid9 ilə söhbət etdiyini görüb özünün qabaqcadan planlaşdırdığı cinayətkar niyyətini həyata keçirmək üçün onların yanına yaxınlaşaraq Zərərçəkmiş şəxsdən arvadının başının tüklərini kimə qırxdıracağını soruşduqdan dərhal sonra Zərərçəkmiş şəxsi qəsdən öldürmək məqsədi ilə əlində olan, istintaqa məlum olmayan dəmir balta ilə Zərərçəkmiş şəxsi vuraraq ona qəsdən sol əl pəncəsi nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra özünün cinayətkar hərəkətlərini davam etdirib ə lindəki həmin balta ilə yenidən Zərərçəkmiş şəxsi qəsdən vuraraq öldürməyə cəhd etmiş, lakin həmin vaxt orada olmuş Şahid9 onun bel nahiyəsindən, Şahid10 isə onun qolundan tutaraq Zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə ona balta ilə zərbələr vurmasının qarşısını almaları səbəbindən o, bilavasitə cinayət törətməyə, yəni Zərərçəkmiş şəxsi öldürməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, nəticədə Zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bundan başqa, Məhkum 07 aprel 2021-ci il tarixdə saat 18 radələrində Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxsə məxsus otlaq sahəsində onun heyvanlarının otlaması ilə bağlı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxsin onun arvadı Şahid4 başının tüklərini qırxdıracağını deməklə təhqir etməsini özünə qarşı təhqir hesab edərək Zərərçəkmiş şəxsin hərəkətləri ilə barışa bilmədiyi üçün ondan qisas almaq niyyəti ilə təkrar Zərərçəkmiş şəxsi qəsdən öldürmək qərarına gəlib, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib yaşadığı evində gizlədərək saxladığı qoşalüləli ov tüfəngini və üç ədəd patronu istintaqa məlum olmayan vaxtda Beyləqan rayonu, Mayak qəsəbəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən xırda buynuzlu heyvanların saxlanıldığı tikiliyə gətirib orada gizlədərək özünün cinayətkar niyyətini həyata keçirmək üçün əlverişli məqam gözləmiş, 05 iyun 2022-ci il tarixdə saat 06:38 radələrində Zərərçəkmiş şəxsin Beyləqan rayonu, Mayak qəs əbəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin yaxınlığından keçən torpaq yolla özünə məxsus iri buynuzlu heyvanları otlaq sahəsinə apardığını görüb, özünün qabaqcadan planlaşdırdığı cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxsi çağıraraq işlərini bitirdikdən sonra həmin yolla geri qayıtmasını bildirib, Zərərçəkmiş şəxsin qayıtmasını gözləmiş, həmin gün saat 06:57 radələrində Zərərçəkmiş şəxs həmin torpaq yolla geri qayıtdığını görüb həmin qoşalüləli ov tüfəngini götürərək Şahid1 məxsus fərdi yaşayış evinin həyətinin hasarından torpaq yola keçərək Zərərçəkmiş şəxsin qarşısına çıxıb Zərərçəkmiş şəxsdən arvadının başının tüklərini kimə qırxdıracağını soruşmuş, Zərərçəkmiş şəxs ona tərəf gələrək arvadının başının tüklərini özünün qırxacağını deyən kimi o, istintaqa məlum o lmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib özündə saxladığı, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “TOZ B” modelli, “X XXXX” nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngindən onu öldürmək məqsədilə qəsdən iki dəfə atəş açaraq Zərərçəkmiş şəxsə sağ budun aşağı üçdə birinin arxa-bayır səthlərindən keçməklə yumşaq toxumaları zədələyərək sağ budun aşağı üçdə birinin iç səthindən çıxan və davamı olaraq sol budun aşağı üçdə birinin ön-iç səthini əhatə edən, dəlib keçən, istiqaməti sağdan sola, yuxarıdan cüzi aşağıya, arxadan cüzi önə olan, sağ budun aşağı üçdə birinin iç səthində yerləşən, kor, istiqaməti soldan sağa, yuxarıdan cüzi aşağıya, öndən cüzi arxaya olan yaralar xarakterli odlu silah-qırma yaralanmaları nəticəsində budun damar (arteriya, vena damarlarının) dəstələrinin zədələnmələrindən törənmiş kəskin qanitirməyə səbəb olan və onun ölümü ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağız zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək Zərərçəkmiş şəxsi təkrar qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarının dəyişdirilməsi, onun əməlinin Azərbaycan Respublikası CM-in 29, 120.1 və 120.2.10-cu maddələrindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsi və ona daha yüngül cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, təqsirləndirilən şəxsin ifadələri ilə şahidlərin ifadələri arasında olan ziddiyyətlər müqayisə edilməmiş və sübutlara düzgün hüquqi qiymət verilməyərək səhv nəticəyə gəlinmişdir. Belə ki, o, Zərərçəkmiş şəxsi öldürmək məqsədi olmamış, məhz cəzalandırmaq məqsədilə ona balta ilə zərbə vurmuş və tüfənglə atəş açmışdır. Hadisə ərəfəsində o Zərərçəkmiş şəxsin arvadının ünvanına nalayiq ifadələr işlətməsindən hiddətlənmiş, bu vəziyyətdə sonuncu ilə görüşməyə gedərkən birinci dəfə özü ilə balta, sonuncu dəfə ilə qoşalüləli odlu ov silahı götürmüşdür. Məhkum hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-in 29, 120.1 və 120.2.10-cu maddələrindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməlidir. Bununla yanaşı, məhkəmə cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən halları – könüllü gəlib təqsirini boynuna almasını və cinayətin aləti olan odlu silahı könüllü təhvil verməsini kifayət qədər nəzərə almamış, habelə himayəsində bir nəfər azyaşlı uşağının olmasına və özünün qaraciyər serozu xəstəliyindən əziyyət çəkməsinə isə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkumun fikrincə, ona cəza təyin olunan zaman onun himayəsində 1 azyaşlı uşağı, yaşlı və özünün qaraciyər serozu xəstəliyindən əziyyət çəkməsi, cinayəti törətməsindən səmimi peşman olması və özü könüllü təslim olması nəzərə alınmalıdır və ona daha yüngül cəza təyin olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi S.Cəfərovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun əməlinin CM-in 29, 120.1 və 120.2.10-cu maddələrindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməsi və ona daha yüngül cəza təyin edilməsi xahiş olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkre t cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüq uqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair əd alətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəf indən həyata keçirilməlidir. Zərərçəkmiş şəxsin Məhkum tərəfindən zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “TOZ B” modelli, “X XXXXX” nömrəli, xarici çaxmaqlı, qoşalüləli, yivsiz odlu ov tüfəngindən qəsdən iki dəfə atəş açılmaqla xəsarətləndirilməsi və nəticədə ölməsi işin mübahisəsiz halı olduğundan məhkəmə kollegiyası bununla əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə iki aspektdən münasibət bildirməyi zəruri hesab edir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum kassasiya şikayətində Zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətinin olmaması barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respub likası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 3-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, “Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibət ləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır.” İşin hallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum qəsdən öldürmək məqsədi ilə əlində olan, istintaqa məlum olmayan dəmir balta ilə Zərərçəkmiş şəxs vuraraq ona qəsdən sol əl pəncəsi nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra özünün cinayətkar hərəkətlərini davam etdirib, əlindəki həmin balta ilə yenidən Zərərçəkmiş şəxsi qəsdən vuraraq öldürməyə cəhd etmiş, lakin həmin vaxt orada olmuş Şahid9 onun bel nahiyəsindən, Şahid10 isə onun qolundan tutaraq Zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə ona balta ilə zərbələr vurmasının qarşısını almaları səbəbindən o, bilavasitə cinayət törətməyə, yəni Zərərçəkmiş şəxsi öldürməyə yönəldilmiş qəsdən edilən əməli ni şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bundan başqa, o, əvvəlcədən özündə olan tüfəngə iki ədəd patron yerləşdirərək, bir ədəd patronu da özü ilə götürməklə, onunla qarşılaşarkən aralarında olan 10 metrlik yaxın məsafədən Zərərçəkmiş şəxsə bir dəfə atəş açmış, Zərərçəkmiş şəxs ayağa qalxıb ona tərəf gəldiyini görüb, heç bir əsas olmadan ikinci dəfə ona atəş açmış və onun yerə yıxılıb hərəkətsiz qaldığını görüb yaxınlıqda olan Şahid1 məxsus fermaya getmişdir. Atəş səsi eşidən Şahid1 onun yanından keçib Zərərçəkmiş şəxsin olduğu yerə getmiş, sonra da ip axtararaq, onun ayaqlarından axan şiddətli qanaxmanı kəsmək üçün iplə bağlayarkən Məhkum kənarda dayanıb baxmış, Şahid1 iradından sonra yalnız Zərərçəkmiş şəxsi avtomobilə qoymaqda kömək etmiş, sonra imk anı olduğu halda onu təcili yardım üçün apararkən heç bir hərəkət etməmiş, beləliklə də, Zərərçəkmiş şəxsi odlu silahdan iki dəfə atəş açaraq qəsdən onun ölümü ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağız zərər vurmanın əlamətlərinə malik xəsarətlər yetirərək Zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Mə hkum verdiyi ifadələri digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum Zərərçəkmiş şəxsi hər iki halda, yəni həm 16 aprel 2022-ci il tarixdə saat 13 radələrində Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində, həm də, təkrarən, 05 iyun 2022-ci il tarixdə saat 06:57 radələrində Beyləqan rayonu, Mayak qəsəbəsində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin yaxınlığından keçən torpaq yolda qəsdən öldürmək məqsədinin olması, birinci halda Zərərçəkmiş şəxsi öldürməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə baş a çatdıra bilməməsi, 05 iyun 2022-ci il tarixdə isə zərərçəkmiş şəxsi qəsdən öldürməsi nəticəsinə gəlmişdir. Məhkum törətmiş olduğu cinayət əməllərinin hüquqi qiymətləndirilməsinin 2-ci aspekti onun eyni adamın, yəni Zərərçəkmiş şəxsin qəsdən öldürülməsinə qarşı yönəlmiş hərəkətlərinin təkrar adam öldürmə kimi qiymətləndirilməsinə dair ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldiyi nəticələrin əsaslı olub-olmamasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin eyni şəxsi qəsdən öldürməyə yönəlmiş hərəkətlərində Azərbaycan Respublikası CM-nin 120.2.10-cu maddəsində nəzərdə tutulmuş “təkrar adam öldürmə” cinayətinin tərkibinin olubolmamasının müəyyən edilməsi üçün təqsirləndirilən şəxsə verilmiş iki epizod ittiham üzrə eyni şəxsə qarşı törətdiyi cinayət əməllərinin obyektiv cəhətlərini təşkil edən hərəkətlərinin vahid qəsdlə əhatə olunub-olunmamasının aydınlaşdırılması zəruridir. Əgər təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş, bir neçə dəfədə və müxtəlif vaxtlarda törədilmiş hərəkətləri vahid qəsdlə əhatə olunursa, onun zərərçəkmiş şəxsi bir neçə dəfə təkrar olunan cəhddən sonra qəsdən öldürməsinə baxmayaraq, törətmiş olduğu cinayət əməli təkrar adam öldürmə kimi qiymətləndirilməyəcəkdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs vahid qəsdlə zərərçəkmiş şəxsi öldürmək məqsədilə bir neçə dəfə cəhd etmişsə, onun əməli vahid cinayət əməli kimi qiymətləndirilməli və nəticəsindən asılı olaraq Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəx s zərərçəkmiş eyni şəxsi hər dəfə yeni yaranmış qəsdi səbəbindən öldürməyə cəhd etmişsə, onun əməli nəticəsindən asılı olaraq təkrar adam öldürmə və ya təkrar adam öldürməyə cəhd kimi qiymətləndirilməlidir. Məsələn, təqsirləndirilən şəxs Məhkum 16 aprel 2022-ci il tarixdə saat 13 radələrində Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində torpaq yolda Zərərçəkmiş şəxs Beyləqan rayonu, Mayak qəsəbə sakini Şahid9 ilə söhbət etdiyi zaman Zərərçəkmiş şəxsi qəsdən öldürmək məqsədi ilə əlində olan dəmir balta ilə vuraraq ona qəsdən sol əl pəncəsi nahiyəsində qançır xarakterli sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra özünün cinayətkar hərəkətlərini davam etdirib əlindəki həmin balta ilə yenidən Zərərçəkmiş şəxsi qəsdən vuraraq öldürməyə cəhd etmiş, lakin həm in vaxt orada olmuş Şahid9 onun bel nahiyəsindən, Şahid10 isə onun qolundan tutaraq Zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə ona balta ilə zərbələr vurmasının qarşısını almaları səbəbindən o, bilavasitə cinayət törətməyə, yəni Zərərçəkmiş şəxsi öldürməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədikdən bir müddət sonra, o, öz hərəkətlərini davam etdirərək başqa bir silah, o cümlədən odlu silah olan tüfəngi əldə edərək, tüfəngdən atəş açmaqla onu həyatdan məhrum etmiş olsaydı, Məhkum hərəkətləri təkrar adam öldürmə kimi qiymətləndirilə bilməzdi və vahid cinayət əməli kimi tövsif edilməli idi. İş materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxsi qəsdən öldürmək məqsədilə 16 aprel 2022-ci il tarixdə saat 13 radələrində Beyləqan rayonu, Mayak qəsəbəsi ərazisində etdiyi birinci cəhdi həmin vaxt orada olmuş Şahid9 onun bel nahiyəsindən, Şahid10 isə onun qolundan tutaraq Zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə ona balta ilə zərbələr vurmasının qarşısını almaları səbəbindən Zərərçəkmiş şəxsi öldürməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilmədikdən sonra uzun müddət ərzində zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəlmiş heç bir hərəkət etməmişdir. Belə ki, Məhkum ifadəsindən görünür ki, təxminən 2022-ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxsin maşınına yaxınlaşmış, Zərərçəkmiş şəxsdən onun arvadının başını kimə qırxdıracağını soruşmuşdur. Zərərçəkmiş şəxs onun bu sözünə gülüb, maşının qapısını örtərək get axtar tapıb, bilərsən deyərək, maşını sürüb getmişdir. Zərər çəkmiş şəxs Məhkum Beyləqan Rayon Polis Şöbəsinə şikayət etmiş, həmin şikayətə əsasən onu polis şöbəsinə çağırdıqlarından o, bərk əsəbləşmişdir. Ona görə də tapdığı tüfəngi və 3 ədəd patronu aparıb işlədiyi X məxsus fermasının giriş qapısının arxasında gizlətmişdir. 05 iyun 2022-ci il tarixdə, saat 07 radələrində fermanın həyətində mal-qara ilə məşğul olarkən Zərərçəkmiş şəxsin yoldan keçərək mal-qara apardığını görüb Zərərçəkmiş şəxsə yaxınlaşaraq həmin yolla geri qayıtmasını, onunla işi olduğunu demiş, Zərərçəkmiş şəxs ona qayıdacağını bildirmişdir. O, bir qədər sonra Zərərçəkmiş şəxsin qayıtdığını görüb gizlətdiyi tüfəngi və 3 ədəd patronu götürərək patronlardan ikisini tüfəngə yerləşdirmiş, qalan bir patronu isə əlində saxlamışdır. Zərərçəkmiş şəxs qayıtdıqdan sonra o, Zərərçəkmiş şəxs dən onun arvadının başını kimə qırxdıracağını soruşmuş, Zərərçəkmiş şəxs ona acıqlı cavab vermiş, o da tüfəngi qaldırıb Zərərçəkmiş şəxsi nişan alaraq bir dəfə atəş açmış, Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Həmin anda Zərərçəkmiş şəxslə onun arasında təxminən 10 metrlik məsafə olmuşdur. O, Zərərçəkmiş şəxsin ayağa qalxdığını və ona tərəf gəldiyini görüb, ikinci dəfə atəş açmış, Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Göründüyü kimi, 16 aprel 2022-ci il tarixdə törədilmiş cinayətdən sonra Məhkum Zərərçəkmiş şəxslə yenidən görüşmüş və kifayət qədər imkanı olmasına baxmayaraq sonuncunun qəsdən öldürülməsinə yönələn hər hansı bir hərəkət etməmişdir. Lakin Zərərçəkmiş şəxs Beyləqan Rayon Polis Şöbəsinə Məhkum şikayət etməsi, həmin şikayətə əsasən onun polis şöbəsinə çağırılması, Məhkum təkrarən Zərə rçəkmiş şəxs qəsdən öldürmək məqsədinin yaranmasına səbəb olmuş və 05 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxsi qəsdən öldürmüşdür. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum 16 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxsi öldürməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş və 05 iyun 2022-ci il tarixdə isə təkrarən yaranmış qəsdən öldürmək məqsədi ilə ona odlu silahdan iki dəfə atəş açmaqla qəsdən öldürdüyündən məhkəmələr haqlı olaraq onun əməlini təkrar adamöldürmə kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası Məhkum cəza təyini ilə əlaqədar kassasiya şikayətinin dəlillərini təhlil edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cə za və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edi lir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, mə hkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, könüllü gəlib təqsirini boynuna alması cəzanı yüngülləşdirən hal kimi və cinayəti odlu silahdan istifadə etməklə törətməsi cəzasını ağırlaşdıran hal olmasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam r iayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının bo rcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində daha yüngül cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materialla rını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 202 2-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2109/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2109/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver