Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(102)-2109/2025 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X3, Müdafiəçilər – müdafiəçi7 və müdafiəçi8 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi, hakimlər X4 və X12 ibarət tərkibdə) ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə, ## ###### 1961-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2021-ci il tarixli qərarı ilə barəsində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzası şərti hesab edilərək 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-in 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-in 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanmaq yolu ilə Məhkum qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2021-ci il tarixli qərarı ilə Məhkum barəsində tətbiq edilmiş şərti məhkum etmə və sınaq müddəti ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Məhkum qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilmiş, Təqsirləndirilən şəxs və Məhkum Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın əvəzi qismində 25.000 (iyirmi beş min) avro və 10.000 (on min) manat məbləğində pul vəsaiti (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla) müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Hökmlə, həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ilə (hakimlər - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X6 ibarət tərkibdə) təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi müdafiəçi7 tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi7 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İŞİN HALLARI: Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum 2023-cü ilin dekabr ayının əvvəllərində qəsdən tamah məqsədi ilə hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamaq və həmin saxta sənədlərdən istifadə etmək, həmçinin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz surətdə birgə ələ keçirmək barədə tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs vasitəsilə qanuni əsaslarla yaşamaq və işləmək üçün Almaniya Federativ Respublikasına getmək niyyətində olan Zərərçəkmiş şəxs həmin dövlətdə yaşamaq ücün icazə və həmin ölkənin vətəndaşlığını alması məsələsini özünün xaricdə olan yaxın əlaqələri vasitəsilə 25000 avro və 10000 manat məbləğində pul vəsaitləri müqabilində güya qanuni yolla həll edəcəklərinə dair yalan vəd verib onun inam və etibarını qazanmış, bundan sonra Təqsirləndirilən şəxs Məhkum ilə aralarında əldə olunmuş razılaşmaya əsasən ## ###### 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanında yerləşən “Gold Gənclik” qızıl univermağının qarşısında Zərərçəkmiş şəxsla görüşərək vəd etdikləri məsələnin müsbət həlli adı ilə həmin dövrün məzənnəsi ilə 45827,5 manat təşkil edən 25000 avro və 10000 manat olmaqla, ümumilikdə 55827,5 manat məbləğində külli miqdarda nağd pul vəsaitini sonuncudan alaraq Məhkum və qeyriləri ilə öz aralarında bölüşdürməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin nağd pul vəsaitlərindən ibarət əmlakını ələ keçirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs 55827,5 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin Məhkum qeyriləri ilə birgə Zərərçəkmiş şəxs barəsində hər hansı araşdırma və ya cinayət təqibi aparılmadığı, cinayət məsuliyyətinə cəlb olunmadığı halda, güya hüquq mühafizə orqanları tərəfindən təzyiqlərə məruz qalması, təqib olunması görüntüsü yaratmaq məqsədilə faktiki mövcud olmayan cinayət işi üzrə şahid qismində dindirilmək üçün müvafiq istintaq orqanına çağırılmasına dair ## ######## 2023-cü il tarixli, ********* nömrəli saxta çağırış vərəqəsini və Zərərçəkmiş şəxs güya xaricdə fəaliyyət göstərən “Azərbaycan Naminə Demokratiya” (AND) təşkilatının üzvü olmasına dair ingilis dilində tərtib olunmuş ## ####### 2023-cü il tarixli, Aİ- 09.A nömrəli saxta arayışı istifadə etmək məqsədi ilə onların blanklarını və üzərində olan möhür əksini elektrofotoqrafik çap üsulu ilə çap etməklə və üzərlərində olan imzalan birbaşa qələm vasitəsilə icra etməklə saxtalaşdıraraq hüquq verən rəsmi sənədlər şəklində qanunsuz hazırlayıb qrup üzvü Təqsirləndirilən şəxs təhvil vermiş, Təqsirləndirilən şəxs isə öz növbəsində həmin saxta sənədlərin fotoşəkillərini ## ###### 2023-cü il tarixdə Bakı şəhərində “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs göndərmiş və bununla da Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayaraq bilə-bilə həmin saxta sənədlərdən istifadə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, Məhkum həm Musavat Partiyasının, həm də Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür. İctimai siyasi fəaliyyəti həmişə onu və ailəsini təqiblərə, məhrumiyyətlərə məruz qoymuşdur. O, ailə üzvləri dəfələrlə qanunsuz olaraq, siyasi sifarişlə həbs edilmiş, mühakimə edilmişdir. Bu qanunsuzluqlar Avropa İnsan Hüquqları Məhkəməsinə mübahisələndirilmiş, onun siyasi fəaliyyətinə görə mühakiməsi və həbsi qanunsuz hesab edilmişdir. Hazırda da məhkumun barəsində həmin məhkəmənin icraatda olan işləri vardır. İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə görə T. Yaqublu guya Təqsirləndirilən şəxs vasitəsilə Zərərçəkmiş şəxs adlı birisinə sadəcə olaraq onun şəxsiyyət vəsiqəsinin və vaxtı bitmiş ümumvətəndaşlıq pasportunun əsasında bir gün ərzində Almaniyaya viza və bu ölkənin vətəndaşlığını düzəldəcəyinə söz vermiş, onun 25 min avrosunu və 10 min manatını mənimsəyib. Məhkum və ictimaiyyət ilk gündən bu prosesi siyasi xarakterli hesab edib. Təqsirləndililən şəxs Təqsirləndirilən şəxs internet resurslarında kifayət qədər məlumat var. Məsələn, Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevlə barəsindəki cinayət işinin istintaqı zamanı verilən ifadələrdə Elnur Vaqif oğlunun “TT” kod adı ilə agent kimi fəaliyyət göstərdiyi qeyd edilib. Elnur Vaqifoğlu 2014-cü yanvar ayının 30-da X18 Birliyi Hərəkatı yaratması barədə MTN-ə məlumat verib və bunun müqabilində 10 min manat pul mükafatı alıb. «Getcontact» proqramı ilə zərərçəkən Zərərçəkmiş şəxs məxsus 055-555-16-82 nömrəsini axtarışa verəndə “X2 Şahid”, “Elşən Polisdə İş Həlledən”, “X7”, “Elşən Polisə İşləyən”, “Elshen polisin ishvereni” və s. kimi adlar çıxır. Zərərçəkmiş şəxs 60 min manatının dələduzluq yolu ilə ələ keçirilməsi haqda ##.##.2023cü il tarixində 16-cı PB-yə şikayət ərizəsi yazır və DİN-nin 102 xidmətinə zəng vurur. E. Hüseynovun 102-yə zəng etməsi haqda heç bir sübut və fakt yoxdur. Zərərçəkmiş şəxs ## ###### 2023 tarixli şikayət ərizəsində, eyni zamanda 16-cı PB-nin təhqiqatçısı E.Səfərova izahat verərkən, Məhkum 1 gün ərzində ona viza düzəltməməsindən və bu işdə vasitəçi olan Təqsirləndirilən şəxs telefonuna zəng çatmadığından aldadıldığını və 60 min manat pulunun mənimsənildiyini anladığını yazır. Zərərçəkmiş şəxs ## ###### 2023 tarixində ifadə alınıb. Həmin protokolda göstərilir ki, dindirmə saat 15:00-da başlayıb və saat 16:00-da bitib, yəni bir saat müddətində davam edib. Bu dindirmə protokolunun sual-cavab hissəsi düz 5 səhifə yarım təşkil edir. Bir saat ərzində bu qədər işi görmək mümkün idimi? Əlbəttə ki, yox. Deməli, dindirmə protokolunu əvvəlcədən hazırlayıb və sonra Elşənə imzalatdırıblar. Elnurdan aldığı ifadə isə ## ###### 2023 tarixində alınıb, dindirmə saat 19:40 başlayıb və saat 21:10-da bitib. Yəni, 1 saat 30 dəqiqə çəkib və o, cəmi 4 səhifədən ibarətdir. Elşəndən 5 səhifəlik ifadə alınır və bu cəmi 1 saat çəkir. Amma Elnurdan 4 səhifəlik ifadə alınır buna isə 1 saat 30 dəqiqə sərf olunub. T. Yaqubludan alınmış ifadənin həcmi 2 səhifə yarımdan bir az da çox olmaqla ona sərf edilən vaxt 1 saat 15 dəqiqə təşkil edir. Müstəntiq ## ###### 2023-cü il tarixdə cinayət işinin başlanması haqqında qərar qəbul edir, qeyd edir ki, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında müəyyən etdim ki, Zərərçəkmiş şəxs pullarının dələduzluq yolu ilə ələ keçirilməsi cinayəti baş verib. Həmin gün hansı toplanmış sübutlar vardı? Cinayət işi materiallarında Elşənin zərərçəkmiş kimi tanınması 36-cı səhifədə, onun dindirilmə zamanı alınan ifadəsi 45-ci səhifədə, Elnurun ifadəsi isə 81-ci səhifədədir, yəni bu sıralamaya görə müstəntiq hətta Elşənin özünü dindirmədən onun artıq zərərçəkmiş kimi tanıyıb, T. Yaqublu isə cinayətkar hesab olunub. Baxmayaraq ki, fakt barədə dərhal cinayət işi başlamaq üçün CPM-nin 209-cu maddəsinin tələbləri yoxdur. T. Yaqublunun mənzilində ## ###### 2023 tarixində, o saxlanıldıqdan sonra axtarış olur. Elnur istintaqda verdiyi ifadəsində 2000-ci ildən T. Yaqublunu tanıdığını, amma məhkəmədə isə bildirdi ki, 2000-ci il çox uzaqdır, tanışlığımızın və dostluğumuzun tarixi 3-4 il olar və “Qələbə” kinoteatrının qabağındakı mitinqlərin birində ona yaxınlaşıb tanış olublar. İş materiallarına görə onlar həyatda ilk dəfə Qubad İbadoğlunun məhkəmələri zamanı 3 dəfə ## ###### 2023- cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin, ## ###### 2023 və ## ###### 2023 tarixlərində isə Nərimanov Rayon Məhkəməsinin qarşısında rastlaşıblar. Elnur ilk dəfə T. Yaqubluya ## ####### 2023 tarixində Q.İbadoğlunun Nərimanov Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində yaxınlaşıb, özünü hüquq müdafiəçisi kimi təqdim edib və ona “Facebook” dostluğu göndərəcəyini, onu qəbul etməsini xahiş edib və Gürcüstanın həbsdə olan keçmiş prezidenti Saakaşvilini birgə müdafiə etməyi təklif edib. O, növbəti dəfə ## ###### 2023 tarixində Bakı Apellyasiya Məhkəməsində Q.İbadoğlunun məhkəməsi keçirilərkən yaxınlaşıb və yenə də Saakaşvilinin müdafiəsi üçün birgə fəaliyyət göstərməyi, elə buradanca bir çayxanaya gedib orada müzakirə aparmağı təklif edib. Onda T. Yaqublu ondan birmənalı şəkildə şübhələnib və yanında dayanmış Hüseyn Məliyə bu adamın hökumətin casusu olduğunu deyib, bu barədə sonuncu məhkəmədə ifadəsində deyib. Müdafiə tərəfin məhkəməyə təqdim etdiyi videomaterialda ## ###### 2023 tarixində də Elnur Nərimanov Rayon Məhkəməsində məhkəmə prosesinə gəldiyi görünür, lakin Məhkum tapmayıb qısa müddətə çıxıb gedib, çünki həmin vaxt o ora gəlməyib, Elnurun da bundan məlumatı olmayıb. Anten məlumatlarına görə o, Nərimanov Rayon Məhkəməsinin qarşısında saat 11:10-da olub, amma artıq saat 11:41-də avtovağzala yaxın bir yerdədir. Əlaqələri olmadığı üçün onun ora gəlməyəcəyini bilməyib. Onların “Facebook”-da ilk yazışması ## ###### 2023-cü ildədir və həmin gün dostluğuna qəbul edilib. Yazışmanın məzmunu təxminən belədir ki, Elnur Saakaşvilinin hüquqların müdafiə edir və ondan kömək istəyir, hətta Gürcistana onun qohumları gilə getməyə köməklik istəyir, cavab olmur. ## ###### 2023-cü il tarixində Saakaşvilinin müdafiəsi ilə bağlı guya mətbuat konfransı keçirdiyi haqda linki göndərib. Elnur ## ###### 2023-cü il tarixində “Whatsapp”-da T. X9 bayramı münasibəti ilə təbrik yazıb, uzun-uzadı tərifləyib və bu, onun ona Whatsapp-da yazdığı yeganə mesajdır. Elnur özünün istifadəsində olduğu və T. Yaqublu ilə əlaqə saxladığı 070-292- 24-02 nömrəsindən ona cəmi 2 dəfə zəng edib, Saakaşvilinin müdafiəsi ilə bağlı absurd xahişlər olub: a) ##.##.2023 tarixində saat 11:03-də olub, danışıq 155 saniyə çəkib. b) o, ##.##.2023 tarixində 4 dəfə zəng edib, axırıncıya cavab cavab verib. İttiham aktına və məhkəmə hökmünə görə 2019-cu ildən sağalmaz xəstəliyə mübtəla olan Zərərçəkmiş şəxs ancaq Almaniyada müalicə olunmaq üçün xəstəliyinin 4-cü ilində həmyerlisi Təqsirləndirilən şəxs öyrənir ki, Məhkum 25 min avro və 10 min manat qarşılığında bu işdə ona yardım edə bilər və razılaşır. Zərərçəkmiş şəxs 60 min mantının dələduzluq yolu ilə ələ keçirilməsi haqda ## ###### 2023 tarixində 16-cı PB-yə şikayət ərizəsi yazır və DİN-nin 102 xidmətinə zəng vurur, lakin cinayət işində Zərərçəkmiş şəxs 102-yə zəng etməsi haqda heç bir sübut və fakt yoxdur. Məhkəmə də müdafiə tərəfin bu haqda vəsatətləri təmin edilməmişdir. Zərərçəkmiş şəxs ## ###### 2023-cü il tarixli şikayət ərizəsində, eyni zamanda 16-cı PBnin təhqiqatçısı E.Səfərova izahat verərkən, Məhkum 1 gün ərzində ona viza düzəltməməsindən və bu işdə vasitəçi olan Təqsirləndirilən şəxs telefonuna zəng çatmadığından aldadıldığını və 60 min manat pulunun mənimsənildiyini anladığını yazır. Müstəntiq Elşəni dindirməyə saat 15:00-da başlayıb və saat 16:00-da da bitirib. Bundan sonra da bir sıra formalizmlər həyata keçirilməliydi. Məntiqlə, müstəntiq Elnurun saxlanılması haqda qərarı saat 17:00- dan tez verə bilməzdi. Elnurun istifadə etdiyi 055-555-16-82 nömrəsini bağlayır və 055-240-94-15 nömrəsini aktiv edib. Onların arasında ilk Whatsapp yazışması ## ###### 2023 tarixində saat 21:34-dən başlayır. Cinayət işində olan həmin yazışmaya baxdıqda ilk “qardaş, necəsən?” mesajından əvvəlki Whatsapp-ın texniki xəbərdarlıq mətni göstərir ki, bu iki şəxs ilk dəfə yazışmağa başlayırlar. Onların 6 aydır ki, Whatsappla yazışdıqlarının yalan olduğu birmənalı şəkildə təsdiq olunur. Elnurla Elşənin arasında ## ###### 2023 tarixindən əvvəl heç bir yazışma və zəngləşmə olmayıb. İttiham aktına əsasən Elşənlə Elnur ## ###### 2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsinin qarşısında görüşüblər, Elnurun ## ###### 2023-cü il tarixində Nərimanov Rayon Məhkəməsinin qarşısında olduğunu sübut edən onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonun anten məlumatları var. Cinayət işi materiallarında Elşənin istifadə etdiyi mobil telefon nömrəsi kimi 055-240-94-15 göstərilir. Bu nömrə Tinatıyev Ömər adlı bir şəxsə aiddir və o, Nərimanov RPİ-nin istintaqını apardığı bir cinayət işində təqsirləndirilən şəxs olub. Onun özünün əsl nömrəsi isə onun notariat əməliyyatları zamanı qeydə alınan telefon nömrəsi də məhz 055-555-16-82-dir. Elnur ## ###### 2023-cü il tarixində Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzində müayinədən keçəndə, ondan ittiham olunduğu əməl barəsində soruşularkən, o deyib ki, Elşəndən 25 min avro və min manat alıb, İttiham tərəfi ## ### 2024-cü il tarixində Elnurdan 3cü dəfə ifadə alır və “ min”i “on min” edir. Elnurun telefonuna gələn və gedən zənglərlə bağlı mobil rabitə operatorundan alınmış siyahıda 070- 455-02-11 nömrəsi var. Elnur həmin nömrə ilə danışıb. Zəngin tarixi ## ###### 2023 saat 18:21 göstərilir. Həmin anten məlumata görə T. Yaqublu Elnurla ## ###### 2023 tarixində görüşməyiblər və heç cür də görüşə bilməzdilər. İttiham aktnda həmin günə aid anten məlumatlarının yalnız 17:15-dən sonrakı hissəsi göstərilir, özü də təxminən cəmi bir saatlıq müddəti. Niyə? Çünki, anten məlumatları həmin gün təxminən saat 14:30-dan saat 18-dən keçənədək T. Yaqublu fasiləsiz olaraq Pirşağı qəsəbəsində olduğunu göstərir. Həmin vaxt şahidlər T. Yaqublu MŞ-nın KM-nin toplantısında olduğunu təsdiqləyir. Ona görə də ittiham tərəfi sübut qoya bilməyib. Elnurla Elşən arasındakı saxta Whatsapp dialoquna görə T. X13 saat 16:30- dan tez görüşə bilməzdi, yəni şahid ifadələrinə görə o, həmin gün saat 14:30-dan 18:30-dək Pirşağı qəsəbəsində Vidadi Mirkamalın bağ evində MŞ-nın KM-nin toplantısında olub. Həmin anten məlumatlarına görə Elnur Zabrat-1 qəsəbəsinə gəlib və bu qəsəbənin bu başından daxil olub, o biri başından çıxması müxtəlif anten göstəricilərinə aid olmaqla, cəmi 7 dəqiqə çəkib, sonra da Bakıxanov qəsəbəsinə doğru gedib. Onun “Zabrat-1” anten koordinatında olması cəmi 31 saniyə çəkib. Bu müddət 17:13:38-dən 17:14:01-adək və ondan sonra 17:14:09-adəkdir. 17:17:10-da artıq anten məlumatı “Zabrat qəsəbəsi, şəhər şossesi, ** saylı binanın damı” kimi göstərilir. 17:18:14-də artıq “Çay evi”, 17:25:11-də isə “Ocaq YDS” Bakıxanov qəsəbəsi” göstərilir. Elnur sadəcə olaraq həmin yoldan keçib. Həmin anten məlumatlarına görə həmin vaxt T. Yaqublu deyilən yerdən təxminən 10-15 km aralıda – Pirşağı qəsəbəsində olub. İttiham aktına və məhkəmə hökmünə görə Elnur təxminən saat 16-da “Gold Gənclik”in qarşısında Elşəndən pulu aldıqdan sonra T. Yaqublu ilə görüşmək üçün metronun “Koroğlu” stansiyası ərazisindən keçən yolla Zabrat qəsəbəsinə gəlib. Amma anten məlumatlarından görünür ki, Elnur Zabrata əks tərəfdən, Goradildən gəlib Onun “Zabrat-1” anteninin əhatə dairəsinə daxil olması saat 17:13-dür, saat 17:25-də artıq Bakıxanov qəsəbəsindəki “Ocaq” yanacaqdoldurma məntəqəsinin yanındadır. Elnurun mobil telefonunun anten məlumatlarından görünür ki, onun məkan göstəriciləri ilə özünün Whatsapp dialoqunda təsvir elədiyi yerlərlə uyğun gəlmir. Ona görə də peşəkar bir saxtakar kimi davranaraq ittiham aktında Elnurun saat 15:21-də Mirəli Qaşqay küçəsi 43 ünvanında olduğu məlumatdan sonra aradakı məlumatları buraxarır və növbəti məkanı “saat 17:13 Zabrat-1 qəsəbəsi” kimi göstərir. “Saat 15:51-də Mehdiabad qəsəbəsi” və “saat 16:44 Goradil, Fatmayi bağları” məlumatlarını isə göstərmir. Niyə? Elnurla Elşənin həmin gün “Gənclik”də görüşdüklər təsdiqi yoxdur. ## ###### 2023-cü il, nə də ki, ## ###### 2023-cü il tarixlərində Elnur Xırdalan şəhərinə ümumiyyətlə, ayaq basmayıb. Abdullanın təqdim etdiyi anten məlumatları ancaq ## ###### 2023 tarixinədək olan dövrü əhatə edirdi. Elnurun mobil telefonunun onun həbs olunduğu günə - ## ###### 2023 tarixinədək olan dövrə aid anten məlumatlarda nə ## ###### 2023-cü il, nə də ki, ## ###### 2023-cü il tarixlərində - saxlanıldığı anadək Xırdalana ayaq basıb. Bu səbəbdən də guya ki, ## ###### 2023-cü il tarixində T. Yaqubludun aldığı 3 min manatı aparıb bu şəhərdəki “ofis”ində gizlədə bilməzdi. Nə ## ###### 2023-cü il tarixində, nə də hansısa başqa bir vaxtda Elnur Whatsapp-la T. Yaqubluya zəng etməyib. T. Yaqublu telefonundakı ## ###### 2023 tarixində gəlmiş və getmiş Whatsapp zənglərinin siyahısını təqdim etdi. Orada Elnurun zəngi haqda heç bir qeyd yoxdur. İstifadə etdiyi mobil telefon nömrə ilə ## ###### 2023-cü il tarixində cəmi bir adi mobil rabitə zəngi olub ki, o da saat 20:21-də 050-590-22-44 nömrəsiylə dostu Rafiq İsmayılla 72 saniyə danışıb, məhkəməyə təqdim etdiyi siyahı üzrə ##.##.2023 tarixindəki Whatsapp danışıqların siyahısı: 1. Nigar Həzi; 2. müdafiəçi7; 3. Kənan Basqal; 4. müdafiəçi7;
5. Rafiq İsmayıl; 6. Rəhim Yaqublu; 7. İlham Hüseynli; 8. İlham Hüseynli. Gün ərzində 6 adamla 8 dəfə danışığı olmuşdur. Bu adamların arasında Təqsirləndirilən şəxs yoxdur. Halbuki, itiham aktına görə guya Elnur görüş yerini müəyyyənləşdirmək üçün dekabrın 8-də metronun “Koroğlu” stansiyasının ərazisindən T. Yaqubluya zəng edib. Həmin gün ilk 3 zəng günün birinci yarısında olub. Günün birinci yarısındakı 3 zəngdən sonuncu zəng 13:34-də Kənan Basqalla (Zeynalov) olub. Kənan da, T. Yaqublu da ifadələrində deyiblər ki, ## ###### 2023cü il tarixində MŞ-nın KM-nin növbədənkənar toplantısına getmək üçün təxminən 13:50-də evin yanında görüşüb yola çıxmışdırlar. Bu zəngi də görüşdən əvvəl Kənanın gəlib-gəlmədiyini, bir problemin olub-lmadığını dəqiqləşdirmək üçün edib. Bu zəngdən sonra həmin gün növbəti “Whatsapp” danışıq 18:07-də müdafiəçi7 ilə olub. Elnurun ##.##.2023 tarixində metronun “Koroğlu” stansiyası həndəvərindən zəng etməsi uydurmadır. Yeri gəlmişkən, cinayət işində olan mobil rabitə operatorunun Elnurun mobil telefonunun ## ###### 2023-cü il tarixində metronun “Koroğlu” stansiyası ətraflarında olması ilə bağlı heç bir lokasiya qeydi yoxdur. İttiham aktında mobil rabitə operatorundan alınmış Elnura məxsus ***-***-**-** nömrəli telefonun zənglər və anten məlumatları var. Həmin sənədin 588/519 səhifəsində ## ###### 2023-cü il tarixində Elnurun saat 15:51-də Mehdiabad qəsəbəsində, saat 16:44-də isə Fatmai qəsəbəsində olduğu göstərilir. “Whatsapp” dialoquna görə Elşənlə Elnur həmin gün saat 16da “Gold Gənclik” marketinin qarşısında görüşüblər. Məhz həmin vaxtda və həmin yerdə Elşən pulu Elnura verib, o da pulu götürüb T. Yaqublu ilə görüşməyə gedib. Amma daktiloskopik ekspertizanın rəyinə görə: a) Elnurun qondarma ofisində “tapılmış” Elşənin şəxsiyyət vəsiqəsinin surətinin üstündə ancaq Elnurun barmaq izləri tapılıb. Axı, saxta cinayət işinə görə həmin sənəddə AND təşkilatı və Respublika Prokurorluğu adından verilmiş saxta sənədlərdə olduğu kimi T. Yaqublunun da barmaq izləri olmalıydı. b) Məhkum sağ əlinin şəhadət (LB********N nömrəli 100 ABŞ dolları pulun üzərindən götürülmüş) barmağının, sağ əlinin şəhadət (C******** nömrəli 100 manatlıq pulun üzərindən götürülmüş) adsız (UA********** nömrəli 50 avroluq pulun üzərindən götürülmüş), sol əlinin şəhadət (C******** nömrəli 100 manatlıq pulun üzərindən götürülmüş) adsız (RB********** nömrəli 100 avroluq pulun üzərindən götürülmüş) barmaqlarının izi vardır. Məhkəmə hökmündə göstərilir ki, “## ###### 2023-cü il tarixdə Elnur ona bildirmişdir ki, bir nəfər yaxını var, çox pis vəziyyətdədir və xarici ölkəyə getmək istəyir.” (səh 8-9) - belə söz deyilməyib. Belə ki, Təqsirləndirilən şəxs mediada məşhur adam olmuşdur” - deməyib. X11 “Axı mən sizi görüşdürdüm” deyir.” (səh 11) - Elnur ifadəsində belə söz deməyib. * Bakı şəhərində hava yağışlı olmuşdur. T. Yaqublu belə söz deməyib, deyib ki, “Zabratda hava yağış yağırdı” * “Lakin Elşən İsraildə olub, buna dair şəkillər var, sonuncunu İsrail rəhbəri özü təbrik edib - T. Yaqublu belə deməyib, deyib ki, Elşənin yoldaşın təbrik edib. Hökmdə qeyd edilib: “10.000 manat pulu Elşənə Masazır qəsəbəsi ərazisində vermişdir” (s. 11) - evimizə gətirdi” deyib. * Maya Yaqublu modem oğurlandığın deyib. - Hökmdə yoxdu (s. 16) * H. Məlik ifadəsində bildirdi ki, Tofiq bəy Bakı Apellyasiya Məhkəməsinin qarşısında Elşəni göstərərək onun “cəsus” olduğunu dedi. - hökmdə qeyd edilməyib (s. 19) * Hökmdə Elnurun anten dairəsi ##.##.2023-cü il saat 17.13-dən 17.17-yə qədər verilib. Müstəntiqdə bunu göstərməyib. Müdafiə tərəfi vəsatərti əsasında ahten dairəsi verilsə də, qeyd edilməyib. (s. 30) * ”## ###### 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu, “Gold Gənclik” ticarət mərkəzinin qarşısında və həmin tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində olduğu müəyyən edilmişdir” - Hökmdə anten dairəsini göstərmədən sübut kimi təqdim edir (s. 31) beləliklə, sonuncu həmin tarixdə, saat 16:00- da “Gənclik” ərazində olmayıb.” hökmdə. Kim? Elnurun adın yazmayıb. T. Yaqublu onun adını deyib. Hökmdə ## ###### 2023-cü il tarixdə sonuncula arasında 155 saniyəlik, ## ###### 2023-cü il tarixdə 25 saniyəlik telefon danışığı baş tutmuşdur”. Kimin zəng etdiyi bilinmir, hansı ki, T. Yaqubluya Elnurun zəng etdiyi görünür və məzmun barədə Məhkum ifadəsində bildirib. M. Yaqublunun ifadəsi saxtalaşdırııb. Evin birinci mərtəbəsinin yataq otağında aşkar olunmuş pul vəsaitləri ailəsinə və əri Məhkum məxsusdur. “Pul vəsaitlərinin bir hissəsi isə toy məclisində yığılmış pul vəsaitidir.” Belə söz deyilməyib. Niyə protokolu imzalamadığını desə də, hökmdə qeyd edilməyib. Hökmdə cinayət işinin məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin görüş saatının 17:00-18:00 radələri olması müəyyən edilmişdir. Bu baxımdan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin gün saat 15:51-də Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində olması təqsirləndirilən şəxslər Məhkum ilə Təqsirləndirilən şəxs həmin gün saat 17:00-18:00 radələrində görüşmələrini istisna etmir. İbtidai istintaq və birinci instansiya məhkəməsi zamanı vermiş olduqları əsaslı vəsatətlər təmin olunmamışdır. Məhkum münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6, 10, 14 və 18-ci maddələrinin tələbləri pozulmuşdur. Nəticə etibarilə, məhkumun müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarını ləğv edilməsini, Məhkum münasibətdə cinayət təqibinə bəraətverici əsaslara xitam verilməsini və Məhkum münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 5.4, 6, 10, 11, 14 və 18-ci maddələrinin pozulmasının tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Hüquqi məsələlər:
Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, əvvəlki proseslərdə məhkum Məhkum və müdafiəçilərinin kassasiya şikayətinin təmin edilməsi barədə və dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində məhkum Məhkum CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirlilik və bununla yanaşı Məhkum münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının
5. 4, 6, 10, 11, 14 və 18-ci maddələrinin pozulmasının tanınması barədə məsələlər mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, məhkum Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələrinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkiblərinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməsi və onun bu maddələr ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət- Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən, «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum törətdiyi cinayət əməlləri cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla təsdiq olunmuş, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir əsaslı və dolğun hallarla əsaslandıra bilməmişdir. Müdafiəçinin müvafiq məzmunlu iddiası hər hansı sübuta və fakta deyil, yalnız bəsit formalı subyektiv mülahizəyə əsaslanmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməllərində cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməllərinin törədilməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biridə İnsan hüquq və X17 Avropa Konvensiyasının 3, 5, 6, 8, 10, 11, 14 və 18-cı maddələrinin pozuntusu barədədir. İnsan hüquq və X17 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X19 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun CMin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il ## #### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPMdə göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı məhkumun müdafiəçisi müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdədəyişdirilmədən saxlanılsın.