Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-211/2019 15.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)211-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 15 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Məhkum iştirakları ilə, Beyləqan rayon Məhkəməsinin 04 may 2016-c ı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X2) Məhkum – xx xxxxxx 1957-ci ildə ************ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayon İcra hakimiyyəti başçısının Yuxarı Çəmənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş, ***********rayonunun *************** kəndində qeydiyyatında olub həmin ünvanda yaşayan, Azərbaycan Respublik ası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CPM-nin 158.6-cı maddəsinə əsasən onun məhkəməyədək və məhkəmə baxışı zamanı, yəni 04 may 2015-ci il tarixdən 03 fevral 2016-cı il tarixə kimi həbsdə olması və 03 fevral 2016-cı il tarixdən hal-hazıradək ev dustaqlığı qətimkan tədbiri qismində qalmasının təyin edilmiş cəza müddətinə daxil edilməklə cəzasının çəkilmiş hesab edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum CM-nin 234.1-ci maddəsi ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 195,02 qram narkotik vasitə sayılan qurudulmuş marixuananı əldə etmiş və sa xlamışdır. Belə ki, 04 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Beyləqan rayonu ərazisində saxlanılmış, keçirilmiş baxış zamanı onun idarə etdiyi «Toyota Avensis» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan ehtiyat təkərin üst qapağının üzərindən onun qanunsuz olaraq əldə edib saxladığı təmiz çəkisi 195,02 qram narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X18 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə) 19 aprel 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti tə min edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiyaşikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həbsdə olduğu müddət ərzində təzyiq altında ağ kağıza imza etməyə məcbur olmuş, hal şahidləri də xəstənin müayinə edilməsi adı ilə şöbəyə dəvət olunmuş tibb işçiləri olmuşlar. Bu hal məhkəmə istintaqı vaxtı bir daha təsdiq edilmişdir ki, onlar narkotik vasitənin olmasını yox, şəkər xəstəsinin müayinə olunması üçün idarəyə dəvət olunublar və buna görə də sənədə imza etmişlər. Həqiqətdə isə hal şahidləri narkotik vasitənin ol masını görməmişlər, əgər onun avtomaşınında narkotik vasitə olmuş olsaydı mütləq hal şahidlərinin iştirakı ilə videoya çəkilmiş olardı. Belə bir material isə iş materiallarına əlavə olunmamışdır, əksinə iş üzrə olan ifadələr bir-biri ilə ziddiyyətlər təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2017-ci il tarixli qərarı qəbul edilərkən CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməyinə məhkəmə tərəfindən düzgün yanaşılmamışdır. Həbsdə olduğu 04 may 2015-ci il tarixindən 23 fevral 2016-cı il tarixinədək olan müddət ərzində özünü təqsirli bilməmiş və heç bir cinayət hadisəsini törətmədiyini bidirmişdir. İdarə etdiyi “Toyota Avensis” markalı **-DK-*** dövlət nömrə nişanlı avtomaşından 194.82 qram təşkil edən marixuana heç bir vaxt olmamışdır. Həqiqətən də a vtomaşınında narkotik vasitə olan marixuana olmuş olsaydı mütləq videoya çəkilərdi və bu gün də nümayiş etdirilərdi. Çox təəssüf ki, iş materialları arasında nümayiş etdiriləsi heç bir video materialı yoxdur. Bundan başqa, hər hansı bir cinayət hadisəsinin törədilmədiyinin nəticəsidir ki, iş materialları arasında ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilməmişdir. Əksinə o yalnız həbsdə olarkən ağ kağıza imza etməyə məcbur edilmişəm. Bu isə onu göstərir ki, həbsdə olduğum müddət ərzində özünün əleyhinə ifadə verməyə məcbur edilmişdir. Bu da Azərbaycan Respublikası CPM-nin 20.1-ci və 91.5.10-cu maddəsinin tələblərinin pozulduğunu açıq-aydın göstərməkdədir. İşdən də göründüyü kimi istintaqın ilk vaxtlarından etibarən heç bir cinayət hadisəsini törətmədiyini bildirmiş və bu g ün də öz mövqeyimdə qalmaqdadır. İdarə etdiyi “Toyota Avensis” markalı **--*** dövlət nömrə nişanlı avtomaşına ilk saxlanılan yerdə hal şahidlərinin iştirakı ilə baxış keçirilməmişdir. Təkcə bu hal hər hansı bir cinayət hadisəsinin törədilmədiyini və cinayət hadisəsinin olmasını şübhə altında qoyur. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hü quqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkə məsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri Məhkum əməlində cinayət tərkibinin olmaması, ona bəraət verilməsi barədədir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş şahid X15 ifadəsində göstərmişdirki, - 04 may 2015-ci ildə Beyləqan rayon İcra Hakimiyyəti başçısının Yuxarı Çəmənli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanki şi adlı şəxsə məxsus olan qara rəngli «Toyota» markalı avtomaşına baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Avtomaşına baxış keçirilərkən yük yerində olan ehtiyat təkərin üst qapağının üzərində rəngli sellofana bükülmüş və şəffaf rəngli skoçla bağlanmış 1 ədəd bükülü aşkar edilmişdir. Həmin bükülü iştirakları ilə açılmış və onun içərisində yaşıl rəngli qurudulmuş və xırdalanmış halda spesifik iyə malik olan təxminən 200 qrama yaxın bitki kütləsi olduğu müəyyən edilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının sözlərindən ona bu kütlənin narkotik vasitə olan marixuana bitkisinə oxşar maddə olduğu məlum olmuşdur. Aşkar edilmiş həmin maddə onların iştirakı ilə kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Baxış zamanı həmçinin avtomaşından və Məhkum üzərindən şəxsiyy ətini təsdiq edən sənədlər, müxtəlif şəxslərə məxsus bir neçə plastik kart, dairəvi möhür və başqa sənədlər də aşkar edilmişdir. Baxış başa çatdıqdan sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən müvafiq protokol tərtib olunmuş və doğruluğu iştirakçıların imzaları ilə təsdiq edilmişdir. İş üzrə şahid X6 məhkəmədə şahid X4 eyni məzmunlu ifadə verdi. Birinci instansiya məhkəməsi iclasında şahid X7 ifadə verərək göstərmişdirki, o, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşıdır. 2015-ci ilin təxminən aprel ayının əvvəllərində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinə Beyləqan rayonunun **************** kəndində qeydiyyatda olan və yaşayan Məhkum narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat mə lumatı daxil olmuşdur. Bu məlumatın yoxlanılması məqsədilə onun və əlaqələrinin ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq, 09 aprel 2015-ci ildə Bakı şəhəri Səbail rayon Məhkəməsindən müvafiq qərar alınmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 may 2015-ci il tarixdən etibarən Məhkum cinayət əlaqəsində olduğu Ağcabədi rayonunun Avşar kənd sakinləri X8, X9 və İran İslam Respublikasında yaşayan İqbal adlı şəxs arasında sonuncu tərəfindən birincilərə qaçaqmalçılıq yolu ilə göndərilmiş narkotik vasitə olan 4 kiloqram qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı aparılmış telefon danışıqları qeydə alınmışdır. 04 may 2015-ci ildə tərəflərindən Məhkum idarə etdiyi «Toyota Avensis» markalı **--*** dövlət qeydiyyat nişanl ı avtomobili ilə Beyləqan rayonu ərazisində saxlanılmış və Milli Təhlükəsizlik Nazirliyinin Beyləqan rayon şöbəsinə aparılmışdır. Məhkum imkan taparaq oğlu V6 vasitəsilə cinayətin digər iştirakçıları olan Z6 və M6 özünün Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılması, sonuncuların indi onların da dalıyca gələcəklərini və bu səbəbdən onlarda olan 4 kiloqram qurudulmuş marixuananı ataraq evdən qaçmaları barədə xəbər göndərməyə müvəffəq olmuşdur. Bundan sonra onlar Məhkum idarə etdiyi «Toyota Avensis» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilinə Milli Təhlükəsizlik Nazirliyinin Beyləqan rayon şöbəsinin inzibati ərazisində baxış keçirmişlər. Hal şahidləri və Məhkum özünün iştirakı ilə avtomaşınına baxış keçirilmiş və baxış zamanı yük yerində olan ehtiyat təkərin üst qapağının üzərindən narkotik vasitə sayılan 195,02 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sonuncu həmin narkotik vasitədən məlumatsız olduğunu bildirsə də əldə etdikləri əməliyyat məlumatlarına əsasən, həmin narkotik vasitə İqbal adlı İran vətəndaşının Z6 və M6 sifarişləri əsasında onlar üçün İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitə olan 4 kiloqram qurudulmuş marixuananın bir hissəsi olmuşdur. Baxış başa çatdıqdan sonra aşkar edilmiş narkotik vasitə sayılan 195,02 qram qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmiş, doğruluğu hal şahidləri və Məhkum tərəfindən imza edilməklə təsdiqlənmişdir. Cinayət işinin materiallarında olan Səbail rayon məhkəməsinin 09 aprel 2015-ci il tarixli qərarı ilə Məhk um və onun əlaqələri ətrafında 6 ay müddətində texniki vasitələrdən istifadə etməklə telefon danışıqlarına qulaq asılması, binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə daxil olmaqla baxış keçirilməsi, habelə insanların güdülməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən 04 may 2015-ci ildə təqsirləndirilən şəxs Məhkum idarə etdiyi «Toyota Avensis» markalı **-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün və müdafiəçisinin iştirakı ilə keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı həmin avtomobildən digər sənəd və əşyalarla yanaşı, həmçinin avtomobilin yük yerində olan ehtiyat təkərin üst qapağının üzərindən rəngli sellofana bükülmüş və şəffaf rəngli skoçla bağlanmış 1 ədəd bükülü aşkar edilmişdir. Həmin bükülünün içərisinə baxılarkən orada spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələrin olduğu məlum olmuşdur. Təxminən çəkisi 200 qrama yaxın olan qeyd edilən bükülü kağız zərfə qablaşdırılaraq Milli Təhlükəsizlik Nazirliyinin 171 saylı möhürü ilə möhürlənmiş və protokola əlavə edilmişdir. Protokol hal şahidləri və Məhkum tərəfindən imzalamışdır. Baxış protokoluna nə Məhkum tərəfindən, nə də hal şahidləri tərəfindən hər hansı qeyd verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji mərkəzindən təqdim edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 22 may 2015-ci il tarixli, 985 №-li rəyindən görünür ki, Məhkum na rkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Məhkum NARKOMANİYA xəsətəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Məhkum oğlu birinci instansiya məhkəməsi iclasında ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlandıqdan sonra imkan taparaq telefonunun yaddaşından Ağcabədi rayonunun ********* kəndində yaşayan köhnə tanışı Z6 telefon nömrəsini oğlu V6 verərək sakit səslə təcili həmin şəxsə zəng edib nəhayət onu tutdurduqlarını, onu tutan şəxslərin Bakı şəhərindən gəldiklərini, o heç nəyi boynuna almadığını, ona görə tez əlindəkiləri atıb qaçmalarını, indi onları da tutmaq üçün dallarıyca gələcəklərini çatdırmasını tapşırmışdır. O, bu xəbəri göndərməklə Z6 və M6 üçün 2015-ci ilin fevral ayında İran İslam Respublikasından ümumi tanışları İqbal adlı şəxs tərəfindən göndərilən narkotik vasitə olan 4 kiloqram marixuananı təcili məhv edərək qaçıb gizlənmələrini istəmişdir. Belə ki, Z6 və İ6 adlı İran vətəndaşı onu istəyindən asılı olmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məşğul olduqları öz çirkin oyunlarının qurbanına çevirmiş və bu səbəbdən sonuncular tərəfindən törədilən cinayət hadisəsində adı hallandığı üçün həmin an tutulmalarını istəməmişdir. Oğlu V6 onun sözlərinin mahiyyətini başa düşməmiş, o da sonuncuya heç nə izah etməmiş və yalnız dediklərini təcili zəng edərək Z6 çatdırmasını tapşırmışdır. Milli Təhlükəsizlik Nazirliyinin Beyləqan rayon şöbəsində izahatı alınmış və həmin izahatı ilə yanaşı ona daha bir neçə ağ vərəqə imza etdirilmişdir. Yalnız sonradan göstərilən əməkdaşların sözlərindən ona avtomaşınına baxış keçirildiyi və baqaj hissəsindən narkotik vasitə olan 195,02 qram marixuana aşkar edilərək götürüldüyü məlum olmuşdur. Bu narkotik vasitə ona məxsus deyildir və maşınında olmamışdır. Maşınına da iştirakı ilə baxış keçirilməmişdir. İdarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitənin Məhkum məxsus olmaması, narkotik vasitənin avtomobilindən tapılmaması və özünün avtomobilə baxış keçirilməsində iştirak etməməsi barədə ifadəsində göstərdikləri, yuxarıda göstərilən və özü tərəfindən imzalanmış avtomobilə baxış protokolu, baxışda iştirak etmiş və həmin protokolu imzalamış hal şahidlərinin ifadələri ilə təkzib edilmişdir. Yuxarıda göstərilən və məhkəmə iclasında tədqiq edilmiş, cinayət işi üzrə t oplanmış sübutların məcmusu ilə Məhkum cinayət əməlləri tam sübut olunmuşdur. Avtomobilinə hal şahidlərinin onun özünün iştirakları ilə baxış keçirilməsi və 195,02 qram narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilməsi sübut edilmişdir. Narkotik vasitəni satış məqsədinin olması müəyyən edilməmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanun normalarının pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilmıəsi və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəs ində təsbit edilmiş əsalardan hər hansı birinə uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum təqsirli bilinməsi barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2017-ci il tarixli qərarı dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-211/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-211/2019
15.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver