Məhkəmə qərarları › İş №1(102)-211/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-211/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-211/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının Məhkum müdafiəçiləri Həsənov Fərid İzafət oğlunun, Məmmədov Ceyhun Hamlet oğlunun və Mirzəyeva Ramilə Comərd qızının, Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(10 3)-1619/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçiləri Məmmədov Ceyhun Hamlet oğlu və Həsənov Fərid İzafət oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşamışdır. 2. 30 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki o, X İdarəsinin Cinayət-axtarış şöbəsinin ki çik əməliyyat müvəkkili vəzifəsində işləyərkən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs birgə ticarət fəaliyyəti ilə məşğul olub əldə edəcəkləri gəlirin 70 faizini verəcəyi barədə yalan vəd verib aldadaraq siqaret satışını təşkil etmək adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan 15 may 2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “X” çay evində 110000 (yüz on min) manat pulunu aldıqdan sonra cinayət əməlini pərdələmək məqsədilə uğurlu ticarət fəaliyyətini təşkil etdiyinə inandırmaq üçün 2018-ci ilin iyun ayında həmin puldan 7500 (yeddi min beş yüz) manat pulu, 2018-ci ilin iyul ayında isə 10200 (on min iki yüz) manat pulu qazanc adı ilə Zərərçəkmiş şəxs vermiş, bundan sonra o, Bakı Metropoliteni nin “Neftçilər” metrostansiyası yaxınlığında mobil telefonların topdan satışını təşkil etmək adı ilə aldadaraq 17 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında 500000 (beş yüz min) manat pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 9600 (doqquz min altı yüz) manat pulu Zərərçəkmiş şəxs vermiş, daha sonra o, avtomobil ehtiyat hissələrinin satışını təşkil etmək adı ilə aldadaraq 04 sentyabr 2018-ci il tarixdə ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs dostu Şahid4 vasitəsilə göndərdiyi 59500 (əlli doqquz min beş yüz) manat pulu, 28 sentyabr 2018-ci il tarixdə də eyni adla aldadaraq Zərərçəkmiş şəxs ünvan 4 ünvanında həmin tarixdə rəsmi bank məzənnəsi ilə 340000 (üç yüz qırx min) manat olan 200000 (iki yüz min) ABŞ dolları pulunu alaraq elə həmin ay bu puld an qazanc adı ilə 10600 (on min altı yüz) manat pulu Zərərçəkmiş şəxs vermiş, həmçinin, o, telefon satışına əlavə pul yatıraraq daha cox qazanc əldə etmək adı ilə aldadaraq 20 oktyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən “X” çay evində həmin tarixdə rəsmi bank məzənnəsi ilə 153000 (yüz əlli üç min) manat olan 90000 (doxsan min) ABŞ dolları pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 48100 (qırx səkkiz min yüz) manat, 2018-ci ilin noyabr və dekabr aylarında isə 94000 (doxsan dörd min) manat pulu Zərərçəkmiş şəxs vermiş, bundan əlavə o, ehtiyat hissələrinə qoyulmuş pulun məbləğini artırıb daha çox qazanc əldə etmək görüntüsü yaradıb aldadaraq 30 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ünvan 4 ünvanında həmin tarixdə rəsmi bank məzənnəsi ilə 408000 (dörd y üz səkkiz min) manat olan 240000 (iki yüz qırx min) ABŞ dolları pulunu alaraq həmin ilin yanvar və fevral aylarında bu puldan qazanc adı ilə 200000 (iki yüz min) manat pulu Zərərçəkmiş şəxs vermiş, həmçinin o, birgə ticarət fəaliyyətlərini genişləndirilməsinə inandırıb bu adla aldadaraq 17 mart 2019-cu il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən binanın qarajında həmin tarixə rəsmi bank məzənnəsi ilə 587000 (beş yüz səksən yeddi min) manat olan 340000 (üç yüz qırx min) ABŞ dolları pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 100000 (yüz min) manat pulu Zərərçəkmiş şəxs vermiş, daha sonra isə o, yenə də, birgə ticarət fəaliyyəti adı ilə aldadaraq ünvan 7 ünvanında yerləşən “X” çay evində Zərərçəkmiş şəxs üç dəfə - 30 mart 2019-cu il tarixdə həmin günə rəsmi bank m əzənnəsi ilə 170000 (yüz yetmiş min) manat olan 100000 (yüz min) ABŞ dolları pulunu, 24 aprel 2019-cu il tarixdə həmin günə rəsmi bank məzənnəsi ilə 170000 (yüz yetmiş min) manat olan 100000 (yüz min) ABŞ dolları pulunu və 25 aprel 2019-cu il tarixdə həmin günə rəsmi bank məzənnəsi ilə 51000 (əlli bir min) manat olan 30000 (otuz min) ABŞ dolları pulunu alıb ələ keçirmiş, beləliklə o, uğurlu birgə sahibkarlıq fəaliyyətinin təşkil olunmasına dair vəd verib aldadaraq gəlir əldə etmə görüntüsü yaradıb etibarını qazanmaqla dələduzluq yolu ilə ələ keçirdiyi bütövlükdə ******* (iki milyon beş yüz otuz doqquz min beş yüz) manat puldan 480000 (dörd yüz səksən min) manat pulu qazanc adı ilə Zərərçəkmiş şəxs verməklə özgə əmlakı olan cəmi ******* (iki milyon əlli doqquz min beş yüz) manat məbləğində pulunu ələ keçirib zərərçəkmiş şəxsə xüsusiilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 3. 17 yanvar 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-428/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə bəraət verilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən d övlət ittihamçısı apellyasiya protesti verib, hökm üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinərək, cinayət qanunvericiliyinin normalarına uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzasını təyin etməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Hökmdən, həmçinin, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə1 ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə əlavə verib, hökmün ləğv edilməsi, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham hökmünün çıxarılmasını xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1790/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli q ərarı ilə apellyasiya protesti, apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-428/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli hökmü apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti, Zərərçəkmiş şəxs və nümayəndəsi Süleymanov Elmar İslam oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)997/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1790/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1619/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli hökmü ilə dövlət ittihamçısının apellyasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsinin apellyasiya şikayətləri təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-428/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhru m etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 sentyabr 2023-cü il tarixdən hesablanması, məhkəmə iclas zalından dərhal həbsə alınması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçiləri Məmmədov Ceyhun Hamlet oğlu və Həsənov Fərid İzafət oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

12. Kassasiya şikayətində müdafiəçilər çoxsaylı maddi və prosessual hüquq normalara, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarlarına, cinayət işi materiallarında olan sübutlara istinad edərək qeyd etmişlər ki, tərəflər arasında əslində adi mülki dövriyyəd ə tütün məmulatlarının, mobil telefonların və onların aksessuarlarının alqı-satqısı ilə bağlı işgüzar münasibətlər mövcud olmuşdur. Zərərçəkmiş şəxs Məhkum pul verərkən şifahi razılaşmalarına əsasən özü heç bir iş görmədiyi halda qazanc əldə etmək məqsədində olmuşdur. Məhkum Zərərçəkmiş şəxs aldığı pulları başqa məqsədlərə (mərc oyunlarına) xərcləməsi və yaxud həmin pulların dövriyyəsindən qazanc əldə edib Zərərçəkmiş şəxs verməməsi işin hər hansı halları ilə təsdiq olunmur və bu barədə sübutlar ümumiyyətlə olmamışdır. Yəni ittiham üzrə Məhkum dələduzluq niyyətində olması, onun zərərçəkmiş şəxsə hər hansı vəd verməsi və həmin vədinə əməl etməməsi iş materiallarında olan sübutlara əsasən öz təsdiqini tapmır və əməlləri dələduzluq cinayətinin dispozisiyasına ümumiyyətlə uyğun gəlmir. İş ma teriallarında olan sübutlar, tərəflərin və şahidlərin ifadələri təsdiq edir ki, tərəflər arasında mülki münasibətlər olmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1619/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və Məhkum barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları t əşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Müdafiəçilər Məhkum əməlində cinayət tərkibinin olmadığını, eləcə də cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyini iddia edib kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilm əsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.

19. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1619/2023 nömrəli, 29 sentyabr 2023cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

21. Azərbaycan Respublikası CP M-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

24. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmaması, eləcə də onun təqsirliliyinin sübuta yetirilməməsi haqda dəlilləri əsassız hesab edir.

25. Belə ki, baxılan cinayət işi üzrə dövlət ittihamçısının kassasiya protesti, eyni zamanda Zərərçəkmiş şəxs və nümayəndəsi Süleymanov Elmar İslam oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında məhkəmə kollegiyası müəyyən et mişdir ki, işə baxan məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə bəraət verərkən və bəraət hökmünü qüvvədə saxlayarkən hansı səbəbdən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid2, Şahid1, Şahid4, Şahid7 və qeyrilərinin ibtidai istintaqda, eləcə də məhkəmədə verdikləri ifadələrini sübut kimi qəbul etməməsinə əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini öz yekun qərarlarında göstərməmiş və bununla da gəldikləri nəticələr işin faktiki hallarına uyğun olmamışdır.

26. Həmçinin, işə baxan əvvəlki məhkəmə kollegiyası hesab etmişdir ki, öz təsdiqini tapmış işin faktiki hallarından müəyyən olunduğu kimi, Zərərçəkmiş şəxs pul götürərkən Məhkum tütün məmulatları, telefon aksessuarları və avtomobil ehtiyat hissələrinin satılması na görə birlikdə gəlir əldə edilməsinə dair vədlər versə də, nəinki həmin vədi əməl etməmiş, hətta, onun ümumiyyətlə qeyd edilən fəaliyyətlərlə məşğul olmasını təsdiq edən hər hansı bir sübut müəyyən olunmamışdır. Məhkəmələr nəzərdən qaçırmışlar ki, Məhkum ümumiyyətlə vergi ödəyicisi deyil, onun tütün məmulatları, telefon aksessuarları və avtomobil ehtiyat hissələrinin haradan, necə və hansı məbləğlərdə gətirib satması, nə qədər gəlir əldə etməsi haqda məlumat aşkar edilməmişdir. Belə olduğu halda Məhkum də etiraf etdiyi kimi zərərçəkmişdən aldığı məbləğlərin cüzi bir hissəsinin mütəmadi şəkildə “gəlir əldə etmə” adı altında qaytarılmasını mülki xarakterli münasibətlər kimi deyil, daha çox dələduzluq niyyətinin pərdələnməsi, böyük bir “biznes fəaliyyəti görüntüsü” yaratması kimi qiymətlə ndirilməsi üçün mühakimə yürütmək olar.

27. Yekunda işə baxan əvvəlki məhkəmə kollegiyası hesab etmişdir ki, ibtidai instintaq dövründə və birinci instansiya məhkəməsində araşdırmalar zamanı əldə olunmuş məlumatların yoxlanılması istiqamətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar arasında mövcud olan ziddiyyətlərin aradan qaldırılması və sübutların mötəbərliyinin sual doğurmaması məqsədilə ən azından mövcud sübutların yenidən tətqiq edilərək qismən istintaq keçirməklə məhkəmə baxışı aparılmalı idi. Qeyd edilənlərə baxılması məqsədilə apellyasiya instansiyası məhkəməsinin birinci baxışı nəticəsində qəbul etdiyi qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən hökmü kassasiya ins tansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş, qismən məhkəmə istintaqı keçirilməklə aparılmış yeni apellyasiya baxışının nəticəsində qəbul edilən hökmdə hazırda baxılan kassasiya şikayətində qaldırılan dəlillərə müvafiq əsaslandırma təmin edilməklə cavablandırma verilmişdir.

29. Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçilərin kassasiya müraciətində qeyd etdikləri dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmünün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

30. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

31. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan bey nəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).

32. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə, “İnsan hüquqlarının və əsas azad lıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

33. Yuxarıda təsvir edlənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işini n hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1619/2023 nömrəli, 29 sentya br 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçiləri Məmmədov Ceyhun Hamlet oğlu və Həsənov Fərid İzafət oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1619/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar