Məhkəmə qərarları › İş №1(102)-2110/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2110/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2110/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181. 2.3 və 181.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli, 1(104)-03/2023 nömrəli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1996-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, ev 68, mənzil 12-də qeydiyyatda olmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 02 noyabr 2016-cı il tarixd ə saat 13 radələrində Bakı şəhərinin, Nizami rayonu ərazisində yaşayan tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrisi ilə sonuncunun təklifinə əsasən Goranboy rayonunun Azad kəndində yaşayan qeyrisinin qohumu Zərərçəkmiş şəxs2 xeyli miqdarda 10000 manat məbləğində əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, razılaşmaya əsasən qeyrisi tanınmaması və ev sahiblərini müşahidə etmək məqsədilə evə girməyərək axırıncıların da iştirak edəcəyi Göygöl rayonunda olan yas mərasiminə getmiş, o, Təqsirləndirilən şəxs1 və Sadiq Bayramov isə 03 noyabr 2016-cı il tarixdə saat 05:00 radələrində Bakı şəhər avtovağzalından 40 manat müqabilində şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü ilə Goranboy rayonu, Azad kəndinə gələrək qeyrisini n verdiyi istiqamətə uyğun olaraq saat 09:30-da Zərərçəkmiş şəxs2 evini müəyyən etdikdən sonra saat 10:00-da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə qaz borularının üstündən hasara çıxıb oradan isə Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə düşüb binanın arxası ilə yaşayış sahəsinin qarşı tərəfindəki pilləkənlərdən eyvana keçib açıq vəziyyətdə olan qapıdan evin zalına qanunsuz daxil olarkən ev sahibi Zərərçəkmiş şəxs2 onları görüb üzərilərinə gələn zaman onlar Zərərçəkmiş şəxs2 həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək o, Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən yumruq zərbəsi ilə vuraraq yerə yıxdıqdan sonra özgənin əmlakını ələ keçirmək məqsədi ilə onu otuzduraraq evdə olan qızıl və pulların yerini soruşmuş, Zərərçəkmiş şəxs2 pul və qızıl olmadığını bi ldirdikdə o, Zərərçəkmiş şəxs2 yanında durmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə evləri axtarmış, həmin vaxt zərərçəkmiş Zərərçəkmiş şəxs2 onun ayaq nahiyəsindən tutub yıxmaq istəsə də, bunu bacarmamış, ona görə də o və Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs2 sifət və baş nahiyəsindən yumruq və şillə ilə vurararaq qapalı kəllə beyin travması, hər iki göz ətrafının qançırı, ağlı qişaya qansızma, burun yəhərinin qançırı, burun sümüyünün sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül bədən xəsarətləri yetirdikdən sonra yenidən otaqlarda pul və qızıl zinət əşyalarının axtarışını davam etdirmiş, Sadiq Bayramov özləri ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab ed ilməyən dəmir açar ilə yataq otağında saxlanc yeri olan sandığın qıfılını sındırıb orada olan Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs1 qızına məxsus 1600 manat məbləğində nağd pulu, 3100 manat dəyərində qızıl-zinət əşyalarını və Rəhman Qəhrənuınova məxsus 1 ədəd “Nokia 1600” markalı 40 manat dəyərində mobil telefonu, cəmi 4740 manat dəyərində özgə əmlakını ələ keçirdikdən sonra, zərərçəkmiş Rəhman Qəhramanovun əlini və ayaqlarını bağlayaraq Bakı şəhərinə qayıtmış, həmin puldan 900 manatını qeyrisinə verdikdən və qızıl-zinət əşyalarını isə 1600 manata sataraq hər birinə 350 manat məbləğində nağd pul götürüb qalan pulu isə ev kirayəsi və yeyib içməklərinə sərf etməklə soyğunçuluq etmişlər.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 1(088)-13/2018 nömrəli hökmü ilə (hakimlər Qasımov Zabil Bəhmən oğlunun sədrliyi, X25 və X10 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinməsi, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının başlanğıcının 15 noyabr 2016-cı il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirliliyi məsələsi, eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 1(088)-13/2018 nömr əli hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 177.2.3, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinə, Məhkum və Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4-cü maddələrindən həmin Məcəllənin 180.2.1. 180.2.3 və 180.2.4-ci maddələrinə tövsif olunması hissəsində ləğv edilməsini, təqsirləndirilən şəxslərin ibtidai istintaq orqanı tərəfındən elan edilmiş maddələrlə təqsirli bilinib həmin maddələrin sanksiyası hədlərində cinayət, cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə CPM-nin tələblərinə uyğun yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 29 may 2018-ci il tarixli, 1(104)-137/2018 nömrəli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X21 və X2 ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 1(088)-13/2018 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır.

7. Dövlət ittihamçısının kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2018-ci il tarixli, 1(102)-1160/2018 nömrəli qərarı ilə (hakimlər X14 (sədrlik edən və məruzəçi), X22 və X11 ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 18 dekabr 2019-cu il tarixli, 1(104)-99/2019 nömrəli qərarı ilə (hakimlər X18 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 1(088)-13/2018 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.

9. Dövlət ittihamçısının kassasiya protestinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 oktyabr 2020-ci il tarixli, 1(102)-586/2020 nömrəli qərarı ilə (hakimlər X8 (sədrlik edən və məruzəçi), X26 və X1 ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir.

10. Məhkum və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı iclaslarına g əlməkdən qəsdən boyun qaçırdığından Gəncə Apellyasiya Məhkəməsinin 08 may 2021- ci il tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, axtarış elan edilərək, cinayət işi üzrə icraat dayandırılmışdır.

11. Gəncə Apellyasiya Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılması üçün icraat təzələnmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə icraat onlar tapılanadək dayandırılmışdır. 13. 26 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 tutularaq, məhkəməyə təqdim edildiyindən Gəncə Apellyasiya Məhkəməsinin 13 may 2022-ci il tarixli, 1(104)-8/2022 saylı qərarı ilə iş üzrə icraat təzələnmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 1(104)-8/2022 saylı qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraat ayrılmışdır.

15. Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-ci maddələri ilə məhkum edilməsinə da ir cinayət işi üzrə icraat dayandırılmışdır. 16. 28 yanvar 2023-cü il tarixdə Məhkum tutularaq, məhkəməyə təqdim edildiyindən Gəncə Apellyasiya Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(104)-3/2023 saylı qərarı ilə iş üzrə icraat təzələnmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli, 1(104)-03/2023 nömrəli hökmü ilə (hakimlər X15 (sədrlik edən və məruzəçi), X16 və X4 ibarət tərkibdə) apellyasiya protestinin Məhkum münasibətdə təmin edilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 1(088)-13/2018 saylı hökmünün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4-cü maddələrindən 180.2.1, 180.2.3, 180.2.4-cü maddələrinə tövsif edilməsi hissəsində Məhkum münasibətdə ləğv edilməsi və həmin hissədə yen i hökm çıxarılması, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə təqsirli bilinməsi və ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Məhkum həbsdə olduğu 3 il, 2 ay, 22 gün müddətin təyin edilmiş cəzadan çıxılması və Məhkum üzərində 4 il, 9 ay, 8 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının başlanğıcının 28 yanvar 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

18. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli, 1(104)-03/2023 nömrə li hökmündə Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

19. Məhkum kassasiya şikayətində bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, zərərçəkmiş şəxsin mənzilinə yalnız oğurluq məqsədi ilə girmişdir, lakin təsadüfən zərərçəkmiş şəxslə də evdə rastlaşmış, zərərçəkmiş şəxs onlara müqavimət göstərdiyi üçün onu vurmuşlar. Bununla yanaşı, daha sonra ona yardım da göstəriblər. Həmçinin, ona cəza təyin edilərkən, barəsində olan yüngülləşdirici hallar, yəni əvvəllər məhkum olu nmaması, zərərçəkmiş şəxslə barışması, ona dəymiş maddi ziyanın tam ödənilməsi, və onlara qarşı heç bir şikayət və tələbinin olmaması nəzərə alınıb, ona daha yüngül cəza tətbiq edilməsi mümkün idi.

20. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli, 1(104)-03/2023 nömrəli hökmünün dəyişdirilməsini, onun əməlinin AR CM-in 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə tövsif edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

22. Qərardan kassasiya protesti və zərərççəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları

23. Kassasiya icraatı zamanı məh kəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

24. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

25. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

26. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qay dasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

27. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

28. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

29. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

30. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli, 1(104)-03/2023 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

31. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

32. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

33. Belə ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi Məhkum əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə dəlillərini yoxlayıb, həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə birgə tədqiq edərək məhkumun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə tövsif edilməsi qənaətinə gələrək, apellyasiya protestini təmin etmişdir.

34. Kollegiya qeyd edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq məhkumun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə tövsif edilmişdir.

35. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlilləri qismində göstərdiyi “zərərçəkmiş şəxsin mənzilinə yalnız oğurluq məqsədi ilə girmiş, lakin təsadüfən zərərçəkmiş şəxslə də evdə rastlaşmış, zərərçəkmiş şəxs onlara müqavimət göstərdiyi üçün onu vurmuşlar” kimi fikirlərinə münasibətdə qeyd edir ki, dövlət ittihamçısının məhkmun əməlinin hüquqi tövsifinə həsr olunmuş apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi məhz bu dəlillərə öz hökmündə qiymət verərək bildirmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 evinə qanunsuz olaraq daxil olunarkən ev sahibinin evdə olmasını gördükdən sonra, qanuna zidd hərəkətlərdən imtina edilməmiş, əksinə, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 vahimə, qorxu yaratmaq məqsədilə onun üzərinə hücum edilməklə, ona qarşı həyatı və sağlamlığı üçün təhlükəli olan fiziki zorakılıq tətbiq edilmişdir ki, bununla da zərəçəkmiş şəxs müəyyən xəsarət lər almaqla yanaşı, huşunu da itirmişdir. Zərərçəkmiş şəxs2 özünə gəldikdən sonra da ona qarşı zorakılıq hərəkətləri davam etdirilmişdir. Zərərçəkmiş şəxs2 hücum edilərək, baş nahiyyəsinə zərbə endirilməsi ilə belə qəsdin onun həyat və sağlamlığı üçün təhlükəli ola biləcəyi aşkar olmaqla, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmışdır.

36. Bununla əlaqədar kassasiya məhkəməsi qeyd edir ki, məhkumların zərərçəkmiş şəxsin mənzilinə yalnız oğurluq məqsədi ilə daxil olmaları, sonradan təsadüfən zərərçəkmiş şəxslə də evdə rastlaşması və bu zaman zərərçəkmiş şəxsin onlara müqavimət göstərdiyi üçün onu vurmaları, onun əmlakını talama hərəkətlərinin davam etdirmələri qəsdin genişlənməsi, yəni oğurluq cinanayətindən quldurluq cinayətinə çevrilməsi kimi qəbul edilməlidir.

37. Bundan əlavə, kassasiya icraatı zamanı məhkəmə iclasında məhkumun müdafiəçisi məhkumun əməlinin tövsifi ilə bağlı müdafiə mövqeyini bildirərkən yetirilmiş xəsarətin yüngül olmasına istinad etsə də, məhkəmə kollegiyası həmin mövqeyi əsassız hesab edərək qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 23-cü bəndinə qeyd olunmuşdur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnm iş olsun.

38. Göründüyü kimi, özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.

39. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun kassasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyind ən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

40. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPMin tələblərinə uyğun aparılmışdır.

41. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclasla rında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün məhkumun əməlinin tövsifinə münasibətdə ləğv edilməsi barədə yeni hökm çıxarılmışdır. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri i lə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

43. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli, 1(104)-03/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 mart 2023-cü il tarixli, 1(104)-03/2023 nömrəli hökmü Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar