Məhkəmə qərarları › İş №1(102)-2111/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2111/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2111/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X14 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçisi Bakı şəhəri “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)-659/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çə kir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə «Aqşin» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən «Aqşin» adlı şəxs və qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 2763,494 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 2494,467 qram kustar üsulla hazırlanmış psixotrop maddə metam fetamini, külli miqdarda ümumi təmiz çəkisi 2080 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 11 qram olan 44 ədəd həbdə psixotrop maddə MDMA-nı və 01 ədəd elektron tərəzini məlum olmayan ünvanda yerləşdirib bu barədə Məhkum məlumat verdikdən sonra sonuncu həmin kütlələri məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Aqşin» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin bir ədəd bükümdə olan 38,494 qram çəkidə və psixotrop maddə metamfetaminin bir ədəd bükümdə 4,467 qram çəkidə h issəsini üzərində, qalan 2725 qram narkotik vasitə heroini, 2490 qram çəkidə psixotrop maddə metamfetamini, 2080 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 11 qram olan 44 ədəd həbdə psixotrop maddə MDMA-nı və 01 ədəd elektron tərəzini kirayədə yaşadığı ünvan 2 ünvanına daşımaqla saxlamış, bubarədə daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 06 avqust 2021-ci il tarixdə, saat 22:30-da Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 8 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miq darda təmiz çəkisi 38,494 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,467 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

3. Əməliyyat axtarış tədbirinin davamı olaraq 07 avqust 2021-ci il tarixdə, saat 00:30-dan etibarən Məhkum iştirakı ilə kirayə yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman həmin evin girişindən sol tərəfdə olan otaqdaki taxta konstruksiyalı dolabda gizlətdiyi bir ədəd çantanın içərisindən üç ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkilən 1195 qr, 1205 qr və 325 qr olmaqla ümumi təmiz çəkisi 2725 qram öz aralarında və üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırl anmış narkotik vasitə heroin, iki ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1175 qr və 1315 qr olmaqla ümumi təmiz çəkisi 2490 qram öz aralarında və üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd sellofan torbada külli miqdarda təmiz çəkisi 2080 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 11 qram olan xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynilik təşkil edən 44 ədəd həbdə psixotrop maddə MDMA və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

4. Bakı Ağ ır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X18 və X2 ibarət məhkəmə tərkibində) 30 dekabr 2021-ci il tarixli, 1(101)-1863/2021 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3- cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcının 06 avqust 2021-ci il tarixdən hesablanması, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması, Məhkum ittihamından qaçaqmalçılıqda iştirakla bağlı olan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə olan bənd xaric edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Hökmdən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 1(101)-1863/2021 nömrəli hökmünün cəza təyini hissəsində dəyişdirilməsini və barəsində olan cəzanı aşağı həddə endirilməklə yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X11 və X12 ibarət məhkəmə tərkibində) 31 mart 2022-ci il tarixli, 1(103)659/2022 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsini n Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair 30 dekabr 2021-ci il tarixli, 1(101)1863/2021 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)659/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən yalnız əvvəllər cinayət törətməməsi onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmışdır. Halbuki, onun himayəsində üç azyaşlı övladı da vardır, bununla da təyin edilmiş cəzanın məhkumun şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə uyğun olm aması qeyd edilmişdir.

9. Qeyd etdiklərinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 iyun 2024-cü il tarixli, 1(103)-1359/2024 nömrəli qərarının Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPMin”) 416.1.21-ci maddəsinə əsasən dəyişdirilməsini və məhkum barəsində təyin edilmiş cəzanın mümkün olan aşağı həddə endirilməklə yüngülləşdirilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

11. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi hər biri ayrı-ayrılıqda kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məh kəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norm alarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (himayəsində üç azyaşlı uşağının olması və.s) h alların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)-659/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

20. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikas ı CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

23. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

24. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

25. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

26. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun özünə münasibətdə həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsaslı olduğu müəyyən edilir.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə CPM-in 145.1-ci maddəsinin tələbləri nə müvafiq qaydada ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə razılaşmış, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 1(101)-1863/2021 nömrəli hökmü ilə təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

28. Məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək apellyasiya instansiyası məhkəməsinin məhkuma münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır.

29. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Məhkum himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan (X5 – xx.xx.2013; X3 – xx.xx.2015; X4 – xx.xx.2019) övladı vardır.

30. CM-in 59.1.4-cü maddəsi ilə qeyd edilən hal Məhkum cəzasını yüngülləşdirən haldır.

31. Kassasiya məhkəmə kollegiyası Məhkum barəsində olan cəzanı yüngülləşdirən halları (əvvəllər məhkum edilməməsi və himayəsində biri azyaşlı olmaqla üç yetkinlik yaşına çatmayan övladının olması) və cəzasını ağırlaşdıran halların isə mövcud olmamasını nəzərə almaqla, daha az müddətə cəmiyyətdən təcrid edilməklə təyin edilmiş cəzanın daha ədalətli olacağını hesab edir.

32. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi ha qqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

33. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin h əyat şəraitinə təsiri nəzərə alınır”.

34. Kassasiya şikayətinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.

35. Məhkəmə kollegiyası qeyd edilən halları qiymətləndirərək hesab edir ki, cəzanın məqsədinin təmin e dilməsi üçün məhkum barəsində təyin edilmiş cəza endirilməlidir. Bu cəza vasitəsi ilə onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

36. Məhkəmə kollegiyası törədilmiş əməllərin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.

37. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağı instansiya məhkəməsini n məhkuma cəzanın qeyd edilən normaların tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı məhkuma cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmaqla, məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyətinə adekvat olaraq cəza təyin edilməsi məqsədəmüvafiqdir.

39. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tar ixli, 1(103)-659/2022 nömrəli qərarı dəyişdirilməlidir.

40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli, 1(103)-659/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi 9 (doqquz) il 6 (altı) ay müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar