Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2112/2022 28.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Cəfərov Vidadi Cəfər oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Zərərçəkmiş şəxsin hüquqi varisi - X6, Məhkum - Məhkum, Müdafiəçi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X3 iştiraklar ı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X11 və nümayəndəsi - vəkil Kazımzadə Vüsal Fərman oğlu tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 05 iyul 2022-ci il tarixli 1(005)-289/2022 saylı hökmü ilə xx xxxx 1986-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü kimi işləyən, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla, ünvan 2şayan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının (Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 30 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi X11 və nümayəndəsi - vəkil Kazımzadə Vüsal Fərman oğlu tərəfindən birlikdə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum xx.xx.2021-ci il tarixdə saat 00:40 radələrində "BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ verən etiba rnamə əsasında idarə etdiyi “Nissan Maxima minik" markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanın qarşısından keçən hissəsində üzü "20 Yanvar" metrostansiyası istiqamətində 80 km/saat sürətlə yolun 5 zolaqlı sağ hərəkət hissəsinin soldan 2-ci hərəkət zolağı ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, yolun əks hərəkət istiqaməti ilə ayırıcı zolağından hərəkətə başlayaraq soldan sağa keçməkdə olan piyada X5 hərəkət hissəsində təhlükə yaratdığını gördükdə avtomobili dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməyib avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmişin açıq kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, pnevmosefaliya, diffuz baş beynin ödemi, sağ təpə sümüyünün gicgah sümüyünün kəllə əsasına uzanan xətti sınığı, əsas sümüyüün xətti sınığı, sağ baldır sümüklərinin sınığı, döş qəfəsinin küt travması iki tərəfli heıuopnevmatoraks. sağ göz ətrafı nahiyənin hematoması, üst və alt dodağın sağ və sol əlin sıynqları xəsarətləri alaraq 15 avqust 2021-ci ildə xəstəxanada ölməsinə səbəb olmuşdur. KASSASİYA PROTESTİNİN VƏ ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr cəza təyini zamanı Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini qismən etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsalar da, kifayət qədər əsaslandırmamışdırlar. Şəxsin peşman olması onun hərəkətlərinə tənqidi münasibətini ifadə edir. Belə peşmançılıq isə törədilmiş hərəkətlərin tam olaraq etiraf edilməsi ilə mümkündür. Əməlini etiraf etməyən şəxsin peşman olması obyektiv olaraq mümkün deyil, və təsadüfi deyil ki, qanunvericilik CM-nin 72-ci maddəsində təqsirləndirilən şəxsin məhz səmimi peşman olmasını təsbit etmiş, bunu şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək e tməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hərəkətlərdə ifadə olunmasını göstərmişdir. İşin məhkəmə baxışı zamanı isə müəyyən olunmuşdur ki, Məhkum tərəfindən törədilmiş cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və ya vurulmuş zərərin başqa yolla aradan qaldırılması, könüllü gəlib təqsiri boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək göstərməsi halları olmamışdır. Beləliklə, məhkəmələr hər hansı bir əsas olmadığı halda şəxsin əməlini qismən etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışlar. Həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi hökmdən apellyasiya şikayəti verərək təyin edilmiş cəzanın ağırlaşdırılmasını xahiş etmişdir. Bundan başqa, məhkəmələr Məhkum himayəsində y etkinlik yaşına çatmayan uşaqların olmasını qeyd etmişlər. Lakin bu hal cinayət işinin materialları ilə təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsindəki ifadəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş etmiş, məhkəmə isə onun himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi göstərmişdir. Apellyasiya instansiyasi məhkəməsi də apellyasiya protestində göstərilməsinə baxmayaraq yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi düzgün olaraq nəzərə alındığını qeyd etmişdir. Lakin uşaqların həqiqətən olması və onların sayı barədə məhkəmə qərarlarında heç bir istinad edilmiş sübut mövcud deyildir. Məhkəmələrin hər hansı bir sübut olmadan bu nəticəyə gəlməsi cinayət-prosessual qanunve riciliyin normalarının pozulmasına səbəb olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 nümayəndəsi-vəkil Kazımzadə Vüsal Fərman oğlu tərəfindən birlikdə verilmiş kassasiya şikayəti onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin cinayət əməlini qismən etiraf etməsi, onun himayəsində azyaşlı uşaqların olması və zərərçəkmiş şəxslə barışmaq istəməsi cəhdləri cəzanı yüngülləşdirən hal kimi məhkəmələr nəzərə alsalar da, hazırki cinayət əməli nəticə etibarı ilə bir vətəndaşın ölümünə səbəb olmuş, onu həyatından məhrum edilməsi ilə nətic ələnmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi B.Ə.Bayramov çıxış edərək, Məhkum törətdiyi əmələ münasibətdə yüngül cəza verildiy ini bildirib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi F.S.Qasımov çıxış edərək, Məhkum hadisənin qarşısını alması üçün hadisə zamanı texniki imkanının olmadığını, himayəsində 7 yaşında övladı olmasının yüngülləşdirici hal kimi nəzərə alınmamalı olduğunu qeyd etsələrdə, qanunvericiliyə əsasən bütün 14 yaşına çatmamış şəxslərin azyaşlı hesab edildiyini, heç bir ağırlaşdırıcı halın olmadığını, Məhkum zərərçəkmiş şəxsin bütün xəstəxana xərclərini və əlavə bununla bağlı bütün xərcləri ödədiyini, ilkin olaraq barışıq barədə notarial təsdiq olunmuş əri zəni təqdim etdiklərini, sonradan zərərçəkmiş şəxsin həmin ərizədən imtina etdiyini bildirib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, hadisənin istəməyərək baş verdiyini, hadisə yerindən qaçmadığını, ona yardım gğstərdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinə hadisə nəticəsində yaranmış bütün xərcləri ödədiyini, ilkin olaraq barışıq barədə notarial təsdiq olunmuş ərizəni təqdim lakin ondan əlavə çoxlu pul istədiklərini bildirib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tar ixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv e tməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protesti və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kass asiya protesti və kassasiya şikayətini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kə sb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəti cəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması na nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini qismən etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqının olmasını), cəzanı ağırlaşdıran ha lın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlindən səmimi peşimançılıq çəkməsinin cəzanı yüngülləşdirən hal kimi məhkəmələr tərəfindən düzgün nəzərə alınmadığı qənaətinə gələrək bunu CM-nin 72.1-ci maddəsinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Əvvəla prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırl aşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, “məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşimançılıq çəkməsi” məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Bundan əlavə ümumiyyətlə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hala istinad olunmasının CM-nin 72-ci maddəsinə istinadən şübhə altına alınması yol verilməzdir. Belə ki, Cinayət Məcəlləsinin 72-ci madəsində nəzərdə tutulmuş əsaslar cəzanın yüngülləşdirilməsini deyil, səmimi peşmanşılıqla bağlı ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsi cinayət məsuliyyətndən azad etməni özündə ehtiva edir və cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə dövlətin şəxsi müha kimə etməkdən və cəza tətbiq etməkdən imtina etməsidir. Başqa sözlə cinayət məsuliyyətindən azad etmə törədilən cinayətə görə azad etmədir. Məhkum isə cinayət məsuliyyətindən azad olunmamış, o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinərək cinayət qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cəzalandırılmışdır. Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi X1 Rüfət Qədir oğlundan şikayətinin və tələbinin olmamasına dair notariat qaydada təsdiq edilmiş ərizə vermiş, sonra ərizənin məzmununu anlamadığını qeyd etmiş, halbuki, notariat qaydada təsdiq edilmiş ərizədə belə əlyazma olaraq “oxudum razıyam” deyə qeyd etmiş, eyni zamanda özü ayrıca əl-yazma qaydasında yazılmış 09 sentyabr 2021-ci il tarixli ərizəsində X7 atası olaraq Məhkum heç bir şikayətinin olmamasını, Məhkum tərəfindən X7 dəfn edilməsi ilə bağlı bütün xərclərə 8000 manat xərclənməsini, Məhkum hər hansı maddi və mənəvi ziyanın vurulmasına dair tələbinin olmamasını bildirmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Məhkum 8000 manatdan çox zərər ödəməsi və həmin ödənişin zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən qaytarılmaması da işin mübahisəsiz halıdır. Odur ki, 8000 manatdan çox zərər ödəmiş, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış Məhkum münasibətdə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhdin cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması qanuni və əsaslı olmuşdur. Həmçinin məhkəmə kollegiyası, kassasiya protestinin Məhkum himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmələrin bu halı yüngülləşdirici hal kimi nəzərə alsalar da, bu halın cinayət işinin materialları ilə təsdiqini tapmaması ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən daxıl olmuş məktubdan görünür ki, Məhkum xx.xx.1985-ci il təvəllüdlü Xəlilova (Məmmədova) Turanə Müzə qızı ilə birgə nikahından xx.xx.2016-cı ildə Nurcan Xəlilova doğulmuşdur. Odur ki, kassasiya protestinin bu dəlilləri də əsassızdır və təmin edilməməlidir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edild iyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlil iyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsaslanmaqla məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protesti və kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-c i maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrumetmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzasının müddətini artırılması nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxsin hüquqi varisi və hümayəndəsi kassasiya şikayətində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara ist inad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tu tular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protesti və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 və nümayəndəsi-vəkil Kazımzadə Vüsal Fərman oğlu tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli hökm ü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2112/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-2112/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver