Məhkəmə qərarları › İş №1(102)-2112/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2112/2025

05.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2112/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 28, 279.1-1, 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 29 aprel tarixli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 9 yanvar tarixli, 1(124)-11/2025 nömrəli hökmü ilə (X3 (sədrlik edən), X10 və X5) xx xxx 1995-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Masallı rayonu, Qarğalıq ərazi dairəsi, Xallıcalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 28,279.1-1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 28,279.1-1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla o qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, xx xxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağ ı olan, orta təhsilli, idman müəllimi işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Təqsirləndirilən şəxs3 küçəsi, ev 23 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28,279.1-1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 28,279.1-1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla o, qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlı qdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 da təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Həmin hökmdən Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi7, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi10, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X8 və X7 ibarət tərkibdə) 2025-ci il 29 aprel tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum1 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi7, Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi6 və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi10 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274, 28, 279.1-1, 234.1-1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 32.5, 274, 28, 279.1-1, 234.1-1-ci maddələri, Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs4 Cinayət Məcəlləsinin 28, 279.1-1, 234.1-1-ci maddələri ilə təqsirli bilinmələrinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-11/2025 nömrəli, 09 yanvar 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum1 Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs4 təklifi ilə guya Azərbaycan Respublikası ərazisinə xarici ölkələrdən gəlmiş radikal silahlı vəhhabilərin, həmçinin sionistlərin silahlı hücumundan və təxribatlarından şiə dindarların müdafiə edilməsi adı altında Təqsirləndirilən şəxs4 İslam dininin şiə təriqətinə məxsus radikal dindar şəxslər Təqsirləndirilən şəxs1 və Məhkum2 ilə görüşlərini təşkil edərək, 2022-ci ilin sentyabr ayından başlayaraq qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratmaq və fəaliyyətində İştirak etmək üçün hazırlıq hərəkətlərinə başlamış, bu məqsədlə gələcəkdə birləşmə üzvlərinin fiziki hazırlıqlı olması üçün Sumqayıt şəhərində Məhkum2 məxsus idman zalında idman hazırlıqlarına cəlb etmiş, 08 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 4 ünvanında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Məhkum2 və qeyriləri ilə görüşərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupları yaratmağa və fəaliyyətində İştirak etməyə hazırlıq hərəkətləri görmüş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 7,591 qram çəkidə psixotrop maddə olan metamfetamini 20 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Misi r” parkı ərazisində istintaqa məlum olmayan mənbədən əldə edərək, saxlamış və ünvan 5 ünvanın yaxınlığına daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum1 21 noyabr 2022-ci il tarixdə saat 08:30 dəqiqədə ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,128 qram və 3,463 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 7,591 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkum2 Azərbaycan Re spublikasının vətəndaşları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 təklifi ilə guya Azərbaycan Respublikası ərazisinə xarici ölkələrdən gəlmiş radikal silahlı vəhhabilərin, həmçinin sionistlərin silahlı hücumundan və təxribatlarından şiə dindarların müdafiə edilməsi adı altında 2022-ci ilin sentyabr ayından başlayaraq dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratmaq və onların fəaliyyətində iştirak etmək barədə razılığa gələrək, gələcəkdə İran İslam Respublikası ərazisində keçiriləcək hərbi təlimlərdə iştirak edəcək şəxsləri özünə məxsus Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən idman zalında fiziki idman hazırlıqlarına cəlb etmiş, həmçinin bu məqsədlə 08 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 4 ünvanındakı yığıncaqda Təqsirləndirilən şəxs1, Məhkum1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və qeyriləri ilə görüşərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupları yaratmağa, eləcədə onların fəaliyyətində iştirak etməyə hazırlıq hərəkətləri görmüş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 9,102 qram çəkidə psixotrop maddə olan metamfetamini 2022-ci ilin noyabr ayının ortalarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında istintaqa məlum olmayan mənbədən əldə edərək, saxlamış və daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər N azirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum2 23 noyabr 2022ci il tarixdə saat 20:00-da ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,770 qram və 4,332 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 9,102 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum2 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfi ndən təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmamış, qərəzli olaraq mühüm əhəmiyyətə malik olan hallar hərtərəfli araşdırmamış, toplanmış sübutlar isə təhlil olunmamış və bir-biri ilə müqayisə edilməmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsi məhz ittiham tərəfin şahidi Şahid7 ifadəsinə hökmdə münasibət bildirməmişdir. Halbuki, həmin şahid qeyd edir ki, Məhkum2 uşaqlıqdan tanıyır. Məsələni Nurlana bildirdikdə o, Təqsirləndirilən şəxs1 uzaq durmasını bildirmiş. Daha sonra Ağasif israrla onu Təqsirləndirilən şəxs4la da görüşdürmüş. İsrar edəndə Məhkum2 Təqsirləndirilən şəxs4 göndərdiyi vatsap audio yazısında sonuncunu görüşə gəlməyi üçün hər üslubdan istifadə edilməsi nəzərdə tutulur. Belə ki, Ağasif məcburi Dağı stana bildirir ki, guya ki bir nəfər dindar şəxs də vardır ki, onlarla birlikdə “futbol” oyanacaqmış. Halbuki, mesajın əsl mənası Hicran tərəfindən təklif edilən məsələyə aydınlıq gətirməkdir. Ona görə də uşaqlıqdan tanıdığı Nurlan ilə Dağıstanı görüşdürmüşdür. Nəzər yetirsək Təqsirləndirilən şəxs4 da öz sərbəst ifadəsində göstərir ki, o, Nurlan və Ağasif ilə birlikdə görüşmüş, onların söhbətləri baş tutmamışdır, bundan sonra isə Məhkum2 Təqsirləndirilən şəxs4 həm şifahi həm də vatsap vasitəsi ilə audio yazıb. Həmin audio da bildirmişdir ki, o, bu məsələlərə inanmır, Nurlan düz deyir ki, bunların hamısı dövlətimizə və dinimizə ziddir, ona görə də qeyri ciddi yanaşmasını bildirmiş. Daha sonra Təqsirləndirilən şəxs1 da şifahi şəkildə bildirmişdir ki, onu bu söhbətə qatmasın və normal şəkildə bu fikirlərdən yayınmışdır. Artıq 1 aydır ki, Məhkum2 həmin şəxslərdən uzaqlaşmışdır ki, BMCMİ-nin əməkdaşları onu heç vaxt istifadə etmədiyi psixotrop maddə ilə yükləyib, 21 noyabr tarixində dərs dediyi idman zalın qabağında saxladılar. Eyni zamanda, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 da Şahid7 ifadəsinə uyğun ifadə verərək bildirmişdir ki, Məhkum2 onun kimi bu məsələdən uzaq durmuşdur. Ağasif isə 1 aydan sonra həbs olunanda təəccübləmişdi, çünki bir məhəllədə bu barədə söhbət etmişlər və hər ikisi də bu məsələyə qeyri ciddi yanaşmışlar. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişd ən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Məhkum2 barəsində şəxsi axtarış və götürmə həyata keçirilən zaman ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri vermək təklif edildikdə, o, üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə meteamfetamin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sağ yan cibindən olan 02 ədəd sellofan bükümü, əynində olan şalvarının digər sağ yan cibindən 10 manat pulu,“Samsung” markalı mobil telefonu əynində olan şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, bundan başqa onun üzərindən əşya və predmetlər aşkar olunmamışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Məhkum2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunan psixotrop maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Çəkilişin əks olunduğu DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 169170). “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan görünür ki, həbs edilən 6 nəfər şəxsin hər biri məhz psixotrop maddə “metamfetamin” istifadə edirmişlər. Baxmayaraq ki, müdafiə etdiyi şəxs professional şəkildə “teakvando” idmanı üzrə müəllimdir və hər il o, İdman Federasiyası tərəfindən sağlamlıq haqqında arayışla birlikdə həkim komissiyasından keçəndən sonra müəllimlik fəaliyyətinə buraxılmışdır. Eyni zamanda, digər təqsirləndirilən şəxs Nadim də professional şəkildə idman ilə məşğul olmuşlar. Lakin məhkəməyə bu inandırıcı gəlməmiş və qərəzli şəkildə ittiham hökmü çıxarmaq niyyəti ilə bu absurd maddəni hələ hökmdə də əsaslanıdırmışlar. Hər bir təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək bildirmişlər ki, onlara BMCMİ-də işgəncə tətbiq edilmişdir, onların içdiyi suyun içinə psixotrop maddə əlavə edərək onları “narkoman” adı ilə ləkələyərək vəziyyətlərini daha da ağırlaşdırmışlar. Müdafiə etdiyi şəxs qeyd etmişdir ki, o, BMCMİ-də 8 gün ac susuz qalmışdır, ondan so nra rəisin xahişi ilə tort yemişdir, ondan sonra isə halı pisləşmişdir və iki dəfə X16 maşını idarəyə yaxınlaşmışdır. CPM-nin 125,126-ci maddələri ancaq məhkəmə üçün formal xarakter daşımışdır. Şəxslərə verilmiş fiziki və mənəvi iztirablar məhkəməni maraqlandırmamışdlr. Halbuki, Ali Məhkəmə Plenumunun qərarında məhkəmələrə göstəriş verir ki, ibtidai istintaq zamanı verilmiş ifadələr ilə məhkəmə iclasında verilən ifadələrin arasında ziddiyyət varsa həmin halı araşıdırılaraq qiymət verilməli və sərbəst ifadələri üstün tutulmalıdır. “Baxış keçirilməsi haqqında protokola” və ona əlavə edilmiş CD-diskdə görünür ki, hər 6 nəfər şəxsin üzərinə baxış keçirilərkən, dövlət hesabına eyni vəkil müdafiə edir. Respublikada 3000-dən artıq vəkil olarkən BMCMİ başqa vəkil tapmadı?! Bu hal da məhkəmə üçün ş übhə doğurmamışdır. Ən əsas məsələ müdafiə etdiyi şəxs Məhkum2 üzərindən “Samsung” markalı mobil telefon da qablaşdırılaraq götürlümüşdür. İbtidai istintaq həmin telefona baxış keçirmiş və Dağıstanla aralarında ancaq bir mesaj aşkar edilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-215/2025 saylı, 29 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət hökmünün verilməsini xahiş etmişdir. Məhkum1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona qarşı sürülən ittiham ibtidai istintaq və məhkəmə zamanı tam sübuta yetirilməmişdir. O bildirmişdir ki, ibtidai istintaq qərəzli şəkildə aparılmışdır. Məhkum kassasiya şikayəti ndə göstərilənlərə əsasən onun cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 28, 279.1-1, 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 29 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə ci nayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələ rinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum və müdafiəçi kassasiya şikayətlərində məhkumların əməlinin tövsifini mübahisələndirərək və məhkumlara bəraət verilməli olduğunu və cəzanın ağırlığını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegi yası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009- cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağ ıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onların dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında araşdırılımış, sübutlar yoxlanılaraq qiymətləndirilmiş və məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamlarda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməllərinin tövsifi ilə bağlı apellyasiya instansiyas ı məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti və onların cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə və cəzaların məcmusu ilə ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanı onların əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumların təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin, eləcə də, onların barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29.4.2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə, məhkumlar Məhkum2 və Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Müdafiəçi10 və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 9 yanvar tarixli, 1(124)-11/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 28,279.1-1, 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum2 və Məhkum1 barələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 29 aprel tarixli qərarı, Məhkum2 müdafiəçisinin və Məhkum1 kassasiya şikayətlərinə münasibətdə, onlara aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar