Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2113/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, xx xxxxx 1977-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə da ir cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli, 1(103)-970/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə, onun və müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayətinə verilmiş əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1(101)-451/2024 nömrəli hökmü ilə (hakimlər S.S.Hüseynov (sədrlik edən), C.İ.Hüseynov və E.H.İsmayılov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıc ı 03 sentyabr 2022ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli qərarı ilə, (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Ə.Q.Ələkbərov və Z.N.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) ilə endirilmişdir.. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti, məhkum və müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şika yətinə əlavə verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 19115,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 2000 qram təmiz çəkidə narkotik vasitə tiryəki əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Məhkum cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvü vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə külli miqdarda ümumilikdə 1911 5,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda ümumilikdə 2000 qram təmiz çəkidə narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib həmin narkotik vasitələrdən qurudulmuş marixuananın 1015,0 qram təmiz çəkidə olan hissəsini 1 ədəd qara rəngli torbanın içərisində 1 ədəd qara rəngli sellofan bağlama halında öz üzərində saxlamaqla daşımış, qalan 18100,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 2000 qram təmiz çəkidə narkotik vasitə tiryəki İsə daşıyaraq rəfiqəsi Şahid4 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evin həyətyanı sahəsindəki zirzəmidə Şahid4 və onun ailə üzvlərinin xəbəri və məlumatı olmadan gizlətməklə saxlamış, Məhkum qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotik lərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Məhkum 3 sentyabr 2022-ci il tarixdə saat 02:40- da ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada 3 sentyabr 2022-ci il tarixdə saat 4:30-dan etibarən onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeyd edilən 1015,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana Məhkum əlində saxladığı 1 ədəd qara rəngli torbanın içərisində olan 1 ədəd qara rəngli sellofan bağlamada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Məhkum narkotik vasitələrin qalan hissələrini gizlətdiyi yer barədə verdiyi məlumat üzrə onun, həmçinin Şahid4 razılıqları və iştirakları ilə Şahid4 yaşadı ğı ünvan 2 ünvanında yerləşən fərdi evin həyətyanı sahəsindəki zirzəmiyə 3 sentyabr 2022-ci il tarixdə saat 06:00-dan etibarən keçirilmiş baxış zamanı qeyd edilən narkotik vasitələrin qalan hissələri olan ümumilikdə 2000 qram təmiz çəkidə narkotik vasitə tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram və 1000 qram təşkil edən 2 ədəd qara rəngli sellofan bağlamalarda, 18100,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana isə ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 1005,0 qram, 1040,0 qram, 2000,0 qram, 1380.0 qram, 1035,0 qram, 1005,0 qram, 1410,0 qram, 1005,0 qram, 1030,0 qram, 1005.0 qram, 1010,0 qram, 1110,0 qram, 1035,0 qram, 1020,0 qram və 1010,0 qram təşkil edən 16 ədəd qara rəngli sellofan bağlamalarda olmaqla Məhkum evin həyətyanı sahəsindəki zirzəmidə təqdim etdiyi 2 ədə d sintetik torbaların içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə verilmiş əlavənin dəlilləri: Müdafiə tərəfi kassasiya şikayətini və kassasiya şikayətinə verilmiş əlavəni onunla əsaslandırmışlar ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum barəsində irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müəlliflər iddia edirlər ki, ittihamda və məhkəmə qərarlarında göstərilən narkotik vasitəyə Məhkum aidiyyəti olmamış, iş üzrə sənədlər polis əməkdaşları tərəfindən saxtalaşdırılmış, sonuncuya ps ixi təsir göstərilmişdir. Məhkum və müdafiəçi kassasiya şikayətində və ona verilmiş əlavədə göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işini yeni apellyasiya baxışına təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protest inə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiə tərəfi kassasiya şikayətində və kassasiya şikayətinə verilmiş əlavədə məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğ unu, nəticədə Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 29 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəl məyə imkan versin (CPM, maddə 146.1). Məhkum və müdafiəçisi tərəfindən tərtib olunmuş kassasiya şikayətindən və kassasiya şikayətinə verilmiş əlavədən görünür ki, onlar Məhkum cinayət törətmədiyini, ittihamda və məhkəmə qərarlarında göstərilən narkotik vasitəyə aidiyyətinin olmadığını, iş üzrə sənədlərin polis əməkdaşları tərəfindən saxtalaşdırdığını, sonuncuya psixi təsirlər olduğunu iddia etməklə, işdə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq Tahirə Paşayeva barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaətlərini və bu qənaətlərdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi barədə tələblərini iş in məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşlar. Bu isə onu göstərir ki, məhkum və müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edirlər. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yeti rilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Məhkum kassasiya şikayətində, məhkum və Müdafiəçi4 kassasiya şikayətinə birgə verilmiş əlavədə irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, cinayət təqibini istisna edən halların olmasına baxmayaraq barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üz ərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində və əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi, polis əməkdaşlarının ifadələri, 3 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, 3 sentyabr 2022-ci il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 sentyabr 2022-ci il tarixli 6/4733 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 sentyabr 2022-ci il tarixli 7/975 nömrəli ekspert rəyi, sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə tam təsdiq edilir. İş materiallarından görünür ki, istə r ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Adı çəkilən və digər sübutlar hökmdə təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılma sı və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğunu, onun ifadələrin saxtalaşdırılmasını bildirsə də, bu hal hər hansı sübutla təsdiq edilməmişdir. Əksinə cinayət işində olan 30 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Məhkum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb həmin idarəyə aparıldıqdan sonra törətmədiyi cinayəti etiraf etməsi üçün psixoloji işgəncəyə, təzyiqlərə məruz qalıb-qalmaması hallarının yoxlanılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırma zamanı qeyd olunan xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə 30 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasını rədd edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindiril məsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yuxarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin (əlavə ilə birlikdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasi ya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin (əlavə ilə birlikdə) təmin edilməsinə dair məhkumun və müdafiəçinin, kassasiya şikayətinin və əlavənin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə verilmiş əlavə təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2024-cü il tarixli, 1(103)-970/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti, onun və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 29 aprel 2024-cü il tarixli, 1(103)-970/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2113/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2113/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver