Məhkəmə qərarları › İş №1(102)-2115/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2115/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2115/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs1, Məhkum1 müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Qarayev Qəhrəman Maşalla oğlunun, Məhkum2 müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili İbrahimov Fikrət Nüsrət oğlunun iştirakları ilə x xxxxx 1987-ci Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini işləmiş, əvvəllər məhkum olunmamış, İmişli rayonu Telişli kəndində qeydiyyatda olan, faktiki olaraq İmişli şəhəri, S.Əsədov küçəsində yaşayan, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə, xx xxxx 1985-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, İslam Bayramov küçəsi, ev 52 ünvanında qeydiyyatda olmaqla yaşayan, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə, xx xxxx xx 1981-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, İslam Bayramov küçəsi, ev 44 ünvanında qeydiyyatda olmaqla yaşayan, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmündən Məhkum2 müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili İbrahimov Fikrət Nüsrət oğlu, Məhkum1 müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Qarayev Qəhrəman Maşalla oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X9 tərəfindən birgə verilmiş və Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş kassasiya şikayətlərinə və dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: V.İ.Əhmədov (sədrlik edən), X.A.Nuriyev və İ.Ə.Neymanov) Məhkum1 - Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəs inə əsasən, həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə 8000 (səkkiz min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 8500 (səkkiz min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Təqsirlənd irilən şəxs - Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 32.4, 312.2ci maddələri ilə təqsirli bilinib, CM-in 178.2.1, 178.2.2-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 11 noyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmi ş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər: İ.Q.Abdullayev (sədrlik edən), E.İ.Xasməmmədov və K.S.Bəşirov) apellyasiya şikayətləri və apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 Nizami oğlunun Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə məhkum edilmələrinə dair hissədə ləğv edilmişdir. Məhkum1 CPM-nin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verilmiş, həmin hökmdən Məhkum1 CM-in 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilmişdir. Lənkəran Ağır Cinayə tlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən, Məhkum1 CM-in 178.2.1, 178.2.2 və 178.2.3cü maddələr ilə cəza hissəsində dəyişdirilmiş, Məhkum1 CM-in 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə CM-in 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs CPM-nin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verilmiş, həmin hökmdən Təqsirləndirilən şəxs CM-in 32.4, 312.2-ci maddəsi i lə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilmişdir. Təqsirləndirilən şəxs üzərində yalnız CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum2 CPM-nin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə CM-in 32.4, 312.2-ci maddəsi ilə bəraət verilmiş, həmin hökmdən Məhkum2 CM-in 32.4, 312.2-ci maddəsi ilə və cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsinə dair müddəalar xaric edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən Məhkum2 CM-in 178.2.1 və 178.2.2-ci maddələr ilə cəza hissəsində dəyişdirilmiş, Məhkum2 həmin hökmə əsasən təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə 2 (i ki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 1 iyun 2023-cü ildən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 32.4, 312.2-ci maddələri təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyərkən tanışları Təqsirləndirilən şəxs və Məhkum2 ilə qabaqcadan əlbir olan qrup halında özgəyə məxsus əmlakı ələ keçirib aralarında bölmək məqsədi ilə, öz qulluq mövqeyindən istifadə edərək sonuncuların vasitəsi ilə bir qrup İmişli rayonu sakininə onları, qohumlarını və digər tanışlarını ödə nişli ictimai işçi kimi sənədləşdirilmək, eləcə də onlara ünvanlı sosial yardım ayrılmaq imkanına malik olduqlarını yalandan bildirib, işə qəbul, sosial yardımı ilə bağlı müraciətlərinin müsbət həlli müqabilində, İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Rayon Məşğulluq Mərkəzinin adını, soyadını, vəzifəsini bildirmədiyi səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrin icrası ilə bağlı onların xeyrinə edəcəyi qanunsuz hərəkətə görə adambaşına maddi nemət olan ***-**** manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirib ələ almaqla, 2019-cu ilin avqust ayından 13 may 2020-ci il tarixədək olan müddətdə İmişli rayonun ərazisində müxtəlif yerlərdə aralarında olan razılığa əsasən cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs və Məhkum2 ilə birlikdə Zərərçəkmiş ş əxs1 2500 manat, Zərərçəkmiş şəxs3 1000 manat, Zərərçəkmiş şəxs10h oğlundan 600 manat, Zərərçəkmiş şəxs11 800 manat, Zərərçəkmiş şəxs6 1000 manat, Zərərçəkmiş şəxs12 Əliağa oğlundan 1200 manat, Zərərçəkmiş şəxs13 600 manat, Zərərçəkmiş şəxs5 1200 manat, Zərərçəkmiş şəxs14 1500 manat, Zərərçəkmiş şəxs15 1000 manat, Zərərçəkmiş şəxs7 3000 manat, Zərərçəkmiş şəxs16 2000 manat, Zərərçəkmiş şəxs17 700 manat, Zərərçəkmiş şəxs18 600 manat, Zərərçəkmiş şəxs19 1500 manat, Zərərçəkmiş şəxs20 1500 manat, Zərərçəkmiş şəxs21 5000 manat, X1 1200 manat, Zərərçəkmiş şəxs23 1000 manat, Zərərçəkmiş şəxs24 600 manat, Zərərçəkmiş şəxs9 4800 manat, Zərərçəkmiş şəxs25 1000 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs26 750 manat, Şahid26 1500 manat, Şahid27 600 manat, Şahid28 600 manat, Zərərçəkmiş şəx s28 1200 manat, X2 1350 manat, X5 1300 manat olmaqla, cəmi 42.600 manat məbləğində pul vəsaitini aldadaraq alıb aralarında bölməklə, sonunculara məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş və vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə birbaşa yolla cinayət qrupun üzvlərinin vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyi göstərilən şəxsləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Məhkum1 və tan ışı Məhkum2 ilə qabaqcadan əlbir olan qrup halında özgəyə məxsus əmlakı ələ keçirib, aralarında bölmək məqsədi ilə, cinayətkar qrupun rəhbəri Məhkum1 n göstərişinə əsasən Məhkum2 ilə birlikdə bir qrup İmişli rayonu sakininə onları, qohumlarını və digər tanışlarını ödənişli ictimai işçi kimi sənədləşdirilmək, eləcə də onlara ünvanlı sosial yardım ayrılmaq imkanına malik olduqlarını yalandan bildirib, işə qəbul, sosial yardım ilə bağlı müraciətlərinin müsbət həlli müqabilində, İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Rayon Məşğulluq Mərkəzinin adını, soyadını, vəzifəsini bildirmədiyi səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrin icrası ilə bağlı onların xeyrinə edəcəyi qanunsuz hərəkətə görə adambaşına maddi nemət olan ***-**** manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirib ələ almaqla, 2019-cu ilin avqust ayından 13 may 2020-ci il tarixədək olan müddətdə İmişli rayonun ərazisində müxtəlif yerlərdə aralarında olan razılığa əsasən şəxsən və ya cinayətkar qrupunun üzvü Məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs1 2500 manat, Zərərçəkmiş şəxs3 1000 manat, Zərərçəkmiş şəxs10h oğlundan 600 manat, Zərərçəkmiş şəxs11 800 manat, Zərərçəkmiş şəxs6 1000 manat, Zərərçəkmiş şəxs12 1200 manat, Zərərçəkmiş şəxs13 600 manat, Zərərçəkmiş şəxs5 1200 manat, Zərərçəkmiş şəxs14 1500 manat, Zərərçəkmiş şəxs151000 manat, Zərərçəkmiş şəxs7 3000 manat, Zərərçəkmiş şəxs16 2000 manat, Zərərçəkmiş şəxs17 700 manat, Zərərçəkmiş şəxs18 600 manat, Zərərçəkmiş şəxs19 1500 manat, Zərərçəkmiş şəxs20 1500 manat, Zərərçəkmiş şəxs21 5000 manat, X1 1200 manat, Zərərçəkmiş şəxs23 1000 manat, Zərərçəkmiş şəxs24 600 manat, Zərərçəkmiş şəxs9 4800 manat, Zərərçəkmiş şəxs25 1000 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs26 750 manat, Şahid26 1500 manat, Şahid27 600 manat, Şahid28 600 manat, Zərərçəkmiş şəxs28 1200 manat, X2 1350 manat, X5 1300 manat olmaqla, cəmi 42.600 manat məbləğində pul vəsaitini aldadaraq alıb aralarında bölməklə, sonunculara məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş və vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə birbaşa yolla cinayət qrupun üzvlərinin vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyi göstərilən şəxsləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmişdir. Məhkum2 Cinayət Məcəlləsinin 17 8.2.1, 178.2.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, İmişli Rayon İcra Hakimiyyətinin başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Məhkum1 və tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan qrup halında özgəyə məxsus əmlakı ələ keçirib, aralarında bölmək məqsədi ilə, cinayətkar qrupun başçısı Məhkum1 göstərişi ilə Təqsirləndirilən şəxs ilə birlikdə bir qrup İmişli rayonu sakininə onları, qohumlarını və digər tanışlarını ödənişli ictimai işçi kimi sənədləşdirilmək, eləcə də onlara ünvanlı sosial yardım ayrılmaq imkanına malik olduqlarını yalandan bildirib, işə qəbul, sosial yardım ilə bağlı müraciətlərinin müsbət həlli müqabilində, İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Rayon Məşğulluq Mərkəzinin adını, so yadını, vəzifəsini bildirmədiyi səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrin icrası ilə bağlı onların xeyrinə edəcəyi qanunsuz hərəkətə görə adambaşına maddi nemət olan ***-**** manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirib ələ alaraq, 2019-cu ilin avqust ayından 13 may 2020-ci il tarixədək olan müddətdə İmişli rayonun ərazisində müxtəlif yerlərdə aralarında olan razılığa əsasən cinayətkar qrupunun üzvü Təqsirləndirilən şəxs ilə birgə və ya Təqsirləndirilən şəxs təklikdə Zərərçəkmiş şəxs1 2500 manat, Zərərçəkmiş şəxs3 1000 manat, Zərərçəkmiş şəxs10h oğlundan 600 manat, Zərərçəkmiş şəxs11 800 manat, Zərərçəkmiş şəxs6 1000 manat, Zərərçəkmiş şəxs12 Əliağa oğlundan 1200 manat, Zərərçəkmiş şəxs13 600 manat, Zərərçəkmiş şəxs5 1200 manat, Zərərçəkmiş şəxs1 4 1500 manat, Zərərçəkmiş şəxs15 1000 manat, Zərərçəkmiş şəxs7 3000 manat, Zərərçəkmiş şəxs16 2000 manat, Zərərçəkmiş şəxs17 700 manat, Zərərçəkmiş şəxs18 600 manat, Zərərçəkmiş şəxs19 1500 manat, Zərərçəkmiş şəxs20 1500 manat, Zərərçəkmiş şəxs21 5000 manat, X1 1200 manat, Zərərçəkmiş şəxs23 1000 manat, Zərərçəkmiş şəxs24 600 manat, Zərərçəkmiş şəxs9 4800 manat, Zərərçəkmiş şəxs25 1000 manat, Zərərçəkmiş şəxs4 1000 manat, Zərərçəkmiş şəxs26 750 manat, Şahid26 1500 manat, Şahid27 600 manat, Şahid28 600 manat, Zərərçəkmiş şəxs28 1200 manat, X2 1350 manat, X5 1300 manat olmaqla, cəmi 42.600 manat məbləğində pul vəsaitini aldadaraq alıb aralarında bölməklə, sonunculara məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkr ar dələduzluq etmiş və vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkət etməyə görə birbaşa yolla cinayət qrupun üzvlərinin vasitəsilə maddi nemət olan pulu rüşvət qismində verməyi göstərilən şəxsləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən təhrik etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmünün ləğv olunması və Məhkum2 əməllərində cinayət tərkibi olmadığına görə bəraət verilməsi və ya onun iştirak etmədiyi cinayət epizodlarının ittihamdan xaric edilməklə, barəsində CM-in 62ci maddəsi tətbiq edilərək daha aşağı məbləğdə cərimə cəzası təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs vətəndaşlardan yığdığı pulların yalnız bir qismini Məhkum2 vasitəsi ilə Məhkum1 çatdırmış, digər hissəsini isə özü təklikdə sonuncuya vermişdir. Yuxarıda qeyd olunan epizodlar üzrə cinayətdə iştirak etmədiyinə görə yalnız 10.500 manat pulun vətəndaşlardan alınması və Məhkum1 ötürülməsi epizodlarına görə Məhkum2 məsuliyyət daşıya bilər. Həmçinin, müdafiəçi qeyd edir ki, məhkəmə Məhkum2 zərərin ödənilməsində payını müəyyən etməmiş, Məhkum2 vətəndaşlardan aldığı pulları faktiki olaraq qaytardığı halda, onun da barəsində cinayətin digər iştirakçılarına münasibətdə olduğu kimi ziyanın ödənilməməsi əsası ilə ağır cəza tətbiq olunmuşdur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxsla Məhkum 2 biri-birinə və cinayət işində olan digər sübutlara uyğun gələn ifadələrinə deyil, yalnız yalan ifadə verməkdə maraqlı olan Məhkum1 digər sübutlarla uzlaşmayan ifadəsini əsas götürərək əsassız olaraq Təqsirləndirilən şəxs təklikdə Məhkum1 pul verməməsi nəticəsinə gəlmişdir. Həmçinin, şikayətdə qeyd edilir ki, birinci instansiya məhkəməsi Məhkum2 azyaşlı uşağlarının olmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa olunmasına fəal kömək etməsini, dəymiş maddi ziyanı qismən ödəməsini, törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirsə də, apellyasiya instansiya məhkəməsi həmin halları nəzərə almamışdır. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 1 iyun 2023-cü il tarixli hökmünün ləğv olunması və Məhkum1 hazırki cinayət işi üzrə vurulmuş ümumi ziyanda payının müəyyən edilməsi, eləcə də müəyyən edilmiş həmin payın iyirmi beş faizinin müəyyən edilməsi barədə qərar qəbul xahiş olunur. Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmünün ləğv olunması və məhkumlara təyin edilmiş cəzanın ağırlaşdıraraq sanksiyanın yuxarı həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi xahiş olunur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X9 tərəfindən birgə verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmünün ləğv olunması və məhkumlara təyin edilmiş cəzanın ağırla şdıraraq sanksiyanın yuxarı həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi xahiş olunur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmünün ləğv olunması və cinayət işinin yenidən apelyasiya instansiyası məhkəməsinin baxışına təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, məhkəmə Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xaric etməli olduğu halda, onlara həmin maddə ilə təqsirlilikləri sübuta yetirilməməsi əsası ilə bəraət verməklə səhv nəticəyə gəlmiş, bununla da cinayət işi üzrə toplanmış sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və qiymətləndirilməmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilməmişdir. Dövlət ittihamçısının fikrincə, məhkumların Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri ilə təqsirli olmalarının sübuta yetirilməməsi onların həmçinin dələduzluq cinayətlərinin törədilməsində də təqsirliliyinin sübuta yetirilmiş hesab edilməməsi nəticəsinə gəlinməsi üçün əsasdır. Ona görə də təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələrinin tərkibinin olmaması əsası ilə həmin maddələr ittihamdan xaric edilməli idi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumların müdafiəçilər i tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi, zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin və kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçilər Q.Qarayevin və F.İbrahimovun, məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin və kassasiya protestinin təmin edilməsi barədə Zərərçəkmiş şəxs1 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri və kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya p rotestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur və ona bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində CM-in 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiya hissəsində nəzərdə tutulmuş daha yüngül cəza növü təyin olunmasını və ya maddi ziyan ödəniləcəyi təqdirdə cinayət təqibinə xitam verilməsini xahiş olunur. Zərərçəkmiş şəxs14 tərəfindən verilmiş kassasiya şikayətində məhkumlara təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən birgə verilmiş kassasiya şikayətində məhk umlara təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 CM-in 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xaric etməli olduğu halda, onlara həmin maddə ilə təqsirlilikləri sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 178.2. Eyni əməllər: 178.2.1.qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyində n istifadə etməklə törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsində “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsinə əsasən “Vəzifəli şəxs tərəfindən bilə-bilə qanun suz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə— səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 20 11-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyə n etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaş a qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququ nu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edil məsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası ilkin olaraq Məhkum2 müdafiəçisi tərəfindən verilmiş şikayətdə göstərilən dəlillərlə əlaqədar qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmas ına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tə tbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum2 ibtidai istintaq, birinci instansiya və apellyasiya instyansiya məhkəmələrində verdiyi ifadələri ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum2 əməllərini Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə k ollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum2 yuxarıda qeyd edilmiş və Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində özünü qismən təqsirli bilsə də, özünün ibtidai araşdırma zamanı verdiyi ifadələr və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələri, habelə digər təqsirləndirilən şəx slər Məhkum1 və Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs28, Şahid31, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24, Zərərçəkmiş şəxs29, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs18, Şahid27, Zərərçəkmiş şəxs15, ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş Məhkum2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs təqdim etdiyi səs yazılarına baxış protokol, cinayət işinin materiallarına əlavə edilmiş Məhkum1, Məhkum2 və Təqsirləndiirlən şəxs səs yazıların olması ehtimal olunan «Təqsirləndirilən şəxs Məhkum 1zəng», «X20 əsas», «Məhkum2 Təqsir.şəxs danışıq əsas», «Məhkum1 Məhkum2 əsas» adlı fayl larda olan danışıqların eyniləşdirilməsi üçün təyin edilmiş məhkəmə fonoskopik ekspertizasının xx.xx.2021-ci il tarixli 4/1790 №li rəyi, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki h alları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum2 əməlində Azərbaycan Respublikası CMin 178.2.1 və 178.2.2-ci maddələrinin tərkibinin olduğunu təsdiq edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törə dilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi, habelə cəzanı ağırlaşdıran halların olmamasını düzgün nəzərə alaraq təqsirli bilindiyi CM-in 178.2.1 və 178.2.2-ci maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmiş və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məh kəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkum2 barəsində CM-in 178.2.1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini təhlil edərək qeyd edir ki, Məhkum1 və digər təqsirlənirilən şəxslər iştirakçılıqla törədikləri cinayət əməli nəticəsində iş üzrə 30 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 42.600 manat məbləğində maddi ziyan vurmuşlar, həmin ziyanın hazırki vaxtadək yalnız 10.500 manatı ödənilmişdir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən “Bu Məcəllən in 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir”. Qeyd olunan qanunun müddəasına əsasən cinayət törətmiş şəxs normada təsbit olunmuş 3 (üç) şərtin hamısını icra etdikdə cinayət məsuliyyətindən azad edilir. 1. zərərçəkmiş şəxslə barışmaq; 2. dəymiş ziyanı tamamilə ödəmək; 3. cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmək. Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən “Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir”. Qanunun qeyd olunan norması həmin cinayətlər iştirakçılıqla törədildiyi halda Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində təsbit olunmuş yuxarıda əks olunan 2 və 3-cü şərtlərin nə cür tətbiq edilməli olduğunu nəzərdə tutur. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, məhkum edilmiş şəxslər, eləcə də Məhkum1 iş üzrə zərərçəkmiş şəxslərin bir neçəsi, o c ümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs15, X7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs23 ilə barışıq əldə etməmişlər. Məhkum edilmiş şəxslər, eləcə də Məhkum1 zərərçəkmiş şəxslərin hamısı ilə barışıq əldə etməməklə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin 1-ci şərtini yerinə yetirməmiş, buna görə də, ona münasibətdə həmin maddədə təsbit olunmuş 2 və 3-cü şərtlərin hazırda müzakirəsinə zərurət qalmamışdır. Məhkəmə kollegiyasının qeyd olunan hüquqi mövqeyi həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun 09 yanvar 2023-cü il tarixli qərarına əsaslanır. Konstitusiya Məhkəməsi Plenumun həmin qərarda belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 73–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda zərərçəkmiş şəxslə barışmış, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq müəyyən olunmuş pay üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, o cümlədən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət nəticəsində vurulmuş ziyana müvafiq müəyyən olunmuş payın iyirmi beş faizi, həmin Məcəllənin 73 -1.3-cü maddəsində nəzərdə tutulmuş halda isə vurulmuş ziyana müvafiq payın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və Məhkum2, habelə Məhkum1 iştirakçılığı ilə törədilən dələduzluq cinayətləri ilə iş üzrə 30 nəfər şəxsə zərər vurulduğu, habelə yuxarıda adları qeyd olunan zərərçəkmiş şəxslərlə hazırki vaxtadək barışıq əldə olunmadığı halda, müdafiəçinin təqsirləndirilən şəxs Məhkum1 payına düşən ziyan məbləğini və həmin məbləğin 25 faizini ödəməklə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar yoxdur. Məhkum еdilmiş şəхslər X8, Məhkum2 və Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə əlaqədar zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinin də lillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindikləri maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məh kəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaş dıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, məhkəmə məhkumlar X8, Məhkum2 və Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, Məhkum1 himayəsində azyaşlı uşaqlarının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını, 3-cü dərəcəli əlil olmasını və Vətən müharibəs inin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən «Cəbrayılın azad olunmasına görə», Füzulinin azad olunmasına görə» və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, Məhkum2 himayəsində azyaşlı uşaqlarının olmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi, həmçinin məhkum Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzalarını ağırlaşdıran halların müəyyən edilməməsini, o cümlədən təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fə rdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Odur ki, məhkəmə kollegiyası məhkumlar X8, Məhkum2 və Təqsirləndirilən şəxs barələrində daha ağır cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəs inin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinay ətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərini iş materialla rı ilə əlaqəli şəkildə təhlil edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törə tməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Apellyasiya instansiya məhkəməsinin hökmündə məhkəmənin gəldiyi nəticəni belə əsaslandırılmışdır: “....Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş və birinci instansiya məhkəməsinin tərəfdar çıxdığı Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə olan ittihamın məzmunu ondan ibarətdir ki, onlar zərərçəkmiş şəxsləri ünvanlı sosial yardım ayrılmaq imkanına malik olduqlarını yalandan bildirib, işə qəbul, sosial yardım ilə bağlı müraciətlərinin müsbət həlli müqabilində, İmişli Rayon İcra Hakimiyyətinin və İmişli Rayon Məşğ ulluq Mərkəzinin adını, soyadını, vəzifəsini bildirmədiyi səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrin icrası ilə bağlı onların xeyrinə edəcəyi qanunsuz hərəkətə görə adambaşına maddi nemət olan ***-**** manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildirib ələ almaqla aldadaraq onları rüşvət verməyə təhrik etmişlər. Qeyd olunan cinayət ittihamlarının məzmunundan açıq-aşkar görünür ki, istintaq orqanı özü belə məhkum edilmiş şəxslərə yekun cinayət ittihamı irəli sürərkən onun “İmişli Rayon İcra Hakimiyyəti və İmişli Rayon Məşğulluq Mərkəzinin rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olması və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələləri müsbət həll edəcəyi” kimi iddialarının yalan olması nəticəsinə gəlmiş, yəni onun zərərçəkmiş şəxslərin müraciət lərinin həlli üçün hər-hansı bir vəzifəli şəxslə əlaqəsinin olmasını sübuta yetirə bilməmişlər. Məhz bu səbəbdən də ibtidai araşdırma orqanı onlara qarşı dələduzluqla bağlı cinayət ittihamları irəli sürmüşdür. Yuxarıda əks olunmuş hüquqi mövqenin işığında məhkum edilmiş şəxslərə qeyd olunan maddə ilə irəli sürülmüş ittihamın işin faktiki halları baxımından təhlil etdikdə müəyyən olunur ki, ittihamda rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Belə ki, Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 işə qəbul və sosial yardımla bağlı müraciət edən zərərçəkmiş şəxslərə müraciətlərinin müsbət həlli üçün İmişli Rayon İcra Hakimiyyəti və İmişli Rayon Məşğulluq Mərkəzində olan vəzifəli şəxslərlə olan əlaqələrindən istifadə edib guya müraciətlərinin müsbət həlli üçün vasitəçilik edəcəklərini bildirsə də, reallıqda onlar rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmamış, faktiki olaraq vasitəçilik etmək imkanlarının olmasını yalandan deməklə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirməyə niyyətlənmişlər. Başqa sözlə yalançı vasitəçilər olan Məhkum1, Təqsirləndirilən şəxs və Məhkum2 niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Ona görə də, onların əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, təqsirləndirilən şəxslərin məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur. Belə halda ə məl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə də tövsif edilməsinə ehtiyac yoxdur.” Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə və dövlət ittihamçısının kassasiya protestində aradan qaldırılması zəruri hesab edilən məhkəmə səhvi eyni məzmunludur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hökmündə təqsirləndirilən şəxslərin ittihamından Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi xaric edilməli olduğu halda, həmin maddə ilə onlara bəraət verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qəbul etdiyi bəzi qərarlarda da eyni hüquqi mövqe mövcud olmuşdur. Azərbaycan Respublika sı CPM-nin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətlərin və protestin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində və kassasiya protestində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yu xarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər və protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri və kassasiya protesti təmin edilməsin. Məhkum2 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar