Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2115/2025 24.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri yetkinlik yaşına çatmayan iki uşağı olan, ali təhsilli, işləməyən, məhkumluğu olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.1, 228.1 və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1370/2024 nömrəli 23 avqust 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-918/2024 nömrəli 2 may 2024-cü il tarixli hökmü ilə (hakimlər A.H.Tağıyev (sədrlik edən və məruzəçi), E.A.Nuriyev və K.N.Muxtarovdan ibarət məhkəmə tərkibində) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2, 228.1 və 234.1-1-ci maddə lərində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 178.2.2-ci maddəsi ilə 3 (üç) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-1-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutulduğu 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək 1 (bir) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 16 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1370/2024 nömrəli 23 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər H.Ç.Məmmədov (sədrlik edən və məruzəçi), C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-918/2024 nömrəli 2 may 2024-cü il tarixli hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayətin birinci və dördüncü ep izodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə həmin hissədə icraata xitam verilmiş, CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayətin üçüncü epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək cəza təyin olunmamış, Məhkum ikinci epizod üzrə əməli CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3cü maddəsinə əsasən, ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-918/2024 nömrəli 2 may 2024-cü il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1- 1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplamaqla Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutulduğu 16 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək 1 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılnılmışdır. İşin halları: İttihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum etibardan suiistifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə ol an heroini əldə edib daşıyaraq saxlamış və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs1 Xaçmaz rayonu, Xudat şəhəri, 4-cü şöbə ərazisində yerləşən 2,7 ha torpaq sahəsini onun adına sənəd dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən “Elit” kafesində 5.000 manat pul vəsaitini alıb ələ keçirərək sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir sə lahiyyətli olmadığı halda Zərərçəkmiş şəxs2 İsmail oğluna Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan cinayət işində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibardan suiistifadə edib bu adla Zərərçəkmiş şəxs2 2022-ci ilin fevral ayının sonlarında ünvan 2 ünvanın qarşısında 500 manat, bir gündən sonra, 2022-ci ilin fevral ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, “Yeni Suraxanı” dairəsinin qarşısında 1.000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1.500 manat pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyə tli olmadığı halda Zərərçəkmiş şəxs3 Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində 400 kvadrat metr arazida fərdi yaşayış evinin tikintisinə icazə alacağına dair yalan vəd verib aldadaraq ərazidə sui-istifadə edib bu adla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana yolunda “Buta Palace” şadlıq sarayının yaxınlığında onun cinayətkar niyyətindən xəbərsiz X5 vasitəsi ilə göndərdiyi 3.500 manat pul vəsaitini sonuncudan alıb ələ keçirərək zərər çəkmiş şəxs A.İ.Xalilovaya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 övladı X2 üçün 8.000 manat dəyərində “Hyundai Sonata” markalı avtomobil almaqda köməklik edəcəyinə və guya h əmin avtomobilin almması üçün ilkin olaraq 4.500 manat ödəniş etmək lazım olmasına dair yalan vəd verib aldadaraq etibarından sui-istifada edib bu adla Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxani qəsəbəsi, 3-cü Köndalan küçəsi, 1 nömrəli evdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Köndələn küçəsi, 1 nömrəli evdə 1.000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 3-cü Köndalan küçəsi, 1 nömrəli evdə 1000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4.500 manat pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən 1 ədəd **** *** nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ-də 1982-ci ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə “Kalaşnikov” konstruksiyalı “AK-74” modelli yivli odlu silah olan avtomatı, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 1 ədəd darağı, keçmiş SSRİ dövründə 1977-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 9 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlara aid ştat patronları qanunsuz olaraq əldə edib, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən qəbirstanlığa daşımaqla kolkosun altında gizlədərək saxlamış, onun narkotik vasitələrin və odlu sılahın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81A ünvanda yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin tarixdə, saat 15:57-də Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfinfən onun iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən qəbirstanlığa baxış keçirilən zaman kol-kosun altından 1 ədəd ******* nömrəli 5,45 mm kalibrli keçmiş SSRİ-də 1982-ci ildə zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə “Kalaşnikov” konstruksiyalı “AK-74” modelli yivli odlu silah olan avtomat, həmin avtomatın komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı vəziyyətdə, zavod üsulu ilə hazırlanmış və 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 1 ədəd daraq, keçmiş SSRİ dövründə 1977-ci ildə zavod üsulu ilə istehsal olunmuş döyüş sursatı hesab edilən atəş üçün yararlı olan 9 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlara aid ştat patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olara q külli miqdarda təmiz çəkisi 3,274 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, onun narkotik vasitələrin və odlu silahın qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbriləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 22 nömrəli ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 A ünvanda yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bü kümdə təmiz çəkisi 3,274 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayətin birinci və dördüncü epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə həmin hissədə icraata xitam verilmiş, CM-in 178-ci maddəsində nəzərdə tutulan cinayətin üçüncü epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar təqsirli bilinərək cəza təyin olunmamış, Məhkum ikinci epizod üzrə əməli CM-in 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 1(103)-1370/2024 nömrəli 23 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi, onun barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qan ununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlə r ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə görə “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” yə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl min manatdan iki min manatadək miqdarda cərimə və y a üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə görə “qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessua l qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6- cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərər ç əkmiş şəxslər və şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun le hinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında ara şdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Cinayət işinin 1-ci cild 63-67-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/1641 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkum...sözləri və imzalar qeyd edilmiş kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi – 3,274 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 3,274 qram, tədqiqatlara sərf edildi - 0,10 qram, qalıq3,174 qram. Müdafiə tərəfinin vəsatəti əsasında təyin və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 4/166 nömrəli ekspert rəyindən görünür ki:
1. Ekspertizaya təqdim edilmiş, cinayət işinin İ cildinin 27-ci vərəqində xx.xx.2023-cü il tarixli şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında protokolda “şübhəli şəxs Məhkum” yazıları arasında olan imza, 31-ci vərəqində xx.xx.2023-cü il tarixli vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında protokolda “şübhəli şəxs: Məhkum” yazıları arasında olan imza, 60-cı vərəqində xx.xx.2023-cü il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokolda “şübhəli şəxs: Məhkum” yazıları arasında olan imza, İİ cildin 1-2-ci vərəqlərində xx.xx.2022-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi barədə bildiri şin 1-ci vərəqinin sonunda olan imza və 2-ci vərəqində “şübhəli şəxs: Məhkum” yazıları arasında olan imza, 3-cü vərəqində xx.xx.2022-ci il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah olunması, hüquq və vəzifələri haqqında yazılı bildirişin verilməsi haqqında protokolda “şübhəli şəxs: Məhkum” yazıları arasında olan imza, 4-cü vərəqində xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların şübhəli şəxsə bildirilməsinə dair protokolda “şübhəli şəxs: Ümid arasında olan imza, 5-6-cı vərəqlərində olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsi dindirmə protokolunun 1-ci vərəqində 2 ədəd imza və 2-ci vərəqində “İmza: Məhkum” yazıları arasında olan imza, 7-ci vərəqində olan xx.xx.2022-ci il təqsirləndirilən şəxsə müdafiəçinin təqdim olunması haqqında pro tokolda “Təqsirləndirilən şəxs: Məhkum” yazıları arasında olan imza, 8-9-cu vərəqlərində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs: Məhkum” yazıları arasında olan imza, 11-12-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında bildirişin 1-ci vərəqinin sonundakı imza və 2-ci vərəqində “təqsirləndirilən şəxs:” qrafasındakı imza, 13-cü vərəqində olan xx.xx.2022ci il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında qərarın surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında protokolda “təqsirləndirilən şəxs: Məhkum” yazıları arasında olan imza, 14-cü vərəqində olan xx.xx.2022-ci il tarixli bildirişdə “təqsirlənd irilən şəxs: Məhkum” yazıları arasında olan imza, 15-ci vərəqində olan xx.xx.2022-ci il tarixli etiraz edilə bilən şəxslərin soyadları və bu barədə digər məlumatların təqsirləndirilən şəxsə bildirilməsinə dair protokolda “təqsirləndirilən şəxs: Məhkum” yazıları arasında olan imza, İİİ cildin 19-21-ci vərəqlərində xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirmə protokolunun 1-ci vərəqində 3 ədəd imza, 2-ci vərəqinin sonundaki imza, 3-cü vərəqin “İmza: Məhkum” yazıları arasında olan imza, 63-cü vərəqində olan xx.xx.2023-cü il tarixli müdafiəçinin təqdim edilməsi haqqında protokolda “təqsirləndirilən şəxs: Qafarov Ü” yazıları qarşısındakı imza, 68-ci vərəqində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirlə ndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi haqqında protokolun 1-ci vərəqinin sonundakı imza və həmin protokolun arxa tərəfindən “təqsirləndirilən şəxs: Qafarov Ü” yazıların qarşısındakı imza – Məhkum tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya taqdim edilmiş, cinayət işinin İ cildin 45-ci vərəqində olan xx.xx.2023-cü il tarixli baxış və götürmə aparılması haqqında qərarda “şübhəli şəxs: Məhkum” yazıları arasında olan imzanın, 47-ci vərəqində olan xx.xx.2023-cu il tarixli baxış və götürmə haqqında protokolun sonunda soldan ikinci imzanın və 248-ci vərəqinda xx.xx.2022-ci il tarixli şəxsin könüllü gəlməsi haqqında protokolda “təqsirləndirilən şəxs: Məhkum” yazıları arasında olan imzanın – Məhkum tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını tədqiqa t prosesinin təsviri hissəsinin 2-ci bəndində götərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Cinayət işinin 2-ci cild 199-203-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/221R nömrəli ekspert rəyindən görünür ki, 1. tədqiqata təqdim edilmiş 1 ədəd ******* nömrəli silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Təqdim edilmiş silah partlayıcı maddə və qurğu hesab edilmir.
2. Tədqiqata təqdim edilmiş 1 ədəd daraq z avod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdarağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Təqdim edilmiş daraq partlayıcı maddə və qurğu hesab edilmir.
3. Tədqiqata təqdim edilmiş 9 ədəd patron 1977-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçü yararlıdır. Təqdim edilmiş patronlar partlayıcı maddə və qurğu hesab edilmir. Cinayət işinin 2-ci cild 204-205-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator məcburi -narkoloji tibbi yoxlama ekspert komissiyasının 19 may 2023-cü il tarixli 3044 nömrəli rəyindən görünür ki, Məhkum kannabiodlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda souncuda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı sonuncu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinə əlavə edilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 16 mart 2023-cü il tarixdə saat 14:20-dən 14:45-dək Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində qeydə alınmışdır. Şöbənin baş təhqiqatçısı N.B.Əzizo v özünü və digər iştirakçıları təqdim edir. Daha sonra Məhkum hüquq və vəzifələri izah olunur, sonuncudan üzərindən hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Məhkum əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik maddəni təqdim edir. O, həmin maddəni “kakos” olaraq tanıdığını, 15 mart 2023-cü il tarixdə, saat 20 radələrində 8-ci km qəsəbəsindəki parkda yerdən taparaq üzərində saxladığını, həmin narkotik vasitədən istifadə etdiyini bildirir. Bundan sonra Məhkum üzərinə şəxsi axtarış davam etdirilir sonuncunun əynində olan tünd göy rəngli gödəkcənin sol yan cibindən 1 ədəd göy rəngli korpusu olan “Vertu” markalı, həmin gödəkcənin sağ yan cibindən qara rəngli işlək vəziyyətdə olmayan “ Samsung” markalı mobil telefonlar və 2 ədəd qapı açarını təqdim edir. Aşkar olunmuş 1 ədəd şəffaf sellofan paketdə olan büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyulub bağlanır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 164 saylı möhürü ilə möhürlənir, üzərində qeydlər aparılaraq iştirakçılar və tərəfindən imzalanır. Daha sonra mobil telefonlarda sübut əhəmiyyətli olduğundan götürülür. Cinayət işinin 1-ci cildinə əlavə edilmiş baxış və götürməni özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 16 mart 2023-cü il tarixdə saat 15:15-dən 15:30-dək qeydə alınmışdır. Baxış zamanı Məhkum Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində olan qəbirstanlıqdan kol-kos yığılmış yeri təqdim edərək həmin yerdə odlu sila h gizlətməsini bildirir. Sonuncunun göstərdiyi yerə baxış keçirilir və 1 ədəd parça bağlamaya bükülmüş ******* seriya nömrəli “Kalaşnikov” avtomat silah, həmin silahın yanında 1 ədəd daraq, darağın içində olan 9 ədəd patron aşkar edilərək götürülür və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılır. Məhkum həmin silahın “Kalaşnikov” markalı silah olduğunu, şəxsi istifadəsi üçün 2023-cü ilin fevral ayında dəqiq xatırlamadığı tarixdə tanımadığı şəxsdən 1500 manata aldığını və gələcəkdə istifadə etmək üçün M.Əliyev küçəsində yerləşən qəbiristanlıqda gizlətdiyini bildirir. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən müdafiəçinin vəsatəti təmin edilərək xx.xx.2023-cü il tarixində Şahid8 istifadəsində olan ***- ***-**-**, ***-***-**-** və Şahid7 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin anten əhatə dairəsi barədə məlumatlar (yazılı qaydada və elektron diskə köçürülməklə) "xxxx" MMCdən və "xxxx" MMC-dən götürülməsinə dair qərarlar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli Bakcell MMC-nin, xx.xx.2024-cü il tarixli Azercell” MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarının icrası ilə bağlı göndərdikləri CD-diskləri məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Nizami RPİ-nin 24-cü PB-nin əməliyyat müvəkkili Şahid7 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatları xx.xx.2023-cü il tarixdə saat 09:12-dən saat 12:43-dək Bakı şəhəri, Nizami rayonunda, saa t 12:43:37-dən saat 19:46-dək Nizami rayonunda olmuş, digər əməliyyat müvəkkili Şahid8 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, sonuncu xx.xx.2023-cü il tarixdə saat 11:30-dan saat 13:13dək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanda olmuşdur. Bundan əlavə məhkumun törətdiyi əməl şahidlər zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, şahidlər Şahid6, Şahid4, Şahid5, Şahid7, Şahid8, Şahid1, X3 və Şahid3 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hall arı, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməllərində CM-in 178.1, 228.1 və 234.11-ci maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməllərini CM-in 178.1, 228.1 və 234.1-1-ci ilə tövsif edib həmin maddələr ilə məhkum etmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməllərinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, o cümlədən özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində 2 uşağının olmasını, zərər çəkmiş şəxslərə vurulmuş ziyanının ödənilməsini, sonuncuların ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində c inayətlərin təhlükəli residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmə Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmə onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətlən dirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1370/2024 nömrəli 23 avqust 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1370/2024 nömrəli 23 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.