Məhkəmə qərarları › İş №1(102)-2116/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2116/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2116/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Laçın Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Laçın Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 1(047)-2/2024 nömrəli (hakim: İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi) hökmü ilə xx.xx.1982-ci ildə Xocavənd rayonu Moreşen kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, xxx-da qeydiyyatda olmaqla xxx ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün Məhkum xx.xx.2023-cü il tarixdə tutulduğu bir gün müddət, bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni q üvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli 1(106)-316/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Laçın Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Laçın Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq törətdiyi yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Məhkum etibarnamə əzasında idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı, “HOWO” markalı beton qarışdırıcı (sement qarışdırıcı, beton daşıyıcı) xüsusi yük maşını ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Laçın şəhərinə işləmək məqsədi ilə gedərkən istintaqla müəyyən edilməyən şəraitdə alkoqollu içki qəbul edib sərxoş halda qeyd olunan nəqliyyat vasitəsini idarə edərək saat 22 radələrində Laçın rayonun Qayğı qəsəbəsi ərazisind ə, relyefcə sərt dağlıq ərazidə asfalt örtüklü yolda, yüksüz halda yoxuş yuxarı hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və xüsusi yük maşının idarə olunmasından ayırmamalı, yolun sərt yoxuşlu olmasını nəzərə alaraq nəqliyyat vasitəsinin hərəkətin təhlükəsizliyini təmin edə biləcəyinə əmin olduğu vəziyyətdə idarə etməli və nəqliyyat vasitəsini yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bu t ələblərə əməl etməyib habelə nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, yəni nəqliyyat vasitəsinin sərt yoxuşlu yolda davamlı hərəkətini təmin edəcək sürət həddini düzgün tətbiq etməmiş, nəticədə yük maşınını sərt yoxuşlu yolda irəli hərəkət etdirmək mümkün olmamış, bu zamanı nəqliyyat vasitəsini dayandırmaq, daha sonra isə yenidən irəli hərəkət etdirmək istəyərkən buna dair əməliyyatları yanlış qaydada tətbiq etməsi nəticəsində nəqliyyat vasitəsi sürətini itirib qəfil geriyə doğru hərəkət etməyə başlamış, bunun qarşısını almaq üçün etdiyi digər cəhdlər də uğursuz olduğundan idarəetməni itirmiş, yük maşını sürətlə geriyə hərəkət edib arxasınca eyni istiqamətdə dayanmış vəziyyətdə olan Tərtər rayon sakini Şahid1 etibarnamə ilə idarə etdiyi **-LM-*** dövlət qeydiyyat nişanlı, “VA Z-2107” markalı nəqliyyat vasitəsinin sol yan tərəfinə dəyərək toqquşmuş və bir qədər özü ilə arxaya doğru sürümüş-bununla da yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş, bu əməl həmin vaxt “VAZ-2107” markalı nəqliyyat vasitəsinin sağ ön qapısının açılaraq ön sağ oturacaqda əyləşmiş sərnişin-24.0l.1988-ci il təvəllüdlü, x rayonu x qəsəbə sakini Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan yerə yıxılıb sürüşməkdə olan həmin nəqliyyat vasitəsinin müxtəlif ehtiyat hissələri arasında sıxılıb sol bud-çanaq oynağında çıxıq və sol sirkə kasasında sümük qopması ilə müşayiət olunan, sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkum qarşı irəli sürülmüş ittiham apellyasiya instansiya məhkəməsi tərəfindən də yuxarıda göstərilmiş qaydada həll edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayəti onunla əsaslandırılmışlar ki, məhkəmələr iş üzrə faktiki halları düzgün müəyyənləşdirməmişdir. Belə ki, hadisə olan günü mən heç bir alkaqollu içki qəbul etməmiş, hadisə olan günü alkoqol testi etdilər və sonra məni heç bir ekspertizaya aparmamışdırlar və heç bir həkim müayinəsindən keçməmişdir. Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli 134 nömrəli «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktı və Laçın rayon Polis İdarəsi Şöbəsinin DYPB-nin xx.xx.2023-cü il tarixli alkotester müayinəsinin protokolu tərtib edilib və həmin protokolda göstərilir ki, o maşını idarə edərkən 2.357% miqdarında sərxoş halda olmuşdur. Lakin tərtib olunmuş sənədlərdən onun xəbəri olmamış, hər hansı bir akt və protokolu im za etməmişdir. Belə ki, istintaq zamanı da, məhkəmə prosesi zamanı da təqsirini qismən boynuna alaraq, yol hərəkəti qaydalarına riayət etdiyini, içkili olmadığını, sadəcə olaraq şəraitdən asılı olaraq maşının idarə etməsində texniki nasazlıq nəticəsində belə bir hadisə baş verdiyini bildirmişdir. Məhkəmə prosesi zamanı səmimi olaraq peşman olduğunu, köçkün olmağını, ailəli olmağını, iki azyaşlı uşağının olmağını, məhkumluğunun olmamağını yüngülləşdirici hal kimi nəzərə alıb həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Lakin məhkəmə bunları nəzərə almayıb, onu CM-in 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Odur ki, göstərilənləri nəzə rə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, hadisədən bir gün əvvəl spirtli içki içdiyini, sərxoş olmadığını, həmin günü Bakıdan Laçına maşın sürdüyünü bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmi n əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun verdiyi kassasiya şikayətində barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi, cəza təyini zamanı yüngülləşdirici halların nəzərə alınmadığı iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmə dikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham, yəni sərxoş halda avtomobili idarə edən şəx s tərəfindən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma ilə bağlı içkili olmadığı, sadəcə olaraq şəraitdən asılı olaraq maşının idarə etməsində texniki nasazlıq nəticəsində belə bir hadisənin baş verdiyi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktlar müəyyən edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxı şı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət- mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin q ərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinay ət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum verilmiş alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq törədilmiş yolnəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olması ilə bağlı ittiham ibtidai istintaq zamanı toplanmış materiallarla, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, həmçinin istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Məhkum kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi verilmiş ittiham üzrə tam təqsirli bilinməsini mübahisələndirmiş və ona həmin ittiham üzrə yol hərəkəti qaydalarına riayət etməsi, hadisə zamanı içkili olmaması, sadəcə olaraq şəraitdən asılı olaraq maşının idarə etməsində texniki nasazlığın nəticəsində belə bir hadisənin baş verməsi haqqında tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırı lmaması, faktların düzgün müəyyən olunmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücüləri n sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəm ə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Sübutlar qiymətləndirilərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirilməlidir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 23 avqust 2023-cü il tarixli 8/2325 nömrəli rəyindən görünür ki, “HOWO” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin cinayət işinin materiallarında olan Laçın RPŞ-nin DYPB-nin 15 iyun 2023-cü il tarixli alk otester müayinəsinin protokolundan və Ağcabədi rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli, 134 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Məhkum xx.xx.2023-cü il tarixdə qeyd olunan nəqliyyat vasitəsini idarə edərkən 2.357% miqdarında sərxoş halda olmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi üzrə təqsirliliyinin, onun özünü qismən təqsirli bilməsinə dair ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında 16 iyun 2023-cü il tarixli protokolu, məhkəmə-tibbi ekspertizanın 7 iyul 2023-cü il tarixli 407 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələ ri ekspertizasının 23 avqust 2023-cü il tarixli 8/2325 nömrəli rəyi, Laçın RPŞ-nin DYPB-nin 15 iyun 2023-cü il tarixli alkotester müayinəsinin protokolu və Ağcabədi rayon Mərkəzi xəstəxanasının 15 iyun 2023-cü il tarixli 134 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir və həmçinin məhkəmələrin gəldiyi nəticələri kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək, kassasiya şikayətində göstərilmiş Məhkum yol hərəkəti qaydalarına riayət etməsi, hadisə zamanı içkili olmaması, sadəcə olaraq şəraitdən asılı olaraq maşının idarə etməsində texniki nasazlığın nəticəsində belə bir hadisənin baş verməsi barədə dəlillərini əsassız hesab edir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, bununla bağlı apellyasiya məhkəməsi əsaslı olaraq göstərilən ifadələri, protokolları və xüsusilə qeyd edilən ekspert rəylərini iş üzrə toplanmış sübutlarla müqayisəli şəkildə tədqiq edərək hadisənin ibtidai istintaqın müəyyən etdiyi şəraitdə baş verməsi qənaətinə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi daşıyır. Belə ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq istintaq hərəkəti protokollarını və ekspert rəylərini, işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin sübutların obyektiv həqiqəti əks etdirməsi və ona görə də ittihamı təsdiq edən sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadəl ərin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək və cinayət məsuliyyətinin yüngülləşdirilməsi barədə məqsəd güddüyünə dair nəticəyə gəlmişdir. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham, məhkəmələr tərəfindən işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutlara istinad qərarlarda əsaslandırılmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əh atə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində, həmçinin, yüngülləşdirici hallar nəzərə alınmaqla ona təyin edilmiş cəzanın yüngülləşdirilməli olduğu iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qa nununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habel ə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbi q etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların mə zmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər mə qsədlərini təmin edə bilsin. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (təqsirini qismən boynuna alması, məhkumluğunun olmaması, məcburi köçkün olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması, səmimi peşmançılığı) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddə sində göstərilən digər məqsədləri təmin edə bilən, CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci m addəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunm uş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar