Məhkəmə qərarları › İş №1(102)-2118/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2118/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2118/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbayc an Respublikası CM-in və ya CM-in) 156.1 və 322.1-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024cü il tarixli, 1(106)-312/2024 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əsədov X11 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:

1. Məhkum xx.xx.1990-cı ildə Kürdəmir rayonu Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olmaqla yaşayır.

2. İttiham aktına əsasən, Məhkum 2017-ci ildə “F acebook” sosial şəbəkəsi vasitəsilə tanış olduğu xx.xx.1971-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxslə 2023-cü ilin yanvar ayında həmin sosial şəbəkədə “Nərmin Musavi” istifadəçi adı ilə qeydiyyatdan keçərək özünü “Nərmin” kimi təqdim edib münasibət yaratmış, daha sonra istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxslə əlaqə saxlayaraq internet resurslarından götürdüyü qadın şəkillərini ona göndərməklə özünün qadın olduğuna inandıraraq sonuncudan çılpaq formada videogörüntüsünü göndərməsini istədiyinə görə Zərərçəkmiş şəxs cinsi ehtirasını nümayiş etdirdiyi seksual xarakterli videosunu ona göndərdikdən sonra həmin videonu 2023-cü ilin yanvar ayının sonlarında Kürdəmir rayonu Pir ili kəndində yaşadığı evdən “Whatsapp” mobil tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs qardaşı Feyyaz Çeçenə göndərməklə Zərərçəkmiş şəxs şəxsi həyatının sirrini təşkil edən məlumatların əks olunduğu videogörüntünü sonuncunun məlumatı və razılığı olmadan iradəsinə zidd olaraq qəsdən yaymışdır.

3. Bundan başqa o, “Nərmin Musavi” adı ilə “Whatsapp” mobil tətbiqində Zərərçəkmiş şəxs seksual xarakterli videosunu əldə etdikdən sonra sonuncu barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, eləcə də vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin yanvar ayında öz həqiqi kimliyini Zərərçəkmiş şəxs açıqlayıb həmin videonu yayaraq rüsvay edəcəyi ilə hədələməklə Zərərçəkmiş şəxs guya ona pul borclu olduğunu bəhanə gətirərək 4000 manat məbləğində pul tələb etmiş, Z ərərçəkmiş şəxs tərəfindən hədə-qorxunun ciddi qəbul edilmədiyini və pul tələbinin yerinə yetirilmədiyini gördükdə isə cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs şəxsi həyat sirrini təşkil edən videogörüntünü sonuncunun qardaşı Feyyaz Çeçenə göndərdikdən sonra, Zərərçəkmiş şəxs Feyyaz Çeçen vasitəsi ilə xx.xx.2023-cü il tarixdə bibisi nəvəsi Şahid1 məxsus “AZ08AİİB **********0441499223” nömrəli bank hesabına göndərdiyi həmin dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları məbləğində pul vəsaitini Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək Ticarət Mərkəzi”ndə olan bankomatdan, xx.xx.2023-cü il tarixdə qardaşı Şahid3 adına “Western Union” pul köçürmə sistemi vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları məbləğində pul vəsaitini, xx.xx.2023-cü il tarixdə əmisi oğlu Şahid2 adına “Western Union” pul köçürmə sistemi vasitəsilə gördərdiyi həmin dövrün məzənnəsi ilə 850 manat təşkil edən 500 ABŞ dolları məbləğində pul vəsaitini, xx.xx.2023-cü il tarixdə Şahid2 adına “Western Union” pul köçürmə sistemi vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 544 manat təşkil edən 320 ABŞ dolları məbləğində pul vəsaitini, 2023-cü ilin aprel ayında isə Şahid1 adına “Western Union” pul köçürmə sistemi vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 1190 manat təşkil edən 700 ABŞ dolları məbləğində pul vəsaitini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən filialından əldə etməklə, ümumilikdə, 3944 manat təşkil edən 2320 ABŞ dolları məbləğində pulu Zərər çəkmiş şəxs hədə-qorxu ilə tələb etmə yolu ilə ələ keçirmişdir.

4. Kürdəmir Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 24 yanvar 2024-cü il tarixli, 1(041)-11/2024 nömrəli hökmü ilə Məhkum CM-in 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə CM-in 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə icraata xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi, Məhkum CM-in 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 182.1-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti təyin edilməklə ş ərti olaraq tətbiq edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində məhkum olunmuş şəxs Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrinin qoyulması, şərti məhkum edilmiş Məhkum üzərində nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə tapşırılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması və onun məhkəmə iclas zalında həbsdən dərhal azad edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və hökmün qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən sa xlanılması, iş üzrə vurulmuş 3944 manat maddi ziyanın tam olaraq ödənilməsi, mülki iddia və digər məhkəmə xərclərinin olmamasının nəzərə alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Hökmdən Dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Məhkum CM-in 156.1 və 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kürdəmir Rayon Məhkəməsinin 24 yanvar 2024-ci il tarixli hökmünün, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric olunmaqla dəyişdirilməsini xahiş etmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən, məruzəçi hakim), X5 və X2 ibarət məhkəmə tərkibində) 18 aprel 2024-cü il tarixli, 1(106)312/2024 nömrəli qərarı ilə Dövlət ittiha mçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Məhkum CM-in 182.1 və 156.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Kürdəmir Rayon Məhkəməsinin 1(041)-11/2024 nömrəli, 24 yanvar 2024-ci il tarixli hökmünün Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinə əsasən dəyişdirilməsi, Məhkum cinayət əməlinin CM-in 182.1-ci maddəsindən həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilməsi və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 22 iyul 2023-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək həbsdə olduğu 06 (altı) ay 02 (iki) günün ona təyin edilmiş cəza müddətinə hesablanması və Məhkum cəzasını çəkmiş hesab edilməsi, təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətim kan tədbirinin ləğv edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-11/2024 nömrəli, 24 yanvar 2024-ci il tarixli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(106)-312/2024 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İİ. Kassasiya protestinin dəlilləri və etirazlar:

8. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs özü və onun müdafiəçisi törədilmiş əməlin tövsifini mübahisələndirməmiş, yəni Məhkum CM-in 182.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşaraq birinci instansiya məhkəməsinin hökmündən ap ellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiya məhkəməsi isə əməlin tövsifinə təsir edə biləcək yeni sübut və ya dəlil müəyyən etmədiyi halda Məhkum əməlini CM-in 322.1-ci maddəsinə tövsif etməklə CPM-in 397-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə, hökmdən apellyasiya şikayəti olmadığı halda apellyasiya instansiya məhkəməsinin bu iş üzrə CPM-in 397.2-ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin əməlinin tövsif etməsi həm qanunsuz, həm də əsassız olmuşdur. Belə ki, CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin n ormalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Göründüyü kimi, həmin maddənin mətnində birbaşa qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır, yəni işin faktiki hallarının yoxlanılması yalnız və yalnız hökm üzrə apellyasiya şikayətinin və ya apellyasiya protestinin mövcud olduğu hallarda, həmçinin onların hüdudlarında yoxlanılmalıdır. Ona görə apellyasiya instansiya məhkəməsinin iş üzrə arbitr funksiyasından kənara çıxıb, qanunun qeyd edilən tələbinə riayət etməyərək öz zövqünə uyğun qərar qəbul e tməsi anlaşılan deyildir. Bundan əlavə olaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələr əsassız olmaqla işin faktiki hallarına uyğun olmamış, yalnız öz fərziyyələri və qismən Məhkum özünümüdafiə xarakterli ifadəsi üzrə qurulmuşdur.

9. Bununla da, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPMin”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respubl ikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən, məhkəmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(106)-312/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

11. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiy a icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda çıxış edərək, kassasiya protestinin dəlillərinə etiraz edib, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahis ə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsindən 322.1-ci maddəsinə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtl əndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(106)312/2024 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət işinin materiallarına əsasən, işin mübahisəsiz hallarından görünür ki, Məhkum ilə Zərərçəkmiş şəxs sosial mediya vasitəsi ilə tanış olmuş və aralarında dostluq münasibətləri yarandığından Zərərçəkmiş şəxs Nemətdən borca 500 ABŞ dolları pul istəmişdir. Məhkum Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13/a-da yerləşən lombarda özünə məxsus 31.34 qram çəkidə 583 əyyarlı qızılzinət əşyalarını girov qoyaraq 800 manat pul götürmüş və həmin pulu 2020-ci ildə Zərərçəkmiş şəxs Azərtük Bank ASC vasitəsi ilə göndərmişdir. Zərərçəkmiş şəxs aldığı borc pulu vaxtında qaytarmadığı üçün Məhkum lombarda qoyduğu qızıl zinət əşyaları borcunu ödəmədiyinə görə lombardın hesabına keçmişdir. B.M.Hüseynov Zərərçəkmiş şəxs verdiyi borc pulun qaytarılmayacağına tam əmin olandan sonra 2023-cü ilin yanvar ayında “Facebook” sosial şəbəkəsində “Nərmin Musavi” istifadəçi adı ilə hesab yaradaraq Zərərçəkmiş şəxs yazmağa başlamış, internet üzərindən götürdüyü qadın şəkillərini Abdiyə göndərmiş, bir müddət danışdıqdan sonra Abdidən ç ılpaq görüntülərini istəmiş, yarı çılpaq videosunu atandan sonra Abdiyə Nemət olduğunu bildirmişdir. Videonu əldə etdikdən sonra B.M.Hüseynov özgənin əmlakını deyil, verdiyi borcu, ödədiyi faizləri və lombardın hesabına keçmiş girov qızıl-zinət əşyalarının dəyərini tələb etmiş, Zərərçəkmiş şəxs bu dəfə də borcunu ödəməkdən yayınmaq məqsədilə onu blok etmişdir. Abdinin onun pulunu qaytarmayacağını başa düşüb, 2023-cü ilin yanvar ayında “Facebook” sosial şəbəkəsində “Nərmin Musavi” istifadəçi adı ilə hesab yaradaraq Zərərçəkmiş şəxs yazmağa başlamış və Abdi ilə münasibət qurmuşdur. Bundan sonra “Whatsapp” tətbiqi üzərindən “***-***-**-**” nömrəsi ilə hesab yaradaraq Zərərçəkmiş şəxslə Nərmin adı ilə danışmağa başlayaraq Abdi ilə sevglisi kimi davranmışdır. Nərmin adı ilə danışaraq internet ü zərindən götürdüyü qadın şəkillərini Abdiyə göndərmiş, bir müddət danışdıqdan sonra Abdidən çılpaq görüntülərini istəmiş, yarı çılpaq videosunu atandan sonra Abdiyə Nemət olduğunu bildirmişdir. Videonu əldə etdikdən sonra pulunu geri qaytarmayacağı təqdirdə çılpaq görüntülərini yayacağını bildirmiş və Abdidən itirdiyi qızılların dəyərində pul, yəni özgə əmlakını deyil, öz 4000 manat pulunu tələb etmişdir.

21. İbtidai istintaq orqanı Məhkum Zərərçəkmiş şəxs 3944 manat təşkil edən 2320 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb etməsi barədə nəticəyə gələrkən məhkumun özgəsinin, yəni Zərərçəkmiş şəxs əmlakının tələb edilməsinə istinad etsə də, qeyd edilən faktı təsdiq edən sübutlar əldə etməmişdir.

22. Qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş apellyasiya baxışı zamanı əldə edilm iş sübutların cinayət işi materiallarında olan sübutlarla əlaqəli tədqiqi apellyasiya instansiya məhkəməsində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən özgə əmlakını deyil, öz pulunu və zərərçəkmişin hüquqazidd hərəkətləri nəticəsində dəymiş ziyanı tələb etməsi və belə olan halda da təqsirləndirilən şəxs Məhkum cinayət əməlinin CM-in 182.1ci maddəsi ilə deyil, CM-in 322.1-ci maddəsi ilə - yəni özbaşınalıq kimi tövsif edlilməsi üçün əsaslar yaratmışdır.

23. Kassasiya məhkəməsi qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verib, məhkumun əməlində hədəqorxu ilə tələb etmə faktının sübuta yetirlməməsi qənaətinə gəlinməsi, daha dəqiqi onun əməlinin Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi nəticəsinə gəlməsi qanuni və əsaslı olmuşdur.

24. Kollegiya, apellyasiya instansiyası məhkəməsi tərəfindən AR CM-in 182.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi üçün yetərli olmadığından təkzib edilən, bununla yanaşı kassasiya protestinin dəlilləri qismində göstərilən, məhkumun ibtidai istintaq zamanı verilmiş ifadələrinə, zərərçəkmiş şəxsin ifadəsinə, şahid ifadələrinə münasibətdə qeyd edir ki, həmin sübutların məhkumun əməlinin özgə əmlakını hədə-qorxu ilə tələb edilməsində təqsirli bilinməsi nəticəsinə gəlmək üçün yetərli hesab edilməməsinə dair apellyasiya instansiyası məhkəməsi tərəfindən əsaslandırılmış qiymət verilmişdir.

25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə n əzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

29. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum CM-in 322.1-ci maddəsi ilə olan cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

30. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyek tiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi CM-in 322.1-ci maddəsi ilə olan cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

31. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

32. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

33. Kassasiya protestinin “müdafiə tərəfinin apellyasiya şikayəti verməməsi, apellyasiya instansiya məhkəməsinin Məhkum əməlini CM-in 322.1-ci maddəsinə tövsif etməklə CPM-in 397-ci maddəsinin tələblərini pozması, qanunun qeyd edilən tələbinə riayət etməyərək öz zövqünə uyğun qərar qəbul etməsinin anlaşılan olmamasına” dair dəlillərinə münasibətdə qeyd edir ki, CPM-in 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

34. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Mə cəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

35. CPM-nin 349.4-cü maddəsinə əsasən “məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir”.

36. Cinayət-prosessual qanunun 349.5-ci maddəsinə görə isə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: “349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə”.

37. CPM -nin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM-nin 351.3.1-ci maddəsi), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM-nin 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM-nin 351.3.4-cü maddəsi) həll etsin.

38. CPM-nin 398-ci maddəsinin mənasına görə məhkəmə hökmünün əsaslılığına və qanuniliyinə dair tələblər eyni dərəcədə apellyasiya instansiyası məhkəməsinin yekun qərarlarına şamil edilirlər. Yəni, apellyasiya məhkəməsini n də iş üzrə müəyyən edilmiş saydığı faktiki hallar cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə tədqiq edilmiş sübutlardan irəli gəlməli və həmin hallardan çıxardığı hüquqi nəticələr cinayət qanunu ilə uzlaşmalı, cinayət-hüquqi normaların düzgün təfsir edilməsinə əsaslanmalıdır.

39. Sadalanan cinayət-prosessual qanunvericiliyin müddəalarının məzmununa münasibətdə kollegiya qeyd edir ki, cinayət işi üzrə müəyyən edilmiş faktiki halların yoxlanılması apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarından asılı edilsə də, tam hüquqlu məhkəmə kimi apellyasiya instansiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqdim edilmiş cinayət işi m aterialları üzrə qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından fərqli nəticəyə gəlinməmişdir. Apellyasiya məhkəməsi istintaqla keçirdiyi məhkəmə baxışı zamanı prosessual normalara uyğun əldə olunan və tədqiq edilən sübutlar əsasında müəyyən edilən işin faktiki hallarına uyğun nəticəyə gələ və əməlin tövsifini Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərinə riayət edilməklə dəyişə bilər. İşin faktiki hallarına uyğun olaraq, apellyasiya kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına münasibətdə tətbiq edilmiş yanlış Cinayət qanunu müddəası dəyişdirilərək, məhkumun əməli daha yüngül maddəyə tövsif edilmişdir ki, bu h al da nə müdafiə tərəfinin müraciətinin olmaması ilə əsaslandırıla, nə də Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsinin pozuntusu kimi qiymətləndirilə bilməz.

40. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin məhkumun əməlinin CM-in 322.1-ci maddəsi ilə tövsif edilməsi üçün gəldiyi nəticə məhkəmənin “öz zövqünə uyğun” deyil, prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

41. Belə, yəni aparılmış istintaq nəticəsində məhz özgəsinin əmlakının hədə-qorxu ilə tələb edilməsi üçün heç bir əsas olmaması, yalnız öz əmlakının (verdiyi borc pulun) qanunsuz yolla, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq tələb etməsi, onun Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyəti nə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.

42. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respubl ikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

44. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(106)-312/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM- in 419.10.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 322.1-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(106)-312/2024 nömrəli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əsədov X11 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar