Məhkəmə qərarları › İş №1(102)-2119/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2119/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2119/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)-72/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 2003-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 02 il sınaq müddəti tətbiq edilmiş, ünvan 1ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qəsdən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 mart 2022-ci il tarixdə saat təxminən 02 radələrində saxlanc yeri hesab olunan Yevlax Rayon Polis Şöbəsinin duracağına hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq orada saxlanılan Yevlax rayonu Aran qəsəbə sakini Zərərçəkmiş şəxs1 məxsus VAZ21074 markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açmaqla salon hissəsindən bir ədəd 160 manat dəyərində 7950 modelli, “Pioneer” markalı maqnitafon, ümumi dəyəri 150 manat olan 06 ədəd “Pioneer” markalı səs kalonkaları, 35 manat dəyərində 60 -lıq turbo markalı akkumulyator, 30 manat dəyərində bir ədəd dirsək altı kimi istifadə olunan əşya qutusu, 1 manat dəyərində AUX kabeli qəsdən gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 376 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir.

3. Bundan başqa Məhkum VAZ-21074 markalı, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilin salon hissəsindən oğurluq etdikdən sonra Yevlax rayon Polis Şöbəsinin duracağında saxlanılan VAZ-2106 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobili də görərək həmin avtomobildən qəsdən təkrarən oğurluq etmək qərarına gələrək bu niyyətini həyata keçirmək üçün 22 mart 2022-ci il tarixdə saat təxminən 02 radələrindən sonra saxlanc yeri hesab olunan Yevlax Rayon Polis Şöbəsinin duracağında saxlanılan Tərtər rayonu, Hacıqərvənd kənd sakini Zərərçəkmiş şəxs2 məxsus VAZ-2106 markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açmaqla salon hissəsindən bir ədəd 170 manat dəyərində 9450 moddelli “Pioneer” markalı maqnitafon, 200 manat dəyərində 01 ədəd “Pioneer” S-DJ60X markalı səsgücləndirici qurğu, 100 manat dəyərində 04 ədəd 4250 moddelli “Pioneer” markalı səs kalonkalarını qəsdən gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 cəmi 470 manat məbləğində maddi ziyan vurmaqla qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla təkrar oğurluq etmişdir.

4. Yevlax Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 1(039)-135/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim X4) Məhkum CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum 22 mart 2022-ci il tarixdən 24 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmə ləğv edilərək həmin hökm üzrə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə üzərində qəti olaraq 3 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan mə hrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni 01 dekabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti vermişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)72/2 023 nömrəli qərarı ilə (hаkimlər X1 (sədrlik edən və məruzəçi), X6 və X7аn ibаrət məhkəmə tərkibində) təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Məhkum CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Yevlax Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 1(039)-135/2022 nömrəli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin cəzasını ağırlaşdıran hal kimi nəzərə alınması ilə bağlı müddəaların hökmdən xaric edilməsi, Məhkum təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum 22 mart 2022-ci il tarixdən 24 mart 2022-c i il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 71.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmə ləğv edilərək həmin hökm üzrə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə üzərində qəti olaraq 3 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Yevlax Rayon Məhkəməsi nin 01 dekabr 2022-ci il tarixli, 1(039)-135/2022 nömrəli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)72/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar:

8. Kassasiya şikayətinin dəlilləri qismində məhkumun barəsində olan yüngülləşdirici hallar (məsuliyyətini ağırlaşdıran halın olmaması, zərərçəkmiş şəxslərlə notarial qaydada barışıq əldə edilməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması, gənc olması və.s) sadalayaraq, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)-72/2023 nömrəli qərarının dəyişdirilməsini və barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə s əlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilə n əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Məhkum kassasiya şikayətində tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən (məsuliyyətini ağırlaşdıran halın olmaması, zərərçəkmiş şəxslərlə notarial qaydada barışıq əldə edilməsi, ona qarşı heç bir şikayət və tələbin olmaması, gənc olması və.s) halların kifayət qədər nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respu blikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)-72/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinay ət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

19. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirə n və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

22. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

23. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 6 5.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

24. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasınd a uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

25. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

26. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşaraq, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Yevlax Rayon Məhkəməsinin 1 dekabr 2022-ci il tarixli, 1(039)-135/2022 nömrəli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətini 2 ilə endirmişdir.

27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini endirərkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza təyin edilərkən, məhkumun şəxsiyyətini, törətdiyi əməli və işdə olan digər yüngülləşdirici halları kifayət qədər nəzərə almamış, eyni zamanda məhkumun yetkinlik yaşına çatmadığı dövrdə törətdiyi cinayəti onun əməlində cinayətlərin residvi müəyyən edərək yanlış nəticəyə gəlmiş, həmin halı məhk umun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmiş, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

28. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə qismən razılaşaraq, hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı yüngülləşdirici halları əsas götürmüşdür.

29. Kassasiya şikayətinin dəlilləri apelly asiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

30. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məc əlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

31. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

32. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassa siya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)-72/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 1(107)-72/2023 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar