Məhkəmə qərarları › İş №1(102)-2119/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2119/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2119/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli, 1(103)-808/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(001)-74/2024 nömrəli qərarı ilə (sədrlik edə n hakim E.Z.Ağayev ) xx xxxxxx 1989-cu ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 178.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 128-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 178.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, C M-in 69.3cü maddəsinə əsasən Məhkum xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək həbsdə saxlanıldığı müddət (2 gün) azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökmün icrası Məhkum yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Məhkəmənin həmin qərarından dövlət ittihamçısı apellyasiya protesti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli qərarı ilə (hakim M.Ə.Abbasov sədrliyi, hakimlər R.A.Qaraqurbanlı və A.F.İbrahimovdan ibarət tərkibdə ) verilmiş apelly asiya protesti təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə elan edilmiş ittihama görə o, 2200 manat məbləğində pul borcunu tələb edən tanışı Zərərçəkmiş şəxs1 zəng edərək bununla bağlı məsələni həll etmək üçün sonuncunu 20 avqust 2022-ci ildə saat 23:30 radələrində görüşə dəvət edib ictimai yer sayılan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, «Zeytun bağları» adlanan ərazidə borcunu vermədiyi təqdirdə polisə şik ayət edəcəyini irad tutaraq bəhanə gətirib münaqişə yaratmaqla dalaşaraq heç bir əsaslı səbəb olmadan insanların rahatlığını və ictimai asayişi pozub, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinaslıq göstərmiş,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq və bir çoxlarının mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etmiş, sonra da öz hüquqazidd hərəkətlərini daha qabarıq şəkildə davam etdirərək üzərində gətirdiyi naməlum bıçağı silah qismində istifadə edib Zərərçəkmiş şəxs1 qarşı zorakı hərəkətlər edib vurarkən sonuncu özünü müdafiə etmək üçün həmin bıçağın tiyəsindən əlləri ilə tutduğundan sağ əlin ovuc səthinin sıyrığı, habelə əlləri ilə Zərərçəkmiş şəxs1 müxtəlif nahiyələrinə vurub sağ üst göz qapağının, sağ gözaltı nahiyənin, sağ gözün bayır kənarının sıyrıqları, sağ almacıq nahiyəsinin, boyun nahiyəsinin, boyun kökünün, sağ çiyin qurşağı nahiyəsinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin sağ yarısını ön səthinin, bel nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan dərəcələri təyin olunmayan və sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngü l zərər vuran xəsarətlər yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan başqa, Məhkum özgənin əmlakını əvəzsiz olaraq tamah niyyəti ilə ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 Adil oğluna ortaq biznes qurmağa, yəni spirtli içkilərin və tütün məmulatlarının alqı-satqısı ilə bağlı davamlı işlər görəcəyinə dair yalan vədlər verib inandıraraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə 24 yanvar 2023-cü ildə saat 15:35 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayon, H.Hüseynov küçəsi 23 saylı binanın yanında 4320 manat məbləğində pulunu nagd şəkildə alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 Adil oğluna 4320 (dörd min üç yüz iyirmi) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəmə si Məhkum əməlinin qərəzli xuliqanlıq niyyəti ilə şərtləndirilmədiyini, onunla zərərçəkmiş şəxs arasında olan yuxarıda təsvir edilmiş hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini, hadisə zamanı ictimai qaydanın kobud şəkildə pozulmadığını, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə olunmadığını, yəni xuliqanlıq cinayətinin tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlərin mövcud olmadığını müəyyən edib, Məhkum əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3- cü maddəsində nəzərdə tutulmuş qərəzli xuliqanlıq cinayətini törət məsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətləndirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli qərarının ləğv edilm əsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tə ləbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestinə diqqət etdikdə müəyyən olunur ki, dövlət ittihamçısı məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirli bilinib cəzalandırlması ilə bağlı yekun qənaətləri ilə razılaşmış, protest müəllifi Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməsini mübahisələndirmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilmə si tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şə xsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Yuxarıda qeyd olunduğu kimi cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, birinci instansiya məhkəməsi Məhkum əməlinin hüquqi tövsifini Cinayət Məcəlləsinin 221.3cü maddəsindən 128-ci maddəsinə dəyişmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmışdır. Birinci instansiya məhkəməsinin Məhkum hərəkətlərini xuliqanlıq kimi görməməsi və sonuncunun əməlini Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən 128-ci maddəsinə tövsif etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzr ə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərlə uzlaşdığından, əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilə bilməz. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunma sı ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Qərəzli xuliqanlığın tərkib əlamətləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” kimi göstərilmişdir. CM-nin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Hazırki işdə isə birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları olaraq müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 2021-ci ildən qaytarılmayan pul borcu olmuş, borc qaytarılmadığına görə əvvəllər aralarında sözlü mübahisələr yaşanmış, nəhayət 20 avqust 2022-ci ildə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs1 Məhkum zəng edərək onu "Memar Əcəmi” metrostansiyasının yanına görüşə çağırmış, Məhkum həmin yerə gəldikdən sonra onu öz avtomobilinə əyləşdirərək Binəqədi rayonu 9-cu mikrorayon ərazisində yerləşən "zeytunluq” adlanan yerə aparmış, orada onunla pulun qaytarılmamasına görə mübahisə edərək, "insanda namus-qeyrət yaxşı şeydir” deyib sinəsindən yumruqla vurmuş, yalnız bundan sonra Məhkum da onu yumruqla vurmuş, onlar arasında dava-dalaş başlamışdır. Göründüyü kimi Məhkum Zərərçəkmiş şəxs1 qarşı yol verdiyi hərəkətlərində ictimai qaydanı kobud surətdə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyə t və məqsəd olmamış, Məhkum zərərçəkmiş şəxsin yüngül xəsarət alması ilə nəticələnən cinayəti törətməyə sövq edən əsas amil hadisədən əvvəl Zərərçəkmiş şəxs1 onun ünvanına ağır ifadələr işlədərək yumruqla sinəsindən vurması ilə əlaqədar şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs1 qarşı yaranmış barışmazlıq hissləri və bir qədər sonra isə özünü göstərən münaqişəli vəziyyət olmuşdur. Həmçinin hadisə “zeytunluq” adlanan ərazinin heç kimin olmadığı hissəsində baş vermişdir ki, bu zaman Zərərçəkmiş şəxs1la Məhkum yanında heç kim, o cümlədən zərərçəkmiş şəxslə birlikdə avtomobildə gələn şəxslər belə. Təsvirdən müəyyən olunur ki, Məhkum qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməlləri ndə hərəkətverici amil rolunu oynamamışdır. Bu isə öz növbəsində Məhkum əməllərində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirlən zəruri elementlərinin əlamətlərinin istisna olunmasına dəlalət edir. Birinci instansiyası məhkəməsinin Məhkum hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsifini şərtləndirən halların mövcud olmaması və sonuncunun hərəkətlərində məhz Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti məhkəmə aktında istinad edilmiş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərərin vurulmasına dair məhkəmə-tibbi müayinəsi üzrə xx.xx.2022-ci il tarixli, 1807 nömrəli rəyi, məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq olunmuş digər sübutlarla uzlaşır, dövlət ittihamçı sının kassasiya protestində Məhkum hərəkətlərinə verdiyi təsvir, o cümlədən onun qərəzli xuliqanlıq törətməsi kimi fikirlər üçün isə həmin sübutlar heç bir əsas vermir. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından aydın olur ki, birinci instansiyası məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərkən (apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşarkən) yalnız Məhkum ifadəsinə və yaxud birtərəfli qaydada sübutların müəyyən hissəsinə deyil, məhkəmə baxışı zamanı tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 143-146-ci maddələrinə uyğun olaraq qiymətləndirilmiş sübutların məcmusuna əsaslanmışdır. Odur ki, kollegiya məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını və onların bu hallardan hasil etdiyi hüquqi nəticələri (Məhkum əməlində qərəzli xuliqanlıq cinayətinin deyil, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin tərkibinin olması barədə yekun qənaətlərini) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda dövlət ittihamçısının məhkəmələr tərəfindən sübutların cinayətprosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilibqiymətləndirilməməsi, məhkəmələrin sübutların yolverilməzliyi üzrə nəticələrinin düzgün olmaması, Məhkum əməlini Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif etməməsi haqqında mülahizələri və müvafiq olaraq onların kassasiya müraciətləri əsaslı sayıla bilməz. Bütün bunlar məhkəmələr tərəfindən kassasiy a müraciəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2024-cü il tarixli, 1(103)-808/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 15 may 2024-cü il tarixli, 1(103)-808/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar