Məhkəmə qərarları › İş №1(102)-212/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-212/2020

12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-212/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2019-cu il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlə t ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.K.Orucov, hakimlər M.A.Bayramov və R.V.Salmanovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1987-ci il tarixdə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2,181.3.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bi linərək, Cinayət Məcəlləsinin 32.2,181.3.2ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm çıxarılanadək həbsdə saxlanıldığı 3 (üç) gün çıxılmaqla Məhkum üzərində 10 (on) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 01 noyabr 2018-ci il tarixdən hesablanması, barəsində narkomaniyadan müalicə olunması üçün ti bbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır. Həmin hökmlə X12, X6, X18 və X27 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.A.Mirzəyev, hakimlər F.A.Qasımov və E.Y.Şamayevdən ibarət məhkəmə tərkibi) Məhkum, onun müdafiəçisi X9, məhkum X12, onun müdafiəçisi X5, məhkum X3 müdafiəçisi X20, məhkumlar X19 və X10 müdafiəçisi X21, məhkum X18 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05 fevral 2019cu il tarixli q ərarı ilə (sədrlik edən və məruzəçi hakim G.L.Rzayeva, hakimlər F.A.Kərimov və İ.T.Hacıqayıbovdan ibarət məhkəmə tərkibi) məhkum X3 müdafiəçisi X20 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət X1, Məhkum, X7, X10 və X19 barəsində olan 01 fevral 2018-ci il tarixli qərarı Məhkum aid hissədə (sübutlar Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsası ilə) ləğv edilərək cinayət işi həmin hissədə yeni apelyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2019-cu il tarixli hökmü ilə ilə (səd rlik edən və məruzəçi hakim R.M.Abdulov, hakimlər R.K.Səfərov və Q.X.Babayevdən ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli hökmü Məhkum aid hissədə ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,181.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Eyni zamanda Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm çıxarılanadək həbsdə saxlanıldığı 3 (üç) gün çıxılmaqla Məhkum üzərində 1 (bir) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum ona təyin edilmiş cəzanı çəkib qurtardığından onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbsdən azad edilmiş, barəsində narkomaniyadan müalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X18, X27, X13 və X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, silah qismində istifadə edilən suvenir tipli bıçaq tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla, həmçinin belə zorakılıq tətbiq edəcəkləri hədəsi ilə basqın etməklə zərərçəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirmişlər. Belə ki, X12, X18, X27, X6 və Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, silah qismində istifadə edilən xəncər tətbiq etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə 26 may 2016-cı il tarixdə öz aralarında məsləhətləşərək iştirakçıların hər birinin ayrı-ayrılıqda davranış xəttini müəyyən edib rolları bölüşdürmüş, həmin tarixdə Məhkum özünə məxsus olan suvenir tipli bıçağı quldurluq cinayətinin törədilməsi üçün alət qismində istifadə olunması məqsədi ilə cinayətin digər iştirakçılarına vermiş, 27 may 2016-cı il tarixdə, saat 11:30 radələrində XX55 və X2 yaşadığı ünvan5inin girişində XXX35nın mənzilin giriş qapısını açıb içəri dax il olduğu vaxt XXX45 və XXX60 həmin binanın yaxınlığında XXXX96a məxsus avtomobildə əyləşib kənar şəxslər binaya daxil olarsa, məlumat vermək məqsədilə müşahidə aparmış, XXXX96 və XXX90 zərərçəkmiş şəxs XXX35ya həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək mənzilə daxil olub, mənzilin içərisində zərərçəkmiş şəxs XXX35nın əl qolunu bağlayaraq silah qismində istifadə etdikləri suvenir tipli bıçaqla hədə-qorxu gəlib əlləri ilə XXX35ya sağlamlığı üçün təhlükəli zorakılıqla sifətinin müxtəlif yerlərinə vurub ona sağlamlığa yüngül zərər vurulması ilə nəticələnən xəsarətlər yetirməklə, həmçinin belə zorakılıq tətbiq edəcəkləri hədəsi ilə mənzilin yataq otağında olan 60.000 manat məbləğində pulu və digər yataq otağında olan 19.280 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməklə zərərçəkmiş şəxs XXX35ya külli miqdarda, yəni 79.280 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişlər. Bundan başqa, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,628 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq üzərində gizlətmiş, bu barədə daxil olmuş məlumat əsasında xxxx xx55nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 avqust 2016cı il tarixdə, təxminən saat 18 radələrində ünvan7nin qarşısında saxlanılaraq xxxx xx55nə aparılmış, orada üstünə baxış keçirilərkən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1,628 qram narkotik v asitə heroin bir ədəd sellofan bükümdə Məhkum əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq Məhkum suvenir tipli bıçağı 26 may 2016-cı il tarixdə birlikdə olduqları avtomobildə hədiyyə kimi XXX90a verdiyini, quldurluq cinayətini törətməyi, o cümlədən cinayətin törədilməsində həmin bıçaqdan alət kimi istifadə etməyi isə XXX90un və cinayətkar qrupun digər üzvlərinin, Məhkum xəbəri olmadan 26 may 2016-cı il tarixdə gecə saatlarında XXX45ninn yaşadığ evdə planlaşdırdıqlarını, yəni Məhkum heç bir şəkildə cinayətkar qrupun 27 may 2016-cı il tarixdə zərərçəkmiş şəxs X16 qarşı törətdiyi quldurluqda iştirak etmədiyini müəyyən etmiş və bu səbəbdən Məhkum əməlində Cinayət Məcəlləsinin 32.5,181.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmaması haqqında nəticəyə gəlib, ittihamın həmin hissəsi üzrə ona bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, nəticədə Məhkum suvenir tipli bıçağı quldurluq cinayətini törətmək məqsədi ilə cinayətkar qrupun digər üzvlərinə verməklə həmin cinayətdə iştirak etməsi ibtidai istintaq zamanı əldə edilmiş sübutlarla, o cümlədən digər təqsirləndirilən şəxslər XXX90un, XXXX96un, XXX60un ibtidai istintaq zamanı verdikləri, təqsirləndirlən şəxs XXX45nin isə həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində verdiyi ifad ələrlə təsdiq olunduğu halda, əsassız olaraq onun əməlində quldurluq cinayətinin tərkibinin olmaması haqqında nəticəyə gəlib, ittihamın Cinayət Məcəlləsinin 32.5,181.3.2-ci maddələri ilə olan hissəsi üzrə ona bəraət vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2019-cu il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,181.3.2-ci maddələri ilə bəraət verilməsi hissəsində ləğv edilib, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudla rını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə Məhkum qarşı irəli sürülmüş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,181.3.2-ci maddəsi ilə olan hissəsi üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə əsassız və qanunsuz olaraq bəraət verildiyini iddia edərək, mübahisələndirilən hökmün həmin hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxı şına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 may 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.2-cü maddəsində şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmaması bəraətin əsaslarından biri kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum 27 may 2016-cı ildə quldurluq cinayətinin törədilməsində icraçılar tərəfindən istifadə edilmiş suvenir tipli bıçağı cinayətkar qrupun üzvü XXX90a 26 may 2016-cı ildə həddiyyə olaraq vermiş, quldurluq cinayətini törətməyi, o cümlədən cinayətin törədilməsində həmin bıçaqdan alət kimi istifadə etməyi isə XXX90 və cinayətkar qrupun digər üzvləri Məhkum xəbəri olmadan 26 may 2016-cı il tarixdə gecə saatlarında XXX45ninn yaşadığ evdə planlaşdırmış və ertəsi gün həyata keçirmişlər. Apellyasiya məhkəməsi öz qənaətini Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə bilavasitə araşdırdığı, habelə birinci instansiya məhkəməsində baxılmış sübutlarla, o cümlədən zərərçəkmiş Məhkum 26 may 2016-cı ildə birlikdə avtomobildə olarkən suvenir bıçağı XXX90un xahişi ilə sonuncuya həddiyyə kimi verməsinə, quldurluq cinayətinin planlaşdırılmasından və həyata keçirilməsindən məlumatının olmamasına dair ifadəsi ilə yanaşı bu if adəni təsdiq edən cinayətkar qrupun üzvlərinin XXX90un, XXXX96un, XXX60un, XXXX123nin ifadələri ilə əsaslandırmışdır. Belə ki, XXX90, XXXX96, XXX60 birinci və apellyasiya instansiyası məhkəmələrində vedikləri ifadələrində, XXXX123 isə apellyasiya instansiyası məhkəməsində verdiyi ifdəsində (XXX38, XXXX47 və XXXX59 həm də ibtidai istintaq zamanı Məhkumla üzləşdirilərkən) Məhkum 26 may 2016-cı ildə saat 16 rədlərində onlar birlikdə avtomobildə olarkən hədiyyə kimi özündə olan suvenir bıçağı XXX90a verdiyini, zərərçəkmiş X14 evinə basqın edib quldurluq cinayətini törətməyi isə onların Məhkum xəbəri olamadan həmin tarixdə gecə vaxtı XXX45nin evində planlaşdırdıqlarını və Məhkum iştirakı olmadan 27 may 2016-cı il tarixdə saat 11 radələrində həyata keçirdiklərini göstərmişlər. İttiham tərəfi a pellyasiya baxışında adları çəkilən şəxslərin ifadələrini təkzib edən, beləliklə də Məhkum suvenir bıçağı XXX90a verərkən bunun quldurluq cinayətinin törədilməsinə kömək etmək niyyətindən irəli gəlməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Adları çəkilən şəxslərin Məhkum quldurluq cinayətinin törədilm əsində istifadə edilmiş suvenir bıçağı onlarda bu cinayəti törətmək niyyətinin yaranmasından əvvəl (cinayətin törədilə biləcəyini ehtimal belə etmədən) XXX90a hədiyyə etməsi barədə ifadələrində verdikləri məlumatların həqiqiliyi kifayət qədər təkzib olunmadığı vəziyyətdə apellyasiya məhkəməsinin Məhkum quldurluq cinayətini törədənlərə kömək etməməsi, yəni cinayətkar qrupun törətdiyi quldurluq cinayətində iştirak etməməsi barədə qənaətə gəlməsi (müvafiq olaraq da ona Cinayət Məcəlləsinin 32.5,181.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə CPM-in 42.1.2-ci maddəsində göstərilən əsasla bəraət verməsi) cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xe yrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Bu nəticə Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmiş sübutlarla uzlaşmaqla yanaşı, müvafiq maddi hüquq normalarının da düzgün təfsirinə əsaslanır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətdə iştirakçıların növlərindən biri olan köməkçı cinayətin törədilməsində məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxsdir. Köməkçi cinayətdə iştirakçıların növlərindən biri olduğu üçün iştirakçılığın obyektiv və subyektiv əlamətlərinə dair tələblər ona da şamil olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə bir-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. Lakin, digər şəxsin cinayət törətməsi üçün şərait yaradan is tənilən hərəkət iştirakçılıq sayılmır. Yalnız cinayətkar hərəkətlərin yerinə yetirilməsi, icraçının cinayətkar məqsədinə çatması üçün əhəmiyyətli olan şərtlərin yaradılması iştirakçılıq kimi qiymətləndirilə bilər (yəni, elə şərtlərin ki, onlarsız konkret vəziyyətdə cinayətin törədilməsi ümumiyyətlə mümkün olmazdı və yaxud onun törədilməsi xeyli dərəcədə çətinləşərdi). İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətd iklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayətin törədilməsində icraçı ilə yanaşı köməkçı və yaxud Cinayət Məcəlləsinin 32.1-ci maddəsində göstərilən digər şəxslər (təşkilatçı, təhrikçi) iştirak edirsə, mütləq şəkildə onların şüuru ilə icraçıya cinayət törətməkdə, cinayətkar məqsədə çatmaqda yardım etmələri, icraçının şüuru ilə isə ona köməkçinin yardım etməsi və yaxud digər iştirakçılarının oynadığı rol əhatə olunmalıdır. Hətta quldurluq cinayətini törədənlərin (XXXX96un, XXX90un, XXX60un, XXX45nin) şüurunda belə cinayəti törətmək niyyəti yaranmadığı zamanda Məhkum sonradan quldurluğun törədilməsində istifadə edilmiş suvenir bıçağı XXX90a hədiyyə etməsi onu göstərir ki, onun hərəkətlərində Cinayət Məcəlləsinin 32.5-ci maddəsinin tələb etdiyi birgəlik kimi obyektiv və təqsirin qəsd forması kimi subyektiv əlamətlər mövcud olmamışdır. Belə olan halda Məhkum Cinayət Məcəlləsinin 32.5,181.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi məsələsinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin hökmü hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 05 fevral 2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur. Təsvir olunanlar, kassasiya protestinə baxılması nəticəsində həmin müraciətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.0.2, 416.0.3-cü maddələrində nəzərdə tutulmuş pozuntuların müəyyən e dilmədiyini, müvafiq olaraq da kassasiya protestinin təmin edilməsi, mübahisələndirilən hökmün ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 29 may 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 29 may 2019-cu il tarixli hökmü dəyi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar