Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-212/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumlar Məhkum1, Məhkum2, müdafiəçilər vəkil Yaqubova Sima Sədrəddin qızının və vəkil Yaqubov Miraz Sədərəddin oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2019-cü il tarixli qərarından məhkumlar Məhkum1 müdafiəçisi-vəkil Yaqubova Sima Sədrəddin qızı və Məhkum2 müdafiəçisi-vəkil Yaqubov Muraz Sədrəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əlavələrə, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə (ərizə) əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2018-ci il tarixli hökmü ilə (hakimlər: Abdullayev Mehdixan Ə dil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Hacıyev Asim Hacımirzə oğlundan ibarət tərkibdə) Məhkum1 - 01 iyul 1965-ci ildə Sabirabad rayonu, Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Ünvan 1-da qeydiyyatda olan, Bakı şəhəri, Ünvan 2-də yaşayan, Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 iyun 2017-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. Məhkum2 - 15 mart 1968-ci ildə Sabirabad rayonu, Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Kolanı kəndində qeydiyyatda olan, Hacıqabul rayonu, Talış kəndində yaşayan, Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 avqust 2016-cı il tarixdən hesablanmaqla məhkum edilmişdir. Həmin hökmlə X43 da təqsirli bilinib məhkum edilmişdir, lakin onun barəsində kassasiya şikayəti və kassasiya protesti verilməmişdr. İşin halları: Məhkəmənin hökmünə əsasən məhkumlar ona görə təqsirli bilinmişlər ki, Məhkum1, şəxsi münasibətlər zəminində bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə cinayətini törətmişdir. Bel ə ki, o, 08 avqust 2015-ci il tarixdə X33 tərəfindən öldürülmüş qardaşı X47 X1 ilə birlikdə sonuncuya məxsus Hacıqabul rayonu, Kolanı kəndi ərazisində yerləşən evinə getməsini bilib, 18 avqust 2016-cı il tarixdə saat 10 radələrində qardaşı Məhkum2, qardaşı oğlu X52 ilə birlikdə həmin evin həyətinə gələrək orada X29 ilə X9in sakit tərzdə söhbət etdiklərini görüb, X44un qəsdən öldürülməsindən sonra ailələr arasında yaranmış şəxsi münasibətlərin pozulması səbəbindən sonuncunun ünvanına alçaldıcı və təhqiramiz ifadələr işlətmiş, bu zəmində X9lə aralarında yaranmış mübahisə zamanı qardaşı Məhkum2, qardaşı oğulları yetkinlikyaşına çatmayan X43 və 20 oktyabr 2002-ci il təvəllüdlü X52 ilə birlikdə, bir qrup şəxs halında X9i xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə əllərində olan bıçaqla, müxt əlif ölçüdə daş parçaları ilə, dəmir və sair əşyalarla təqribən 30-35 dəqiqə ərzində qəsdən onun bədəninin müxtəlif nahiyələrinə, ona əzab və xüsusi ağrılar yetirməsini dərk etməklə, çoxsaylı zərbələr vuraraq X9ə sağ körpücük sümüyü proeksiyasında bir ədəd döş boşluğuna keçməyən dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran kəsilmiş yara, sağ qaşüstü nahiyənin dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran səthi kəsilmiş yarası, döş qəfəsində solda sol ön qoltuqaltı xətt üzrə (9cu və 10-cu qabırğalar səviyyəsində) yerləşən qarın boşluğuna keçərək dalağı zədələyən dərəcəsinə görə sağlamlığa ağır zərər vuran bir ədəd kəsilmiş-deşilmiş yara, sol baldır sümüklərinin orta 1/3 hissəsinin dərəcəsinə görə sağlamlığa ağır zərər vuran açıq qəlpəli sınığı, döş qəfəsinin ön səthində sol məmə xətti üzrə 11-ci 12-ci qabırğalar səviyyəsində bir ədəd boşluğa keçməyən dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran kəsilmiş yara, döş qəfəsinin arxa səthində sağ kürək xətti üzrə 5-ci 6-cı qabırğalararası səviyyədə boşluğa keçməyən dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran kəsilmiş yara, döş qəfəsinin arxa səthində sağ arxa qoltuqaltı xətt üzrə 11-ci qabırğalar səviyyəsində döş boşluğuna keçməyən bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran kəsilmiş yara, gövdənin arxa səthində sol çiyin qurşağı proeksiyasında bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran səthi kəsilmiş yara, başın ənsə nahiyəsində bir qədər solda bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran əzilmiş yara, həmin yaradan bir qədər yuxarıda başın sol təpə gicgah nahiyəsində bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran əzilmiş yara, başın ənsə nahiyəsində sağda bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran əzilmiş yara, başın sol təpə gicgah nahiyəsində bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran əzilmiş yara, sol baldırın orta 1/3 hissəsinin dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran əzilmiş yarası, burun sümüklərinin dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran qapalı sınığı, burun yəhəri üzərinin sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan sıyrığı, sol gicgah nahiyəsinin sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan sıyrığı, sağ dirsək çuxurlarının sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan sıyrığı, sol baldırın yuxarı 1/3 hissəsinin sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunm ayan sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirərək X15 bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan mərhum etmişdir. Məhkum2, şəxsi münasibətlər zəminində bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətmişdir. Belə ki, o, 08 avqust 2015-ci il tarixdə X33 tərəfindən öldürülmüş qardaşı X47 X1 ilə birikdə sonuncuya məxsus Hacıqabul rayonu, Kolanı kəndi ərazisində yerləşən evinə getməsini bilib, 18 avqust 2016-cı il tarixdə saat 10 radələrində qardaşı Məhkum1, qardaşı oğlu X52 ilə birlikdə həmin evin həyətinə gəlmiş, orada X29 ilə X9in sakit tərzdə söhbət etdiklərini görən Məhkum1, X44un qəsdən öldürülməsindən sonra ailələr arasında yaranmış şəxsi münasibətlərin pozulma sı səbəbindən X9in ünvanına alçaldıcı və təhqiramiz ifadələr işlətmiş, bu zəmində sonuncu ilə aralarında yaranmış mübahisə zamanı qardaşı Məhkum1, qardaşı oğulları yetkinlik yaşına çatmayan X43 və 20 oktyabr 2002-ci il təvəllüdlü X52 ilə birlikdə, bir qrup şəxs halında X9i xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə əllərində olan bıçaqla, müxtəlif ölçüdə daş parçaları ilə, dəmir və sair əşyalarla təqribən 30-35 dəqiqə ərzində qəsdən onun bədəninin müxtəlif nahiyələrinə, ona əzab və xüsusi ağrılar yetirməsini dərk etməklə, çoxsaylı zərbələr vuraraq X9ə sağ körpücük sümüyü proeksiyasında bir ədəd döş boşluğuna keçməyən dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran kəsilmiş yara, sağ qaşüstü nahiyənin dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran səthi kəsilmiş yarası, döş qəfəsində solda sol ön qoltuqaltı xətt üzrə (9-cu və 10-cu qabırğalar səviyyəsində) yerləşən qarın boşluğuna keçərək dalağı zədələyən dərəcəsinə görə sağlamlığa ağır zərər vuran bir ədəd kəsilmiş-deşilmiş yara, sol baldır sümüklərinin orta 1/3 hissəsinin dərəcəsinə görə sağlamlığa ağır zərər vuran açıq qəlpəli sınığı, döş qəfəsinin ön səthində sol məmə xətti üzrə 11-ci 12-ci qabırğalar səviyyəsində bir ədəd boşluğa keçməyən dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran kəsilmiş yara, döş qəfəsinin arxa səthində sağ kürək xətti üzrə 5-ci 6-cı qabırğalararası səviyyədə boşluğa keçməyən dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran kəsilmiş yara, döş qəfəsinin arxa səthində sağ arxa qoltuqaltı xətt üzrə 11-ci qabırğalar səviyyəsində döş boşluğuna keçməyən bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vura n kəsilmiş yara, gövdənin arxa səthində sol çiyin qurşağı proeksiyasında bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran səthi kəsilmiş yara, başın ənsə nahiyəsində bir qədər solda bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran əzilmiş yara, həmin yaradan bir qədər yuxarıda başın sol təpə gicgah nahiyəsində bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran əzilmiş yara, başın ənsə nahiyəsində sağda bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran əzilmiş yara, başın sol təpə gicgah nahiyəsində bir ədəd dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran əzilmiş yara, sol baldırın orta 1/3 hissəsinin dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran əzilmiş yarası, burun sümüklərinin dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran qapalı sınığı, burun yəhəri üzərinin sağlamlığ a zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan sıyrığı, sol gicgah nahiyəsinin sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan sıyrığı, sağ dirsək çuxurlarının sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan sıyrığı, sol baldırın yuxarı 1/3 hissəsinin sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirərək X15 bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan mərhum etmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum2, müdafiəçisi Ağayev Elman Qulu oğlu, məhkum edilmiş şəxs Məhkum1 və müdafiəçisi Hacıyev İntiqam Əşrəf oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Camalov E tibar Əli oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 26 fevral 2019-cü il tarixli qərarı ilə apelyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2019-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi vəkil Yaqubova Sima Sədrəddin qızı kassasiya şikayəti və məhkum kassasiya şikayətinə əlavələr verərək Şirvan Apelyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərarını ləğv edilərək ona bəraət verilməsini və Məhkum2 müdafiəçisi vəkil Yaqubov Muraz Sədrəddin oğlu kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərarını ləğv edilərək cinayət işinin yenidən araşdırılması üçün apelyasiya instansiya sına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi vəkil Yaqubova Sima Sədrəddin qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinə apelyasiya instansiya məhkəməsində baxılarkən Məhkum1 təqsirsiz olmasının sübuta yetirilməsinə baxmayaraq, Şirvan Apelyasiya Məhkəməsi Məhkum1 xeyrinə olan sübutlara tam, obyektiv qiymətləndirmədən ədalətsiz qərar qəbul etmişdir. Məhkum1 X9in qəsdən öldürülməsində hər hansı əlaqəsinin olmamasını təsdiq sübutlarını aşağıdakı ardıcıllıqda qeyd edirəm: 1) X16nın, atası X27un və qaynı X20in ziddiyyətli ifadələri, onlar arasındakı telefon danışıqları və Məhkum1 mobil telefonunun antenn dairəsi: Məhkəmənin Məhkum1 cinayətdə təqsirli olmasını əsas saydığı sübutlardan birincisi X16 hadisə günü saat 10:51də əri X9 Sirəlivevlə aralarında olan 30 saniyəlik danışığıdır. Belə ki, şahid qismində dindirilmiş X16 ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələrində bildirmişdir ki, saat 10:51-də əri X9lə danışıqları zamanı əri ona “bunlar üç qardaş və oğlanları mənim üstümə tökülərək məni sındırdılar, X20a denən tez özün çatdırsın” sözlərini bildirmişdir. X16 X9dən harada olduğunu soruşduqda X9 kənddə çardaqlarının altında olduğunu demiş, bundan sonra X9dən yaxınlıqda kömək etməyə kiminsə olub-olmadığını soruşduqda, X9 “qonşumuz X7 ot tayasının yanından boylanır, amma gəlmir” demişdir. X9lə danışdıqdan sonra atası X27a və qaynı X20a zəng edərək baş verənləri demiş, onlardan tez həyətlərinə getməklərini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X45 ifadəsində qızı X16nın ona hadisə günü zə ng edərək əri X9 ilə telefonda danışdığını, X9in ona Məhkum1un, qardaşları və mərhum Habilin oğlanları ilə birləşərək onu sındırdıqlarını deməsini bildirmişdir, eləcə də iş üzrə zərərçəkən şəxsin hüquqi varisi qismində dindirilmiş X34 da ifadəsində eyni ilə X16nın ona zəng edərək əri ilə danışıqlarını və sonuncunun Məhkum1un, qardaşları və mərhum Xin oğlanları ilə birləşərək onu sındırdıqlarını deməsini bildirmişdir. Lakin cinayət işi üzrə götürülmüş telefon danışıqlarından görünür ki, X16 hadisə günü atası X27la saat 10:48-də 17 saniyə danışmış, X20 ilə saat 10:49-da 117 saniyə danışmış, əri X9lə 10:51 -də 30 saniyə danışmışdır. Bəs onda sual olunur ki? X16 əri X9lə 10:51-də danışıb aldığı məlumatı (yəni Məhkum1 qardaşları və mərhum Xin oğlanlarının birləşərək onu sındırmasını), 3 dəqiqə əvvəl yəni 10:48- də atası X27a və 2 dəqiqə əvvəl isə, yəni 10:49-da qaynı X20ə necə demişdir? Bu ziddiyyətlər şahidlərin qərəzli və yalnış ifadə verdiklərini təsdiq etdiyi halda, məhkəmə bu ziddiyyətə heç bir əhəmiyyət verməmiş və heç bir mövqe bildirməmişdir. Onda sual olunur əgər mübahisədə Məhkum1 da iştirak etmişdirsə və mübahisə “10:51-dən az əvvəl” bitmişdirsə, necə olur ki Məhkum1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsi 18.08.2016-cı il tarixdə saat 10:52-28-də Hacıqabul rayonu Talış kəndi, saat 11:03:19-da Hacıqabul rayonu Muğan kəndində olmasını göstərir? Digər tərəfdən Apelyasiya məhkəməsinin 20.12.2018-ci il tarixli sorğusu əsasında alınmış Azərbaycan Avtomobillər Yolları Dövlət Agentliyi 20 №-li Yol stismarı MMC-nin 01 №-li 08 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, Hacıqabul rayon Kolanı kəndindən Hacıqabul rayon Muğan kəndinin Bakı- Qazax avtomagistralına qədər məsafə 23 km, Hacıqabul rayon Kolanı kəndindən Hacıqabul şəhərində yerləşən Rayon Mərkəzi Xəstəxanasına qədər məsafə 35 km-dir. 18 avqust 2016-cı ildə Hacıqabul rayon Kolanı kəndindən Hacıqabul rayon Muğan kəndinin Bakı- Qazax avtomagistralına qədərki yolda əsaslı təmir işləri həyata keçirildiyindən həmin yolda avtomobillərin mümkün olan orta hərəkət sürəti 30km/saat olmuşdur. Belə olan halda Məhkum1 X10 öİdürülməsi ilə nəticələnən mübahisənin iştirakçısının olması ağlabatan deyil. Çünki, Məhkum1 X9in qəsdən öldürülməsi ilə nəticələnən hadisənin baş verdiyi vaxt yəni saat 10:51-də hadisə yerində olmuşdursa, necə olur ki, o əsaslı təmir işləri görüldüyü ərəfə də avtomobili 30 km/saat surətlə hərəkət etdirərək 23 km məsafə qət edib saat 11:03:19-da Hacıqabul rayonu Muğan kəndində olmuşdur? Ələlxüsus da ona verilən ittihama görə Məhkum1 zərərçəkmiş X9in bir ədəd bıçaq, bir ədəd skif-nəqliyyat vasitəsinin arxa korpusunun yarımoxu, mismarçıxardan, tros-kilid və müxtəlif ölçülü daşlardan istifadə edilməklə onun dörd nəfər tərəfindən təxminən 30-35 dəqiqə ərzində döyülərək bədəninə çoxsaylı xəsarətlər yetirilməklə öldürməsində iştirakçı olmuşdur. Yuxarıda göstərilən zaman müddətində Məhkum1 həm X9in 30-35 dəqiqə ərzində müxtəlif alətlərdən istifadə edilməklə döyülərək öldürülməsində iştirak etmişdirsə, necə olur ki, hadisədən təxminən 1-2 dəqiqə sonra o tamamilə fərqli məkanda yəni aralarında 23 km məsafə olan Muğan kəndində, 35 km məsafə olan Hacıqa bul səhərində yerləşən Rayon Mərkəzi Xəstəxanasında olur? Təbii ki, qısa zaman kəsiyində Məhkum1 həmin məkanlarda olması absurddur. Bu da onu təsdiq edir ki, Məhkum1 ümumiyyətlə mübahisə zamanı və X9in ölümünə səbəb olan xəsarətləri aldığı anda hadisə yerində olmamış və cinayət hadisəsinin iştirakçısı olmamışdır. 2) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və pataloji Anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin ***/2018-MTBŞ №-li 24 iyul 2018-ci il tarixli rəyinin Məhkum1 irəli sürülmüş ittihamın əsas sübutunu (X54 məxsus bir ədəd şalvarın sağ cibində aşkar edilmiş qanabənzər ləkələrin X17 məxsus qan olmasını) təkzib etməsinə baxmayaraq apelyasiya instasiya məhkəməsinin bunu nəzərə almaması; Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirəm ki, Məhkum1 mərh um X9in qəsdən öldürülməsində əlbir olmasını “təsdiq edən” ittihamın əsas sübutlarından biri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 17.05.2017-ci il tarixli **/***R nömrəli rəyi olmuşdur. Belə ki, həmin ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Məhkum1 məxsus bir ədəd şalvarın sağ cibinin daxili səthində aşkar edilmiş qanabənzər ləkələr qandır və X17 məxsusdur. Lakin Apelyasiya məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında təyin olunmuş maddi sübutların tibbi kriminalistik eskpertiza üzrə aparılmış tədqiqatın nəticələrinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloii Anatomiya” Elmi-Təcrübi və Tədris Birlyinin ***-MTKS/2018 №-li 27 iyul 2018-ci il tarixli rəvi ilə müəyyən olunmusdur ki, gene tik test nəticəsində Məhkum1 məxsus şalvarın sağ cibinin daxili səthinin yuxarı hissəsindən götürülmüş qan ləkələrindən ayrılan DNT ilə Məhkum1 məxsus qandan ayrılan DNT-nin tam identik olması müəyyən edilmişdir ki, bu da həmin ləkələrin bir qiymətli şəkildə Məhkum1 məxsus olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Məhkum1 məxsus şalvarın sağ cibinin daxili səthinin yuxarı hissəsindən götürülmüş qan ləkələrinin Məhkum1 məxsus olması təsdiq olundu. Ekspertizaya təqdim edilmiş Məhkum1 məxsus şalvarın məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Şalvarın sağ cibinin iç səthində fasilələrlə yerləşən bir neçə nisbi-düz və qeyridüz dairə vi və ovalvari formalı (ölçüləri 0.5x0.8sm, 0.8x0.9sm, 0.9x1 sm-dək) qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir. Göründüyü kimi Məhkum1 məxsus şalvarın sağ cibinin daxili səthinin yuxarı hissəsində aşkar olunmuş qan ləkələri mərhum X9ə deyil, Məhkum1 özünə aiddir. Həmin qan ləkələri isə X9in onun baş nahiyysindən küt alətlə yetirdiyi xəsarətdən sonra hündürlükdən düşən qan damcıları nəticəsində yanadığı ekspertiza rəyi ilə sbuta yetirilmişdir. Beləliklə, Məhkum1 yönələn ittihamın əsasını təşkil edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 17.05.2017-ci il tarixli **/***R nömrəli rəyi apelyasiya instansiyasında məhkəmə istintaqı zamanı təkzib olunmasına baxmayaraq, sözügedən məhkəmə yenə də. Məhkum1 qarsı ədalətsiz mövqeyini sürdürmüş və ona yerilən əsassız ittihamı qüvvəsində saxlamışdır. 3) zərərçəkmiş şəxs X10 almış olduğu bədən xəsarətlərinin Məhkum1 qarşı irəli sürülmüş xüsusi əzab və işgəncə verilməklə 35 dəqiqə ərzində döyülərək alman xəsarətlərlə uzlaşmaması; Burada məhkəmə kollegiyasının diqqətini zərərçəkmiş şəxs X10 barəsində verilmiş 19.08.2016-cı il tarixli 245 saylı canlı ekspertizası rəyinə yönləndirmək istəyirəm. Belə ki, həmin rəyə əsasən zərərçəkmişin bədən səthində olan 18 xəsarətdən dördü (Burun yəhəri üzərinin, sıyrığı, sol gicgah nahiyəsinin sıyrığı, sağ dirsək cuxurluğunun sıyrığı, sol baldırın yuxarı 1/3 hissəsinin sıyrıqları) sağlamlığa zərər vurmayan: altısı (Sağ körpüçü k sümüyü proeksiyasının kəsilmiş yarası, sağ qaşüstü nahiyənin səthi kəsilmiş yarası, döş qəfəsinin ön səthində sol məmə xətti üzrə 11-ci, 12-ci qabırğalar səviyyəsində kəsilmiş yara, döş qəfəsinin arxa səthində sağ kürək xətti üzrə 5-ci, 6-cı qabırğalararası səviyyədə kəsilmiş yara, döş qəfəsinin arxa səthində sağ arxa qoltuqaltı xətt üzrə 11-ci qabırğalar səviyyəsində kəsilmiş yara, gövdənin arxa səthində sol çiyin qurşağının səthi kəsilmiş yarası, başın ənsə nahiyəsində bir qədər solda 1 ədəd əzilmiş yara, həmin yaradan bir qədər yuxarıda bir ədəd əzilmiş yara, başın ənsə nahiyəsində sağda bir ədəd əzilmiş yara, başın sol təpə gicgah nahiyəsində bir ədəd əzilmiş yara, sol baldırın orta 1/3 hissəsinin ön səthinin əzilmiş yarası, burun sümüyünün qapalı sınığı canlı şəxslərdə götürüldüyü k imi) sağlamlığa yüngül zərər vuran; biri (Sol baldır sümüklərinin açıq qəlpəli sınığı) sağlamlığa ağır zərər vuran, biri isə (döş qəfəsində, solda, sol ön qoltuğaltı xətt üzrə 9-cu, 10-cu qabırğalar səviyyəsində) yerləşən qarın boşluğuna keçərək dalağı zədələyən yara) həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər kateqoryasına aiddir. X4 ölümünə səbəb qarın nahiyəsinin bıçaqla yaralanması nəticəsində dalağın zədələnməsindən sonra baş vermiş kəskin daxilə-xaricə qanitirmə ilə yanaşı, travmatikhemorargik şok olmuşdur. Göründüyü kimi həmin xəsarətlər dörd nəfərin əlbirliyi ilə bir neçə kəsici deşici və küt alətlərdən istifadə edilməklə, xüsusi əzab və işgəncə verilərək 30-35 dəqiqə döyülməklə alınan xəsarətlərə uzlaşmır. Sözü gedən xəsarətlərdən yalnız biri bıçaqla yetirilə n, qarın boşluğuna keçərək daxili qanaxmaya səbəb olan xəsarət zərərçəkmişin ölümünə səbəb olmuşdur. Əgər istintaq orqanı X9 dörd nəfərin əlbirliyi ilə 30-35 dəqiqə ərzində xüsusi amansızlıqla qətlə yetirilməsi nəticəsinə gəlmişdisə, o zaman nəyə görə X9in bədən səthində olan xəsarətlərdən yalniz biri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət olmuş və məhz həmin xəsarət səbəbi ilə X9 ölmüşdür. Hər halda dörd nəfərin əlbirliyi ilə bir neçə kəsici deşici və küt alətlərdən istifadə edilməklə X9 döyülərək öldürülmüşdürsə, onun bədən səthində daha çox həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər olardı. Digər tərəfdən Məhkum1 da X9 tərəfindən dəmir parçası ilə baş nahiyyəsindən vurularaq ağır bədən xəsarəti almasını nəzərə alaraq, onun mübahisə yerində ol ub X9in döyülərək öldürülməsində iştirak etməsi absurd və əsassız ittihamdır. 4) X2 ilkin və sonrakı ifadəslərində Məhkum1 X9ə xəsarətlər yetirməsini şəxsən görməməsi barədə qeyd etdiklərinin ibtidai istintaqda və məhkəmə araşdırmaları zamanı nəzərə alınmaması. İttihamın əsas şahidi olan, lakin sonradan ifadəsini dandığı üçün barəsində cinayət işi açılan X12 nə ilkin ifadəsində, nə də sonrakı ifadələrində hadisə günü Məhkum1 X9i döyməsini görmədiyini, əksinə Məhkum1un başından qan gəldiyini və xəsarət aldığını qeyd etmişdir. Ancaq istintaq zamanı ittiham həmin ifadələri şahidlər X6 və X16nın ifadələri ilə “bəzəmişdir”. Belə ki, hadisə günü X7un ot tayasının üzərindən X9ə məxsus evin həyətində 10 saniyə ərzində gördüklərini X6ya danışmasını, həmin danışıqların sonuncu ilə telefon əlaqəsində olan X16nın eşitməsi barədə qeyd olunanlar absurddur və ittihamın uydurmasıdır. Hansı ki, həm ibtidai istintaq zamanı həm də birici instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 Hüseynovun ona X9in həyətində olan mübahisə zamanı Məhkum1un orada onu vurması barədə hər hansı söz deməsini təsdiq etməmişdir. Belə olan halda iş üzrə toplanmış mötəbər sübutların olmamasına baxmayaraq ittiham orqanı hadisədən 10 ay sonra yəni 22.06.2017-ci il tarixdə Məhkum1 quraşdırma ittiham ilə təqsirləndirilən şəxs kimi cəlb etmişdir. İttihamın əsassızlığı və Məhkum1 təqsirsizliyi həm birinci instansiya, həm də apelyasiya instansiyası zamanı sübuta yetirilməsinə baxmayaraq, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən Məhkum1 qarşı çıxarılmış qanunsuz və ədalətsiz qərarı təsdiq etməklə kifayətlənmişdir. X5 qəsdən öldürülməsində heç bir əlaqəsi və aidiyyatı olmadığı halda, bu yöndə quraşdırılmış ittihamın dəlillərinin- yəni Azərbaycan Respublikası DİN-nin Kriminalistik Təhqiqatlar İdarəsinin 17.05.2017-ci il tarixli **/*** R saylı ekspert rəyinin, şahidlər X16, X7 və X35 İfadələrinin məhkəmə istintaqı zamanı mobil telefon danışıqlarının antenn dairələri eləcə də məhkəmə genetik ekspertizasının rəyi ilə tam təkzib olunmasına baxmayaraq, Məhkum1 Azərbaycan Respublikasının CM-nin 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qanunsuz və ədalətsizdir. Məhkum2 müdafiəçisi vəkil Yaqubov Muraz Sədrəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə baş verən günü, yəni 18.08.2016-cı il tarixdə saat 10:00 radələrində Məhkum2 anası Sübünün yaşadığı evdən drel götürərək işlədiyi Talış kəndinə qayıtmışdır. Saat təxminən 11:00 radələrində qardaşı Məhkum1 Məhkum2 istifadəsində olan mobil telefonuna zəng edərək olanları nəql etmiş və X29 üçün narahat olduğunu demişdir. Bu səbəbdən də o (Məhkum2) Kolanı kəndində yerləşən anası Xnün evinə qayıtmaq qərarına gəlmişdir. Bu zaman işlədiyi yerdən çıxarkən ev sahibi Kənanla rastlaşmış və həmin vaxt X onun tapşırdığı ləvazimatları alıb gətirdiyini demişdir. O tezliklə qayıdacağını deyib Kolanı kəndinə gəlmişdir. Anası Xnin evində qardaşı Məhkum1un başından qan axdığını, ailə üzvlərinin Məhkum1un başını bintlə sarıdığını görüb nə baş verdiyini soruşduqda Məhkum1 ona X9in həyətinə getmək lazım olduğunu deyəndə təlaşla X9in həyətinə tərəf getmişd ir. Belə ki, qardaşı Məhkum1u yaralı vəziyyətdə gördüyü üçün digər qardaşının oğlu X29in öldürülmüş olduğunu düşünmüşdür. X9in qapısının örtülü olduğunu görüb qapıya yaxınlaşdıqda X29lə rastlaşmışdır. Onun köynəyi, şalvarı, əli qanın içərisində idi və əlində qanlı bıçaq var idi. X29 ona X9i bıçaqla vurub öldürdüyünü demişdir. Bundan sonra o X29i qucaqlayaraq qolundan tutub anasıgilin həyətinə gətirmişdir. Məhkum2 X9in ölümü ilə nəticələnən mübahisənin baş verdiyi vaxt hadisə yerində olmadığını təsdiq edən mötəbər sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqında ifadə verən X18 ifadələrində həqiqətən də hadisə baş verən gün, saat 11:00 radələrində evə qayıdarkən Məhkum2 onlardan çıxıb yavaşyavaş getdiyini və bundan bir qədər qabaq ona (Məhkum2) zəng vurarkən, siqaret, alışqan və sair ə şeylər alıb-gətirməsini xahiş etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 21.09.2016-cı il tarixli “Mobil telefondan çıxan və gələn zənglərə baxış keçirilməsi haqqında” protokola əsasən, müəyyən olunur ki, həqiqətən də saat 09:54-də X18 istifadəsində olan ***-***- **-** saylı nömrədən mənim Məhkum2 nömrəsinə zəng edilmiş və aralarında 18 saniyə danışıq olmuşdur. Saat 11:11 də Məhkum2 nömrəsindən qardaşı Məhkum1 nömrəsinə zəng edilmiş və aralarında 46 saniyə danışıq olmuşdur. Bundan başqa qeyd edək ki, X16nin “X7in X6yə hadisəni görməsini, Məhkum1un, Xin, Məhkum2in uşaqlarının birləşib X9i döymələrini deməsini, telefon vasitəsilə eşitməsinin tam əksinə olaraq, iş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində “X7in onun yanında heç bir ad çəkmədiyini, sadəcə X9i döyü rlər yox, X9 savaşır” deməsini bildirmişdir. Məhkəmə istintaqında X7 ibtidai istintaqda verdiyi ifadəsi oxunduqdan sonra elə ifadə vermədiyini, səhər saat 08:00-dan gecə 23:00-dək prokurorluqda saxlanıldığını, ona hədə-qorxu gəlinərək öz yazdıqları ifadəyə qol çəkdirdiklərini, hadisəni cəmisi bir saniyəlik gördüyünü bildirmişdir. Məhkəmə istintaqında ifadə verən X9 hadisə barəsində yalnız camaatdan eşitdiyini, konkret kimdən nə eşitdiyini bilmədiyini, camaatın hamısının X7in hadisəni görməsini desələr də bu barədə X7dən heçnə soruşmadığını bildirmişdir. Məhkəmə istintaqında ifadə verən X27 ibtidai istintaqda göstərilən ifadələrin doğru olmadığını, eynəyi yanında olmadığı üçün həmin ifadələri oxumadığını, hazırki ifadəsinin doğru olduğunu, yəni Xlə hadisə barəsində danışmadığını, hadisə b arəsındə yalnız qızından eşitdiyini bildirmişdir. Məhkəmə istintaqında iş üzrə ifadə verən X ibtidai istintaqa verdiyi ifadəsini oxumadığını, həmin ifadənin müstəntiqin özünün oxuduğunu, yeni əlifba ilə oxuya bilsə də, həmin ifadənin ona özünün oxumasının təklif edilmədiyini, hadisə yerindən adam səsi, qəşqırtı səsləri, nərilti eşitmədiyini, X7in nəsə görüb-görmədiyini demədiyini bildirmişdir. X məhkəmə istintaqında verdiyi ifadəsində hadisə yeri qaynanasının həyəti olmasını, qaynanasının 2012-ci ildə rəhmətə getməsini, sonuncu dəfə həyətdə 12-ci ildə olsa da, hadisə yerində gördüyü qana bulaşmış daş parçalarını həmin həyətdə heç vaxt görmədiyini, 2012-ci ildə qaynanasının hansı fəsildə və ya ayda öldüyünü soruşarkən yaddaşının zəif olduğunu və bunu xatırlamadığını bildirmişdir. X72, X39 v ə Xin hadisə yerindən aşkarlanan daş parçalarının əvvəllər həmin həyətdə görmədiklərini, həmin daş parçalarını guya ki, X9i öldürənlərin ora gətirdiyini, belə daşların Xgilin evlərinin qarşısında görmələri barədə ifadələrinin tam əksinə olaraq, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilən X16 adı çəkilən həmin daşların onların təzə evinin hamamında olması barədə ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.12.2016-cı il tarixli 27580 nömrəli məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyində qeyd olunmuşdur ki, X17 məxsus evin həyətindən, X38 yaşadığı Hacıqabul rayonu Kolanı kəndində yerləşən evin həyətinə giriş darvazasından və həyətindən götürülmüş daşlar üzərindəki torpaq hissəcikləri qrup və cinsi əlamətlərinə görə eynidir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 03.2017-ci il tarixli 3837 nömrəli əlavə məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyinə, tədqiqata təqdim olunmuş X9a məxsus evin həyətindən aşkar edilərək götürülmüş, üzərində qana bənzər ləkələr olan daşlar üzərindəki torpaq mənşəli maddə əzikləri və bir ədəd torpaq ilə, onun meyidinin aşkar edilmiş olduğu evin həyətinə daxil olduqdan sonra yerin torpaq səthinin üzərindən və evin həyətinə girişdən sağ tərfə olan talvarın altından, yerin torpaq səthi üzərindən götürülmüş torpaq nümunələri və cinsi əlamətlərinə görə eynidirlər. Qeyd olunan rəylər, həmçinin hüquqi varis X16nin ifadəsi həmin daşların guya təqsirləndirilən şəxslər tərəfindən gətirilməsinə dair şahid ifadələrinin təkzib edərək həmin ifadələrin qərəzli olmasını təs diq edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Pataloji tomiya Elmi-təcrübi və Tədris birliyinin 12.10.2016-cı il tarixli 459/16MTBŞ nömrəli məhkəmə-bioloji ekspertiza rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Məhkum2 məxsus arxa sol kürək nahiyəsində, ön sol döş hissəsində və sağ qolunda tək-tək yerləşən neçə kiçik ölçülü, qəhvəyi rəngli, qeyri-müəyyən formalı ləkələr müəyyən edilmişdir. Rəyə əsasən, təqsirləndirilən şəxs Məhkum2 məxsus qısa qol köynək üzərindəki ləkələrin insan qanı olması nəticəsinə gəlinmişdir. Bu qan ləkələri B-alfa /H//3-cü/ lu bir şəxsə, o cümlədən, ABO sistemi üzrə X9ə və eyni qruplu Məhkum1 məxsus ola bilinməsi qənaətinə gəlinmişdir. Həmin rəyə əsasən, Məhkum2 məxsus şalvarda qana şübhəli hər hansı bir ləkələr aşkar olunmamışdır. Eyni suallara münasibət bildirən Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 05.2017-ci il tarixli 17/153R nömrəli əlavə məhkəmə genetik rəyinə əsasən, ekspertizaya təqdim edilən Məhkum2 məxsus bir ədəd şalvarın sol cibinin daxili səthi və bir ədəd köynəyin sol sinə üzərində aşkar edilmiş qana bənzər ləkələrin qan və onun X9ə məxsus olunması qənaətinə gəlinmişdir. Birinci ekspertizadan fərqli olaraq, ikinci ekspertiza rəyində Məhkum2 məxsus köynəyin yalnız sol sinə hissəsi ızərində aşkar edilmiş ləkənin qan olması və onun X9ə məxsus olması, köynəkdə olan digər qanabənzər ləkələrə münasibət bildirilməməsi rəylər arasında zddiyyətlər yaradaraq keçirilmiş ekspertiza rəylərinə əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. Həmçinin birinci ekspertiza zamanı Məhkum2 məxsus şalvarda heç bir qana bənzər ləkələr aşkar edilmədiyi halda, DİN Kriminalistik Tədqiqatlar İdarəsinin keçirdiyi äkspertiza zamanı Məhkum2 məxsus şalvarın cibində guya ki, qan ləkəsinin aşkar xlilməsi, həmin ekspertiza rəyləri arasında ziddiyyətlərin yaranmasına, o cümlədən qərəzli Dİmasına şübhələr edilməsinə kifayət qədər əsaslar verir. İstintaq DİN Kriminalistik Tədqiqatlar İdarəsinin ekspertiza rəyinin mötəbərliyini qəbul edərək, Məhkum2 X9in qəsdən öldürülməsi hadisəsi ilə bağlı vermiş olduqları ifadəsinin həmin rəylə əkzib olunduğunu, onun X9ə xəsarət yetirərkən zərərçəkmiş şəxsin qanının 3nun əllərinə dəyməsi, daha sonra isə əlini ciblərinə saldıqda qanın, cibin dibində, iç səthində kiçik iz saxlaması qənaətinə gəlinmişdir. Halbuki, apelyasiya instansiyasında müdafiə tərəfinin vəs atəti əsasında təyin olunmuş maddi- sübutların tibbi kriminalistik eskpertizası üzrə aparılmış tədqiqatın nəticələrinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "xxxx" Elmi-Təcrübi və Tədris Birliyinin ***-MTKŞ/2018 №-li 27 iyul 2018-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Ekspertizaya təqdim edilmiş Məhkum2 məxsus şalvarın məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində qan ləkəsi aşkar olunmadığına görə onun yaranma mexanizmi haqqında fikir söyləmək mümkün deyil. Bundan əlavə 28.09.2016-cı il tarixli 18841 nömrəli “Lifli materialların ekspertizası” rəyinə əsasən, X9ə məxsus 01 ədəd şalvar üzərindən tapılmış tünd göy rangli, polister kimyəvi liflərin cinsi əlamətinə görə Məhkum2 məxsus 01 ədəd şalvarın brkib liflərinə uyğun gəlməsini istintaq orqanı Məhkum2 X9lə insident zamanı yaxın təmasda olması kimi qiymətləndirilsə də, nədən bu təmasdan Məhkum2 üzərində X9ə məxsus geyim əşyalarının liflərinin qalmasına münasibət bildirməkdən imtina edərək, Məhkum2 məxsus şalvar lifinin X29 vasitəsilə mərhumun üzərinə düşməsi versiyasını müəyyən etmək üçün vəsatətə cavab olaraq “Qeyd olunan şəxslər arasında qohumluq əlaqələri olduğundan mütəmadi olaraq bir-birliə təmasda olduqlarından onların birinin paltarının liflərinin, digərinin paltarının üzərində olması istisna olunmur” cavabı verilmişdir. Belə olduğu halda məsələyə məntiqlə yanaşmış olsaq X9 üzərində guya ki, aşkar olunan Məhkum2 məxsus paltar lifinin onunla daima yaxın təmasda olmuş X29 vasitəsilə düşməsi də istisna olunmur. Göstərilən hallar istintaqın və işə baxan həm birinci instansiya həm də apelyasiya instasiya məhkəməsinin qərəzli olmasını, və X9in qəstən öldürülməsində mənim Məhkum2 təqsirsiz olmasına kifayət qədər əsaslar verir. Məhkəmə məhkum Məhkum2 X3 vurmasını, X29yə təqdim edilmiş dəmir çubuqlar arasında X29nin “2” nömrəsilə nömrələnmiş dəmir əşyanı göstərərək əmisi Məhkum2 həmin gün X9i mtəhz həmin dəmir əşya ilə vurduğu ifadəsini əks etdirən 20 avqust 2016cı il tarixli tanımaya fcqdim etmə protokoluna əsaslanaraq Məhkum2 həqiqətən də həmin cinayətin törədilməsində iştirak etməsinin sübut olunması qənaətinə gəlsə də, həmin dəmir çubuğun üzərində və digər silah qismində istifadə edilməsi ehtimal edilən əşyalar üzərində və digər silah qismində istifadə edilməsi ehtimal edilən əşyalar üzərində Məhkum2 məxsus hər hansı bir bioloji material, dəri hissəcikləri, tər, o cümlədən əl izləri aşkar edilməmişdir. Cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar idarəsinin 19.09.2016-cıil tarixli **/***R nömrəli məhkəmə daktiloskopik ekspertizasının rəyi həmin halları təsdiq etməklə yanaşı, həmin əşyalar üzərində əl vasitəsilə keçə biləcək Məhkum2 məxsus hər hansı bir bioloji materialların, tər və dəri hissəciklərinin qalmasını lüəyyən etmək üçün ekspertizanın keçirilməsinə dair vəsatət ittiham tərəfindən əsassız laraq cavabsız qoyulmuşdr. Yuxarıda sadaladığım sübutlar və dəlillərlə bir daha təsdiq olunu ki, Məhkum2 X5 qəsdən öldürülməsində heç bir əlaqəsi və aidiyyatı olmamışdır. Bütün bunlara baxmayaraq, onun Azərbaycan Respublikasının CM-nin 20.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan nəhrum etmə cəzas ına məhkum edilməyin qanunsuz və ədalətsiz qərardır. Lakin apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutlara düzgün lymət verməyərək Azərbaycan Respublikası CPM-nin 21, 28-ci; 144,145-ci maddələrinin tələblərini pozaraq Məhkum2 barəsində ittiham hökmünü əsassız olaraq qüvvədə saxlamışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və onlara əlavələrin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və müdafiəçilərnin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə gö rə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə bax mış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində müdafiəçi göstərilmişdir ki, X16 əri X9lə 10:51-də danısıb aldığı məlumatı (yəni Məhkum1 qardaşları və mərhumun oğlanlarının birləşərək onu sındırmasını), 3 dəqiqə əvvəl vəni 10:48- də atası X27a və 2 dəqiqə əvvəl isə, yəni 10:49da qaynı X20ə necə demişdir? Onda sual olunur əgər mübahisədə Məhkum1 da iştirak etmişdirsə və mübahisə “10:51-dən az əvvəl” bitmişdirsə, necə olur ki Məhkum1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsi 18.08.2016-cı il tarixdə saat 10:52-28-də Hacıqabul rayonu Talış kən di, saat 11:03:19-da Hacıqabul rayonu Muğan kəndində olmasını göstərir? Məhkum1 hadisə yerində olması və münaqişədə iştirak etməsi cinayət işinin materialları ilə tam sübut olunur. Məhkəmə iclasındakı ifadəsində Məhkum1göstərmişdir ki, 18 avqust 2016-cı il tarixdə saat 10 radələrində narahat olduğu üçün tövlələrinin qapısından yola çıxaraq X9gilin darvazasına yaxınlaşmış, oradan baxdıqda X29lə X9in üzbəüz dayanaraq mübahisə etdiklərini görmüş, X29i səsləyərək çölə çağırmış, ona “küçük gəl bu tərəfə, nə ixtiyarla girmisən o həyətə” sözlərini demiş, X29 isə “gəlirəm, gəlirəm” demiş, X29in X9ə həmin vaxt “sən silahı atana verməsəydin, polisə versəydin atamı öldürməzdi” sözlərini dediyini eşitmiş, X9 X29ə cavabında isə “sən çox tripaşlıq edirsən, elə etmə ki, səni də atanın yanına göndərim” de yə bildirmişdir. Bu vaxt darvazadan 2-3 metr içəri daxil olaraq X29in qolundan yapışıb ona “küçük sənə demirəm ki, gəl rədd ol bu yana, sənin o şərəfsizlə nə söhbətin ola bilər?” deyə bildirmiş, X29in qolundan yapışaraq onu X9in həyətindən çıxararaq darvazadan çıxdıqda, X9 arxadan “şərəfsiz sənin nəslindir, bu işlərin də başında duran sənsən” demişdir. Üzünü X9ə tərəf döndərdikdə, X9 sol əli ilə yerdən təxminən 60 sm uzunluğunda dəmir əşya götürərək onun baş nahiyəsindən bir zərbə vurmuş, zərbənin təsirindən yerə yıxılmış, başından qan gəlməyə başlamışdır. Özündə güc toplayaraq öz evlərinin həyətinə getmiş, həyətdə qardaşı X onun başını dəsmalla sarımış, sonra qardaşı oğlu Elnurla xəstəxanaya getmiş, evlərinin həyətindən çıxdıqda qardaşı Məhkum2 gəlib çıxmış, Məhkum2ə “X9 X29i vurub öldürə r, get onu oradan gətir” sözlərini demişdir. Xəstəxanaya gedərkən maşını özü sürmüş, xəstəxanaya saat 11:30-da deyil, həmin vaxtdan tez çatmışdır. Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının onun saat 11:30 radələrində xəstəxanaya daxil olması barədə verdiyi arayışla razı deyildir. O, xəstəxanaya həmin vaxtdan xeyli qabaq çatmışdır. Xəstəxanada müayinə olunduğu vaxt qardaşı oğlu X29in X9i öldürdüyünü eşitmişdir. Həmin gün X9i vurmamış, həmin həyətdə cəmi 2-3 dəqiqə olmuş, X9 onu vurduqdan sonra çıxıb getmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, 18 avqust 2016-cı il tarixdə X9ə zəng edib harada olduğunu soruşmuş, X9 Şirvan kanalının kənarında olduğunu demiş, Bir neçə dəqiqə sonra X9ə zəng etmi ş, X9 kənddə olduğunu, hər şeyin yaxşı olduğunu demişdir. Sonra X9in arvadı X16 ona zəng edərək X9in kəndə getdiyini, X6 ilə danışdığını, X, X29 Məhkum1 və Məhkum2in X9i həyətdə vurduqlarını, X9in can verdiyini demiş, bu vaxt X6nin əri Qasıma zəng etdikdə Sabirabadda olduğunu demiş, sonra X9ə zəng etmiş, lakin X9in telefonu cavab verməmişdir. Sonra yeznəsi X39ə zəng edərək X9i orada öldürdüklərini bildirmiş, sonra isə polis əməkdaşı Mübarizə zəng edərək X9i həyətlərində öldürdüklərini demiş, X39dən soruşduqda X39 telefonda ağlayaraq X9in ölməsini bildirmişdir. Dəfn mərasimindən sonra yasda olan camaat danışaraq qonşuları X7in hadisəni gördüyünü demişlər. Hətta qonşusu Qasımın arvadı X6 X7dən orada nə səs-küy olduğunu soruşduqda, X42 Ədilov, Məhkum2, Məhkum1 və X32 çardağın altında öldürdük lərini bildirmişdir. X16 ona bildirmişdir ki, X6 ilə telefonla danışarkən X7in səsi gəldiyindən X7in X6nin yanında olmasını bilmiş və X13 Məhkum2, Məhkum1, X29 və X38 tərəfindən döyülərək öldürülməsini gördüyünü deməsini eşitmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, əri X9 18 avqust 2016-cı il tarixdə saat 10:29-da atası X27 ona zəng edərək X9in balıq sahəsində olmadığını, kəndə hansı səbəbə getməsi barədə maraqlanmasını demişdir. Dərhal X9in istifadə etdiyi telefona zəng etmiş, X9 zəngə cavab vermədiyindən Kolanı kəndində olan evləri ilə qonşuluqda yaşayan X6yə zəng etmiş, X6 ona həyətlərindən səs gəlidiyini demiş, X6yə küçəyə çıxıb baxmasını bildirmiş, X6 oğlunu küçəyə göndərdiyini, oğlu qayıdaraq X9in maşınının q apılarında olduğunu bildirmiş, sonra X6 ona “hamısı tökülüb X9in üstünə onu döyürlər” sözlərini, sonra “hamısı girdilər həyətə heç nə görmürəm” demişdir. Sonra X9in qardaşı X20a zəng edərək ona X6yə zəng etdiyini, X9in kənddə tək olmasını, orada onun öldürürülməsini demiş, X20 ona Şirvan şəhərində olduğunu, X9ə zəng edəcəyini bildirmişdir. Bndan sonra yenə də X6yə zəng etmiş, X6 ona “həyətdən səs gəlir, qonşu X7 sizin həyətinizə baxır” demiş, X6 ilə sağollaşıb sonra yenidən X20a zəng etmiş, X20 X9ə zəng etdiyini, lakin X9in telefonu götürmədiyini demiş, saat 10:51-də yenidən X9ə zəng etdikdə X9 telefonu götürərək ona “bunlar üç qardaş və oğlanları mənim üstümə tökülərək məni sındırdılar, X20a denən tez özün çatdırsın” sözlərini bildirmişdir. X9dən harada olduğunu soruşduqda X9 kənddə çarda qlarının altında olduğunu demiş, bundan sonra X9dən yaxınlıqda kömək etməyə kiminsə olub-olmadığını soruşduqda, X9 “qonşumuz X7 ot tayasının yanından boylanır, amma gəlmir” demişdir. X9lə danışdıqdan sonra atası X27a və baldızının əri X39ə zəng edərək baş verənləri demiş, onlardan tez həyətlərinə getməklərini xahiş etmiş, sonra X6 zəng edərək X7in hasarın digər tayından bizim həyətə baxıb onlara “Məhkum1, X, Məhkum2, uşaqları birləşib X9i döyüblər, X9 al qanın içindədi, telefonunu əlindən alıb yerə vurdular” sözlərini demişdir. X7in bu sözləri X6yə deməsini X6 ilə telefonla danışarkən eşitmiş, X6yə gedib kömək etməklərini dedikdə, X6 evdə kişilərin olmadığını, təkcə X7in olmasını, onun da qorxduğunu demişdir. Sonra X39 zəng edərək telefonda ona həyətlərinə çatdığını, X9in yerdə uzanıqlı və ziyyətdə nəfəs almadığını bildirmişdir. Məhkum1, Məhkum2, X və oğlanları birləşərək qisas almaq məqsədilə əri X9i daş, kəsək, dəmir alətlər və bıçaqdan istifadə etməklə öldürmüşlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X55 ifadəsində göstərmişdir ki, 18 avqust 2016-cı il tarixdə səhər saat 10 radələrində Yusif həyətdə olarkən X9gilin həyətindən səs-küy gəldiyini bildirmiş, həmin vaxt X9in arvadı X16 ona zəng edərək əri X9in maşınının çöldə olub-olmamasını soruşmuş, Xə küçəyə çıxıb X9in maşınının orada olub-olmamasına baxmasını demiş, X X9in ağ rəngli “Nissan” markalı maşınının darvazasının qarşısında olduğunu bildirmişdir. Həmin vaxt taqqıltı səsləri artmış, X səs-küyü eşitmək üçün, evin arxa tərəfinə-Xin evinə yaxın olan tərəfə yaxınlaşanda qonşu X7 in Xun həyətindən hasarı aşıb onların həyətlərinə keçdiyini görmüşdür. X7dən bu səs-küyün nə olduğunu soruşduqda X7 “X9lə orada savaşırlar, onu döyürlər” sözlərini demiş, bu barədə zəng edib X16yə kimlərinsə birləşib X9i döydüklərini demişdir. Sonra X7 həyətlərindən çıxaraq getmiş, X9gilin həyətindən həmin vaxt daş, dəmir və ya taxta parçasının kiməsə vurulmasının səslərini eşitmişdir. Bir saata yaxın təxminən saat 10-11 radələri arasında X9gilin həyətindən təxminən 5-6 insanın hər hansı alətlərlə kiməsə vurmalarını eşitmiş, səslər kəsiləndən 10 dəqiqə əvvəl isə insan nəriltisi səsi gəlmişdir. X16 ilə həmin gün bir neçə dəfə telefonla danışmış, X16yə X7in ona dediklərini demiş, X16 ona kimisə köməyə çağırmasını demiş, X16yə oğlu Yusifin azyaşlı olduğunu, X7in isə qorxduğu üçün onların hə yətinə getmədiyini bildirmişdir. X9in və onun ailəsinin düşmənçiliyi yalnız “Xlar” ailəsi olduğu üçün, X9in həmin gün məhz Xlar tərəfindən döyülərək öldürülməsini güman edir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Şahid qismində dindirilmiş X45 ifadəsində göstərmişdir ki, 18 avqust 2016-cı il tarixdə kürəkəni X9 balıq saxladıqları ərəzidə kürəkəni Xu əvəz etməyə getməli olmuş, saat 10 radələrində Xa zəng etdikdə, X ona X9in 08 radələrində gəldiyini, lakin qardaşı Xdən ona zəng gəldikdən sonra Kolanı kəndinə getdiyini demişdir. X ona X zəng edərək qardaşı X9ə Kolanıda mağazanı açmaq istəyərkən, düşmənçilikləri olduğu Xar ailəsindən olan X29in buna imkan vermədiyini bildirdiyini demiş, X ona kəndə getməməsi ilə bağlı nə qədər xahiş etsə də, X9 razı olmayaraq kəndə getmişdir. Sonra qızı X16dən X9in kəndə gedib-getməməsini soruşduqda, X16 bu barədə məlumatının olmadığını demişdir. X9in öldürülməsini qızı X16 saat 11 radələrində zəng edib ona demiş, X9in bacısının əri X39ə zəng edib ondan özünü ora tez çatdırmasını xahiş etmiş, hadisə yerinə çatdıqda X9in artıq öldüyünü görmüşdür. X9 aralarında qan düşmənçiliyi olduğu üçün Xlar ailəsinin üzvləri tərəfindən öldürülmüşdür. 18 avqust 2016-cı il tarixdə saat 10:49-da qızı X16 ona zəng edərək X9lə telefonla danışdığını, X9in ona Məhkum1, qardaşları və mərhumun oğlanlarının birləşərək onu sındırdıqlarını deməsini bildirmişdir. Şahid qismində dindirilmiş X62 ifadəsində göstərmişdir ki, 18 avqust 2016-cı il tarixdə saat 10:30 radələrində işlətdiyi mağazada olarkən X9in arvadı X16 ona zəng edərək, X9i Kolanı kəndində yerləşən atası evində X, Məhkum1, Məhkum2 və uşaqlarının köməkləşərək döydüklərini, vəziyyətinin pis olduğunu, ora getmək lazım olduğunu demişdir. X16dən ona bu barədə kimin məlumat verdiyini soruşduqda X9ə özü zəng etdiyini, X9 bu barədə özü bildirdiyini demişdir. O, dərhal mağazanı bağlayaraq X9in Kolanı kəndində yerləşən evinə getmiş, saat təxminən 11-də ora çatmış, həyətə daxil olduqda X9i həyətdə olan çardağın altında səhnəyə bənzər yerdə daşın üzərində uzanılı vəziyyətdə görmüşdür. X9ə yaxınlaşdıqda halsız vəziyyətdə olmuş və xırıldamış, su gətirərək X9in üz gözünə səpmiş, ona su içizdirmiş, lakin X9 son nəfəsini vermişdir. Polis şöbəsinə zəng edib bu barədə məlumat vermişdir. Sonra X16 ilə telefonla danışarkən X16 ona X7in baş verənləri görmüş olduğunu demiş, hadisə yerinə çatdığı zaman X9in meyitinin yanında heç kəs olmamış, X, Məhkum2 və uşaqları kənarda dayanıb X9in həyəti tərəfə baxdıqlarını görmüşdür. Kənd camaatının danışığından X9i, X, Məhkum1, Məhkum2, onların və Habilin oğlanları birləşərək öldürmüşlər. X9 fiziki cəhətdən olduqca güclü olmuş, onu X29in təkbaşına öldürməsi mümkn deyildir. X9 müxtləlif ölçülü daşlar, dəmir alətlər və bıçaqla öldürülmüş, X9in həyətində əvvəllər həmin formalı daşlar olmamış, belə daşlar Xgilin evlərinin qarşısında olmuşdur. Bu ifadələrdən müəyyən edilir ki, X25 əri və cinayət işi üzrə zərərçəkmiş şəxs X9lə bilavasitə telefonla danışanadək onun həyətlərində döyülməsi barədə həyət qonşuları X26 “hamısı tökülüb X9in üstünə onu döyürlər” barədə məlumat almışdır. Bu barədə aldığı məlumatı əvvəl X22 bildirmiş, ona X6 ilə danışdığını, X, X29 Mə hkum1 və Məhkum2in X9i həyətdə vurduqlarını, X9in can verdiyini demişdir. X20 ona Şirvan şəhərində olduğunu, X9ə zəng edəcəyini bildirmişdir. Mobil telefondan çıxan və gələn zənglərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X16 saat 10:51:30-da X9lə danışdıqdan sonra saat 10:53-də X39 istifadəsində olan ***-***-**-**saylı nömrəsinə zəng edilmiş və aralarında 39 saniyə danışıq olmuş və ona X9i Kolanı kəndində yerləşən atası evində X, Məhkum1, Məhkum2 və uşaqlarının köməkləşərək döydüklərini, vəziyyətinin pis olduğunu, ora getmək lazım olduğunu demişdir. X16dən ona bu barədə kimin məlumat verdiyini soruşduqda X9ə özü zəng etdiyini, X9 bu barədə özü bildirdiyini demişdir. X16 əri X9lə 10:51-də danısanadək, X26 aldığı məlumatı 10:48- də atası X27a və 10:49-da qaynı X20ə bildirmişdi r. X16nın nə atası X27, nə də qaynı X20 ifadələrində həmin danışıqlar zamanı X23 Şirəliyevlə saat 10:51-da apardığı telefon danışıqları barədə onlara bildirməsini göstərməmişlər. Cinayət işinin materiallarında olan 21 sentyabr 2016-cı il tarixli mobil telefondan çıxan və gələn zənglərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, saat 10:51-də X16 istifadəsində olan ***-***-**-** saylı nömrədən X9in nömrəsinə zəng edilmiş və aralarında 30 saniyə danışıq olmuşdur. X16 istifadəsində olan ***-***-**-** saylı nömrəsinə hadisə baş verən gün səhər saat 10:29-da atası X27 istifadəsində olan ***-***-**-** saylı nömrədən zəng edilmiş və aralarında 66 saniyə danışıq olmuşdur. Saat 10:31-də X16nın nömrəsindən X6nın istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edilmiş və aralarında 712 sa niyə danışıq olmuşdur. Saat 10:44-də X16nın nömrəsindən X20 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edilmiş və aralarında 34 saniyə danışıq olmuşdur. Saat 10:45-də X16nın nömrəsindən X6nın nömrəsinə zəng edilmiş və aralarında 102 saniyə danışıq olmuşdur. Saat 10:48 və 10:49-da X16nın nömrəsindən atası X27un və X20in nömrələrinə zəng edilmiş və aralarında müvafiq olaraq 17 və 117 saniyə danışıq olmuşdur. Saat 10:51-də X16nın nömrəsindən əri X5 istifadəsində olan ******-**-** saylı nömrəsinə zəng edilmiş və aralarında 30 saniyə danışıq olmuşdur. Saat 10:53-də X16nın nömrəsindən X39 istifadəsində olan ***-***-**-**saylı nömrəsinə zəng edilmiş və aralarında 39 saniyə danışıq olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən X16nın ə ri X9lə 10:51-də danısıb aldığı məlumatı (yəni Məhkum1 qardaşları və mərhum Habilin oğlanlarının birləşərək onu sındırmasını), 3 dəqiqə əvvəl vəni 10:48- də atası X27a və 2 dəqiqə əvvəl isə, yəni 10:49-da qaynı X20ə deməsi barədə dəlillər əsassız olduğundan və Məhkum1 da iştirak etdikdən, mübahisə “10:51-dən az əvvəl” bitdikdən sonra onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin əhatə dairəsinin 18.08.2016-cı il tarixdə saat 10:52-28-də Hacıqabul rayonu Talış kəndi, saat ll:03:19-da Hacıqabul rayonu Muğan kəndində olmasının mümkünsüzlüyü subyektiv mülahizə xarakterli olduğundan təmin edilmədən saxlanmalıdır. Kassasiya şikayətində göstərilmişdir ki, zərərçəkmiş şəxsin bədənində aşka edilmiş xəsarətlər dörd nəfərin əlbirliyi ilə bir neçə kəsici deşici və küt alətlərdən isti fadə edilməklə, xüsusi əzab və işgəncə verilərək 30-35 dəqiqə döyülməklə alınan xəsarətlərə uzlaşmır. Sözü gedən xəsarətlərdən yalnız biri bıçaqla yetirilən, qarın boşluğuna keçərək daxili qanaxmaya səbəb olan xəsarət zərərçəkmişin ölümünə səbəb olmuşdur. Əgər istintaq orqanı X9 dörd nəfərin əlbirliyi ilə 30-35 dəqiqə ərzində xüsusi amansızlıqla qətlə yetirilməsi nəticəsinə gəlmişdisə, o zaman nəyə görə X9in bədən səthində olan xəsarətlərdən yalniz biri həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət olmuş və məhz həmin xəsarət səbəbi ilə X9 ölmüşdür,! Hər halda dörd nəfərin əlbirliyi ilə bir neçə kəsici deşici və küt alətlərdən istifadə edilməklə X9 döyülərək öldürülmüşdürsə, onun bədən səthində daha çox həyat üçün fhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər olardı. Digər tərəfdən Məhkum1 da X9 tərəfindən dəmir parçası ilə baş nahiyyəsindən vurularaq ağır bədən xəsarəti almasını nəzərə alaraq, onun mübahisə yerində olub X9in döyülərək öldürülməsində işltirak etməsi absurd və əsassız ittihamdır. Məhkəmə kollegiyası qeyr edir ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 5-ci bəndində izah edilmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Ona görə də kassasiya şikayətinin göstərilən məzmunda dəlili də tamamilə əsassız hesab edilərək təmin edilməməlidir. Kassasiya şikayətində, X2 ilkin və s onrakı ifadəslərində Məhkum1 X9ə xəsarətlər yetirməsini şəxsən görməməsi barədə qeyd etdiklərinin ibtidai istintaqda və məhkəmə araşdırmaları zamanı nəzərə alınmaması dəlil kimi göstərilmişdir. İttihamın əsas şahidi olan, lakin sonradan ifadəsini dandığı üçün barəsində cinayət işi açılan X12 nə ilkin ifadəsində nə də sonrakı ifadələrində hadisə günü Məhkum1 X9i döyməsini görmədiyini, əksinə Məhkum1un başından qan gəldiyini və xəsarət aldığını qeyd etmişdir. Ancaq istintaq zamanı ittiham həmin ifadələri şahidlər X6 və X16nm ifadələri ilə “bəzəmişdir”. Belə ki, hadisə günü X7un ot tayasının üzərindən X9 Şərəliyevə məxsus evin həyətində 10 saniyə ərzində gördüklərini X6ya danışmasını, həmin danışıqların sonuncu ilə telefon əlaqəsində olan X16nın eşitməsi barədə qeyd olunanlar absurddur və itt ihamın uydurmasıdır. Hansı ki, həm ibtidai istintaq zamanı həm də birici instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ona X9in həyətində olan mübahisə zamanı Məhkum1un orada onu vurması barədə hər hansı söz deməsini təsdiq etməmişdir. Məhkəmə kollegiyası göstərilən dəlillərin əsassızlığını qeyd edərək göstərir ki, X2 ibtidai istintaq müddətindəki, ifadələri, ifadəsinin yerində yoxlanması həm birinci instansiya məhkəməsini və həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında dəflərlə tədqiq edilərək hüquqi qiymət verilmişdir. Həmin ifadələrlə Məhkum1 X9ə xəsarətlər ytirməsi təsdiq olunmuşdur. X12 istintaqa verdiyi 24.08.2016-cı il tarixli ifadəsində göstərmişdir ki, 18 avqust 2016-cı il tarixdə saat 10 radələrində X9in həyətindən qışqırtı səsləri eşidərək hasarın ya nına gəlib ot tayasının üstünə çıxaraq həmin həyətə baxdığını, həmin vaxt X9, X29, Məhkum1, Məhkum2, X38 və tanımadığı daha üç nəfər adamın olduğunu, X9in üst-başının qana bulaşdığını, X29in, X38in və tanımadığı üç nəfərin daş parçaları ilə, Məhkum1 və Məhkum2in isə müxtəlif alətlərlə X9i vurduğunu, X9in əlində dəmir parçası ilə özünü müdafiə etdiyini gördüyünü göstərmişdir. 15.11.2016-cı il tarixdəki ifadəsində şahid X12 18.08.2016-cı il tarixdə saat 10 radələrində X9gilin həyətindən qışqırıq, taqqıltı, dava-dalaş səslərinin gəldiyini eşitdiyini, ayağını hasarın tinində olan ot tayasının üzərinə qoyaraq hündürlüyə qalxıb daşların arasından X9in həyətinə baxdığını, həyətə baxarkən X9ə məxsus evin həyətinə giriş darvazasından sağ tərəfdə yerləşən, kənarları açıq üzəri şifer təbəqələrlə örtü lü olan çardağın altında qonşuları X9, X43, onun əmiləri Məhkum1, Məhkum2, Xnin kiçik qardaşı X52 və çardağın kənarında kim olduqlarını tanıya bilmədiyim daha üç nəfər adam olmasını gördüyünü, X9in paltarlarının qana bulaşdığını, X29in, X38in və kənarda dayanan tanımadığı daha üç nəfərin daş parçaları ilə X9i vurduğunu, Məhkum1 və Məhkum2in əllərində tam görə bilmədiyi alətlə X9i vurduqlarını göstərmişdir. X8 ifadəsinin yerində yoxlanması barədə 25.11.2016-cı il tarixli protokolu oxunduqdan sonra protokola əlavələrinin olmasını göstərərək indiyə qədər istintaqa vermiş olduğu ifadələrini oxuyarkən orada hadisənin şahidi olduğu vaxt tanımadığı daha üç nəfərin olduğunun yazılmasına fikir vermədiyini, istintaqa ilk dəfə ifadə verdiyi zaman müstəntiq hadisə yerində gördüyü şəxslərdən başqa tanı madığı daha üç nəfərin olubolmadığı barədə soruşduqda ola bilsin ki, həmin vaxt orada daha üç nəfər şəxsin də ola biləcəyini istisna etmədiyini deməsini, indi fikrini dəqiqləşdirərək baxdığı zaman hadisə yerində X9 başqa X56, X40, Məhkum1, X46, Məhkum2 görmüş olduğunu, daha sonra Məhkum2in adını bilmədiyi ortancıl oğlunun hasarın üzərinə qalxdığını gördüyünü, hadisəni izləyərkən adlarını çəkdiyi şəxslərdən başqa orada heç kəs olmadığını, ilk dəfədir videokamera qarşısında danışdığını, kənd camaatının bunu görüb onu qınamalarından, eləcə də, ona başqa gözlə baxmaqlarından çox ehtiyat etdiyi üçün ifadəsinin yerində yoxlanması zamanı bəzi xüsusatları düzgün deyə bilmədiyini, hadisəni izləyərkən X9in paltarları qana bulaşmış olduğunu, X29in, X38in X9i daşlarla, Məhkum1un əlində və Məhkum2in əlində tam görə bilmədiyi alətlərlə X9i vurduqlarını gördüyünü bir daha göstərmişdir. X7 ibtidai istintaqdakı göstərilən ifadələrinin həqiqiliyi həm də həmin ifadələri verənədək təmasda olduğu və hadisə zamanı gördükləri barəd bildirdiyi X35, qohumu X28 ifadələri, eləcə də məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Eyni zamanda bu ifadələrdə göstərilən hallar, X16 X27 qızının ifadəsində göstərdiyi 18 avqust 2016-cı il tarixdə Kolanı kəndində olan evləri ilə qonşuluqda yaşayan X6nin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etdiyini, X6 ona həyətlərindən səs gəlidiyini deməsini, X6 bunu deyən kimi ona X9in kəndə gəldiyini, küçəyə çıxıb baxmasını bildirdiyini, X6 küçəyə çıxıb baxaraq ona “hamısı tökülüb X9in üstünə onu döyürlər” sö zlərini deməsini, sonra “hamısı girdilər həyətə heçnə görmürəm” deməsini, X6 ilə sağollaşıb X9in qardaşı X20a zəng etdiyini, ona X6yə zəng etdiyini, X9in kənddə tək olmasını, orada onu öldürürülməsini dediyini, X20 ona Şirvan şəhərində olduğunu, indi X9ə zəng edəcəyini deməsini, bundan sonra yenə də, X6yə zəng etdiyini, X6 ona “həyətdən səs gəlir, qonşu X7 sizin həyətinizə baxır” deməsini, X6 ilə sağollaşıb sonra yenidən, X20a zəng etdiyini, X20 X9ə zəng etdiyini lakin, X9in telefonu götürmədiyini deməsini, saat 10:51-də yenidən X9ə zəng etdikdə X9 telefonu götürərək ona “bunlar üç qardaş və oğlanları mənim üstümə tökülərək məni sındırdılar, X20a denən tez özün çatdırsın” sözlərini dediyi barədə hallarla da uyğunluq təşkil edir. Kassasiya şikayətində və əlavələrdə göstərilən dəlillərlə eyn i məzmunlu apellyasiya şikayətinin dəlillərinin əsassızlığı apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında sübut edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 təqsirsizliyi barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Məhkum2 müdafiəçisi vəkil Yaqubov Muraz Sədrəddin oğlu kassasiya şikayətində məhkəmə iclaslarında tədqiq olunmuş bəzi ifadələrə, şikayət müəllifinin subyektiv mülahizələrinə əsaslanaraq Məhkum2 cinayət əməli törədilərkən hadisə yerində olmadığına dair dəlillər göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər məhkum barəsində verilmiş apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla apellyasiya instansiyası məhkəməsinin tərəfindən yoxlanılmış və təkzib edilmişdir. X2 ibtidai istintaqdakı gö stərilən ifadələrinin, eləcə məhkum X29 ibtidai istintaqda verdiyi, hər hansı mötəbər dəlillərlə təkzib olunmayan ifadələri barədə kassasiya şikayətində də onları təkzib edəcək heç bir mötəbər sübut və dəlilə istinad edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb, məhkəmə iclasında tədqiq edilmiş, sübutetmə predmrtinin müəyyən edilməsi üçün yekun nəticəyə gəlməyə inkan verən sübutların məcmusuna istinad edilməklə qanuni və əsaslı nəticəyə gəlinmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum1 və Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən ka ssasiya şikayətlərinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2019-cü il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkumlar Məhkum1 müdafiəçisi vəkil Yaqubova Sima Sədrəddin qızı və Məhkum2 müdafiəçisi vəkil Yaqubov Muraz Sədrəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətləri və məhkumlar tərəfindən verilmiş kassasiya şikay ətlərinə əlavələr təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2019-cü il tarixli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-212/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-212/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver