Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-212/2025 14.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Hacıyev Tehran Əlisahib oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəmə sinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi T.Ə.Hacıyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət tərkibdə) Məhkum, xx xxxx 1981-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayə yaşamış, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməklə üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkə mənin hökmünə əsasən, Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə X və başqaları ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq başqa şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 18 iyun 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində Qaraçuxur qəbirstanlığı adlanan yerə başqa şəxs tərəfindən qoyulmuş külli miqdarda, yəni ümumi təmiz çəkisi 104,344 qram narkotik vasitə heroinı, külli miqdarda, yəni ümumi təmiz çəkisi 31,353 qram psixotrop maddə olan metamfetamini, ümumi təmiz çəkisi 305 qram narkotik vasitə qurudulmuş marixuananı və ümumi sayı 56 ədəd, ümumi çəkisi 35 qram ola n, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini qanunsuz olaraq əldə edib həmin narkotik vasitə və psixotrop maddələri hissələrə bölərək bir hissəsini kirayə yaşadığı ünvan 3 ünvanına, digər hissəsini isə ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 4 ünvanına daşıyaraq saxlamış, 24 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində həmin narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin bir hissəsinin satışını həyata keçirməsi məqsədi ilə qrupun üzvü Təqsirləndirilən şəxs vermiş, həmin tarixdə saat 09:10 radələrində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mik rorayon, A.Kunanbayev küçəsində yerləşən “Kəndli” kafesinin yaxınlığında saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əlindəki polietilen torbanın içərisindən 4 ədəd qara rəngli polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkilən 25,702 qram, 25,440 qram, 20,990 qram, 17,550 qram, ümumi təmiz çəkisi 89,682 qram olan külli miqdarda, qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda küllü miqdarda, təmiz çəkiləri 5,522 qram və 4,991 qram, ümumi təmiz çəkisi 10,513 qram olan külli miqdarda, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 24 iyun 2022-ci il tarixdə saat 15:00 radələrində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Məhkum kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon A.Kunanbayev küçəsi 18A, mənzil 62 saylı mənzildə keçirilmiş baxış zamanı mənzilin sanitar qovşağında polietilen bağlamanın içərisində 7 ədəd polietilen torbaların içərisində, küllü miqdarda, yəni ümumi təmiz çəkisi 5,846 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd polietilen bükümdə ümumi təmiz çəkisi 1,135 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 305 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudul muş marixuana, 1 ədəd polietilen bükümdə içərisində 56 ədəd olan, ümumi təmiz çəkisi 35 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə bitkisinin hissələri, üzərində heroin izləri olan 1 ədəd qaşıq, mənzilin qonaq otağında olan divanın qarşısındakı yerləşən masanın çəkməcəsindən isə, üzərində metamfetamin və heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, daha sonra əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 21:30 radələrində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları onun iştirakı ilə digər yaşadığı, ünvan 4 ünvanında yerləşən mənzilə keçirilmiş baxış zamanı mənzilin yataq otağında olan yatağın alt sol hissəsində döşəmənin üzərində 3 ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış şəffaf polietilen torbalarda və 3 ədəd üzərində “Araz market” yazısı olan polietilin torbalarda küllü miqdarda, yəni ümumi təmiz çəkisi 4,080 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, mənzilin yataq otağında olan çantanın içərisindəki parça torbanın içərisində 3 ədəd bükümdə küllü miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 15,852 qram, 2,917 qram, 0,936 qram, təmiz çəkisi 19,705 qram olan kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə külli miqdarda, yəni ümumi təmiz çəkisi 4,736 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim lər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 29 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi T.Ə.Hacıyev kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad e dən müdafiəçi T.Ə.Hacıyev həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr hüquqlarını müdafiə etdiyi şəxs barəsində həmin aktları qəbul edərkən onun cinayət qanununda nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, əksinə cəzanı yüngülləşdirən halların olmasını, yəni onun himayəsində azyaşlı xəstə uşağının olması ilə yanaşı, uşağını təkbaşına böyütməsini, həmçinin məhkumun şəxsiyyətini nəzərə almamış, ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırmamış və nəticədə ona ağır cəza təyin edilmişdir. Qeyd olunanlara əsaslanaraq, müdafiəçi T.Ə.Hacıyev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsa lar da, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi m əsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi T.Ə.Hacıyev apellyasiya instansiyası məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək həmin qərarın ləğv edilərək hüquqlarını müdafiə etdiyi şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul olunması haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyi şdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi T.Ə.Hacıyevin şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının m üəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən e dilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərba ycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın qeyd olunan müddəaları hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətk ar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinən şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə pros esində hüquq və azadlıqların bərpasına nail olur. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin şikayətin məzmununa görə, müdafiəçi T.Ə.Hacıyev öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilibyetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və məhkəmələr tərəfindən sonuncunun barəsində cəza təyininə münasibətdə qeyri-humanist və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Buna görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini z əruri hesab etmir və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı əvvəla qeyd etməyi zəruri bilir ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin tö rədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayət in ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayəti n iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Belə tələblər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquq i xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar d a cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın q ohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü ə saslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı ma ddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını alm aq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həy at şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cin ayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyəti n differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respubli kası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçir ilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdu r ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“ 14 ” iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndinin 1 və 2-ci abzaslarında məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmaları, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirmələri, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etmələri tövsiyə edilmişdir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsir karın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törəd ilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunma sı, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağ lamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələr haqqında” 1961-ci il tarixli Vahid Konvensiyasında, “Psixotrop maddələr haqqında” 1971-ci il tarixli və “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il tarixli Konvensiyalarında narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət kimi qiymətləndirilərək Konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab olunmuşdur. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs, şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə əsasən araşdırılmış bütün sübutları mənsubi yyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona istinad olunan cinayət əməllərini törətməsi və onun həmin əməllərinin CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif edilməsi barədə düzgün nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutların təkrarən araşdırılmasına ehtiyac görməyib haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası da həmin nəticəni qanuni və əsaslı hesab edərək eyni zamanda vurğulayır ki, cinayət işinin materiallarına əsasən, apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiya məhkəməsinin hökmünə əsasən həmin məhkəmə Məhkum əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etdikdən sonra ona həmin maddələ r əsasında onun barəsində cəza tədbirin seçilməsi məsələsini həll edərkən (CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) məhkum olunmuş şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-in 59.2-ci maddəsinə əsaslanaraq həmçinin ittiham olunduğu əməllərin onun tərəfindən törədildiyini etiraf etməsini, işin halları barədə ətraflı ifadələr verib cinayətlərin açılmasında iştirak etməsini, tək ana kimi himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi müəyyən edərək həm bu halları, həm də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Lakin, işin təhlili nəticəsində müəyyən edilmişdir ki, Məhkum himayəsində yetkin lik yaşına çatmamış deyil, azyaşlı uşağı var və həmin uşaq “Konyuqasion sarılıq. Doğuş travması. Sol tərəfli pleksit. Kataral otit” diaqnozlu xəstəlikdən əziyyət çəkir. Belə ki, iş materiallarında olan AZ-İİİ №013695 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 8 dekabr 2012-ci il təvəllüdlüdür və Məhkum ona ittiham olunan cinayəti törədərkən və barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü çıxarılarkən həmin uşaq on dörd yaşına çatmamış, yəni o, azyaşlı olmuşdur. CM-in 59.1.4-cü maddəsində isə cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi təsbit edilmiş, CM-in 59.1-ci maddəsində, o cümlədən CM-in 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların cəza təyini zamanı nəzərə alınmalı olmas ı haqda CM-in 58-ci maddəsinin tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri imperativ xarakter daşıyır, yəni məhkəmələr belə halları müvafiq sübutlara əsasən müəyyən etdikdə məhz cinayət qanunun müvafiq normasına istinad etməklə həmin halı və ya halları nəzərə almalıdılar. Bundan başqa, məhkəmə kollegiyası ona da diqqət yetirməyi zəruri bilir ki, Məhkum himayəsində azyaşlı uşağının yuxarıda göstərilən diaqnozlu xəstəliklərdən əzab çəkməsi də iş materiallarına əlavə edilmiş tibbi sənədlərlə müəyyən edilir və kollegiyanın qənaətinə görə, həmin sənədlərdə əksini tapmış hal da CM-in 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq Məhkum cəzasını yüngülləşdirən hal kimi dəyərləndirilməsinə əsas yaradır. Bütün təsvir edilənlərdən çıxış edərək və Məhkum himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, sonuncunun yuxarıda göstərilən xəstəliklərdən əziyyət çəkməsini isə - CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq məhkəmə kollegiyası adı çəkilən məhkuma CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş cəzanın müddətinin həmin maddələrin sanksiyası həddində endirilməsini, bununla da müdafiəçi T.Ə.Hacıyevin kassasiya şikayətinin qismən təmin edilməsini mümkün bilir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə bir daha təhlil edib maddi hüquq normalarının yuxarıda təsvir edilmiş tələblərinə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi T.Ə.Hacıyevin, həmin şikayətin təm in edilməməsi, lakin Məhkum himayəsində azyaşlı uşağının olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalı olması haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddələrin sanksiyası həddində endirilməli, bu əsasla da onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayə ti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il 3 (üç) ayadək endirilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-212/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-212/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver