Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2120/2022 15.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 mart 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclasında MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.A.Xankişiyev, hakimlər İ.A.Mahmudov və F.Ə.Qəniyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxxx 1968-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin təsisçisi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ona cəza təyin edilməmiş, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbə r və maddi-məsul vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən əsas və əlavə cəzaların qismən toplanılması yolu ilə Məhkum 2 (iki) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Məhkum üzərində əlavə cəzası ilə yanaşı 5 (beş) il 9 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum davranışına nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu yer üzrə üzrə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, onun üzərinə sınaq müdətində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, hökm qanuni qüvvəyə minənədək Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimka n tədbiri dəyişdirilmədən saxlanılmış, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.A.Qasımov, hakimlər E.E.Rəhimov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs X3 vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəa və bununla bağlı olan göstərişlər xaric edilmiş, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barə sində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaların qismən toplanılması yolu ilə Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yer li özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Məhkum üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 9 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum məhkəmə iclas zalında həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 1 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2022-ci il tarixli qərarı dəyişdirilmiş, Məhkum Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci maddələri ilə təyin olunmuş 3 (üç) il 9 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmiş, Məhkum davranışına nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu yer üzrə üzrə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, onun üzərinə sınaq müdətində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qeyrisinin köməkçiliyi ilə vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, qeyrisinin köməkçiliyi ilə vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlə rindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 30 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş, hüquqi ünvanı ünvan 3 MMC-nin 10 aprel 2013-cü il tarixdən 16 oktyabr 2017-ci il tarixədək direktoru və təsisçisi olmaqla həmin Cəmiyyətin Nizamnaməsinə əsasən, mənzil alqı-satqı müqaviləsi bağlamaqla mənzillərin satışının həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, öhdəliklərin yerinə yetirilməsi, öhdəliklərə görə məsuliyyət daşınılması, işçilə rin işə götürülməsi və işdən azad edilməsi, habelə digər təşkilati-sərəncamverici və inzibati- təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 4 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 m2 olan 3 otaqlı 30 nömrəli mənzilin 2006-2013-cü illər ərzində "xxxx" MMC-nin direktoru olmuş Şahid5 tərəfindən Zərərçəkmiş şəxs3 2012-ci ilin fevral ayında mənzilin ümumi dəyəri 108.000 manata razılaşılmaqla ilkin ödəniş kimi sonuncu tərəfindən MMCyə 12.000 manat ödənildikdən sonra həmin vaxt Cəmiyyətin direktoru vəzifə sində işləyən Şahid5 tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Zərərçəkmiş şəxs3 adına 13 fevral 2012-ci il tarixli mənzil alqı-satqı müqaviləsi, mənzilin qalan dəyəri sonuncu tərəfindən 2013-cü ilin mart ayına qədər müxtəlif məbləğlərdə, cəmi 108.000 manat ödənildikdən sonra 15 mart 2013-cü il tarixli tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verilməklə satılmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2007-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında həmin binanın 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilin satış qiyməti olaraq razılaşdırılmış 109.000 manat pul vəsaitindən 60.000 manat ilkin ödəniş ödəməklə mənzili almış Şahid7 qeyd edilən mənzili sat ın almaq məqsədilə 2014-cü ilin aprel ayının sonlarında müraciət etmiş Zərərçəkmiş şəxs4 ilə Şahid7 mənzil alqı-satqısına dair aralarında razılığa gəldikdən sonra birlikdə Cəmiyyətə gedərək mənzilin Zərərçəkmiş şəxs4 adına keçirilməklə alqısatqısının həyata keçirilməsi zamanı sonuncuya həmin binanın 5-ci mərtəbəsində yerləşən 30 nömrəli mənzilin heç kəsə satılmamış boş mənzil olmasını, həmin mənzili əvvəlcədən Zərərçəkmiş şəxs3 satılmaqla sonuncunun adına rəsmiləşdirilməsini gizlətməklə bildirib, mənzili 10-cu mərtəbədə yerləşən eyni ölçülü və otaq sayı olan mənzilin əvəzi kimi aldatmaqla qəsdən təklif edib həmin mənzili 136.000 (bir yüz otuz altı min) manata ona sata biləcəyini yalandan bildirməklə, Əlfi Rüstəmzadədə özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib, mən zilin ona satılmasına razılaşıb həmin adla 30 aprel 2014-cü il tarixdə Cəmiyyətin ünvan 4 ünvanında yerləşən satış ofisində maliyyə arayışında mənzilin ümumi dəyəri 109.900 manat qeyd edilsə də, Zərərçəkmiş şəxs4 136.000 (bir yüz otuz altı min) manat məbləğində pul vəsaitini alıb, həmin pul vəsaitinin 85.000 (səksən beş min) manatını Şahid7 tərəfindən mənzilin alınması zamanı ödənilmiş pulun əvəzi olaraq sonuncuya qaytardıqdan sonra qalan 51.000 (əlli bir min) manatı özünə götürüb, həmin ofisdə vəzifəli şəxs qismində tamah niyyətilə 30 nömrəli mənzilin Zərərçəkmiş şəxs4 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 30 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (print er) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla imzalayıb Cəmiyyətin möhürü ilə şəxsən təsdiq etdikdən sonra Zərərçəkmiş şəxs4 təqdim edib, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus əmlakı ələ keçirib ona külli miqdarda - 136.000 (bir yüz otuz altı min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətlərilə Zərərçəkmiş şəxs3 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-nin direktoru olan Şahid10 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, o, özü və Şahid10 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 4 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzili Zərərçəkmiş şəxs2 2016-cı ilin noyabr ayında tanışı Şahid2 adına, Şahid5 vasitəsilə 190.000 (bir yüz doxsan min) manat məbləğində pul vəsaitini alıb həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləməsi ilə əlaqədar buna dair özü tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Şahid2 adına 1 dekabr 2016-cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verməklə satmasına baxmayaraq, o, digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 nömrəli həmin mənzili əvvəlcədən Zərərçəkmiş şəxs2 satılmaqla Şahid2 adına rəsmiləşdirilməsini gizlətməklə, heç kəsə satılmamış boş mənzil kimi 188.000 (bir yüz səksən səkkiz min) manata ona sata biləcəyini yalandan bildirməklə aldadaraq, Zər ərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, mənzilin ona satılması adı ilə 21 may 2018-ci il tarixdə Cəmiyyətin ünvan 4 ünvanında yerləşən satış ofisində Şahid5 vasitəsilə Zərərçəkmiş şəxs1 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini Şahid10 iştirakı ilə alıb, vəzifəli şəxs qismində tamah niyyətilə 38 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 21 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinə və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla Şahid10 tərəfindən qəsdən fərqli formada imzalanıb, özü tərəfindən isə Cəmiyyətin möhürü ilə təsdiq edildikdən sonra Şahid5 vasitəsilə Zərərçək miş şəxs1 təqdim edib, sonuncudan aldıqları həmin pul vəsaitini öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli iqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində bir qrup şəxs halında, tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmiş və Zərərçəkmiş şəxs2 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib, onun hüquqlarına və qanuni mənafelərinə Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, həmin Cəmiyyətin direktoru və təsisçisi vəzifəsində işləyərkən, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 4 ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 92 m2 olan 2 otaqlı 4 nömrəli mənzili tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs5, 2016-cı ilin sentyabr ayında 147.200 (bir yüz qırx yeddi min iki yüz) manat məbləğində pul vəsaiti almaqla, həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləməsi ilə əlaqədar buna dair özü tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş sonuncunun adına 20 sentyabr 2016- cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verməklə satmasına baxmayaraq, həmin hündürmərtəbəli binanın 2004-cü il tarixdən etibarən tikintisinin aparılması məqsədilə Şahid9 və X4 yaşadıqları ünvan 4 ünvanında yerləşən evlərinin sökülməsi zamanı sonuncularla Cəmiyyət arasında yaranmış mübahisə ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Şahid9 və X5, digər tərəflərə, eləcə də, "xxxx" MMC-yə qarşı “mənzillə təmin edilməklə mənzildən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi əsasında Nəsimi rayon məhkəməsində mülki işə baxılarkən Sevinc və Sevil Həsənovaların mənzillə təmin edilməsi üçün 4 nömrəli həmin mənzilin əvvəlcədən özü tərəfindən Zərərçəkmiş şəxs5 satılaraq sonuncunun adına rəsmiləşdirilməsini gizlətməklə heç kəsə satılmamış boş mənzil kimi təqdim edilməsindən ötrü xx.xx.2017-ci il tarixli 106 saylı məktubla məhkəməyə təklif etməsi ilə əlaqədar Nəsimi rayon məhkəməsinin 3 may 2017ci il tarixli qətnaməsinə əsasən ünvan 5 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 92 m2 sahəyə malik 2 otaqlı 4 nömrəli mənzil Şahid9 və X5 təqdim edildiyindən, həmin hərəkətlərilə Zərərçəkmiş şəxs5 qeyd edilən mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs5 kassasiya şikayəti vermişdir. Lakin, kassasi ya şikayətinə məhkəmə iclasında baxılanadək – Zərərçəkmiş şəxs5 2 dekabr 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayətinə kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Zərərçəkmiş şəxs5 ərizəsini, eləcə də bunun zərərçəkmiş şəxsin hüququ olmasına dair dövlət ittihamçısının çıxışını nəzərə alıb, cinayət - prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkü n bilir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1 mart 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2120/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-2120/2022
15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver