Məhkəmə qərarları › İş №1(102)-2120/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2120/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2120/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli, 1(103)-932/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 1(005)53/2024 nömrəli hökmü ilə (hakim: V.R.Qurbanov) xx.xx.1983-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 06 may 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi X6 tərəfindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı ilə, (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məh kum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 7,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1,132 qram çəkidə narkotik vasitə tiryək əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 06 may 2023-cü il tarixdə saat 16:40-da ünvan 2 ünvanın qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkcənin sol yan cibindən 01 ədəd kibrit qutusunda 7,7 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə 1,132 qram çəkidə narkotik vasi tə tiryək aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Məhkum yuxarıda qeyd olunan narkotik vasitəni satış məqsədi və tamah niyyəti olmadan əldə edib daşıması və saxlaması haqqında nəticəyə gələrək onun əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1ci maddəsinə tövsif etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla və birinci instansiya məhkəməsində sübutların araşdırılması zamanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi narkotik vasitəni qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiya məhkəməsi cinayət-prosessual qan unun 143-146-cı maddələrinin ziddinə olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilmədiyi və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı halda sonuncunun hansı səbəbdən xırda bükümlərdə olmaqla 2 fərqli narkotik vasitəni gəzdirməsi məsələsinə məhkəmə tərəfindən obyektiv hüquqi qiymət verilməmişdir. Əksinə apellyasiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən Məhkum narkotik vasitəni “satış məqsədi”ni müəyyən edərkən, iş üzrə ba şqa hər hansı bir sübut müəyyən edilmədiyini əsas gətirərək, nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərar ını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin pozulduğunu, bunun nəticəsində Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət itt ihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş narkotik vasitənin – iki fərqli növdə (tiryək və qurudulmuş marixuana) olması, həmçinin Məhkum narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilməməsi səbəb olmuşdur. O, həm də mövqeyini “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekur sorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı, çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması da nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenum qərarının kassasiya protestində də istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübu tlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin iqtibas belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin onun mövqeyi ilə razılaşmaq üçün kifayət etmədiyini göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotik va sitələrdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4826 nömrəli rəyinə əsasən, Məhkum narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən olunmasa da, onda Kannabinoidlərdən epizodik istifadə etmə halları olması müəyyən olunmuş və bu əsasla sonuncunun narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkum qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı narkotik vasitələr isə tiryək və qurudulmuş marixuana olmuşdur ki, qeyd olunan bu hal Məhkum narkotik vasitəni özü istifadə etmək üçün əldə edib saxlamasına və daşımasına dair apellyasiya məhkəməsinin gəldiyi nəticəni daha da möhkəmləndirir. Eyni zamanda Məhkum aşkar edilmiş narkotik vasitələr hesab olunan tiryək və marixuana hər biri ayrı yarılıqda cəmi 1 bükümdə olmuş, həmçinin sonuncunun digər istehlakçılarla razılıq əldə etməsi, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqlarının olması, onda narkotik vasitələrin hazırlanması və ölçməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Belə vəziyyətdə apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum narkotik vasitələri məhz satmaq məqsədilə əldə edib saxladığını, daşıdığını söyləmək üçün kifayət qədər faktiki əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin halların mövcud olmaması və təqsirkarın hərəkətlərində məhz CM-in 234.1-ci maddəsinin tərkibinin olması haqqında yekun qənaəti qərarda ətraflı təsvir olunmuş sübutlarla uzlaş ır. Belə ki, Məhkum ilkin ifadəsindən narkotik vasitəni satmaq kimi məqsədinin olmadığını, yalnız özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. İş üzrə dindirilmiş şahidlərdən də, heç biri Məhkum narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişlər. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən, kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-cı maddələrinə uyğun olaraq yoxlanılıb qiymətləndirilmiş sübutları n məcmusuna əsaslanmışdır. Odur ki, kollegiya apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsinə dair dövlət ittihamçısının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını (Məhkum satış məqsədi olmadan narkotik vasitəni əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Belə olan halda, dövlət ittihamçısının kassasiya protestində Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmaması haqqında mülahizəsi də əsaslı sayıla bilməz. Çünki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş yuxarıda qeyd olunan əməlləri cinayət olaraq məhz CM-in 234.1-ci maddəsi nəzərdə tutmuşdur. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 v ə 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 15 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsi n. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli, 1(103)-932/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar