Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2121/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmü ilə (hakimlər Əhmədov Vüqar İkram oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə) Məhkum, 30 avqust 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Gəncə Şəhər Məhkəməsinin 15 s entyabr 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə, CM-in CM-nin 66.5-ci maddəsinə əsasən isə hazırki hökmlə təyin olunmuş cəza Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun narkoloji kabinetdə qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı - özünü Tural adı ilə təqdim edən şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Ələt-Astara yolunun Biləsuvar rayonunun ərazisindən keçən 112-ci kilometrliyin i müəyyən edən “112” yol nişanının yanında bir ədəd sellofan torbanın içərisində gizlədilmiş külli miqdarda, 4040,0 qram narkotik vasitə heroini, külli miqdarda 4605,0 qram narkotik vasitə tiryəki, külli miqdarda 9170,0 qram psixotrop maddə metamfetamini və külli miqdarda, 4,36 qram narkotik vasitə metadonu əldə etmək məqsədilə 18 iyun 2023-cü il tarixdə saat 20:50 radələrində cinayət barədə xəbərsiz olan taksi sürücüsü Şahid5 idarə etdiyi “VAZ2106” markalı, 24-BE483 dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək qeyd edilən narkotik vasitə və psixotrop maddələrin içərisində olduğu sellofan torbanı gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra avtomobilin sağ qabaq oturacağının alt hissəsində gizlədərək saxlamış və daşıyarkən Biləsuvar rayon pol is şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 18 iyun 2023-cü il tarixdə saat 21 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 139-cu kilometrliyində avtomobillə hərəkətdə olan zaman saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra Şahid5 idarə etdiyi “VAZ2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sellofan torbanın içərisindən 2 ədəd sellofan bağlamada külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2450,0 qram və 1590,0 qram, ümumi təmiz çəkisi 4040,0 qram narkotik vasitə heroin, 3 ədəd sellofan bağlamada külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 3730,0 qram, 3310,0 qram, 2130,0 qram, ümumi təmiz çəkisi 9170,0 qram psixotrop maddə metamfetamin, 7 ədəd sellofan bağ lamada, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 585,0 qram, 535,0 qram, 840,0 qram, 505,0 qram, 1245,0 qram, 285,0 qram və 610,0 qram, ümumi təmiz çəkisi 4605,0 qram narkotik vasitə tiryək, 12 ədəd konvalyutda ümumi sayı 109 (bir yüz doqquz) ədəd, külli miqdarda, ümumi təsiredici miqdarı 4,36 qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Musayev Emin Özbək oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 16 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiy a protesti təmin edilməmiş, hökm isə apellyasiya protesti ilə əlaqədar dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş müvafiq normalarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Bəzi beynəlxalq müqavilələrə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına, işin müəyyən edilmiş faktiki hallarına və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestini belə əsaslandırmışdır ki, Məhkum barəsindəki cinayət işinə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi ağır cinayətin törədilməsində təqsirli bilinmiş şəxsə müvafiq cəzanın təyin edilməsinə təsir edə biləcək bütün halları tədqiq etməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə bu haqda hökm əsaslı hesab edilərkən cinayət qanununun normalarının tələblərinə əməl olunmamış, Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun tövsiyələri nəzərə alınmamış, Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəblərinə, şəraitinə, eləcə də sonuncunun şəxsiyyətinə əhəmiyyət verilməmiş və birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanlar təkrarlanmışdır. Nəticədə isə, ağır cinayət əməlləri törətmiş Məhkum cəzanın məqsədlərini təmin etməyən həddindən artıq yüngül cəzaya məruz qalmışdır. Araşdırılmış sübutlarla isə müəyyən edilmişdir ki, Məhkum əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə ziyan vurmaq və narkomaniyanın yayılmasını təmin etmək məqsədilə ümumilikdə 18 kq-dan artıq olan (şəxsi istehlak miqdarlarından qat-qat çox miqdarlarda) 4 növdə nark otik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində əldə edib saxlayaraq daşımışdır ki, bu halların məcmusu da ona daha ciddi cəzanın təyin edilməsini şərtləndirən hallardır. Bundan əlavə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını hökmdə qeyd etsə də, bununla bağlı öz qənaətini kifayət qədər əsaslandırmamış və obyektiv qiymətləndirməmiş, apellyasiya instansiyası məhkəməsi də eyni nöqsana yol vermiş, nəticədə isə apellyasiya protestinin təmin edilməməsi haqda əsassız qərar qəbul etmişdir. Bütün bu halları CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntu kimi qiymətləndirən dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protestində irəli sürdüyü dəlillərə əsaslanaraq həmin protestin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin buna baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla ba xılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestində Məhkum onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli qərarın ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqda qərarın qəbul edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən yekun qərarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, g östərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalan an qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə isə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq və kassasiya protestinin dəlillərindən asılı olmayaraq məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayan məhkəmə kollegiyası əvvəla qeyd edir ki, kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarına əsasən, hökmün təsviri-əsaslandırıcı və hazı rki qərarın “İşin halları” hissələrində əksini tapmış faktları müəyyən edərkən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələrinə, iş üzrə keçirilmiş müxtəlif məhkəmə ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə mötəbər və qanuni nəticəyə gəlmiş və onun bu əməllərini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tö vsif etmişlər. Kassasiya protestinin məzmununa görə isə, dövlət ittihamçısı E.Ə.Hüseynov öz müraciətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və yalnız məhkəmələr tərəfindən cəza təyini məsələsinin həlli zamanı Məhkum törətdiyi əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan və heç bir lazımi əsaslandırma aparılmadan onun barəsində cəza tədbirinin seçilməsi ilə bağlı qanunsuz və ədalətsiz yekun məhkəmə aktlarının qəbul edilməsini iddia edir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab olaraq ilk növbədə qeyd edir ki, təyin edi lmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Digər tərəfdən o, da vurğulanmalıdır ki, cinayət törətmiş şəxs haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiqi zamanı işin müəyyən edilmiş faktiki halları ilə yanaşı cinayət törətmiş şəxsi səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə törədilmiş cinayətin ictimai təhlükəliliyinə bu və ya digər şəkildə təsir göstərən hallar nəzərə alınmalıdır. Belə hallar müəyyən edilmədən, onlar araşdırılmış sübutlar əsasında təsdiq edilmədən, həmin sübutlar qiymətləndirilmədən təyin olunmuş cəza qanuni və ədalətli hesab edilə bilməz. Eyni zamanda məhkum olunmuş şəxs barəsində seçilmiş cəza tədbirinin apellyasiya və ya kassasiya qaydasında dəyişdirilməs i (yüngülləşdirilməsi və ya ağırlaşdırılması) barədə qərar da müvafiq sübutların məcmusuna əsasən qəbul edilməli və qanunvericiliyin müəyyən etdiyi kimi, əsaslandırılmalı və sual doğurmamalıdır. Bu qənaət cinayət və cinayət-prosessual qanunvericilikləri normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qəbul etdiyi qərarlarda əksini tapmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və aza dlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumlikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilikləri sübuta yetirildikdə onların barəsində ittiham hökmlərinin çıxarılaraq barələrində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən e dir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, onun ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmi ş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı törədilən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, məhkəmələr buna təsir edən hallara - həmin cinayətlərin predmeti olan, dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış bu əşyaların hansı miqdarlarda və növlərdə olmasına da diqqət yetirməli və təqsirkar şəxs haqqında cəza tədbirinin seçilməsi məsələsini həll edərkən nəzərlərindən qaçırmamalıdılar ki, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olan, yaxud bunları satış məqsədilə külli miqdarda və müxtəlif növlərdə qanunsuz olaraq əldə edən şəxsin niyyəti təkcə qanunsuz yollarla qazanc əldə etməyə deyil, həmçinin belə vasitə və maddəl ərin satışını həyata keçirməklə əhali arasında narkomaniyanın yayılmasına, nəticə etibarı ilə isə ayrı-ayrı və çoxlu sayda şəxslərin sağlamlıqlarına əhəmiyyətli dərəcədə zərərin vurulmasına da yönəlir. Təsadüfi deyil, cinayət hüquq nəzəriyyəsinə görə də, CM-in 234cü maddəsində nəzərdə tutulmuş cinayətin bilavasitə obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə konkret fərdin sağlamlığı təşkil. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olan və ya həmin vasitə və maddələri həm külli miqdarlarda, həm də müxtəlif növlərdə satış məqsədilə əldə edən şəxslərə hətta müstəsna hesab edilməyən cəzanı yüngülləşdirən hallar müəyyən edildikdə belə güzəştli cəzaların təyin edi lməsi yolverilməzdir və belə cəzaların cəzanın məqsədlərinə xidmət edən cəzalar kimi qiymətləndirilməsindən söhbət gedə bilməz. Belə tələblər isə cinayət və cinayət-prosessual qanunvericiliklərinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məh kəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törə dilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tut ulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmələrin hökmlərində və ya qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu ba rədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndi rilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci madd əsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun s özügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olu nmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alı ndığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi ə məl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 27-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ü mumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vas itənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş nark otik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekurs orların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop mad dələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixində Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Təsvir edilənlərdən çıxış edib cinayət işinin materiallarına və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına müraciət edərək kassasiya protestinin dəlillərinə cəvab verilməsi üçün məhkəmə kollegiyası daha sonra qeyd etməyi lazım bilir ki, Məhkum təqsirli bilindiyi ittihama görə, o, istintaqla müəyyən edilməmiş şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək cinayətkar qrupun digər üzvləri tərəfindən istintaqla müəyyən edilməmiş tarixdə və vaxtda Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddəni - 4040,0 qram çəkidə h eroini, 4605,0 qram çəkidə tiryəki, 9170,0 qram çəkidə metamfetamini və 4,36 qram çəkidə metadonu onların gizlədildiyi yerdən götürüb saxlamaqla daşıyarkən həmin tarixdə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saat 21 radələrində Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən 139-cu kilometrliyində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra cinayətdən xəbərsiz olan Şahid5 idarə etdiyi “VAZ2106” markalı, **-BE*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu baxış nəticəsində sellofan torbanın içərisindən 2 ədəd sellofan bağlamada külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 2450,0 qram və 1590,0 qram, ümumi təmiz çəkisi 4040,0 qram narkotik vasitə heroin, 3 ədəd sellofan ba ğlamada külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 3730,0 qram, 3310,0 qram, 2130,0 qram, ümumi təmiz çəkisi 9170,0 qram psixotrop maddə metamfetamin, 7 ədəd sellofan bağlamada, külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 585,0 qram, 535,0 qram, 840,0 qram, 505,0 qram, 1245,0 qram, 285,0 qram və 610,0 qram, ümumi təmiz çəkisi 4605,0 qram narkotik vasitə tiryək, 12 ədəd konvalyutda ümumi sayı 109 (bir yüz doqquz) ədəd, külli miqdarda, ümumi təsiredici miqdarı 4,36 qram olan narkotik vasitə metadon həbləri, yəni ümumilikdə 18 kiloqrama yaxın narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bu əməlləri törətdiyinə görə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş, həmin maddələrin sanksiyasında isə beş ildən on iki ilədək müddətə a zadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instaniyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum təqsirli bilindiyi bu maddələrlə cəza təyin edərkən sonuncunun törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri ilə yanaşı, onun cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını göstərsə də, onun törətdiyi cinayətin ictimai təhlükəliliyinə dəlalət edən hala – qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində satış məqsədilə nəinki şəxsi istehlak miqdarından, hətta külli miqdarlardan dəfələrlə artıq miqdarlarda və müxtəlif növlərdə narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etməsinə, saxlamasına və daşımasına, bu miqdarlarda qeyd olunan vasitələrin və maddənin yayılması halında çoxlu sayda şəxslərin sağlamlığına zərər vurula bilməsinə, eyni zamanda məhkum olunmuş şəxsin niyyətinin qanunsuz olaraq varlanmaqla yanaşı, həmçinin narkomaniyanın geniş kütlə arasında yayılmasından ibarət olmasına heç bir əhəmiyyət verməmiş və bu mühüm məsələləri öz hökmündə müzakirə belə etməmişdir. Halbuki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza tədbirinin seçilməsi zamanı yuxarıda göstərilən hallara münasibət bildirilərək həmin halların da nəzərə alınması zəruri olmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmündən verilmiş və kassasiya protestinin məzmununu ilə faktiki olaraq eynilik təşkil edən apellyasiya protestinə baxan apellyasiya instansiyası məhkəməsi də Məhkum törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən, yuxarıda təhlil edilən halların hər hansı birinə diqqət yetirməmiş, qəbul etdiyi qərarında isə iş üzrə toplanmış və araşdırılmış sübutlara, cəza təyini ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə, həmin məhkəmənin əsaslandığı hallara, bu məsələnin həlli ilə bağlı cinayət qanununun bir sıra normalarının tələblərinə və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarına istinad etiməklə kifayətlənərək, apellyasiya müraciətinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavablar verməmiş, həmin müraciətin təmin edilməsinin mümkünsüzlüy ünü isə aşağıdakı cümlələrlə əsaslandırmışdır: “Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum ona istinad edilmiş maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzasının həddini müəyyən edərkən səhv etməmiş, Məhkum ona istinad edilən maddələrin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın 4/3-ü həddində cəza təyin etmişdir ki, məhkəmə kollegiyası ona bu həddən daha çox cəza təyin edilməsinə əsas görmür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən protestdə sadalanmış cəzaya təsir edə bilən halların hamısını nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya protestinin əsassız olduğunu hesab edir. Məhkum təyin edilmiş cəza əməlin xarakterinə, ictimai təhlükəliliyinə, Məhkum aşkar edilmiş narkotik vasitənin növünə, miqdarına, onun şəxsiyyətinə uyğun olmuşdur.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin belə qiymətləndirməsi ilə (faktiki isə - qiymətləndirməməsi) heç cür razılaşmır və belə qənaətə gəlir ki, apellyasiya protestinə məhkəmə baxışı nəticəsində Məhkum təyin olunmuş cəzanı qanuni və ədalətli hesab edən həmin məhkəmə həmçinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cəza təyini sahəsində formalaşmış məhkəmə təcrübəsini də kifayət qədər nəzərə almamışdır. Həmin təcrübəyə görə isə, bu kimi cinayətlər törətmiş şəxslərin barələrində cəza tədbirinin seçilməsi zamanı iş üzrə müəyyən olunmuş digər hallarla, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, törədilmiş cinayətlərin prdmetini təşk il edən narkotik vasitələrin və ya psixotrop maddələrin miqdarı və növləri də törədilmiş cinayətlərin ictimai təhlükəliliyini şərtləndirən və bu, yaxud da digər cəzanın təyin edilməsinə təsir göstərən amil kimi nəzərə alınır. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının göstərilən təcrübəyə uyğun olaraq qəbul edilmiş aktlar kimi qiymətləndirilməsi barədə isə fikir yürütmək mümkün olmur. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri hazırki iş üzrə müvafiq olaraq hökm çıxararkən və yekun qərar qəbul edərkən o, halı da nəzərlərindən qaçırmışlar ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağa meyilli olan Məhkum bundan əvvəl də Gəncə Şəhər Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkəmələr bu halı onun şəxsiyyətini səciyyələndirən hal kimi qiymətləndirməmiş və yalnız bu hala görə ona qəti cəzanın CM-in 66.5-ci maddəsinə əsasən təyin olunmasını qanuni hesab etməklə kifayətlənmişlər. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərə əsaslanıb kassasiya protestinin dəlilləri ilə razılaşaraq Məhkum barəsində cəza tədbirinin seçilməsi hissəsində birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən edir, bu pozuntunun həmin məhkəmənin qəbul etdiyi qərarın ləğv edilməsi üçü n əsas kimi görür və buna görə də həmin protestin təmin edilməsini mümkün bilir. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları və bu iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları ilə müqayisəli şəkildə bir daha təhlil edərək və həmin protestin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli və Məhkum CM-in 234.4.1 və 234.4.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarı ləğv edilməklə, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Bu qənaətə gə lərkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansi yası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-2121/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2121/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver