Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2122/2024 03.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiə çi5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 177.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 1(101)151/2024 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 16 may 2024-cü il tarixli, 1(101)-151/2024 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(103)-655/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş cinayət işi mat eriallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X15 və X2 ibarət məhkəmə tərkibində) 16 yanvar 2024-cü il tarixli, 1(101)-151/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 23 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) günün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə az adlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə yaşayış yerini saat 23:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, cəza çəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) X12 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs (mülki iddiaçı) X9 dəymiş ziyanın ödənilməmiş hissəsi 2500 (iki min beş yüz) manat tutularaq X8 xeyrinə ödənilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələləri də həll edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, hökmdən apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkumun hüquqi savadının müvafiq dərəcədə olmaması, vəkilinin cinayət məsuliyyətinə cəlb olunmaqla barəsində intizam icraatı başlanması kimi üzrlü səbəblərə görə onun müdafiə hüquqları pozulmuşdur. Onunla yeni müqavilə bağlamışdır. Hökmdən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası haqqında qərar qəbul edilməsini və cinayət işini apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına göndərilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X7) 16 may 2024-cü il tarixli, 1(101)-151/2024 nömrəli qərarı ilə, Müdafiəçi5 tərəfindən Bakı Ağır Cinayətlər məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 1(101)-151/2024 nömrəli hökmündən apellyasiya şikayətinin buraxılmış müddətinin bərpa olunmasına dair vəsatətinin təmin olunmaması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(101)-151/2024 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X3 (sədrlik edən), X13 və X4 ibarət məhkəmə tərkibində) 21 iyun 2024-cü il tarixli, 1(103)-655/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 16 may 2024-cü il tarixli, 1(101)-151/2024 nömrəli qərarının təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(103)-655/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Mü dafiəçi kassasiya şikayətinin dəlilləri qismində birinci instansiya məhkəməsində hökm elan edilərkən məhkumun hüquqlarını müdafiə edən müdafiəçilər proseslərdə formal əsaslarla iştirak etmiş, məhkum özün təqsirli bilməməsinə baxmayaraq onun barəsində çıxarılmış ittiham hökmündən apellyasiya şikayəti verməmişlər, məhkum isə hüquqi cəhətdən savadsız olduğu üçün vaxtında müraciət edə bilməmişdir və bununla da məhkəmədən məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən etiraz verilərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edil məməsi, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Prosses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 1(101)-151/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə olan halda ona münasibətdə a pellyasiya şikayətinin verilməsi müddətinin axımı CPM-in 384.1-ci maddəsinə uyğun olaraq, yəni hökmün elan edildiyi andan başlayır. Həmçinin hökmdən görünür ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçiləri ilə təmin olunmaqla barəsində hökm elan edilmiş və hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi müddəti və qaydası izah edilmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 01 aydan çox müddət keçmiş, təqsirləndirilən şəxsi və ya müdafiəçisini bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edi r ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 1 aydan çox vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində müddəti ötürməsi ilə əlaqədar əlavə hər hansı hala istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 1(101)-151/2024 nömrəli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökmün elan edildiyi andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum Təqsirləndirilən şəxs buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət məhkum Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayə tində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəç isi tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(103)-655/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2024cü il tarixli, 1(101)-151/2024 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 16 may 2024-cü il tarixli, 1(101)-151/2024 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş şikayətin təmin edilməmə si barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli, 1(103)-655/2024 nömrəli qərarı məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-2122/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2122/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver