Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2124/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov İlqar Xanlar oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, məhkumun müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-167/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1992-ci il tarixdə Qax rayonunun Almalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, ailəli, işsiz, Qax rayonu, Almalı kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 26 oktyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 13 noyabr 2023-cü il tarixdə Qax Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 25 avqust 2023-cü il tarixdə, saat 00:10-də ictimai yerdə, yəni Qax rayonu Şıxlar kəndinin girişində yerləşən kafedə Zaqatala rayonu, Kəpənəkçi kənd sakini Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlədərək mübahisə yaratmış, kafedə istirahət edən şəxslərin rahatlığını və istirahətini pozmuş, kənar şəxslərin onu nizam-intizama dəvət etməsinə baxmayaraq aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək kafenin həyətindən götürdüyü 1 ədəd “Mandella Tusem” markalı stulla kafedəki mətbəxin 30x60sm ölçüdə olan pəncərəsinə qəsdən bir dəfə vuraraq sındırmış, həmçinin həmin vaxtı ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərərək, yəni onu intizama dəvət etməklə sakitləşdirməyə çalışan Zərərçəkmiş şəxs1 yerdən götürdüyü silah qismində istifadə elədiyi 1 ədəd başqa “Mandella Tusem” markalı stulla baş nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya təpə nahiyəsində 1 (bir) ədəd qançır və sağ saidində 1 (bir) ədəd sıyrıqdan ibarət sağlamlığa zərərvurmayan bədən xəsarəti yetirməklə, kafeyə məxsus iki ədəd stulu və pəncərənin şüşəsini sındırmaqla məhv edərək Zərər çəkmiş şəxs2 60 manat dəyərində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən 10 sentyabr 2023-cü il tarixdə, saat 00:10-də ictimai yerdə, yəni Qax rayonu, Almalı kəndinin mərkəzində yerləşən küçədə həmin kənd sakini Zərərçəkmiş şəxs3 qarşı nalayiq ifadələr işlədərək mübahisə yaratmış, daha sonra o, özünün üstünlüyünü cəmiyyətə nümayiş etdirmək məqsədilə ucadan nalayiq ifadələr işlətmiş, kafedə istirahət edən şəxslərin rahatlığını və istirahətini pozmuş, kənar şəxslərin onu nizam-intizama dəvət etməsinə baxmayaraq aqressivlik nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, özünün cəmiyyətdə üstünlüyünü nümayiş etdirməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiy yətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nəzakətli davranmalı olduğu halda bunu etməməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, həmçinin əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edərək idarə etdiyi avtomobildən götürdüyü silah qismində istifadə elədiyi 01 ədəd vintaçan ilə Zərərçəkmiş şəxs3 sifət nahiyəsindən qəsdən bir neçə dəfə vuraraq sonuncuya sol yuxarı gicgahında 01 (bir) ədəd, sağ göz ətrafında 01 (bir) ədəd, sol gicgah önündə 01 (bir) ədəd, sol çənə altında 01 (bir) ədəd sıyrıqlar, sol gicgahında 01 (bir) ədəd qansızma, sol göz altında 01 (bir) ədəd qançırdan ibarət sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirməklə təkrarən qərəzli xuliqanlıq cinayətini törətmişdir.
5. Qax Rayon Məhkəməsinin 1(024)-67/2023 nömrəli, 21 dekabr 2023-cü il tari xli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün ləğv edilərək barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
7. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X4 apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, hökmlə təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti ol araq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Hökmdən təqsirləndirilən şəxsin digər müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlu apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən eyni Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında olan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir.
9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-167/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 1(024)-67/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, hökmdə istinad etdiyi sübutların digər obyektiv sübutlara uyğun gəlməsini yoxlamadan, birinci epizodla bağlı ziddiyyətli sübutları düzgün təhlil etmədən, baş vermiş hadisəni olduğu kimi deyil, ibtidai istintaqın ittiham yönümlü mövqeyinə uyğun səhv qiymətləndirmişdir. İbtidai istintaq dövründə Zərərçəkmiş şəxs1 ifadələri olduğu kimi alınmamışdır. Məhkəmələr zərərçəkmiş şəxslərin və şahidlərin ziddiyyətli ifadələrinə əsaslanaraq, Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilmişlər. Mə hkəmələr cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onun törədilməsi halları, ikinci epizodun zərərçəkmiş şəxsin təşəbbüsü ilə yaranması və şəxsi ailə qohumluq münasibətləri zəminində baş verdiyi, eyni zamanda hər hansı bir ictimai asayişin pozulması və ətrafdakılar üçün hər hansı bir təhlükə və narahatlıq yaratmadığı, Mayıs Məmmədlinin əlində silah qismində hansısa bir əşya və alət gəzdirmədiyi halda əsassız olaraq onun hərəkətlərini Azərbaycan Respubliksı CM-nin 221.3-cü maddəsi ilə qərəzli xuliqanlıq kimi qiymətləndirmişlər. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-167/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarının ləğv olunması, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 221.1- ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qər arın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya m əhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Müdafiəçi kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə əməlinin səhv tövsif edildiyini, ona ağır cəza təyin edildiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-ni n 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-167/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə c inayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk n övbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyələrini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə müdafiəçinin dəlillərini əsassız hesab edir.
24. Belə ki, məhkumun özünün və müdafiəçilərinin birinci instansiya məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətlərinin baxılan kassasiya şikayətində irəli sürülənlərlə mahiyyətcə eynilik təşkil edən dəlillərinə münasibətini bildirən apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları hazırda mübahisəsi edilən qərarında müvafiq maddi və prosessual cinayət-hüquqi norm alara və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırmış və haqlı olaraq hesab etmişdir ki, Məhkum məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittihamın ikinci epizodu üzrə özünü təqsirli bilməsə də, lakin onun Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri özünün ibtidai istintaq zamanı verdiyi tam etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, hadisə yerinə baxış keçirilməsi barədə protokol, digər istintaq hərəkəti protokolları, eləcə də işdə olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən dəlillər üzrə gəldiyi nəticəsi apellyasiya şikayətində irəli sürülmüş məsələlərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
26. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı mövqeyi ilə də razılaşır və hesab edir ki, məhkəmələrin qəbul etdiyi aktlar bu hissədə müvafiq maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
27. Belə ki, Azərbaycan Respub likası CM-nin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
28. Məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tam ödəməsi, himayəsində bir azyaşlı uşağının olması, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, bununla da Azərbaycan Respublik ası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
29. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
30. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
31. Qeyd olunanlar ap ellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-167/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-167/2024 nömrəli, 06 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.