Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2124/2025 31.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra CM-in) 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-559/2025 nömrəli 27 may 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim N.Rzayeva) 1(010)353/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəzasından çıxılmış və üzərində qəti olar aq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilmişdir. Məhkum cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi tarixdən, yəni 17 dekabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkum barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-511/2024 nömrəli 30 oktyabr 2024-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim N.Rzayeva) 1(010)353/2024 nömrəli 10 yanvar 2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(010)-353/2024 nömrəli hökmündə yanlışlıqların aradan qaldırılmasına dair qərar qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini n (sədrlik edən hakim N.Rzayeva) 1(010)353/2024 nömrəli 16 yanvar 2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-353/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddət və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş buraxılmış prosessual müddət bərpa edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-353/2024 nömrəli 10 yanvar 2025-ci il tarixli yanlışlıqların aradan qaldırılmasına dair qərarından dövlət ittihamçısı tərəfindən 24 fevral 2025-ci il tarixdə apellyasiya protesti və müddətin bərpasına dair vəsatət verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim N.Rzayeva) 1(010)-353/2024 nömrəli 15 aprel 2025-ci il t arixli qərarı ilə dövlət ittihamçısı tərəfindən apellyasiya protestinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-559/2025 nömrəli 27 may 2025-ci il tarixli qərarı ilə (hakimlər Ə.Q.Ələkbərov (sədrlik edən), İ.A.İbrahimli və F.Ə.Qəniyev) təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-353/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il azadılqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) aya endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 12:40-da Zərərçəkmiş şəxs MMC-yə məxsus Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi 26 ünvanında yerləşən Günəşli 2 filial mağazasına müştəri qismində daxil olub oradan hər biri 454 qram olan. Doyaruşka markalı, ümumilikdə 48 manat 75 qəpik dəyərində 5 qutu yağı, 500 qram çəkidə, Ankor markalı, 10 manat 30 qəpik dəyərində 1 qutu yağı, xx.xx.2023-cü il tar ixdə saat 19:06-da hər biri 454 qram olan, Doyaruşka markalı, ümumilikdə 39 manat dəyərində 4 qutu yağı, hər biri 454 qram olan, Ankor markalı, ümumilikdə 49 manat 90 qəpik dəyərində 5 qutu yağı, hər biri 180 qram olan, Vest Qold markalı, ümumilikdə 7 manat 70 qəpik dəyərində 2 qutu yağı, hər biri 500 qram olan, Ankor markalı, ümumilikdə 51 manat 50 qəpik dəyərində 5 qutu yağı, xx.xx.2023-cü il tarixdə saat 12:40-da hər biri 454 qram olan, Doyaruşka markalı, ümumilikdə 39 manat dəyərində 4 qutu yağı, hər biri 500 qram olan, Ankor markalı, ümumilikdə 51 manat 50 qəpik dəyərində 5 qutu yağı, hər biri 400 qram olan, Vest Qold markalı, ümumilikdə 16 manat 40 qəpik dəyərində 2 qutu yağı, hər biri 400 qram olan, Qolden Krovn markalı, ümumilikdə 30 manat dəyərində 4 qutu yağı, xx.xx.2023-cü il ta rixdə saat 12:52-də hər biri 454 qram olan, Doyaruşka markalı, ümumilikdə 58 manat 50 qəpik dəyərində 6 qutu yağı, hər biri 454 qram olan, Ankor markalı, ümumilikdə 29 manat 94 qəpik dəyərində 3 qutu yağı, hər biri 180 qram olan, Vest Qold markalı, ümumilikdə 7 manat 70 qəpik dəyərində 2 qutu yağı, xx.xx.2023- cü il tarixdə saat 19:47-də hər biri 454 qram olan, Doyaruşka markalı, ümumilikdə 19 manat 50 qəpik dəyərində 2 qutu yağı, hər biri 180 qram olan, Qolden Krovn markalı, ümumilikdə 14 manat 20 qəpik dəyərində 4 qutu yağı, xx.xx.2023-cü il tarixdə saat 16:55- də hər biri 454 qram olan, Ankor markalı, ümumilikdə 39 manat 92 qəpik dəyərində 4 qutu yağı, hər biri 400 qram olan, Vest Qold markalı, ümumilikdə 16 manat 40 qəpik dəyərində 2 qutu yağı, hər biri 180 qram olan, Vest Qold marka lı, ümumilikdə 15 manat 40 qəpik dəyərində 4 qutu yağı, xx.xx.2023-cü il tarixdə saat 20:35-də hər biri 180 qram olan, Vest Qold markalı, ümumilikdə 29 manat 95 qəpik dəyərində 7 qutu yağı, hər biri 454 qram olan, Ankor markalı, ümumilikdə 19 manat 96 qəpik dəyərində 2 qutu yağı, hər biri 454 qram olan, Doyaruşka markalı, ümumilikdə 19 manat 50 qəpik dəyərində 2 qutu yağı, hər biri 180 qram olan, Vest Qold markalı, ümumilikdə 11 manat 55 qəpik dəyərində 3 qutu yağı, 454 qram çəkidə, Ankor markalı, 9 manat 98 qəpik dəyərində 1 qutu yağı, 454 qram çəkidə, Ankor markalı, 9 manat 98 qəpik dəyərində 1 qutu yağı, 400 qram çəkidə, Qolden Krovn markalı. 7 manat 50 qəpik dəyərində 1 qutu yağı, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəx s MMC-yə ümumilikdə 641,05 (altı yüz qırx bir manat beş qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin və protestinin dəlilləri: Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 27 may 2025-ci il tarixli qərarının dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, törətdiyi əməldən peşmandır, ziyan ödənilmişdir, məhkəmə yüngülləşdirici halları düzgün nəzərə almamışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 27 may 2025-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş olunur. Kassasiya protestində qeyd edilmişdir ki, dövlət ittihamçısı tərəfindən verilmiş ilkin apellyasiya protesti ndə hökmün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsi, digər protestdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə yol verilmiş anlaşılmazlığın həll edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, CM-nin 177.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) aya endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya kollegiyası qəbul etdiyi qərarda səhvə yo l vermişdir. Belə ki, verilmiş apellyasiya protestlərindən də görünür ki, dövlət ittihamçısı tərəfindən bir protestdə məhkəmənin təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmamasına baxmayaraq, cəza təyin edərkən cinayətlərin residivinə görə cəza təyin etməklə, digər protestdə isə qanuni qüvvəyə minməmiş hökmə münasibətdə anlaşılmazlığın aradan qaldırılmasına dair qərar qəbul etməklə cinayət qanunu normalarını pozması qeyd olunmuşdur. Cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə bağlı birinci instansiya məhkəməsində iştirak edən Dövlət ittihamçısı1 tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya protesti verilmiş və həmin tarixli qərarla buraxılmış müddət bərpa edilmişdir. Qeyd olunan protestin həmin tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin dəftərxanasına d axil olmasından sonra, protestin məzmunu ilə tanış olaraq Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Nərminə Rzayeva tərəfindən əsassız olaraq, apellyasiya protestinin dəlillərində göstərilmiş məsələyə dair xx.xx.2025-ci il tarixli “yol verilmiş anlaşılmazlığın aradan qaldırılmasına dair” qərar qəbul edilmişdir. Məhkəmə həmin qərarı qəbul etməklə cinayət-prosessual qanunvericiliyin hökmün icrasına dair müddəalarının tələblərini kobud şəkildə pozmuşdur. Ancaq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası birinci məsələyə (cinayətlərin residivi əsasında cəza təyin etməyə) münasibət bildirərkən protesti tam təmin etməsinə baxmayaraq, qəbul etdiyi qərarın nəticə hissəsində protestin qismən təmin edildiyini göstərmiş, digər protestdə qoyulmuş məsələyə, yəni məhkəmənin qanuni qüvvəyə m inməmiş hökmə münasibətdə anlaşılmazlığın aradan qaldırılmasına dair qərar qəbul etməsinə isə ümumiyyətlə münasibət bildirməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin olunması, kassasiya protestinin təmin olunmaması barədə Məhkum, kassasiya şikayətinin təmin olunmaması, kassasiya protestinin isə təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə apellyasiya məhkəməsində ilkin baxış mərhələsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, s übutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq, hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi, kassasiya protestində məhkəmələr tərəfindən cinayət və cinayət-pr osessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilməməsi qeyd edilərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmiş və həmin əməl üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və məhkum tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27. 05.2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkum Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təqsirli bilindiyi CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini 31 oktyabr 2023-cü il tarixdə törətmiş, onun hazırki əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, əməlində cinayətlərin residivi olmam ışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə isə Məhkum əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi olması qeyd edilməklə, məhkumun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısı apellyasiya protesti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət və apellyasiya protesti ilə müraciət etmiş, apellyasiya protestində hökmün cinayət qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə hökmdə yol verilmiş anlaşılmazlıqların aradan qaldırılmasına dair qərar qəbul edilmiş və apellyasiya pr otestində göstərilən məsələ həll edilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət təmin edilmişdir. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə dövlət ittihamçısı tərəfindən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından apellyasiya protesti və protest verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatət verilmişdir. Bakı şəhəri Suraxani Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya protesti verilməsi üçün müddət bərpa olunmuşdur. Cinayət işi materillarından və dövlət ittihamçının apellyasiya məhkəməsində çıxışından aydın olunur ki, ittiham tərəfi apellyasiya məhkəməsində həm Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünü, həm də xx.xx.2025-ci il tarixli düzəliş qərarını mübahisələndirib. Lakin apellyasiya məhkəməsi bu xüsusata diqqət etməyərək prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılmasının məqsədi həmin şikayət və ya protestə məhkəmədə baxılmasının mümkün olub-olmadığını müəyyən etmək və bunun nəticəsində müvafiq qərarların qəbul edilməsidir. Buna görə də apellyasiya şikayəti və ya apellyasiya protestinə ilkin baxılmasına dair düzgün qərar qəbul edilməsi üçün apellyasiya instansiyası məhkəməsi digər məsələlərlə yanaşı cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı CPM-in tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini də araşdırmalıdır. Hazırkı cinayət işi üzrə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestlərində cinayət işi üzrə yekun məhkəmə aktı ilə yanaşı, həmin qərara düzəliş edilməsi barədə çıxarılan qərar da mübahisələndirilmişdir. Lakin apellyasiya məhkəməsi protestlərdə mübahisələndirilən bir məhkəmə aktına münasibət bildirsə də, digər məhkəmə aktından verilən şikayətə mahiyyəti üzrə baxmamış, apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında 13 may 2025-ci il tarixli ilkin baxış qərarında həmin məhkəmə aktından (yekun məhkəmə aktına düzəliş edilməsi) verilən protesti məhkəmə baxışına təyin etməmiş, bununla cinayət-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3.4-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi apellyasiya məhkəməsi həm hökmdən, həm də hökmə olan düzəliş qərarından apellyasiya proteslərinə baxıb münasibət bildirməli olduğu halda, xx.xx.2025-ci il tarixli qərarı ilə yalnız birinci protestə münasibət bildirmişdir. Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə ona dah a yüngül cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya protestinə münasibətdə ləğv olunur və yeni apellyasiya baxışında məhkuma təyin olunacaq cəza məsələsi də həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsaslı sayaraq belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməli, kassasiya şikayəti isə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2025-ci il tarixli ilkin baxış qərarı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi həmin məhkəmədə ilkin baxış mərhələsinə qaytarılmalıdır. Azərbaycan Respub likası CPM-nin 416.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tərəfindən Məcəllənin 391.6-cı maddəsinin müddəalarının yerinə yetiririlməməsi kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara alır: Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2025-ci il tarixli ilkin baxış qərarı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi Bakı Apellyasiya Məhkəm əsində ilkin baxış mərhələsinə qaytarılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-2124/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2124/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver