Məhkəmə qərarları › İş №1(102)-2126/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2126/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2126/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, X3 barəsində olan xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli, 1(107)-190/2023 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Dostuyeva Vüsalə Adil qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə bax araq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, Dostuyeva Vüsalə Adil qızı ona görə məhkəməyə xüsusi ittiham qaydasında şikayət edərək X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir ki, X7 xx.xx.2022-ci il tarixində Mingəçevir şəhərində Ana dili abidəsinin arxasında yerləşən parkda özünə məxsus olan «Milli News» Youtube kanalında canlı açaraq Mingəçevir səhərində 4 qadın “REKERTLİK” edir başlığı altında çıxışlar etmişdir. Bundan sonra həmin videonu «Milli News», «Xalqın xəbəri» Youtube səhvələrində və TikTok Sosial şəbəkəsində «sevdamsenl990» (SƏN_MƏNİM_TƏK_DİLƏYİM) istifadəçi adı altında yaratdığı səhifəsində paylaşmışdır. Çıxışında bildirmişdir ki, “X11, X8, Dostuyeva Vüsalə Adil qızı və Tutu adında qadınlar mütəmadi olaraq mənim şərəf və ləyaqətimi alçaltmışdırlar və mənə məxsus nömrəni hər hansı bir sosial şəbəkədə yayaraq, hər hansı tanımadığım bir insanlara paylayırlar. Mingəçevir şəhərində bu 4 qadının mənə etdiyi təzyiqlərdən təngə gəlmişəm. Polis orqanı Zeynəb, Vüsalə, Aytən kimi qadınlar nə qadınlar olub ki məni öldürsələr bundan vaz keçirlər, mənim şikayətimə baxmırlar. Bu qadınlar mütəmadi olaraq məni təzyiqə məruz qoyur, evimə basqın edir, uşaqlarıma və özümə şiddət göstərirlər. Bu qadınlar sözün əsl mənasında Mingəçevir şəhərində reketlik edirlər. Mənim və övladlarımın həyatı təhlükədə olduğu halda şikayət edirəm, lakin Polis əməkdaşları bu qadınlardan izahat ala bilmir. Mənim uşağımın həyatı təhlükədədir. Biz dərdimizi kimə deyək ki, Mingəçevirdə bu dörd qadınlar at oynadır, bunların qarşısını ala bilən tapılmır. Bu qadınlar qrup şəklində mənim evimə basqın edir, məni günahsız yerə hər hansı bir şeydə şərəf və ləyaqətimi alçaldır, məni əxlaqsız kimi qələmə verir. Bunların qarşısını alan yoxdur. Zeynəb, Vüsalə, Aytən kimi qadınlar hegеmonluq edir, istədiyi adamın həyatında problem yaşadır. Bu qadınlar mənim həyat yoldaşımın işindədə problem yaradıblar, bu qadınlara görə mənim həyat yoldaşım əmək haqqı almır buna görə də uşaqlarımın çörək almağa pulu belə yoxdur. Bununla bağlı vəkilə müraciət etdim, vəkil mənə bildirdi ki, Zeynəb, Aytən, Vüsalə adlı qadınların adları keçdiyi yerdə heç bir orqan sənin şikayətinə baxa bilməz. Mingəçevir şəhərində bu qadınların dediyi qanundur. Bu çıxışlarımı mütəmadi olaraq edəcəm, a rtıq məni intihar həddinə çatdırıblar. Xahiş edirəm barələrində ölçü götürəsiniz” - kimi ifadələrlə bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan yalan məlumatların kütləvi nümayiş etdirilən internet informasiya ehtiyyatında yaymış, həmçinin kütləvi nümayiş etdirilən internet infоrmasiya ehtiyyatında onun şərəf və ləyaqətini nаlayiq formada qəsdən alçaltmışdır. Yaydığı bu çıxışlara “Milli News” youtube kanalında 1300 nəfərdən artıq baxış, “Xalqın Xəbəri” Youtube kanalında 244 nəfərdən artıq baxış, Tiktok sosial şəbəkəsində isə 2506 baxış etmişdir. Yaydığı bu çıxışların rəy bölümündə isə onları müzakirəyə çıxarmışdır. Müzakirə nəticəsində tanımadığı insanlar onların barəsində müxtəlif aşağılayıcı ifadələr yazmışdır.

2. Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-32/2023 nömrəli qərarı ilə (sədrlik edən hakim: X5) Dostuyeva Vüsalə Adil qızının X7 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir.

3. Birinci instansiya məhkəməsinin həmin qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Dostuyeva Vüsalə Adil qızı apellyasiya şikayəti vermişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli, 1(107)190/2023 nömrəli qərarı ilə (hаkimlər X1 (sədrlik edən və məruzəçi), X6 və X4 ibarət tərkibdə) apellyаsiyа şikаyətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 1(046)-32/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tar ixli, 1(107)190/2023 nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Dostuyeva Vüsalə Adil qızı kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

6. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 barəsində xüsusi ittiham qaydasmda şikayət ərizəsinin rayon məhkəməsinin icraatına qəbul edilməməsində heç bir əsas yoxdur. Göyçay Rayon Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin hər iki qərarı qəsdən, qərəzli şəkildə yazılmış qərarlardır.

7. Kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli, 1(107)-190/2023 nömrəli qərarını ləğv edərək işin baxılması üçün apellyasiya instansiyası məhkəmsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. III.Hüquqi məsələlər

13. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir.

14. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilmə z.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir.

16. Azərbaycan Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir.

17. CPM-in 299.3.3-cü maddəsin ə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır.

18. Belə ki, CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1 şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2 törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cüm lədən maddi ziyanın məbləği); 293.3.3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4 şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5 cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6 şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7 şikayəti vermiş şəxsin imzası.

19. CPM-in 300.1.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul ed ilməsindən imtina olunması barədə qərar qəbul edir.

20. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışına hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır.

21. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin tələbinə əsasən CPM-in 302.1.6-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasinda şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır.

22. Birinci instans iya məhkəməsində işin məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri mövcud deyil, bu səbəbdən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinini bu mövqeyi ilə razılaşmışdır. 23. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə c inayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır.

24. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.

25. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri).

26. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6, 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhk əmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir.

27. Məhkəmə kollegiyası hesab edir ki, Dostuyeva Vüsalə Adil qızının xüsusi ittiham qaydasında ərizəsi üzrə məhkəmələrin cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.

28. Belə ki, xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli Qərarının 5-ci bəndinə əsasən qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal p roqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər.

29. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıl mış olsun.

30. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.

31. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür.

32. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.

33. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.

34. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmununa əsasən Dostuyeva Vüsalə Adil qızının barəsində kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında təhqir və ya böhtan xarakterli məlumatlar yayılması halları mövcud deyil. Məhkəmələr tərəfindən Dostuyeva Vüsalə Adil qızının xüsusi ittiham qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina edilərkən cinayət və cinayət prosessual qanunların pozulması, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir.

35. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli, 1(107)190/2023 nömrəli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır.

36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında material üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2023-cü il tarixli, 1(107)-190/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Xüsusi ittihamçı Dostuyeva Vüsalə Adil qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar