Məhkəmə qərarları › İş №1(102)-2127/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2127/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2127/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum və onun müdafiəçisi Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 1(103)-1425/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq 22 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla, daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2021-ci il tarixdə, saat 19:30 dəqiqədə, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yerləşən “Yaşıl1” marketin qarşısında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan göy rəngli idman şalvarının sağ cibindən 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,095 qram, 3,748 qram, 2,066 qram və 1,039 qram, ümumi təmiz çəkisi 7,948 qram açıq qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

3. Bundan başqa Məhkum satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla, daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 oktyabr 2021-ci il tarixdə, saat 19-da Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, İ.Əhlimanov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli idman şalvarın sağ cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,781 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 1(101)-663/2022 nömrəli hökmü ilə (hakimləri X6 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 23 sentyabr 2021-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 27 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun əraz i narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

5. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 1(103)-1425/2022 nömrəli qərarı ilə (hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət məhkəmə tərkibində) Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 1(101)-663/2022 nömrəli hökmünün Məhkum barəsində onun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

7. Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 1(103)-1425/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Məhkum kassasiya şikayətinin dəlilləri qismində təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsini mübahisələndirərək, cinayət işi materiallarına istinadlar edərək qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə, təqdim edilmiş vəsatətlərə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir.

9. Belə ki, o narkotik vasitədən çox az miqdarda ara-sıra istifadə etməsini səmimi etiraf edir. Narkotik vasitədən asılılığı olmayıb. Həbs edilməmişdən öncə aldığı na rkotik vasitəni şəxsi istifadə üçün alıb. Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir.

10. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 1(103)-1425/2022 nömrəli qərarının ləğv edilməsini və ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə, CM-in 234.1-ci maddəsi ilə bağlı isə mövcud halları nəzərə almaqla işə düzgün hüquqi qiymət verilməklə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

12. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Məhkum, onun təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsi ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid o lan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 1(103)-1425/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.

22. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.

23. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.

24. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 143—146-cı maddələ rinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.

25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

26. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsini n tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

28. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi CPM-in 143146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum CM-in 234.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli CM-in 234.1 və 234.4.3-cü mad dələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

29. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

30. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəli lləri qismində irəli sürdüyü, onun CM-in 234.4.3-cü maddəsi ilə heç bir təqsirinin olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, sözügedən dəlil cinayət işi materiallarında olan, birinci instansiya və apellyasiya instansiya məhkmələri tərəfindən araşdırılaraq tədqiq edilmiş şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sübutlarla təkzib edilir.

31. Həmçinin, kassastor şikayətinin dəlilləri qismində onun narkotik asılılığının olmamasını, müalicəyə ehtiyacı olmamasını bildirsə də, cinayət işi materiallarında olan ekspert rəyi bunu təkzib etmişdir, belə ki, məhkəmə-narkoloji ekspertiza üzrə 15 dekabr 2021-ci il tarixli 5109 №-li ekspert rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə ed ilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 176- 177).

32. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

33. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkum, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 20 22-ci il tarixli, 1(103)-1425/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 1(103)-1425/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar