Məhkəmə qərarları › İş №1(102)-2128/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2128/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2128/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınn 15 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Səbir qızından ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1982-ci il tarixdə Zərdab rayonunun İsaqbağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, Zərdab rayonunun İşıqbağı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi, nömrəsiz fərdi evdə yaşamış, CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 93.1.2-ci maddəsinə əsasən isə onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 2022-ci ilin iyun ayının təxminə n əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu ərazisində şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,490 qram, 2,993 qram, 5,152 qram, 0,076 qram, 0,135 qram, 0,434 qram və 1,373 qram olmaqla, ümumi təmiz çəkisi 10,653 qram təşkil edən eyni tərkibli kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini əldə etmiş, həmin narkotik vasitələri üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan südçülük sovxozunda yerləşən nömrəsiz evinə daşımış, qeyd edilən kustar üsulla hazırlanmış 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroini evin yataq otağında yerləşən termonun üst siyirməsində bir ədəd ağ rəngli lampada, qeyd edilən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,076 qram heroini isə açıq vəziyyətdə həmin lampanın içində, digər kustar üsulla hazırlanmış 1 ədəd bükümdə təmiz çəkisi 0,490 qram olan heroini isə evin zalında yerləşən güzgülü termonun üzərindəki güldanın içində yerləşdirməklə saxlamış, qalan kustar üsulla hazırlanmış 3 ədəd bükümdə ümumi təmiz çəkiləri 0,135 qram, 0,434 qram və 1,373 qram eyni tərkibli heroin narkotik vasitəsini 2022-ci ilin iyun ayının təxminən ortalarında 30 manat müqabilində yaşadığı ünvanda tanışı X12 satmış, X10 həmin narkotik vasitənin şəxsi istehlak miqdarında olan 1 bükümünü, yəni 0,135 qramını 2022-ci ilin iyun ayının təxminən ortalarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində fəaliyyət göstərən “Ülvi” inşaat və tikinti materialları mağazasının yaxınlığında tanışı X17 55 manat müqabilində satmış, qalan 2 büküm kustar üsulla hazırlanmış heroinın təmiz çəkisi 1,373 qram olan 1 bükümünü üzərində, digər 1 bükümdə təmiz çəkisi 0,434 qram olan kustar üsulla hazırlanmış heroini isə avtomobilində saxlamaqla daşımış, Xəzər rayon Polis idarəsi, 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X15 18 iyun 2022-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində saxlanılaraq Xəzər RPİ-nin, 3-cü Polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 13:10-da xidməti otaqların birində video çəkiliş ilə X15un üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən X10dən 55 manat müqabilində şəxsi istifadəsi üçün a ldığı həmin 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş halda 0,135 qram ümumi təmiz çəkisi olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra Xəzər RPİ, 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədirləri nəticəsində X10 xx.xx.2022-ci il tarixdə saat 15:30-da icarə əsasında idarə etdiyi “Hyundai” markalı “Matrix” modelli ** XA *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində fəaliyyət göstərən “E və L” tikinti materialları mağazasının yaxınlığında dayanan zaman saxlanılaraq Xəzər RPİ-nin 3-cü Polis şöbəsinə gətirilmiş, 18 iyun 2022-ci il tarixdə saat 16:10-da polis şöbəsinin inzibati binasında xidməti otaqların birində X10in üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan kiçik cibindən Məhkum aldığı həmin 1 ədəd selofan bükümdə ümumi təmiz çəkisi 1,373 qram olan küstar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra isə 18 iyun 2022-ci il tarixdə saat 18:25-də X10in icarə əsasında idarə etdiyi “Hyundai” markalı “Matrix” modelli avtomaşına axtarış keçirilən zamanı avtomobilin sükanının alt hissəsində kiçik saxlanc yerindən Məhkum aldığı həmin 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda ümumi təmiz çəkisi 0,434 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra 21 iyun 2022-ci il tarixdə saat 10:20-də Xəzər RPİ, İstintaq şöbəsinin və 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkəti zamanı Məhkum yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hovsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin zalında olan güzgülü termonun üzərindəki güldandan həmin 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram kustar üsulla hazırlanmış heroin, evin yataq otağında yerləşən termonun üst siyirməsindən isə bir ədəd ağ lampanın içində həmin 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroin və həmin lampanın içində açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitələri aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində Məhkum Bakı şəhəri, Suraxanı rayonu, Hovsan südçülük sovxozunda yerləşən n ömrəsiz fərdi yaşayış evindən 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram çəkidə kustar üsulla hazırlanmış heroinin, 2 dəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroinin və açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin epizod ona qarşı irəli sürülmüş ittihamdan xaric edilmiş və o, 2022-ci ilin iyun ayının təxminən ortalarında 30 manat müqabilində yaşadığı ünvanda üç bükümdə 0,135 qram, 0,434 qram və 1,373 qram olan narkotik vasitə heroini tanışı X12 satması epizodu üzrə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş, bu haqda da onun barəsində yuxarıda göstərilən ittiham h ökmü çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 15 may 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlillər i: Kassasiya protestində bir sıra beynəlxalq müqavilələrə, sübutların toplanmasına, araşdırılmasına və qiymətləndirilməsinə dair CPM-in müvafiq maddələrinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra Qərarlarına, ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına, həmin aktlar üzrə birinci və apellyasiya instansiyası məhkəmələri nin gəldikləri nəticələrə istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.Y.Məmmədova kassasiya protestini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edərkən Məhkum törətdiyi əməlin tövsifi ifə bağlı hissədə cinayət qanununun tətbiqində səhvə yol vermiş, habelə sübutların tədqiqinə dair cinayət-prosessual qanunvericiliyin tələblərini də pozaraq həmin sübutları məcmu qaydada qiymətləndirməmişdir. Belə ki, cinayət işinin materiallarında olan 21 iyun 2022-ci il tarixli “təxirəsalınmaz axtarış və götürmənin aparılması barədə” qərar əsasında Məhkum faktiki yaşadığı Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən nömrəsiz evində axtar ış və götürmə istintaq hərəkəti cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun aparılmış və həmin istintaq hərəkətinin aparılması nəticəsində ona qarşı irəli sürülmüş ittihamda göstərilən miqdarlarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu istintaq hərəkəti Məhkum 21 iyun 2022-ci tarixdə yazdığı ərizəyə əsasən onun razılığı ilə aparılmış, axtarış başa çatdıqdan sonra isə sonuncu onun nəticələrinə dair hər hansı etirazının olmasını bildirməmişdir. Həmçinin, axtarış və götürmə istintaq hərəkətinin aparılmasında hal şahidi qismində iştirak etmiş Şahid6 məhkəmə iclasında şahid qismində dindirilərkən həmin vaxt qeyd olunan istintaq hərəkətinin aparıldığı mənzildə olmamasını və həmin protokoldakı imzaların ona məxsus olmadığını bildirsə də, məhkəmələr onun ibtidai ara şdırma zamanı başqa məzmunda ifadələr verməsini, digər tərəfdən isə onun Məhkum xeyrinə ifadələr verərkən məhkum olunmuş şəxsi qəsəbə sakini kimi əvvəllərdən tanımasını, onun işlədiyi çayxanaya tez-tez gedib-gəlməsini, eləcə də adı çəkilən şahidin özünün qardaşı barəsində Polis şöbəsində cinayət işi üzrə istintaq aparılmasını, yəni hüquq mühafizə orqanına etibar etməməsini nəzərə almamışlar. Belə olan halda, Şahid6 sənədlərə bilərəkdən və ya düşünülmüş formada fərqli imzalar etməsi də mümkün olmuşdur. Lakin, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanları təkrarlayaraq bütün bu hallara düzgün qiymət verməmiş və göstərilən istintaq hərəkətinin qanun pozuntusu ilə aparılması barədə səhv nəticəyə gəlmişdir. Halbuki, bu haqda tərtib olunmuş protokolda əksini tapmış xüsusatlar Məhkum özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə yanaşı, istintaq zamanı toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Digər tərəfdən, Məhkum yaşadığı evdə axtarışın və götürmənin aparılması haqqında 21 iyun 2022-ci il tarixli protokolu müdafiə tərəfi mübahisələndirməmiş, onun evində aşkar edilmiş narkotik vasitənin tərkibinin X10ə satıdğı 1,942 qr çəkidə heroinin kimyəvi tərkiblərinə görə eyni olmasına dair məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2022-ci il tarixli 6/3468 saylı rəyi məhkəmələr tərəfindən nəzərə alınmamış və bu hal da təhlil edilməyərək ona hər hansı hüquqi qiymət verilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əldə edilmiş Bakı şəhə ri, Xəzər Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli hökmündən görünür ki, X18 X adlı qadından yaşadığı ünvanda 3 ədəd bükümdə ümumi təmiz çəkiləri 0,135 qram, 0,434 qram və 1,373 qram eyni tərkibli narkotik vasitə heroini 2022-ci ilin iyun ayının təxminən ortalarında 30 manat müqabilində əldə etdiyinə, sonra həmin narkotik vasitənin 1 bükümünü, yəni 0,135 qramını 2022-ci ilin iyun ayının təxminən ortalarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yaşayış massivində fəaliyyət göstərən “Ülvi” inşaat və tikinti materialları mağazasının yaxınlığında tanışı X17 55 manat müqabilində satmasına, qalan 2 büküm heroini isə avtomobilində saxlamaqla daşımasına görə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ki, bu hal da Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasına, sonuncunun evindən aşkar edilmiş narkotik vasitəni də həmin məqsədlə saxlamasına dəlalət edir. Şərh olunan dəlillərə əsaslanaraq, dövlət ittihamçısı T.Y.Məmmədova sonda onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı T.Y.Məmmədovanın verdiyi həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmi ş və məhkumun əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, habelə məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.Y.Məmmədovanın kassasiya protestini kassasiya qaydasında bax ılmalı müraciət kimi görür və buna görə də Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət fa ktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə b axaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilm ir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə, həmçinin Məhkum barəsində cəza tədbiri seçilərkən maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəm ə kollegiyası ilk növbədə qeyd edir ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə ə saslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müda fiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyət inə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmı ş vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, bu konstitusion müddəa eyni zamanda iş üzrə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin öz təşəbbüsü ilə də əlavə sübutların əldə olunaraq araşdırılması və qiymətləndirilməsi vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizl ik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənə dək təqsirsiz hesab edilir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyy ətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humani zm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəl ləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbi q edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiy yəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qə rarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə m üvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əməlinə maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda i sə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPM-in 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli və ya təqsirkara qarşı irəli sürülmüş ittiham üzrə qismən bəraət verilməli, yaxud da bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilmkələ onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə tərəfindən CPM-in 28.5, 33, 124, 125, 145, 146, 349 və 351-ci maddələrinin tələblərinə də əməl olunmalıdır. Belə ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqs irli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilm əsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya g östərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya di gər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139. 0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasının mənasından belə nəticə hasil olur ki, nəinki cinayət prosesinin iştirakçısı tərəfindən cinayət təqibinin bu və ya digər mərhələsində, həmçinin apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya müraciətlərində də göstərilən dəlillər və bu dəlillər üzərində qurulmuş tələblər də yalnız müvafiq sübutlar vasitəsilə əsaslandırılmalı və belə dəlillər və tələblər mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut üç meyar əsasında, yəni mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkü n sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6- cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı mad dələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbayc an Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli hallar ı müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqın da tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və ape llyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, məhkəmələrə izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmün dən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparmadan və əlavə sübutlar tələb etmədən baxmış apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdiyi 15 may 2024-cü il tarixli qərarında ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış həm bu sübutları, həm də müdafiə tərəfinin vəsatətləri əsasında və öz təşəbbüsü ilə həmin məhkəmə tərəfindən əldə olunmuş sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, yəni CPM-in 416.1.2-ci maddəsi ilə ehtiva olunan pozuntuya yol verməyərək ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli olaraq kassasiya qaydasında mübahisələndirilən həmin qərarında Məhkum ona elan olunmuş ittihamın bir epizodu üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməsi barədə qənaətə gəlmiş, lakin onun yaşadığı fərdi yaşayış evindən 1 ədəd gümüşü siqaret kağızı bükümündə 0,490 qram çəkidə kustar üsulla hazırlanmış heroinin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,993 qram və 5,152 qram olmaqla, ümumi təmiz çəkisi 8,145 qram olan heroinin və açıq vəziyyətdə təmiz çəkisi 0,076 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi epizodu ilə bağlı sübutların prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən toplanmasını müəyyən edərək bu epizodun ümumi itihamdan xaric edilməsi və sonuncunun yalnız 2022-ci ilin iyun ayının ortalarında X10a şəxsi istehlak miqdarından artıq miqdarda 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəki ləri 0,135 qram, 0,434 qram və 1,373 qram olmaqla, ümumi təmiz çəkisi 1,942 qram təşkil edən narkotik vasitəni – heroini satması və bu əməlinə görə onun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilərək həmin maddə ilə təqsirli bilinməsi və cəzalandırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş, bunlara görə də Məhkum ümumilikdə ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi haqqında ehtimal xarakterli hökmün çıxarılması üçün əsaslar görməmişdir. Kassasiya protestinin dəlilləri ilə bağlı cinayət işinin materiallarını öyrənərək təhlil edən məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Əvvəla, yalnız ehimal xarakteri daşıyan kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum hökmlə təqsirli bilindiyi əməli (ittihamın Məhkum tərəfindən X10a yuxarıda göstərilən miqdarlarda narkotik vasitə satması epizodu üzrə) törətməsinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir, bu nəticənin əsasını isə yol verilməz deyil, yalnız qanuni üsullarla əldə olunmuş və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar, o cümlədən hazırki işə münasibətdə preyudisial əhəmiyyətə malik olan X10un CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinə rək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş hallar təşkil edir. Kassasiya protestinin məzmunundan görünür ki, onun müəllifi də Məhkum həmin epizod üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməsini mübahisələndirmir və buna görə məhkəmə kollegiyası sonuncunun hökmlə təqsirli bilindiyi əməli törətməsinə dair sübutların təftiş və təhlil edilməsinə ehtiyac görmür. Məhkum qarşı irəli sürülmüş ittihamın ikinci epizodu, yəni 21 iyun 2022-ci il tarixdə onun yaşadığı evdə axtarış aparılarkən sonuncunun satış məqsədilə həmin evin müxtəlif hissələrində ayrı-ayrı bükümlərdə 0,490 qram, 2,993 qram, 5,152 qram, və 0,076 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsinə dair epizod üzrə təqsirliliyinin süb uta yetirilməməsi ilə bağlı məhkəmələrin gəldikləri nəticəyə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, aşağıda göstərilənlərə əsasən, məhkəmələr həmin epizod üzrə sübutların qanun pozuntusu ilə əldə edilməsini, yəni ittihamın bu hissəsinin əsasını yolverilməz sübutlar təşkil etməsini müəyyən edərək belə sübutlar əsasında Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunması haqqında ittiham hökmünün çıxarılmasından imtina etmişlər. Məhkəmə kollegiyası məhkəmələrin gəldikləri bu qənaəti də qanuni və əsaslı hesab edərək vurğulayır ki, bu qənaət həm toplanmış və araşdırılmış sübutlara, həm qanunvericilyin tələblərinə, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə, həm də ki, Ali Məhkəmənin izah və tövsiyələrinə uyğundur. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum ibtidai araşdırmanın ilk dövründə özünü ona qarşı irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək bu ittihama uyğun ifadələr versə də, istintaqın sonrakı mərhələsində və işə birinci instansiya məhkəməsində baxılarkən həmin ifadələrini inkar etmiş və göstərmişdir ki, 21 iyun 2022-ci il tarixdə səhər saatlarında o, evdə yatarkən tanımadığı çoxlu sayda polis əməkdaşları onun evinə gəlmiş və orada axtarış aparacaqlarını bildirərək həmin istintaq hərəkətini icra etməyə başlamış və bu zaman evin müxtəlif yerlərindən bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin çıxararaq həmin bükümlərin ona məxsus olmasını bildirmişlər. Halbuki, həmin vaxt onun yaşadığı evdə narkotik vasitə olma mış və ona təqdim olunmuş bükümləri polis əməkdaşları özləri evdə yerləşdirmişlər. İbtidai araşdırma zamanı ona təqdim olunmuş sənədləri o, oxumadan imzalamış, axtarış və götürmə haqqında protokolda hal şahidi qismində bu istintaq hərəkətinin aparılmasına iştirak etməsi göstərilmiş Şahid6 isə axtarışın keçirilməsində ümumiyyətlə iştirak etməmişdir. Kassasiya protestində bu ifadələrin yolverilməz sübut olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüqüqudur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstə rilən halların əksini sübut etmək vəzifəsi isə ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci maddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Bundan başqa, kassasiya protestində Məhkum ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi etirafedici ifadələri ona qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübutlardan biri kimi qiymətləndirilməsə də, məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri bilir ki, CPM-in 126.6-cı maddəsinin müddəaları təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ittihamın əsası kimi qəbul edilməsini o, halda mümkün bilir ki, belə etiraf həm də iş üzrə bütün qanuni üsullarla, yəni qanun pozuntusuna yol verilmədən toplanmış sübutların məcmusu ilə təsdiq edilmiş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan mə sələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Cinayət işinin materiallarından və həmin iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri yekun məhkəmə aktlarından göründüyü kimi, həmin məhkəmələr Ali Məhkəmənin Plenumunun bu tövsiyələrinə də əməl etmişlər. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əsas sübut növlərindən biri kimi Məhkum ibtidai araş dırmanın sonrakı dövründə və məhkəmə iclasında verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etməyərək bununla bağlı da kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış bir sıra sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə Məhkum qarşı irəli sürülmüş ittihamın ikinci epizodunun əsasını təşkil edən bəzi sübutların prosessual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilməsini qeyd edir. Məhkum bu ifadələrinin digər sübutlarla müqayisəli təhlili göstərir ki, 21 iyun 2022-ci il tarixdə onun yaşadığı evdə axtarış və götürmə prosessual qanunvericiliyinin pozulması ilə aparılmış, ona qarşı irəli sürülmüş ittihamın əsasını da məhz qanu n pozuntuları ilə müşaiyət olunan bu istintaq hərəkətinin nəticələri, o cümlədən əldə edilmiş maddi sübutlar təşkil etmiş və məhkum olunmuş şəxsin sonradan verdiyi verdiyi ifadələri birinci instansiya məhkəməsinin məhkəmə iclasında əldə edilmiş və araşdırılmış sübutlarla təsdiq olunmuşdur. Gəldiyi bu nəticə ilə əlaqədar məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək əvvəla qeyd edir ki, Məhkum cinayət məsuliyyətinə cəlb edilməsinə əsas X15, daha sonra isə X10 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlləri törətmələri barədə toplanmış əməliyyat-axtarış tədbirlərinin və istintaq hərəkətlərinin keçirilməsinə dair materiallar üzrə toplanmış olmuşdur. Belə ki, həmin sübutlarla, sonradan isə X15in və X10un barələrindəki qüvvəyə minm iş hökmlərlə müəyyən edilmişdir ki, X15 2022-ci ilin iyun ayının ortalarında X10dan şəxsi istifadəsi üçün 55 manat məbləğində pul müqabilində bir bükümdə 0,135 qram çəkidə narkotik vasitə olan heroin əldə etmiş, buna görə o, 18 iyun 2022-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb olunmuş, daha sonra onun verdiyi məlumat əsasında X10 də müəyyən edilərək hamin tarixdə şübhəli şəxs qismində tutularaq onun üzərində və idarə etdiyi “Hyundai” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomaşında axtarış aparılmış, bu istintaq hərəkətləri nəticəsində isə sonuncunun üzərindən bir bükümdə 0,434 qram çəkidə, avtomaşından isə - bir bükümdə 1,373 qram çəkidə narkotik vasitə - heroin, həmçinin elektron tərəzi aşkar edilər ək götürülmüşdür. Bu faktlarla bağlı əvvəl şübhəli şəxs qismində 19 iyun 2022-ci il tarixdə, sonra isə təqsirləndirilən şəxs qismində 20 iyun 2022-ci il tarixdə dindirilmiş X10 göstərmişdir ki, X15a satdığı və üzərindən və avtomaşınından aşkar edilərək götürülmüş heroini o, həmin il iyun ayının ortalarında Xəzər rayonunun Binə qəsəbəsində yaşayan “X” adlı qadından 30 manata almışdır. X10un verdiyi ifadələrinə əsasən “X” adlı qadının müəyyən edilməsi üçün Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş və bu tədbirlər nəticəsində həmin qadının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yaşayan Məhkum olması müəyyən edilmişdir (əməliyyat tapşırığına 21 iyun 2022-ci il tarixli cavab). Həmin cavabda həmçinin Məhkum yaşadığı evdə nar kotik vasitə saxlaması göstərilmişdir. Bundan sonra Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X21 tərəfindən Məhkum yaşadığı evdə təxirə salınmadan axtarış və götürmə istintaq hərəkətinin aparılması haqqında 21 iyun 2022-ci il tarixli qərar qəbul edilmiş, qərarda isə CPM-in 85, 177.6 və 242-246-cı maddələrinə istinad olunmuşdur. Məhkəmə kollegiyası həmin qərarı və bu qərara əsasən yaşayış sahəsində axtarışın və götürmənin aparılması haqqında eyni tarixli protokolu, habelə işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən müəyyən edilmiş obyektiv halları prosessual hüquq normaları ilə müqayisəli şəkildə təhlil edərək, hesab edir ki, adı çəkilən qərar qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edilmiş, onun əsasında istintaq hərəkətinin aparılması zamanı da CPM-i n bir sıra normalarının tələblərinin pozulmasına yol verilmişdir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CPM-in 177.3.1-ci maddəsinə əsasən yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, axtarış, götürmə və digər istintaq hərəkətlərinin aparılması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. CPM-in 177.6-cı maddəsinin tələbinə görə, yaşayış, xidməti və ya istehsalat yerində müvafiq olaraq yaşayan, işləyən və ya həmin yerin sahibi olan şəxsin dəvəti, yaxud onun icazəsi ilə müstəntiq tərəfindən bu Məcəllənin 177.3.1-ci maddəsində nəzərdə tutulmuş istintaq hərəkətlərinin aparılması üçün məhkəmə qərarının alınması tələb edilmir. CPM-in 243.3-cü maddəsində isə müəyyən edilmişdir ki, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götü rməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. CPM-in 243.4-cü maddəsinə əsasən, bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götür mənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Yaşayış sahəsində axtarışın və götürmənin aparılması haqqında 21 iyun 2022-ci il tarixli qərardan Məhkum yaşadığı evdə bu istintaq hərəkətinin təxirə salınmadan və məhkəmənin qərarı alınmadan aparılmasını zəruri edən və CPM-in 243.3.1-243.3.4-cü maddələrində göstərilən hallardan hər hansı birinin müəyyən edilməsi, müstəntiqin belə hallara istinad etməsi və əsaslandırması görünmür, bu isə həmin istintaq hərəkətinin hətta Məhkum razılığı olduğu halda belə (sonuncu 21 iyun 2022-ci il tarixli ərizəsində polis əməkd aşları tərəfindən yaşadığı ünvanda axtarışın aparılmasına etiraz etmədiyini bildirmişdir) yalnız məhkəmənin qərarı əsasında aparıla bilinməsinin məcburiliyinə dəlalət edir. Axtarış və götürmə aparılması haqqında 21 iyun 2022-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkətinin keçirilməsində müstəntiq X21, Xəzər RPİ-nin 3-cü PŞ-nin üç əməkdaşı və Məhkum özü iştirak etmiş, həmçinin protokolda hal şahidləri qismində Şahid6 və Şahid5 iştirak etmələri göstərilmiş, axtarış və götürmə isə saat 10.25dən 10.50-dək aparılmış, bu zaman evin müxtəlif hissələrindən içərilərində qəhvəyi rəngdə heroinə bənzər kütlə qablaşdırılmış 4 büküm və bir ədəd elektron tərəzi götürülmüş və Məhkum həmin bükümlərdəki kütlənin həqiqətən heroin olmasını bildirərək bu narkotik vasitənin və elektron tərəzi nin özünə məxsus olmasını bildirmişdir. Bundan sonra, tədqiq edilən protokola görə, bükümlər və tərəzi müstəntiq tərəfindən zərflərə qablaşdırılmış, zərflərin üzəri və tərtib edilmiş protokol isə iştirakçılar tərəfindən imzalanmışdır (protokola həmçinin həmin sənəddə yazılan bəzi halları əks etdirən fotoşəkillər əlavə edilsə də bu şəkillərin kim tərəfindən və hansı qurğu vasitəsilə çəkilməsi protokolda qeyd olunmamışdır). Bununla yanaşı, göstərilən protokoldan Məhkum yaşadığı evdən aşkar edilərək götürülmüş əşyaların iştirakçılara, o cümlədən hal şahidlərinə təqdim edilməsi, bükümlərdə qablaşdırılmış kütlələrin həqiqətən narkotik vasitə - heroin olması, habelə onların tərəzidə çəkilərək miqdarlarının dəqiq müəyyən edilməsi, protokolun surətinin isə Məhkum verilməsi müəyyən edilmir ki, bu h allar da prosessual qanunvericiliyinin aşağıdakı normalarının pozulmasına dəlalət edir. CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırl anmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təhlil edilən istintaq hərəkətinin icraatı qaydaları prosessual qanunvericiliyinin aşağıdakı tələblərinin pozulması ilə aparıldığından nəinki bu istintaq hərəkətinin, həm də onun nəticəsində əldə edilmiş sübutların, o cümlədən işə əlavə edilmiş maddi sübutların (ayrı-ayrı bükümlərdə qablaşdırılmış 2,993 qram, 5,152 qram, 0,076 qram və 0,490 qram çəkidə olan heroinin) yolverilməz sübutlar kimi qiymətləndirilməsinə əsas yaratmışdır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-in 245.2-ci maddəsinə əsasən, axtarış v ə ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. CPM-in 247.1-ci maddəsinin tələblərindən görünür ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer; 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; 247.1.5. hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer (yalnız hal şahidlərinin iştirak etdiyi halda); [363] 247.1.6. hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.7. hal şahidlərinin hər birinə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; CPM-in 247.1.9-cu maddəsinə görə də, axtar ış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri. CPM-in 247.4-cü maddəsində isə axtarış və götürmə protokolunun surətinin barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil-istismar təşkilatının nümayəndəsinə verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə isə, məhkəmə kollegiyası xüsusən diqqət yetirməyi zəruri bilir ki, göstərilən istintaq hərəkətinin aparılmasında hal şahidləri kimi iştirak etmələri göstərilmiş Şahid6 və Şahid5 ibtidai araşdırma zamanı müvafiq olaraq 29 iyul və 11 avqust 2022-ci il tarixlərdə şahid qismində dindirilmələri haqqında tərtib edilmiş protokollardakı nəinki məzmununa, hətta bir sıra orfoqrafik səhvlərə görə tam eynilik təşkil edən ifadələrdə sonuncuların 21 iyun 2022-ci il tarixdə Məhkum evində axtarışın və götürmənin aparılmasında hal şahidləri qismində iştirak etmələri və 21 iyun 2022-ci il tarixli protokolda yazılanları təsdiq etdikləri göstərilsə də, birinci instansiya məhkəməsinin məhkəmə iclasında əldə olunmuş və araşdırılmış sübutlarla yuxarıda istinad olunan pozuntularla təkzib edilməz şəkildə Məhkum yaşadığı evdə axtarışın və götürmənin aparılmasında Şahid6 hal şa hidi qismində ümumiyyətlə iştirak etməməsi, bu istintaq hərəkətinin aparılması haqqında tərtib edilmiş 21 iyun 2022-ci il tarixli və onun şahid qismində dindirilməsi haqqında 29 iyul 2022-ci il tarixli protokollarda isə imzaların sonuncu tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən icra edildiyi müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, o, Məhkum Binə qəsəbəsində görmüş, özü taksi sürücüsü işləyir və sonuncunu qəsəbə sakini kimi tanıyır. 21 iyun 2022-ci il tarixdə saat təxminən 10-11 radələrində polis işçisi ona zəng edib Məhkum tutulduğunu bildirərək ona Xəzər Rayon Polis İdarəsinə gəlməsini və bir sıra sənədlərə imza etməsini təklif etmiş, o, isə hansı sənədlərə imza etməli olmasını soruşduqd a, ona hal şahidi qismində iştirak etməsi barədə sənədləri imzalayacağını, eyni zamanda Məhkum evindən narkotik vasitə aşkar olunmasını bildirmişdir. Halbuki o, Məhkum evində axtarışın aparılmasında hal şahidi qismində iştirak etməmiş, lakin buna baxmayaraq Polis İdarəsinə getmiş və orada bəzi sənədləri məzmununu oxumadan imzalamış, orada olarkən isə ona fotoşəkillər və narkotik vasitə də göstərilmiş, bu vaxt Məhkum müstəntiqin otağında olmamışdır. Həmçinin, Şahid6 qeyd etmişdir ki, o, bundan sonra, o cümlədən 29 iyul 2022-ci il tarixdə Polis İdarəsində olmamış, şahid qismində dindirilməmiş, onunla Məhkum arasında üzləşdirmə aparılmamış, o, ümumiyyətlə yazıb-oxumağı bacarmır, onun şəxsiyyət vəsiqəsinin surəti isə qardaşının barəsində cinayət işi üzrə istintaqın aparılması zamanı Polis İdar əsində olarkən çıxarılıb vəsiqə sonradan ona qaytarılmışdır. Şahid6 bu ifadələrinin fonunda onun qərəzli şəkildə ifadələrini dəyişməsi və bilərəkdən başqa şəkildə istintaq sənədlərini imzalaması barədə heç bir sübuta əsaslanmayan kassasiya protestinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası əvvəla dövlət ittihamçsı T.Y.Məmmədovanın diqqət yetirmədiyi bir hala da müraciət etməyi lazım bilir. Belə ki, ibtidai araşdırma zamanı toplanmış materiallardan görünür ki, Məhkum onun yaşadığı evdə axtarışın və götürmənin aparılması ilə bağlı ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələrini sonrakı ifadələrində inkar etdiyinə görə, müstəntiq tərəfindən onunla həmin axtarışda iştirak etmiş digər şəxslər – Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları Şahid4, Şahid1, Şahid3, habelə Şahid5 (hal şah idi) arasında üzləşdirmələr aparılsa da məhkum olunmuş şəxslə Şahid6 arasında belə istintaq hərəkəti aparılmamışdır. Halbuki, yuxarıda adları göstərilən şəxslərin ifadələri ilə yanaşı Şahid6 adından yazılmış ifadələrlə də Məhkum ibtidai araşdırmanın sonrakı mərhələsində verdiyi ifadələr arasında ziddiyyətlər müəyyən edilmişdir ki, bu hal da onunla təqsirləndirilən şəxs arasında üzləşdirmənin aparılmasını zəruri etmişdir. (CPM-in 235-ci maddəsi). Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə iclasında əldə edilmiş digər obyektiv sübutlarla yanaşı həm də bu mühüm hal Şahid6 21 iyun 2022-ci il tarixdə Məhkum yaşadığı evdə axtarışın və götürmənin aparılmasında iştirak etməməsinə və ibtidai araşdırma zamanı şahid qismində dindirilməməsinə dəlalət edir. Bundan başqa, birinci instansiya məhkəməs inin 4 oktyabr 2023-cü il tarixli qərarı ilə təyin edilərək keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 11 dekabr 2023-cü il tarixli 4/1704 sayl rəyi ilə müəyyən edilmişdir ki, təyin olunaraq keçirilmiş, ekspertizanın ı rəyi ilə müəyyən edilmişdir ki, axtarış və götürmə aparılması haqqında 21 iyun 2022-ci il tarixli protokolun 3-cü vərəqinin aşağı hissəsində soldan sağa doğru ikinci imza, 4-cü vərəqində «Hal şahidləri:» hissəsində «1» rəqəminin qarşısındakı imza, həmçinin cild 2, iş vərəqi 4345-də olan 29 iyul 2022-ci il tarixli şahidin dindirilməsi protokolundakı Şahid6 adından olan 3 ədəd imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Təhlil edilən sübutlardan çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum yaşadığı evdə axtarışın və götürmənin həm v ideo çəkilişdən istifadə edilməməklə (bunun da səbəbləri iş materialları ilə müəyyən edilməmişdir), həm də yalnız bir hal şahidinin – Şahid5 iştirakı ilə, digər hal şahidi qismində göstərilmiş Şahid6 iştirakı olmadan keçirilməsinə, sonuncunun ibtidai araşdırma zamanı ümumiyyətlə dindirilməməsinə, eyni zamanda mühüm prosessual sənədlərdə onun soyadı qarşısındakı imzaların özü tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilməsinə əsaslanaraq birinci və apellyasiya instansiyası məhkəmələri haqlı olaraq 21 iyun 2022-ci il tarixdə aparılmış istintaq hərəkətini qanunsuz hesab edərək Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittihamın irəli sürülməsinə əsas olmuş həmin tarixli protokolu və əldə edilmiş digər sübutları, o cümlədən maddi sübutları CPM-in 125.2.7-ci maddəsinin tələbinə uyğun olara q yolverilməz sübut kimi qiymətləndirmiş, ittihamın ikinci hissəsinə aid olan halları təsdiq edən başqa mötəbər sübutlar isə əldə olunmamışdır. Məhkəmə kollegiyası bunun əksinə olan kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq və onun təmin edilməsi üçün əsaslar görməyərək qeyd edir ki, məhkəmələrin gəldikləri nəticə, yəni Məhkum evində axtarışın qanun pozuntularına yol verilməklə aparılması həm də prosessual hüquq normalarının aşağıdakı tələblərindən irəli gəlir. Belə ki, CPM-in 94.1-ci maddələsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. CPM-in 242.1-ci maddəsinə görə, əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyataxtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər CPM-in 244.1-ci maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə zamanı hal şahidləri iştirak edə bilər. CPM-in 245.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifa də etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə məcburidir. Hazırki iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum yaşadığı evdə axtarışın və götürmənin aparılmasında yalnız bir hal şahidi iştirak etdiyindən həmin istintaq hərəkətinin məhz video çəkilişlə aparılması məcburi olmuş, lakin müstəntiq bununla bağlı qanunvericiliyin tələbinə əməl etməmiş, bu hal da göstərilən istintaq hərəkətinin və onun əsasında toplanmış sübutların yolverilməz sübutlar kimi dəyərləndirilməsinə əsas vermişdir. Bütün qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, şəxsi axtarışın və götürmənin aparılması haqqında 21 iyun 2022-ci il tarixli protokolda Məhkum qarşı CM-i n 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsası kimi istinad olunan narkotik vasitənin və elektron tərəzinin onun faktiki yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində aşkar edilərək götürülməsi göstərilsə də, bununla bağlı ona elan olunmuş ittihamda narkotik vasitənin aşkar edildiyi yer kimi Bakı şəhəri, Suraxanı rayonu, Hovsan südçülük sovxozunda yerləşən nömrəsiz fərdi ev qeyd olunmuş, elektron tərəzinin aşkar edilərək götürülməsi kimi hal isə həmin ittihamda ümumiyyətlə əks etdirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda təsvir olunanlarla yanaşı məhkəmə iclasında aradan qaldırılması mümkün olmayan bu uyğunsuzluq da təqsirsizlik prezumpsiyası prinsipinə əsasən düzgün olaraq məhkəmələr tərəfindən Məhkum xeyrinə həll edilmiş və ona qarşı irəli sürülmüş ittihamdan onun satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə edərək yaşadığı evdə saxlamasına dair müddəaların xaric edilməsi üçün əsas yaratmışdır. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısı T.Y.Məmmədovanın kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə bir daha təhlil edərək və həmin dəlilləri qəbul edilməz sayaraq belə qənaətə gəlir ki, hazırki qərarda təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdiri lməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə, Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2- ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar