Məhkəmə qərarları › İş №1(102)-213/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-213/2019

20.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-213/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum müdafiəçisi, Şirvan şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 20 iyul 1994-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Salyan şəhəri, ***********************də qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə da ir Şirvan Apellyasiya Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Şirvan şəhər 1 saylı Vəkil Bütosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Salyan Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə (hakim M.Ə.Qasımov) Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zərərçəkmiş şəxs1 Məhkum qarşı cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iddiasının qismən təmin edilərək, Məhkum mad di ziyana görə 42350 (qırx iki min üç yüz əlli) manat, sağlamlığa vurduğu ziyana görə 6323 (altı min üç yüz iyirmi üç) manat, cəmi 48673 (qırx səkkiz min altı yüz yetmiş üç) manat pulun tutularaq Zərərçəkmiş şəxs1 verilməsi və mülki iddianın təmin edilməməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), Ə.Ə.Novruzov və E.Ə.Camalov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Salyan Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum ona görə məhkum edilmişdir ki, o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş və nəticədə, baş vermiş yol nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına yüngül və ağır dərəcəli xəsarət yetirmişdir. Belə ki, Məhkum 01 iyul 2017-cı il tarixdə, saat 18 radələrində Ələt-Astara asfalt örtüklü avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsinin 58-ci km-də «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mersedes C200» markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət sürəti "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə (3.24) 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə edib, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cü maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni diqqətini avtomobilin idarə etməsindən və daim dəyişən yol şəraitindən ayırmamalı, əks istiqamətli nəqliyyat axınlarının 1.1 üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə almalı, həmin nişanlanma xəttini kəsərək əks hərəkət zolağına çıxmamalı və avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli olduğu halda bunları etməyib idarə etdiyi həmin avtomobili Salyan dairəsi istiqamətində 90 km/saat sürətlə hərəkət etdirərkən qarşısında onunla eyni istiqamətdə hərəkətdə olan istintaqa məlum olmayan yük avtomobili ötmək üçün 1.1 üfüqi nişanlama xəttini kəsərək ötmə əməliyyatı edərkən qarşıdan əks istiqamətdə 50 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Audi Q-7" markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan orta hissəsi ilə toqquşmuş, toqquşmadan s onra idarə etdiyi "Mersedes C200" markalı avtomobil həmin yolda qarşıdan Astara rayonu istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi "VAZ-21099" markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qarşı-qarşıya toqquşub yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində ehtiyatsızlıqdan "Audi Q-7" markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 3-cü dərəcəli ağır dərəcəli kəllə-beyin travması, başın tüklü hissəsində əzilmiş yara, keçirilmiş qapalı kəlləbeyin travmasının davamlı qalıq əlamətləri, travmadan sonrakı ensefolopatiya, hipertenzion və episindromla, kəllə daxili təzyiq əlamətləri kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət almasına və sonuncuya "Audi Q-7" markalı, **--*** dövlət qey diyyat nişanlı avtomobilin əzilməsi nəticəsində 75335 manat maddi ziyan yetirilməsinə, Zərərçəkmiş şəxs3 sol baldır nahiyəsində dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməsinə və VAZ-21099" markalı, **--*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs2 768 manat maddi ziyan yetirilməsinə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarının ləğv e dilməsi və işin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin olunması xahiş olunur. Məhkumun müdafiəçisi hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin apellyasiya şikayətinin dəlilləri araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilmədən əsassız və qanunsuz qərar qəbul edilmişdir. Belə ki, şikayət müəllifinin fikrincə, 01.07.2017-ci il tarixdə baş vermiş avtoqəzadan bilavasitə sonra “Audi-Q-7” markalı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs1 heç bir xəsarət olmadığı halda, hadisədən bir gün sonra xəstəxanaya yerləşdirilməsi onun xəsarətinin avtoqəza ilə əlaqəli olmasını şübhəli edir. Bununla bağlı müdafiə tərəfi təkrar məhkəmə-tibb ekspertizasının keçirilməsi barədə vəsatət versə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Müdafiəçinin fikrincə, zərərçək miş şəxsin avtomobilinə dəymiş ziyanın məbləği də şişirdilmişdir, çünki 2013-cü il istehsalı olan həmin avtomobilin hadisənin baş verdiyi tarixə olan orta bazar qiyməti mütəxəssislərin həmin avtomobilə dəyən ziyan barədə göstərdikləri məbləğdən aşağıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya ş ikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cin ayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə şahidlərin ifadəl ərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və təmin edilmiş mülki iddianın məbləğinin şişirdilməsi məsələsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norma sı tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamam lığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, Məhkum törədilmiş avtoqəza hadisəsinin onun təqsiri üzündən baş verdiyini etiraf etmiş, lakin kassasiya şikayətində Zərərçə kmiş şəxs1 aldığı xəsarətin dərəcəsinə dair məhkəmətibb ekspertinin rəyinin obyektivliyindən şübhələnilməsi göstərilmişdir. Məhkəmə kollegiyası məhkəmə tibb ekspertinin Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlə əlaqədar rəyinin mübahisələndirilməsinə heç bir əsas görmür. Məhkəmə kollegiyası kassasiya şikayətinin zərərçəkmiş şəxs və mülki iddiaçı olan Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləğinin şişirdilməsi və aşağı instansiya məhkəmələri tərəfindən təmin edilməsinə dair dəlillərini də əsassız hesab edir. Məhkəmə kollegiyası məhkumun apellyasiya şikayəti ilə eyni məzmunlu olan kassasiya şikayətinin həmin hissəsinə dair apellyasiya məhkəməsinin qərarında göstərilənlərlə razılaşır və onların təkrar şərhinə ehtiyac görmür. Beləliklə, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki,Şirvan Apellyasiya Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğu ndan, şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar