Məhkəmə qərarları › İş №1(102)-213/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-213/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-213/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respubli kası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və A.Ə.Musayevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxx 2000-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkum olunmamış, ünvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirl i bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə X4 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: X13 (sədrlik edən, məruzəçi), X9 və X1 ibarət tərkibdə) məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ona aid hissədə dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il 6 (alt ı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yüngülləşdirilmiş, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən X5, X7 və Məhkum xx xxxx 2019-cu il tarixdə, saat 03 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı-Qazax avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkət edən’taksi fəaliyyəti ilə məşğul olan hər hansı minik avtomaşınını saxladıb sərnişin qismində həmin avtomaşına mindikdən sonra avtomaşının sürücüsünü özləri ilə əvvəlcədən götürdükləri 2 ədəd bıçaqla hədələyib pulunu və avtomobilini ələ keçirmək barədə razılığa gələrək, BakıQazax avtomobil yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan «Opel-Astra » markalı, **-MV-*** dövlət nömrə nişanlı avtomaşın Ucar rayonun Qaracallı kəndi ərazisindən keçərkən həmin avtomaşının sürücüsü X3 D D Dəl işarəsi edib avtomaşını saxlatmış, Z Z Zdan onları da Bakışəhərinə aparmasını xahiş edib sonuncunun razılığını aldıqdan sonra D D Dvə Məhkum avtomaşının arxa oturacağında, U U U avtomaşınan qabaq oturacağında əyləşmiş və bundan sonra sürücü avtomaşını hərəkətə gətirib üzü Bakı şəhəri istiqamətində hərəkət etmiş, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonun Sığırlı kəndindən keçən hissəsində D D Dsürücü Z Z Zdan tualetə gedəcəyi adı ilə avtomaşını saxlamasını xahiş etmiş, sonuncu avtomaşını yolun sağ ehtiyyat hissəsinə sürüb mühərrikini söndürmədən saxladıqdan sonra əvvəlcədən saralarında olan razılığa əsasən avtomaşının arxa oturacağında sağ tərəfdə ə yləşmiş Məhkum avtomaşından düşüb kənar bir şəxsin gəlib-gəlmədiyinə nəzarət etmiş, həmin vaxt avtomaşının arxa oturacağında sol tərəfdə əyləşmiş D D Dsol qolu ilə arxadan Z Z Z boğazından tutub sıxmış və sağ əlində olan əvvəlcədən yaşadığı evin mətbəxindən götürdüyü bir ədəd bıçağı silah qismində istifadə edərək sonuncunu həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib üzərində və avtomaşınında olan pulları verməsini tələb etmiş, həmin vaxt avtomaşının ön sağ oturacağında əyləşmiş U U U da əvvəlcədən yaşadığı evin mətbəxindən götürdüyü və şalvarının sağ yan cibində saxladığı silah qismində istifadə etdiyi bir ədəd bıçağı çıxarıb Z Z Z sağ böyrünə dirəyib həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələməklə üzərində və avtomaşında olan pulla rı verməsini tələb etmiş, Z Z Z onlara yalvardıqdan sonra əynində olan şalvarının sol yan cibindən 34 manat pulu çıxarıb U U Ua uzatmış, U U U da həmin pulu alıb D İbrahimova vermiş, o da bu pulu arxa oturacağın üzərinə qoymuş, bundan sonra D D Dəvvəlcədən sürücünün! əllərini bağlamaq üçün üzərində daşıdığı bir ədəd ipi U U Ua vermiş, X16 Səmədovun əllərini bağlamaq istəyərkən sonuncu mühərriki işlək vəziyyətdə olan avtomaşını hərəkətə gətirib sükanını sol tərəfə çevirib bir neçə metr sürdükdən sonra Bakı-Qazax avtomobili yolunun Kürdəmir rayonun Sığırlı kəndindən keçən hissəsini ikiyə bölən beton piltələrə çırpıb yolun ortasında saxlamış, həmin vaxt D D Dəlindəki zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə hücum edib bir neçə dəfə Z Z Z sağ çiynindən, bədəninin müxtəlif nahiyələrindən, sonuncu özünü müdafiə edərkən isə hər iki əl və qollarından qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş kəsilmiş yarası, sağ çiyin və sağ bazu oynağının ön səthlərinin cəmi səkkiz ədəd deşilmiş-kəsilmiş yarası, sağ bazu nahiyəsinin cəmi dörd ədəd deşilmiş-kəsilmiş yarası, sol saidin üç ədəd deşilmiş-kəsilmiş yarası, sağ əlin ovuc səthinin bir ədəd kəsilmiş yarası və arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin ovuc səthinin 4-5-ci barmaqarası nahiyəyə uzanan bir ədəd kəsilmiş yarası, boynun sağ yan hissəsinin bir ədəd kiçik ölçülü səthi yarası və qarının sağ yan divarının bir ədəd səthi yarası ilə nəticələnən xəsarətlər yetirib həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı basqın etməklə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla Z Z Za məxsus 8100 (səkkiz min bir yüz) manat dəyərində “Opel-Astra» markalı avtomobilini və ondan ələ keçirdikləri 34 manat pulu arxadan içərisi sərnişin dolu avtobus gəldiyi üçün götürə bilməyib qorxub hadisə yerindən qaçmaqla quldurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək məhkəmələr tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini və barəsində irəli sürülmüş ittihamın əsassız olduğunu, ittiham olunduğu cinayət əməlində iştirakının olmamasını qeyd edərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv olunmasını və ədal ətli qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayara q yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və a pellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutları n məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməli n cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, məhkumun özünü təqsirli bilməsinə dair ibtidai istintaq zamanı verdiyi ifadəsi, digər məhkumların ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, təqsirləndirilən şəxs qismində Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki “...xx xxxx 2019-cu il tarixdə, saat 00 radələrində həmkəndliləri D və Y iş yerinə «ÜÜÜ» marketə gəlmişlər. D və Y ona Bakı şəhəri istiqamətində hərəkət edən avtomaşınlardan birini saxladıb sərnişin qismində minməyi, tənha bir yerdə isə həmin avtomaşının sürücüsünü bıçaqla hədələyib pullarını və avtomaşınını ələ keçirməyi təklif e tmişlər, o da D və Yla razılaşmışdır. Həmin vaxt D özü ilə bir ədəd bıçaq gətirmişdir. Həmin bıçaq Dın cibində yeriyərkən ayağına batdığı üçün saxlamaq üçün ona vermişdir. Onlar razılaşmışlar ki, Bakı şəhəri istiqamətində hərəkət edən avtomaşınlardan birini saxladıb Bakı şəhərinə getmək adı ilə sərnişin qismində həmin avtomaşına minsinlər və daha sonra həmin avtomaşını saxladıb sürücüsünün pullarını ələ keçirsinlər. Sürücünün pulunu ələ keçirdikdən sonra əllərini bağlayıb avtomaşından düşürərək avtomaşını ələ keçirib Bakı şəhərinə getsinlər. Bu planla razılaşdıqdan sonra o, bildirmişdir ki, avtomaşını ələ keçirdikdən sonra həmin avtomaşını o, Bakı şəhərinə sürəcək. D və Y sürücünün pullarını ələ keçirərkən isə o, bayırda gözləyib kimsə gələrsə xəbər verəcəkmiş. Onlar razılaşdıqdan sonra Ba kı-Qazax avtomobil yolunun kənarına çıxıb üzü Bakı şəhəri istiqamətində piyada hərəkət etmişlər. Təxminən 2-3 kilometr gəldikdən sonra Ucar rayonun Qaracallı kəndi ərazisində D üzü Bakı şəhəri istiqamətində hərəkət edən avtomaşınlara əl işarəsi edib saxlatmaq istəmişdir. Həmin avtomaşınların bir çoxu saxlamamışlar. D əl işarəsi edərkən «Opel-Astra» markalı, **-MH-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü yolun kənarına sürüb saxlamışdır. D həmin avtomaşının sürücüsünə yaxınlaşıb hara getdiyini soruşmuş, adının sonradan Yaşar olduğunu bildiyi sürücü Qaradağ rayonun Ələt qəsəbəsinə getdiyini bildirmişdir. Onlar da həmin yerə kimi getmək istədiklərini demişlər. D həmin sürücüyə üzərlərində ümumilikdə 12 manat pul olduğunu demiş və onları getdikləri yerə qədər aparmağını xahiş etmiş, həmin Yaşar adlı sürücü onlarla razılaşmış və^ onlar avtomaşına əyləşmişlər. Y ön sağ oturacaqda, D sürücünün arxasında o, isə Dın yanında əyləşmişdir. Həmin vaxt Dın ona verdiyi bıçağı o, oturacağın üzərinə qoymuşdur. Onlar avtomaşına mindikdən sonra sürücü avtomaşını hərəkətə gətirib üzü Bakı şəhəri istiqamətində sürməyə başlamışdır. Onlar Kürdəmir rayonun Sığırlı kəndinə çatdıqda D tualetə getmək istədiyini demiş və sürücüdən avtomaşını saxlamasını xahiş etmiş, sürücü də avtomaşını yolun ehtiyat hissəsinə sürüb saxlamışdır. Həmin vaxt o, avtomaşından düşüb təxminən 15-20 metr aralıda gözləməyə başlamışdır ki, ətrafda hər hansı bir şəxsin gəlib- gəlmədiyinə nəzarət etsin. Təxminən 2-3 dəqiqə keçdikdən sonra o, sürücünün yalvarma səslərini eşitmişdir. Sonra sürücü avtomaşını sola döndərib beto n piltələrə çırpdıqda arxadan içərisi sərnişin dolu avtobus gəldiyini gördükdə o, oradan qaçıb uzaqlaşmışdır. O, Bakı-Qazax avtomobil yolu ilə üzü Ucar rayonu istiqamətində hərəkət etmiş, Kürdəmir rayonun Karrar kəndinə çatdıqda yoldan keçən avtomaşınlardan birinə minib Ucar rayonuna yaşadığı kəndə getmişdir. Razılıqlarına əsasən Y və D evdən bıçaq götürmüşlər. D əlavə olaraq sürücünün əllərini bağlamaq üçün ip də götürmüşdür. D və Y sürücünü hədələyib onun pulunu ələ keçirərkən o, gözləyəcək, daha sonra sürücünün əllərini bağlayıb avtomaşından düşürəcəkdilər. Bundan sonra isə o, avtomaşının sükanı arxasına keçib avtomaşını üzü Bakı şəhərinə sürəcəkmiş və onların aralarında bu şəkildə razılıq olmuşdur. Onlar gecə saatlarını seçmişlər ki, sürücünün pullarını ələ keçirərkən onları görən ol masın...” İş materiallarından görünür ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə verərkən D D Dvə U U U ittiham olunduqları cinayət əməli ilə bağlı əvvəlcədən gəldikləri razılıq və cinayətin törədilməsinə dair Məhkum ilə eyniməzmunlu ifadələr verərək törətdikləri cinayət əməllərini etiraf etmişdirlər. Həmçinin, birinci instansiya məhkəməsində tədqiq olunmuş “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxx 2019-cu il tarixli protokolla müəyyən edilir ki. Həmin tarixdə istintaq orqanı tərəfindən ifadəsi yerində yoxlanılarkən cinayət törətməkdə şübhəli şəxs Məhkum cinayət hadisəsinin törətdiyi yeri əyani olaraq göstərməklə onun D D Dvə U U Ula birlikdə etdikləri hərəkətləri ardıcıllıqla göstərməklə ifadəsini bir daha təsdiq etmişdir. Kassasiya şikayəti nin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərdiyi hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə məhkum X6 münasibətdə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şə rh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ona aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar