Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-213/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə 17 avqust 1989-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bun dan sonra CM-nin) 182.1 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakim F.H.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 182.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə Məhku m qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddətin təyin edilən cəzadan çıxılması və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının qəti olaraq 3 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müəyyən edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 24 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), V.C.Cəfərov və F.Ə.Məmmədov) apellyasiya şikayəti təm in edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını tələb etmə niyyəti ilə 2021-ci ilin mart ayın axırlarında Zərərçəkmiş şəxs «TİK-TOK» sosial şəbəkəsində profilində olan intim şəkillərini götürüb öz adına profil yaradıb Zərərçəkmiş şəxs intim şəkillərini həmin profildə yerləşdirib barəsində rüsvayedici məlumatları yayacağı ilə bağlı hədə-qorxu gələrək Zərərçəkmiş şəxs şəkillərin silinməsi üçün 200 (iki yüz) manat tələb etmiş, Məhkum bu tələbindən sonra Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə saat 11:49-da Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən «Grandmart» marketində «Emanat» ödəniş terminalı vasitəsi ilə Məhkum verdiyi məlumat əsasında Şahid1 adına olan **********900011 bank kartına köçürülmüş 200 (iki yüz) manatı Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ələ keçirmişdir. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 06 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,807 qram, 1,859 qram, 1,806 qram, 2,116 qram, 1,356 qram, 1,770 qram, ümumi təmiz çəkisi 10,714 qram və sarı rəngli sellofon torbada təmiz çəkisi 440,0 qram, ümumilikdə təmiz çəkisi 450,714 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 24 m ay 2021-ci il tarixdə saat 14:40 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli olmasıyla bağlı Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində saxlanılaraq bölməyə gətirilmiş və 4-cü Polis Bölməsində Məhkum üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində olan göy rəngli sellofan torbanın içərisindəki sarı rəngli sellofan torbada təmiz çəkisi 440,0 qram, əynində olan boz rəngli cins şalvarın sağ və sol yan ciblərindən 06 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,807 qram, 1,859 qram, 1,806 qram, 2,116 qram, 1,356 qram,1,770 qram, ümumi təmiz çəkisi 10,714 qram, ümumilikdə təmiz çəkisi 450,714 qram eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkoti k vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarının onun CM-nin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair hissədə ləğv edilməsi və ona CM-in 182.1-ci maddəsi ilə cəza təyin edilməsinə qərar qəbul olunması xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsi nin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyalar ı məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun ittihamında CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair müddəaların xaric edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsinə əsasən: “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsi ni tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tə rkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-c i il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasi tədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri- obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğ un, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 182.1 və 234.1-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz y olla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, Məhkum CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tə qsirli bilməsə də, məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadələri, şahidlər Şahid3 Çümşüd oğlu, Şahid2, Şahid5, Şahid4 ifadələri, məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/483 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2342 nömrəli rəyi, xx.xx.2021-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokol, diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokol və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumların təqsiri tam sübuta yetirilmişdir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqi ndən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara, o cümlədən zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-nin 182.1 və 234.1-ci maddələri ilə tövsif edib həmin maddələr ilə təqsirli bilərək məhkum etmişlər. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxs iyyətini, o cümlədən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlan
Məhkəmə qərarları › İş №1(102)-213/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-213/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver