Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-213/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının və Məhkum müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üz rə baxaraq, MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim V.M.Seyidov) Məhkum (xx xxxxx 1983-cü ildə ünvan1ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmayan, ünvan2ndə qeydiyyatda olmaqla, həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alınd ığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Ağayev, hakimlər R.O.Əsgərova və A.İ.İsmayılovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 28 fevral 2024cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum xx xx xx 2022-ci il tarixdə, saat 1 6 radələrində etibarnamə əsasında idarə etdiyi “X” markalı “X” modelli furqon tipli **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobil İlə ünvan3ndə saatda 30 km. sürəti ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək Qanunun qeyd olunan tələblərinə əməl etməyib ünvan5 tam orta məktəbinin qarşısında yolu soldan sağa doğru keçən piyada - ünvan4 sakini X3 avtomobilinin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun sol bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişmiş sınığı, sağ baldırın aşağı 1/3-n in ön səthində əzilmiş-cırılmış yara və hər iki sağ baldır sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınığı kimi xəsarətlərlə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxsX hadisə zamanı aldığı xəsarətlərdən sağ aşağı ətraf sümüklərinin açıq sınığı nəticəsində yaranan piy emboliyası ilə əlaqədar inkişaf etmiş kəskin tənəffüs çatmazlığı və hipoksiya mənşəli ensefalopatiyaya görə 13 yanvar 2023-cü il tarixdə X5 Mərkəzində ölmüş, bununla da Məhkum idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair norma larının tələbləri pozulmuş, nəticədə Məhkum təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsi ilə hadisədən 23 gün sonra xəstəxanada vəfat etmiş azyaşlı piyada Zərərçəkmiş şəxsXun ölümü arasında səbəbli əlaqə olmadığı halda o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib ağır cəzaya məhkum edilmişdir. Halbuki, zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarətləri digər çoxsaylı bu kimi yolnəqliyyat hadisələrində ölümlə nəticələnmir və hazırkı işdə zərərçəkmiş şəxsin ölümünə həkim səhlənkarlığı, onların səhvi səbəb olmuşdur. Sübutların düzgün tədqiq edilib-qiymətləndirilməməsini isə müdafiəçi onunla izah edir ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizaları zamanı zərərçəkmiş şəxsin xəstəxanada aldığı müalicəyə dair sənədlər tam şəkildə tədqiq edilməmiş, ölümə bilavasitə səbəb olmuş piy emboliyasının və bundan irəli gələn kəskin tənəffüs çatışmazlığı və hipoksiya mənşəli ensefalopatiyanın baş verməməsi üçün həkimlərin nə kimi tədbirlər görməli olduqlarını və faktiki olaraq yerinə yetirmədiklərini müəyyən etməmişlər, apellyasiya məhkəməsi isə bu halda yenidən komissiyon məhkəmə-tibbi ekspertizanın keçirilməsinə zərurət olsa da, bunu etməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntulardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməli ilə yolnəqliyyat hadisəsindən 23 gün sonra xəstəxanada həkimlərin s əhvi üzündən vəfat etmiş zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə olmadığı, Məhkum müstəsna olaraq yol nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yetirilmiş ağır zərər vurmaya görə məsuliyyət daşımalı olduğu halda, onun əsassız olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib ağır cəzaya məruz qoyulduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 - 416.1.3, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələnd irmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayəti ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətindən görünür ki, o, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsXun ölümünün Məhkum törətdiyi yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmişin sağlamlığına ehtiyatsızlıqdan yetirilmiş ağır zərər vurmadan deyil, 23 gün sonra xəstəxanada həkimlərin yol verdikləri səhv nəticəsində baş verdiyini iddia etməklə, Məhkum əməli ilə zərərçəkmiş şəxsin ölməsi arasında səbəbli əlaqənin, yəni əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmaması haqqında qənaəti ni və həmin qənaətlərdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu norma ların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Müdafiəçi kassasiya şikayətində irəli sürülmüş tələbin (o cümlədən, əməlin hüquqi tövsifinə dair iddian ın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Müdafiəçinin kassasiya şikayətində göstərdiklərindən deyil, məhz məhkəmələrin müəyyən etdikləri faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, Məhkum cinayət əməlini təşkil edən faktik hallar müəyyən edilərkən birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respub likası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Şərh edilən kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olan dəlillər Müdafiəçi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılması nəticəsində sübutlar və sübutetmə, eləcə də işin faktik hallarının müəyyən edilməsi məsələ lərində pozuntu aşkar etməmişdir. O cümlədən, müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinin Məhkum əməli ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqənin olmaması, bu nəticənin yol-nəqliyyat hadisəsindən sonra xəstəxanaya aparılmış zərərçəkmiş şəxsin düzgün müalicə olunmamasından, həkimlərin səhlənkarlığından törəməsi barədə dəlillərini ətraflı araşdırmış, müdafiə tərəfinin vəsatəti ilə 2023-cü ilin 2 may və 17 oktyabr tarixlərində əlavə komissiyon məhkəmə-tibbi ekspertizalarının keçirilməsi barədə qərarlar çıxarmışdır. Birinci qərarla əlaqədar 19 iyun 2023-cü il tarixli 309/KEŞ nömrəli rəyin alınmasına və bu rəydə “XXX20”nın tərtib etdiyi 4876 nömrəli “Xəstəlik tarixinin” təhlil edilməsinə baxmayaraq, müdafiə tərəfinin yeni vəsatəti əsasında (kassasiya şikayə tində iddia olunanların əksinə olaraq) “XXX20”ndan zərərçəkmiş X4 barəsində bütün müalicə tədbirlərini əks etdirən xəstəlik tarixçəsinin surəti əldə edilərək cinayət işinin materiallarına əlavə olunmuş və cinayət işi ilə birlikdə məhkəmənin əlavə komissiyon məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair 17 oktyabr 2023-cü il tarixli qərarına əsasən ekspertlərə təqdim olunmuşdur. Əlavə komissiyon məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2023-cü il tarixli KEŞ835 nömrəli rəyi ilə, 19 iyun 2023-cü il tarixli 309/KEŞ nömrəli, habelə məhkəməyədək icraatda keçirilmiş məhkəmə-tibbi ekspertizasının 14 yanvar 2023-cü il tarixli 1 nömrəli, komissiyon məhkəmə-tibbi ekspertizasının 13 mart 2023-cü il tarixli 133/KEŞ nömrəli rəylərində olduğu kimi zərərçəkmiş Zərərçəkmiş şəxsXun ölümünə yol-nəqliyya t hadisəsi zamanı aldığı sağ aşağı ətraf sümüklərinin açıq sınığı nəticəsində yaranan piy emboliyası ilə əlaqədar inkişaf etmiş kəskin tənəffüs çatışmamazlığı və hipoksiya mənşəli ensefalopatiya olduğu təsdiq olunmuş və bundan çıxış edən məhkəmələr haqlı olaraq Məhkum avtomobili idarə edərkən təqsirli olaraq törətdiyi yol hərəkəti qaydalarının pozulması ilə zərərçəkmiş Zərərçəkmiş şəxsXun ölümü arasında səbəbli əlaqənin olması barədə nəticəyə gəlmişlər. Çünki, rəylərdə göstərildiyi kimi Məhkum yol hərəkəti qayadalarını pozmasından (piyada Zərərçəkmiş şəxsXu avtomobili ilə vurmasından) zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhülkəli olan ağır zərər vurulmuş və məhz bundan törəyən hallar (piy emboliyası ilə əlaqədar inkişaf etmiş kəskin tənəffüs çatmamazlığı və hipoksiya mənşəli ensefal opatiya) Zərərçəkmiş şəxsXun ölməsinə gətirib çıxarmışdır, yəni Məhkum təqsirli olaraq yol hərəkəti qaydalarını pozmasından başlayan və Zərərçəkmiş şəxsXun ölməsi ilə başa çatan səbəb - nəticə zənciri qırılmamış, özlüyündə Zərərçəkmiş şəxsXun ölümünə gətirib çıxara biləcək heç bir başqa səbəb meydana gəlməmişdir (başlanğıcına təqsirkarın yol hərəkəti qaydalarını pozmaqla piyadanı vurmasının deyil, bundan asılı olamayaraq meydana gələn və özü-özlüyündə zərərçəkmiş şəxsin ölümünə gətirib çıxaran yeni səbəb - nəticə zənciri qurulmamışdır). Məhkəmə ekspertizalarının rəyləri və apellyasiya instansiyası məhkəməsinin öz nəticələrini əsaslandırdığı digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib onların həqiqi m əzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yuxarıda təsvir edildiyindən daha geniş şəkildə təsvir və şərh edilməsinə zərurət görmür. Odur ki, məhkəmə kollegiyası Məhkum birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozisiyasından, və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlir. Məhkum təqsirli bilindiyi əmələ görə cəza təyin edilərkən də hər hansı qanun pozuntusuna yol verilməmiş, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən hallar (əvvəllər məhkum olunmaması, himayəsində azyaşlı uşaqlarının olması, əməlindən peşman olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi), cəzanı ağırlaşdıran halların olmaması Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit edilmiş digər məsələlər üzrə müəyyən edilmiş hallarla birlikdə götürülməklə nəzərə alınmış, ona ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verən, cəzanın məqsədlərinin (CM, maddə 41.2) təmin edilməsi üçün kifayət edən cəza təyin edilmişdir. Odur ki, müdafiəçinin Məhkum ağır cəzaya məruz qalması və onun cəzalandırılmasının CM-in 41-ci maddəsinin tələblərinə cavab verməməsi barədə iddiası da əsaslı sayıla bilmə z. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları müdafiəçinin kassasiya şikayəti ilə ehtiva olanan (məhkəmələrin cinayət-prosessual qanunun 416.1.1 416.1.3, 416.1.6, 416.1.15, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddiaları təkzib etməklə kassasiya müraciətinin əsassız olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilən lərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-213/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-213/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver