Məhkəmə qərarları › İş №1(102)-2130/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2130/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2130/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydi yyatda olmaqla ünvan 2anında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.Məcidov və S.S.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 18 may 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin iş üzrə həmçinin Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murğuzov və H.H.Əhmədov) apellyasiya şikayətləri apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum təqsirli bilindiyi CM-in 177.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddə ti 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən istintaq orqanı və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Məhkum özgənin əmlakını talama məqsədi ilə 01 yanvar 2016-cı il tarixdə axşam saatlarında ünvan 3 ünvanda yerləşən 18 mərtəbəli yaşayış binasının qarşısına gəldikdən sonra, həmin binanın 14-cü mərtəbəsində yerləşən 173 nömrəli mənzildə sahibinin olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə əvvəlcədən hazırladığı plastik çöpü mənzilin giriş qapısına yerləşdirməklə binanı tərk etmiş, 02 ya nvar 2016-cı il tarixdə saat təxminən 22 radələrində təkrarən həmin ünvana gəlib, 173 nömrəli mənzilin giriş qapısına yerləşdirdiyi çöpün yerində olduğunu müəyyən etdikdən sonra, mənzil sahibinin mənzildə olmadığına tam əmin olub, həmin mənzildən özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək bu məqsədlə binanın damına qalxıb, gecənin düşməsini gözləməyə başlamış, 03 yanvar 2016-cı il tarixdə saat 02 radələrində özü ilə götürdüyü alpinizm üçün nəzərdə tutulmuş xüsusi alət və vasitələrindən istifadə etməklə mənzilin eyvanına, orada isə yaşayış sahəsinin içərisinə qanunsuz daxil olaraq, yataq otağından Zərərçəkmiş şəxs1 məxsus 700 manat dəyərində 1 ədəd “Geneva” markalı, qara kəmərli, qızıl kişi qol saatını, 500 manat dəyərində 1 ədəd Rusiya istehsalı olan qəhvəyi kəmərli qızıl kişi qol saatını, 1.000 manat dəyərində Rusiya istehsalı olan briliyant qaşlı bir cüt sırğa, bir ədəd üzükdən ibarət qızıl dəsti, 1.000 manat dəyərində mirvari qaşlı bir cüt sırğa, üzük, klondan ibarət dəsti, 700 manat dəyərində İtaliya istehsalı olan, bir cüt halqa formasında qızıl sırğanı, 380 manat dəyərində 01 ədəd Türkiyə istehsalı olan, mavi qaşlı qızıl üzüyü, 1000 manat dəyərində 01 ədəd Rusiya istehsalı briliyant qaşlı üzüyü, 1.500 manat dəyərində İtaliya istehsalı olan qızıl üzük, bir cüt qızıl sırğadan ibarət dəsti, 900 manat dəyərində 01 ədəd İtaliya istehsalı olan halqa formasında qızıl boyunbağını, 2.000 manat dəyərində 01 ədəd zəncirvari formada qızıl boyunbağını, 50 manat dəyərində 01 ədəd yol çantası ilə birlikdə həmin dövr üzrə Azərbaycan Respublikasının Milli Bankının məzənnəs inə nisbətdə 81.275,13 manat təşkil etmiş 45.900 ABŞ dolları və 1.100 manat əskinasla pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 92.105 manat 13 qəpik (doxsan iki min yüz beş manat on üç qəpik), yəni külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, müxtəlif vaxtlarda xeyli və külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın CM-nin 62-ci maddəsi tətbiq olunmaqla yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünl üyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ ona təyin edilmiş cəzanın ağır olması, məhkəmələr tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ndə “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 177.3-cü maddəsində görə “Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə — beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tör ədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edi lməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin e dilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışması və həmin zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmaması onun cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən CM-in 177.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azald an müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində CM-in 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallard a və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar