Məhkəmə qərarları › İş №1(102)-2130/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2130/2024

22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2130/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci m addəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli 1(041)-15/2024 nömrəli (hakim: Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi) hökmü ilə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, 3-cü qrup əlil, əvvəllər məhkum olunmamış, evli, xxx-də qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona iki il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməkl ə beş il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin başlanğıcının onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı Eldəniz Əhmədov tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli 1(106)-404/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşomov Yaşar Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Kürdəmir R ayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Kürdəmir Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur, ona görə ki, o, nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Məhkum 13 avqust 2023-cü il tarixdə saat 17:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Mercedes-Benz 300D» markalı, **XX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı -Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən 208-ci kilometrliyində Bakı istiqamətində 110 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin idarə olunması ilə əlaqədar hər hansı bir çətinlik (xəstə, əzgin, yorğun və sair) olduğu halda avtomobili idarə etməməli, qarşıda onunla eyni istiqamətdə yük avtomobilinin hərəkətd ə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli və lazım gəldikdə hərəkətin təhlükəsizliyini təmin edərək həmin avtomobili sol tərəfdən keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib sükan arxasında yuxuladığından idarə etdiyi avtomobil qarşıda eyni istiqamətdə hərəkətdə olan 1974-cü il təvəllüdlü Şahid1 60 km/saat sürətlə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz 2548L» markalı **-NK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə toqquşmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Mercedes-Benz 300D» markalı **-XX-*** dövlət q eydiyyat nişanlı minik avtomobilinin sərnişini Quba rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş 18-1-56/2-1349/2023 №-li məktubuna əsasən X1 xx.xx.2022-ci il tarixdə Quba Rayon Perinatal Mərkəzinə «37 həftəlik hamiləlik baş gəlişi» ilə daxil olduğu, həmin tarixdə çəkisi 2700, boyu 46 sm, cinsi qız uşağı cərrahi yolla «vaxtında operativ doğuş diaqnozu» ilə anadan olduğu xx.xx.2022-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 alın, sağ təpə, sol bud sümüklərinin qapalı sınıqları, baş beyin maddəsinə qansızmalar, alın və təpə nahiyələrində hematoma xəsarətləri ilə müşayiət edilən canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirilməklə zərər çəkmiş şəxsin ölümünə, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 sol bud sümüyünün aşağı 1/3-nin qapalı sınığı, sol V İ-Vİİ-Vİİİ qabırğaların qapalı sınıqları alın-təpə və üz nahiyəsinin əzilmiş-cırılmış yaraları xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 sağ mil sümüyünün tipik yerdən yerdəyişməyən sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 soldan X qabırğanın sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsas landırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, buna görə də Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarı ləğv olunmalı və iş yeni apellyasiya baxışın təyin edilməlidir. Belə ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, apellyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, n əticələrinə, eləcə də Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən göstərilən cinayətin yüksək ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi cinayətini törədən, törətmiş olduğu cinayət əməli az ağır cinayət olmaqla hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər kateqoriyasına aid olan və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyən Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törə tməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən qanunda nəzərdə tutulmamış halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmiş, apellyasiya instansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamışdır. Belə ki, hökmdən və iş materiallar ından göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum iş üzrə vəfat etmiş zərərçəkmiş şəxsin hüquqi varisi X ilə barışıq əldə etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 da birinci instansiya məhkəməsində çıxışı zamanı təqsirləndirilən şəxs Məhkum bağışlamadığını və onunla barışmadığını, baş vermiş hadisədən ağır sarsıntı keçirərək bir daha ana ola bilməyəcəyini, dəymiş ziyanın tam ödənilmədiyini göstərmiş, ona qanunla nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmələr zərərçəkmiş şəxsin hüquqi varisinin bu mövqeyinə əhəmiyyət verməmiş və təqsirləndirilən şəxsə aşağı həddə cəza təyin etmişlər, bununla da süni surətdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə şərait yaratmışlar. Odur ki, göstərilənləri nəzərə alaraq Məhkum barəsin də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarının ləğv edilib işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassa siya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəli llərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya protestinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik ol an bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvə l cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğund an daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hü quqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. İşdən görünür ki, məhkum edilmiş şəxs Məhkum cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsi, təqsirini etiraf etməklə əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmaması, zərərçəkmiş şəxsin hüquqi varisinin fikri, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, himayəsində 5 nəfərin olması və ö zünün İİİ qrup əlil olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiy ası hesab edir ki, məhkuma təyin olunmuş cəza ilə nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır cəzanın təyin edilməsi nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır cəza təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPMin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qə rarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar