Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2131/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Muxtarov Teyyub Asif oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X17, Bəraət almış şəxs – X4, Müdafiəçi – Müdafiəçi1 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144.2.4-cü maddələri ilə bəraət ver ilmiş X4 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxs X11 və müdafiəçisi Nümayəndə tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-86/2022 saylı, 18 mart 2022-ci il tarixli hökmü ilə (hakimlər Paşayev Azər İslah oğlunun sədrliyi, X18 və X7 ibarət tərkibdə) 15 iyun 1967-ci ildə Ermənistan Respublikasının Yexeqnadzor şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ün vanda yaşayan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 1442.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, X4 cəzaçəkmə müddətinin əvvəlinin 18 dekabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X22 və X5 ibarət tərkibdə) 1(103)-1095/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş X6 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş a pellyasiya şikayəti təmin edilməmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144- 2.2.3 və 144-2.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-86/2022 saylı, 18 mart 2022-ci il tarixli hökmü məhkum edilmiş X8 təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməmiş, həmin hökmlə X6 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1442.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə təyin edilmiş 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 07 ilə endirilmiş, hökm qalan hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan məhkum X4 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1095/2022 saylı, 2 2 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsini və məhkum X4 əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X20 (sədrlik edən və məruzəçi), X15 və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə) 1(102)1259/2023 saylı, 27 dekabr 2023-cü il il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144- 2.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1095/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X13 və X2 ibarət tərkibdə) 1(103)-607/2024 saylı, 31 may 2024-cü il tarixli hökmü ilə təqsirləndirilən X6 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 1442.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-86/2022 saylı, 18 mart 2022-ci il tarixli hökmü ləğv edilsin. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, X6 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X8 izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-607/2024 saylı, 31 may 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Zərərçəkmiş şəxs6 və onun müdafiəçisi Nümayəndə tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz və digər zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1442.2.1, 144-2.2.2-ci, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 17 avqust 2015-ci il tarixdə özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edi lən tarixdən etibarən Zərərçəkmiş şəxs2 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 06 dekabr 2017ci il tarixədək ola n müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə, o, tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs3 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 17 avqust 2015-ci il tarixdə özü ilə birlikdə Bakı şəhəri, Sa bunçu rayonu, Pirşağı qəsəbəsi Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs3 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquqmühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədəqorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2015-ci ilin noyabr ayının ortalarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, eləcə də təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə, o, tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 17 noyabr 2015-ci il tarixdə uşağını doğduqdan sonra 2015-ci ilin noyabr ayının sonlarından etibarən Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı q əsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdikləri tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2016-cı ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsə rrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə, o, tamah niyyəti ilə hədə-qorxu və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs3 2016-cı ilin noyabr ayının əvvəllərindən etibarən həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi ta pşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2017-ci ilin fevral ayının ortalarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan malqaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, eləcə də təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə, o, tamah niyyəti ilə hədə-qorxu və zor tətbi q etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 14 fevral 2017-ci il tarixdə uşağını doğduqdan sonra 2017-ci ilin fevral ayının sonlarından etibarən Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdikləri tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəc əyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs3 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 07 dekabr 2017- ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki şəxs barəsində, təkrarən, məcburi əmək cinayətini törətmişdir. Bundan əlavə, o, tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs2 qardaşı xx xxxxx 2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünəməxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2015-ci ilin avqust ayının sonlarında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən heyvandarlıq fermasına gətirmiş, qeyd edilən vaxtdan etibarən Zərərçəkmiş şəxs1 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağ lı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs1 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 03 aprel 2018-ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, eləcə də yetkinlik yaşına çatmayan şəxs barəsində məcburi əmək cinayətini törətmişdi r. Bundan əlavə, o, tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs5 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2019-cu ilin avqust ayında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs5 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşay ışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs5 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2019-cu ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayəti törətmişdir. Bundan əlavə, o, tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs5 oğlu Zərərçəkmiş şəxs4 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2019-cu ilin avqust ayında özü ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tari xdən etibarən Zərərçəkmiş şəxs4 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı malqaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə-qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə, həmçinin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq zor tətbiq etməklə Zərərçəkmiş şəxs4 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa onun azadlığını 2019-cu ilin sentyabr ayının sonlarınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayətini törətmişdir. Bundan əlavə, o, tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs6 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşayış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığını əldə etməklə onu 2019-cu ilin aprel ayında özü ilə birlikdə Bakı ş əhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən Zərərçəkmiş şəxs6 həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədəqorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə Zərərçəkmiş şəxs6 nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi ha llardan başqa onun azadlığını 2019-cu ilin noyabr ayınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan mal- qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayətini törətmişdir. Bundan əlavə, o, tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün tanışı Zərərçəkmiş şəxs1 maddi və sosial təminatının aşağı olmasından istifadə edərək 03 aprel 2018-ci il tarixdən etibarən Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü tikilidə saxlayıb ferma təsərrüfatındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdikləri tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyi ilə hədə-qorxu gəlib psixi təsir göstərərək qorxu hissi yaratmış, mütəmadi olaraq əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 döyərək müxtəlif vaxtlarda zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa Zərərçəkmiş şəxs1 azadlığını 06 mart 2020-ci il tarixədək olan müddət ərzində məhdudlaşdırıb onu ferma təsərrüfatında olan mal-qaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək iki və daha çox şəxs barəsində, təkrarən, məcburi əməyə cəlb etmə cinayəti törətmiş, 06 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Fazil İsmayılova məxsus heyvandarlıq fermasında Zərərçəkmiş şəxs1 azadlığı məhdudlaşdırılmaqla məcburi əməyə cəlb edilməsi faktı yerində aşkar edilmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı protestdə qeyd edir ki, aşağıdakılara əsasən Bakı Apelyasiya Məhkəməsinin 31 may 2024-cü il tarixli hökmü, sübutlar CPM-nin 143-146- cı maddələrinin tələb lərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq X9 əsassız olaraq bəraət verildiyindən, mübahisələndirilən hökm ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində araşdırılmış sübutlar və onların əsasında müəyyən olunmuş hallar Fazil İsmayılovun hədə-qorxu, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxslərin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etməklə iki və daha çox şəxs barəsində, təkrarən, eləcə də yetkinlik yaşına çatmayan şəxs və təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində məcburi əmək cinayətini törətdiyinə dəlalət etdiyi və ona qarşı CM-in 144-2.2.1, 144-2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddəl əri ilə irəli sürülmüş ittihamın düzgünlüyünü təsdiq etdiyi halda məhkəmə kollegiyası sübutların məcmusuna əsaslanmayan nəticəyə gəlib, sübutların tədqiqində səhvə yol verərək F.İsmayılova əsassız olaraq bəraət vermişdir. Mübahisələndirilən hökmdə məhkəmə kollegiyası CPM-nin 143-146-cı maddələrini rəhbər tutmaqla sübutları tam, hərtərəfli və obyektiv yoxlamasını, müqayisəli şəkildə təhlil etməsini, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməsini qeyd etsə də, hökmdə əksini tapmış mülahizələrindən məhz belə təhlilin və qiymətləndirmənin aparılmadığı müəyyən olunur. Belə ki, normativ aktlara istinadlar və onların müddəalarının təsvirləri nəzərə alınmazsa, Fazil İsmayılovun əməlində cinayət tərkibinin olmaması haqqında nəticənin əsaslandırılmasına dair məhkəmə kollegiyasının həsr etdiyi mülahizələr aşağıdakılardan ibarətdir: _ “...Təqsirləndirilən şəxs F.İsmayılovun ifadəsindən görünür ki, zərərçəkmiş şəxslər onun fermasına işləməyə könüllü gəlmişlər, o, zərərçəkmişləri fermada işləməyə məcbur etməmiş, bunun üçün onlara qarşı zor tətbiq etməmiş, onlara hədə-qorxu gəlməmiş, onların azadlığını hər hansı formada məhdudlaşdırmamışdır....”, _ “...Fermanın darvazaları həmişə açıq olmuş, hər bir işçinin fermadan sərbəst çıxmağa imkanı olmuşdur. Zərərçəkmiş şəxslərdən başqa fermada digər işçilər də işləmiş, hər bir işçiyə işə qəbul edərək razılaşdırılmış məbləğdə maaş vermişdir. Zərərçəkmişlərin fermada daimi qalması onların Bakı şəhərində qalmağa yer olmadığı üçün özlərinin istəyi ilə əlaqədar olmuşdur....”, _ “...Zərərçəkmiş şəxslərin F.İsmayılovun o nları fermadan getmək istəsələr, gah öldürəcəyi, gah heyvanları oğurlayıb satmaları barədə bəhanə uydurub onları tutduracağını bildirib zərərçəkənlərə hüquq- mühafizə orqanları vasitəsilə hədə-qorxu gəlməsi barədə və bu hədəni real qəbul edib bu əsasla onun dediklərini eləməyə çalışmaları inandırıcı qəbul edilmir...”, _"... Zərərçəkmiş şəxslərdən Seymur X1 vurduğunu, anasını inəyi yaxşı sağa bilməməsini deyərək sillə vurduğunu, Kəmalə X3 oğlunu çox döydüyünü, onu bir dəfə döydüyünü, Zərərçəkmiş şəxs2 F.S.İsmayılovun onu və qardaşını döydüyünü, Zərərçəkmiş şəxs3 Fazil İsmayılovun əri Səbuhini döydüyünü, Zərərçəkmiş şəxs6 Fazilin onu və övladını döydüyünü, Zərərçəkmiş şəxs1 da Fazilin mütəmadi olaraq əl və ayaq zərbələri ilə vuraraq onu döydüyü barədə ibtidai istintaq zamanı verdikləri ifadə ləri də birinci instansiya məhkəməsində verdikləri ifadələri ilə tam ziddiyyət təşkil etmişdir...”, _ “...Zərərçəkmiş şəxslərin azadlıqlarının məhdudlaşdırılmasını, onların sərbəst hərəkət etmələrinə maneələrin olmasını, təqsirləndirilən şəxsin bütün günü onları nəzarətdə saxlamasını göstərsə də, onların azadlıqlarının məhdudlaşdırılması ilə əlaqədar hər hansı bir hal aşkar olmamış, onların lazım olanda fermadan sərbəst çıxmaq imkanının olması və mobil telefonlardan istifadə edilmələri müəyyən edilmişdir...”, _ “...F.İsmayılovun zərərçəkmiş şəxslərin azadlıqlarını fermada məhdudlaşdırmaqla, onlara həmin məqsədlə hədə-qorxu etmə, zor tətbiq etmək və ya zor tətbiq etmək hədəsi ilə zərərçəkmiş şəxsləri iradələrinə zidd olaraq arzu etmədikləri işləri yerinə yetirməyə məcbur etməməsi faktı həmç inin “Qapalı tikililərə və torpaq sahəsinə daxil olma və baxış keçirilməsi barədə 06 mart 2020-ci il tarixli protokolla təsdiq olunur. Həmin protokoldan görünür ki, 06 mart 2020-ci il tarixdə saat 13:45-də məcburi əmək haqqında məlumatı yoxlamaq məqsədi ilə gəlmiş polis əməkdaşları Fazil İsmayılova məxsus fermaya maneəsiz daxil olmuşlar. Fazil İsmayılov fermada olmamış, fermada orada işləyən Səyyad Bayramov və Şahid1 olmuşlar. Fermanın qapıları kilidli olmamışdır...”. Məhkəmə kollegiyası mübahisələndirilən hökmündə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini və digər sübuları qeyd etməklə, belə nəticəyə gəlmişdir ki, F.İsmayılov ittiham üzrə özünü təqsirli bilmədiyinə, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ziddiyyətli ifadələrinə, həmçinin qanunvericiliyin tələbləri o cümlədən Ali Məhkəmənin hazırki cinayət işi üzrə qəbul etdiyi 27 dekabr 2023-cü il tarixli qərarında göstərilən xüsusatları nəzərə alıb, F.İsmayılova əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Lakin, məhkəmə kollegiyasının mülahizələrindən fərqli olaraq ittiham aktından və birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi, ibtidai istintaq orqanı Fazil İsmayılova qarşı CM-in 144-2.2.1, 144-2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamı konkret sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmədə dindirmə protokolları, “qapalı tikililərə və topraq sahəsinə daxil olma və baxış keçirmə” haqqında protokol və digər sənədlərlə əsaslandırmışdır. Həmin sübutlar birinci instansiya mə hkəməsində tədqiq olunanda da, eyni hallar müəyyən olunmuşdur. Cinayət kollegiyasının mübahisələndirilən hökmündən isə görünür ki, apellyasiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, Cinayət qanununa əsasən məcburi əmək dedikdə hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə başa düşülür. Cinayətin obyektini hər kəsin Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan şəxsi azadlığını təmin edən ictimai münasibətlər təşkil edir. Əlavə obyekt qismində şəxsiyyətin həyatı və sağlamlığının təhlükəsizliyi ilə bağlı ictimai münasibətlər çıxış edir. Cinayət obyek tiv cəhətdən hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla onu müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmədə ifadə olunur. İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 1.0.3cü maddəsinə əsasən məcburi əmək (xidmət) - qanunsuz olaraq şəxsin müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edilməsidir. Burada zərərçəkmiş şəxsin məcbur edildiyi müəyyən iş (xidmət) dedikdə, onun yerinə yetirməyi arzu etmədiyi, iradəsinə zidd işlədilməsi kimi istənilən iş başa düşülməlidir. Məhkəmənin bəraətə dair dəlillərindən biri, zərərçəkmişlərin əmək haqqlarının təqsirləndirilən şəxs tərəfindən ödənilməsi ilə bağlı o lmuşdur ki, qeyd olunan hal da təqsirkarın əməlinin hazırkı maddələrlə tövsifini istisna etməmişdir. Yuxarıda şərh edilənlərə əsasən dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2024-cü il tarixli hökmünün ləğv edilərək apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin edilməsini xahiş edir. Müdafiəçi və zərərçəkmiş şəxs Z.Çobanova kassasiya şikayətində göstərmişlər ki, bəraət almış şəxs X14 tamah niyyəti ilə hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə. habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmək üçün mənim maddi və sosial təminatımın aşağı olmasından istifadə edərək özünə məxsus heyvandarlıq fermasında iş və normal yaşay ış şəraiti ilə təmin edəcəyi, maddi ehtiyaclarını ödəyəcəyi barədə yalan vədlər verərək razılığımı əldə etməklə məni 2019-cu ilin aprel ayında özü ilə birlikdə Bakı şəhəri. Sabunçu rayonu. Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsində nömrəsiz evdə yerləşən özünə məxsus heyvandarlıq fermasına gətirmiş, qeyd edilən tarixdən etibarən mən həmin heyvandarlıq fermasının həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik Ölçülü tikilidə saxlayıb ferma təsərrüfaündakı mal-qaraya gündəlik qulluq edilməyim və digər təsərrüfat işlərinin yerinə yetirilməyim ilə bağlı verdiyi tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyim halda məni hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəyini bildirməklə psixi təsir göstərərək hədə qorxu gəlmiş, döyəcəyi ilə hədələyib zor tətbiq etmək hədəsi ilə məni nəzarəti altında saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa mənim azadlığımı 2019- cu ilin noyabr ayınadək olan müddət ərzində məhdudlaşdırıb ferma təsərrüfatında olan malqaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur edərək məcburi əməyə cəlb etmə cinayətini törətmişdir. X14 bu cinayəti məndən başqa, digər zərərçəkmiş şəxslərə qarşı da törətmişdir. Məhkəmənin baxış iclaslarında mən və digər zərərçəkmiş şəxslər məhkəmələrdə ifadə verərək X6 bizə qarşı törətdiyi əməllər barədə ətraflı məlumatlar vermişik, hakimlərin, prokurorun və prosessin digər iştirakçılarına çoxsaylı suallarına cavab vermişik. Bundan başqa. X14 tərəfindən bizə dəymiş zərər ödənilmədiyi üçün o nunla barışmamışıq və məhkəmələrdən onun barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etmişik. X14 məhkəmələr işə baxılan zamanı dəfələrlə bizi hədələmişdir. X6 törətdiyi əməllər məhkəmə iclaslarında bizim - insan alveri qurbanları kimi tanınmış zərərçəkmiş şəxslərin ifadələri ilə tam öz təsdiqini tapmışdır.Lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx.xx.2024-cti il tarixli hökmü ilə X6 əməllərində insan alveri cinayətinin olmaması qənaətinə gələrək ona əsassız və qanunsuz olaraq bəraət vermişdir.Nəticədə Bakı Apellyasiya Məhkəməsi məni və digər zərərçəkmiş şəxslərin həyat və sağlamlığına təhlükə yaratmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mçay 2024-cü il tarixli hökmünün əsassız olduğundan ləğv edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsinə dair F.S.İsmayılovun və Müdafiəçi1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə a id edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla, yekun nəticəni yolverilməz sübutlarla əsaslandırmaqla Bakı Bakı Ağır Cinayətlər məhkəməsinin X4 barəsində olan qanuni və əsaslı hö kmü haqqında düzgün olmayan nəticəyə gəlmişdir. Kassatorlar isə apellyasiya məhkəməsi tərəfindən işə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla baxıldığından hökmün ləğv edilməsini və apellyasiya baxışına qaytarılmasını bildirirlər. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Bununla əlaqədar m əhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqs irsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə Kolegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələrək haqlı olaraq ədalətli və qanuna uyğun hökm çıxarmışdır. Bununla bağlı apellyasiya məhkəməsi öz hökmündə mövqeyini əs aslandırarkən müəyyən etmişdir ki,...İşin faktiki hallarını, təqsirləndirilən, zərərçəkmiş şəxslər və şahid ifadələrini qarşılıqlı təhlil edib araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, X4 zərərçəkmiş şəxslərin azadlıqlarını fermada məhdudlaşdırmaqla, onlara həmin məqsədlə hədə-qorxu etmə, zor tətbiq etmək və ya zor tətbiq etmək hədəsi ilə zərərçəkmiş şəxsləri iradələrinə zidd olaraq arzu etmədikləri işləri yerinə yetirməyə məcbur etməsi öz təsdiqini tapmamışdır. Kollegiya qeyd edir ki, zərərçəkmiş şəxslərin ifadələrindəki təzadlı məqamlar bir biri ilə açıq aşkar ziddiyyətlər yaratmışdır ki, bu fərqliliklər hansısa xırda, unudula bilən, səhv qeyd edilə bilən detallardan deyil, əksinə konkret hadisənin olub-olmaması, hadisənin fərqli üsulla törədilməsi kimi əhəmiyyətli detallardan ibarə t olmuşdur ki, bu səbəbdən həmin ziddiyyətlər fikrin ifadə olunmasında səhvə yol verilməsi və ya fikrin düzgün ifadə olunmaması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanının və birinci instansiya məhkəməsinin mötəbər sübut kimi istinad etdiyi zərərçəkmiş şəxslərin işin halları, şahidlərin ifadələri və iş materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edərək onların həmin ifadələrindəki xüsusatların öz təsdiqini tapmaması, əksinə iş materiaları ilə təkzib olunması və bununla da həmin ifadələrə mötəbər sübut kimi istinad olunmasının qanunvericiliyin tələbləri ilə uyğun olmaması qənaətinə gəlir. Qanunvericiliyin tələblərini, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki cinayət işi üzrə qəbul etdiyi 19 noyabr 2021-ci il tarixli qərarın da göstərilən xüsusatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı və işə baxan birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən Savalan oğluna qarşı irəli sürülmüş ittihama tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, sübutları lazımınca tədqiq etməmiş və bununla da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144, 145 və 146-cı maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələr i digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası müəyyən edir ki, sadalanan pozuntulara əsasən ittihamın əsasını təşkil edən birbaşa sübutlar (zərərçəkmiş şəxslərin ifadələri) əsassız hesab edilir, müdafiə tərəfinin ona bəraət verilməsi üçün gətirdiyi dəlillər üstünlük təşkil edir və buna müvafiq olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham sübuta yeti rilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliy inə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutların mötəbərliyi şübhə doğuraraq X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət tərkibi olmaması təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsin in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafisinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi müəyyən edir (Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsini n şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafıq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfındən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir.Bu isə ilk növbədə işin faktiki hal larının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəllsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabər lik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqs irə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarı). Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2.1, 144-2.2.2, 144-2.2.3 və 144-2.2.4-cü maddələri ilə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir......” Məhkəmə kollegiyası bundan əlavə qeyd etmək istəyir ki, ''Azərb aycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1. 1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2024-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu il ə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə çıxarılmış hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. X4 tbəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-607/2024 saylı, 31 may 2024-cü il tarixli hökm ü kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-2131/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2131/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver