Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2132/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Şahid5 Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Mülki iddiaçı X6 iştirakları ilə, Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli, 1(103)-374/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1986-cı il tarixdə Özbəkistan Respublikasının Daşkənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli (Azərbaycan Respublikasında ali təhsil almışdır), subay, 1 (bir) azyaşlı uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci tarixli hökmü ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 26, mənzil 55- də qeydiyyatda olan, həbs olunanadək fa ktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 11, mənzil 61-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 xarici ölkələrdən havalandırma sistemi məhsulları və tibbi avadanlıqlar gətirib satmaqla qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan 12 sentyabr 2020-ci il tarixdən 09 noyabr 2020-ci il tarixədək olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə, 12 sentyabr 2020-ci i l tarixdə, saat 19:00 radələrində, ünvan 1 ünvanında yerləşən "X4" X13 Qoruq Muzeyinin binasının qarşısında sonuncunun həmin günün məzənnəsi ilə 10.200 manat təşkil edən 6.000 ABŞ dolları, 16 sentyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən avtomobil təmiri sexinin qarşısında 6.000 manat, 28 sentyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində ünvan 4 ünvanında yerləşən A.Məmmədov adına 38 nömrəli tam orta məktəbin inzibati binasının qarşısında həmin günün məzənnəsi ilə 11.699 manat 40 qəpik təşkil edən 6.882 ABŞ dolları, 2020-ci ilin oktyabr ayının əvvəllərində ünvan 5 ünvanında yerləşən hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olunan mağazada həmin dövrünməzənnəsi ilə 13.600 manat təşkil edən 8.000 ABŞ dolları, bir neçə gündən sonra ünvan 6 ünvanında yerləşən “ KFC” fastfood restoranının qarşısında həmin dövrün məzənnəsi ilə 23.800 manat təşkil edən 14.000 ABŞ dolları, 2020-ci ilin oktyabr ayının ortalarında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 23.800 manat təşkil edən 14.000 ABŞ dolları, 2020-ci ilin oktyabr ayının ikinci yarısında ünvan 5 ünvanında yerləşən hədiyyəlik əşyaların və milli suvenirlərin satışı ilə məşğul olunan mağazada həmin dövrün məzənnəsi ilə 27.200 manat təşkil edən 16.000 ABŞ dolları, 2020-ci ilin oktyabr ayının axırlarında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 38.250 manat təşkil edən 22.500 ABŞ dolları, 06 noyabr 2020-ci il tarixdə eyni ünvanda həmin günün məzənnəsi ilə 39.100 manat təşkil edən 23.000 ABŞ dolları və 09 noyabr 2020-ci il tarixdə eyni ünvanda həmin günün məzənnəsi ilə 46.750 manat təşkil edən 27.500 ABŞ dolları məbləğində pulu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 240.399 manat 40 qəpik məbləğində ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bundan başqa, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 Çin Xalq Respublikasından restoran fəaliyyəti ilə bağlı zəruri avadanlıqlar və tibbi avadanlıqları gətirib satmaqla qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan 2020-ci ilin aprel ayının ortalarından 2020-ci ilin noyabr ayınadək hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə, 2020-ci ilin aprel ayının ortalarında ünvan 7 ünvanında yerləşən mənzildə həmin dövrün məzənnəsi ilə 16.660 manat təşkil edən 9.800 A BŞ dolları, 22 may 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 22L ünvanında yerləşən "xxxx" ASC-nin baş filialında AZ19HAJCFPRUSD**********79001 nömrəli kart hesabına köçürmə yolu ilə həmin günün məzənnəsi ilə 34.850 manat təşkil edən 20.500 ABŞ dolları, 23 iyul 2020-ci il tarixdə ünvan 7 ünvanında yerləşən mənzildə həmin günün məzənnəsi ilə 40.800 manat təşkil edən 24.000 ABŞ dolları, 2020-ci ilin avqust ayının ortalarında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 30.600 manat təşkil edən 18.000 ABŞ dolları, 2020-ci ilin sentyabr ayının ortalarında eyni ünvanda həmin dövrün məzənnəsi ilə 32.980 manat təşkil edən 19.400 ABŞ dolları məbləğində pulu ələ keçirmiş, bundan sonra, cinayətkar niyyətini davam etdirərək, hansısa vəzifəli şəxsin İsmayıllı rayonunda inşa etd irdiyi evin inşasının başa çatdırılması üçün tikinti materialları alaraq baha qiymətə satıb qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan 2020-ci ilin noyabr ayının əvvəlindən sonunadək olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 7 ünvanda həmin dövrün məzənnəsi ilə 66.470 manat təşkil edən cəmi 39.100 ABŞ dolları məbləğində pulu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs3 külli miqdarda, yəni 222.360 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
4. Bundan başqa, o, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 xarici ölkələrdən tibbi avadanlıqlar gətirib satmaqla qazanc əldə edəcəkləri ilə bağlı şərikli biznes quracaqlarına dair yalan vədlər verməklə aldadıb, həmin biznes fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək niyyətində olmadan 12 dekabr 2020-ci il tarixdə, saat 13:00 radələrində, ünvan 9 ünvanında yerləşən xalça mağazasında sonuncunun həmin günün məzənnəsi ilə 5.100 manat təşkil edən 3.000 ABŞ dolları və 13.000 manat məbləğində pulu ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 18.100 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 1(101)-1698/2021 nömrəli hökmü ilə (hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər X7 və X1 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində t əqsirli bilinməsi və ona həmin maddə üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum hazırkı hökmlə təyin edilmiş cəzanın Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 1(101)-1364/2021 saylı hökmü ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və cinayətlərin məcmusu üzrə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum həbsdə saxlanıldığı müddətin qəti cəza müddətinə daxil edilməsi və ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının əvvəlinin onun tutulduğu vaxtdan, yəni 16 may 2021-ci il tarixdən hesablanması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Zərərçəkmiş şəxs2 mülki iddiasının qismən təmin edilməsi, Məhkum maddi ziyan kimi 240.399 manat 40 qəpik, mənəvi ziyan kimi 1.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 464 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs2 xeyrinə tutulması, mülki iddianın qalan hissədə rədd edilməsi, Zərərçəkmiş şəxs3 mülki iddiasının təmin edilməsi, Məhkum maddi ziyan kimi 222.360 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 512 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs3 xeyrinə tutulması, təqsirləndirilən şəxs Məhkum mülkiyyətində olan “Qaz-24” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaitinin hesabına zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın ödənilməsi, “Qaz-24” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin məhkəmə hökmü qanuni qüvvəsini alanadək və həmin əmlaka tutma yönəldilənədək qüvvədə saxlanılması, Zərərçəkmiş şəxs1 mülki mühakimə icraatı qaydasında Məhkum qarşı iddia qaldırmaq hüququnun izah edilməsi, X6 mülki iddiasının rədd edilməsi və ona mülki mühakimə icraatı qaydasında Zərərçəkmiş şəxs2 qarşı iddia qaldırmaq hüququnun izah edilməsi hökm edilmişdir.
6. Həmin hökmdən narazı qalan Məhkum apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 1(101)-1698/2021 nömrəli hökmünün dəyişdirilərək, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli, 1(103)374/2022 nömrəli qərarı ilə (hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 1(101)-1698/2021 nömrəli hökmünün Məhkum barəsində onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli, 1(103)374/2022 nömrəli qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
9. Kassasiya şikayətinin dəlilləri qismində təyin edilmiş cəzanın məhkum şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə uyğun olmaması qeyd edilərək, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli, 1(103)-374/2022 nömrəli qərarının barəsində daha yüngül cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
11. Qərardan dövlət ittihamçısı kassasiya protesti, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) isə kassasiya şikayəti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və mü lki iddiaçı X8 hər biri ayrı-ayrılıqda kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və y a kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
17. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli, 1(103)-374/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
20. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsəd i ilə tətbiq edilir.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
23. Cəzanı ağ ırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
24. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
25. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalar ında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
26. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədal ətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
27. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 1(101)-1698/2021 nömrəli hökmü ilə təyin edilmiş 8 il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
28. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən halların mövcudluğunu, həmçinin cə zasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.
29. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkuma daha yüngül cəza növünün təyin edilməsinə əsas görməmiş, bununla da hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
30. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəza sının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəm əsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
32. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
33. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxslərin, mülki iddiaçının, dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 17 fevral 2022-ci il tarixli, 1(103)-374/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2022-ci il tarixli, 1(103)-374/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.