Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2133/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Mülki iddiaçı Bakçə şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Paşayev Kamran Natiq oğlunun, Məhkum1 müdafiəçisi, “Ədalət” Vəkil Bürosunun vəkili Yavərzadə Yavər Elçin oğlunun, Məhkum2 müdafiəçisi, “Ədalət” Vəkil Bürosunun vəkili Mustafayev Muxtar Nağı oğlunun iştirakları ilə 22 dekabr 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə CM-in 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib, məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə CM-in 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 46.2, 66.3 və 66.4-cü maddələrinə əsasən, 2 il 6 ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplanmaqla qəti olaraq 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2ci maddəsi ilə 2 mart 1964-cü ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə CM-in 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib, məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə CMin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib, CM-in 46.2, 66.3 və 66.4-cü maddələrinə əsasən, 2 il 6 ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhb ər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplanmaqla qəti olaraq 3 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 88, mənzil 48-də qeydiyyatda olan, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi, “Ədalət” Vəkil Bürosunun vəkili Yavərzadə Yavər Elçin oğlu və Məhkum 2 müdafiəçisi, “Ədalət” Vəkil Bürosunun vəkili Mustafayev Muxtar Nağı oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 sentyabr 2022-ci İl tarixli hökmü ilə/(hakim Nəriman Mehdiyev) Məhkum1 - Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.1, 66.4 və 66.5-ci maddələrinə əsasən, yeni hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan mə hrum etmə növündə əlavə cəzanı Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə əlavə cəza qismində təyin edilmiş 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza ilə əhatə etmək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə əsas cəzanı 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddət ə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.1, 66.4 və 66.5-ci maddələrinə əsasən, yeni hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanı Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə əlavə cəza qismində təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza ilə əhatə etməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəzanı 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Məhkum1 və Məhkum2 CM-nin 213.2.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2 sentyabr 2022-ci il tarixli hökmü qismən, Məhkum1 və Məhkum2 CM-nin 213.2.2-ci maddəsi ilə, həmçinin CM-in 66.1, 66.4, 66.5-ci maddələrinə əsasən, qəti cəza təyin edilməsi və onun icrası ilə bağlı hissələrdə ləğv edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən, Məhkum1 və Məhkum2 cinayət məsuliyyətdən azad edilməklə barələrində olan hazırki cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 "xxxx" MMC-nin (VÖEN **********) direktoru vəzifəsində işləyərkən, bir qrup şəxslə, Məhkum2 ilə qabaqcadan əlbir olub, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergiləri n ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103.1, 105.1, 220 və 221-ci maddələrinin tələblərini pozaraq, həmin cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına vergi bəyannamələrini təqdim etməməklə, külli miqdar təşkil edən 482.837,33 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, hüquqi ünvanı ünvan 2 Lokal Gəlirlər Baş İdarəsində xx.xx.2004-cü ildə qeydiyyata alınmış "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2007-ci il tarixdən direktoru vəzifəsində işləyərkən, MMC-nin təsisçisi Məhkum2 ilə qabaqcadan əlbir olub, MMC ilə "xxxx" MTK (VÖEN **********) arasında bağlanmış xx.xx.2006-cı il tarixli "xxxx"nə əsasən, həmin MTK üçün verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717- ci məhəllədə yerləşən 0,673 ha torpaq sahəsində qeyri-yaşayış, yaşayış binasının, iş mərkəzinin və yeraltı avtodayanacağın layihələndirilməsinə və tikintisinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamında göstərilən ünvanda MMC-nin vəsaiti ilə yaşayış sahəsi 8022 kv metr olan 16 mərtəbəli 60 mənzilli binanı tikərək, həmin binada 40 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə X10ə 113.040,0 manata, 4 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə X11a 104.400,0 manata, 25 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə X13ə 112.500,0 manata, 9 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə 117.000,0 manata, 17 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə 117.000,0 manata, 3 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə 175.750,0 manata, 21 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə Şahid6 114.820,0 manata, 60 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə 122.460,0 manata, 1 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə Şahid4 110.000,0 manata, 2 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə 265.000,0 manata, 57 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə Şahid3 120.000,0 manata, avtomobil üçün qarajı xx.xx.2014-cü il tarixli müqavilə ilə 60.000,0 manata, 35 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə İ210.900,0 manata, 59 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə 140.600,0 manata, 58 saylı mənzili xx.xx.2015-cü il tarixli müqavilə ilə 342.400,0 manata və 5 saylı mənzili xx.xx.2015-ci il tarixli mü qavilə ilə 153.000,0 manata sataraq, həmin mənzillərin və qarajın dəyərini Məhkum2 ilə birlikdə nağd almasına baxmayaraq, həyata keçirdiyi mənzil tikintisi fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına əlavə dəyər vergisi, torpaq vergisi və mənfəət vergisi bəyannamələrini təqdim etməməklə, 2013-cü ilin noyabr ayı üzrə 50.329,83 manat, dekabr ayı üzrə 62.504,24 manat, 2014-cü ilin yanvar ayı üzrə 17.514,92 manat, mart ayı üzrə 75.883,73 manat, aprel ayı üzrə 18.305,08 manat, iyun ayı üzrə 41.323,73 manat, noyabr ayı üzrə 21.447,46 manat, 2015-ci ilin mart ayı üzrə 52.230,51 manat, may ayı üzrə 23.339,00 manat, cəmi 362.878,5 manat əlavə dəyər vergisi, mənzillərin satışından daxil olmuş vəsaitdən 20% dərəcə ilə 2013-cü il üzrə 71.635,31 manat, 2014-cü il üzrə 32.310,17 manat, 2015-ci i l üzrə 13.994,35 manat, cəmi 117.939,83 manat mənfəət vergisi, 2013-cü il üzrə 673,0 manat, 2014-cü il üzrə 673,0 manat və 2015-ci il üzrə 673,0 manat, cəmi 2019,0 manat torpaq vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 482.837,33 manat məbləğində vergiləri ödəməkdən yayınmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarının mülki iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və mülki iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarının mülki iddianın təmin edilməsi hissəsin də ləğv edilməsi və mülki iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilər M.Mustafayevin və Y.Yavərzadənin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüqu q məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməmə sini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarının mülki iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və mülki iddianın rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının yuxarıda təsvir olunan məzmunundan görünür ki, Məhkum1 "xxxx" MMC-nin (VÖEN **********) direktoru vəzifəsində işləyərkən, bir qrup şəxslə, Məhkum2 ilə qabaqcadan əlbir olub, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddətdə sahibk arlıq fəaliyyəti ilə məşğul olub, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda,Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103.1, 105.1, 220 və 221-ci maddələrinin tələblərini pozaraq, həmin cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına vergi bəyannamələrini təqdim etməməklə, külli miqdar təşkil edən 482.837,33 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, o, hüquqi ünvanı ünvan 2 Lokal Gəlirlər Baş İdarəsində xx.xx.2004-cü ildə qeydiyyata alınmı ş "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2007-ci il tarixdən direktoru vəzifəsində işləyərkən, MMC-nin təsisçisi Məhkum2 ilə qabaqcadan əlbir olub, MMC ilə "xxxx" MTK (VÖEN **********) arasında bağlanmış xx.xx.2006-cı il tarixli "xxxx"nə əsasən, həmin MTK üçün verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717- ci məhəllədə yerləşən 0,673 ha torpaq sahəsində qeyri-yaşayış, yaşayış binasının, iş mərkəzinin və yeraltı avtodayanacağın layihələndirilməsinə və tikintisinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 237 saylı sərəncamında göstərilən ünvanda MMC-nin vəsaiti ilə yaşayış sahəsi 8022 kv metr olan 16 mərtəbəli 60 mənzilli binanı tikərək,həmin binada 40 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə X10ə 113.040,0 manata, 4 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə X11a 104.400,0 manata, 25 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə X13ə 112.500,0 manata, 9 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə 117.000,0 manata, 17 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə 117.000,0 manata, 3 saylı mənzili xx.xx.2013-cü il tarixli müqavilə ilə 175.750,0 manata, 21 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə Şahid6 114.820,0 manata, 60 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə 122.460,0 manata, 1 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə Şahid4 110.000,0 manata, 2 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə 265.000,0 manata, 57 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə Şahid3 120.000,0 manata, avtomobil üçün qarajı xx.xx.2014-cü il tarixli müqavilə ilə R 60.000,0 ma nata, 35 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə 210.900,0 manata, 59 saylı mənzili xx.xx.2014-cü il tarixli müqavilə ilə 140.600,0 manata, 58 saylı mənzili xx.xx.2015-cü il tarixli müqavilə ilə 342.400,0 manata və 5 saylı mənzili xx.xx.2015-ci il tarixli müqavilə ilə 153.000,0 manata sataraq, həmin mənzillərin və qarajın dəyərini Məhkum2 ilə birlikdə nağd almasına baxmayaraq, həyata keçirdiyi mənzil tikintisi fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına əlavə dəyər vergisi, torpaq vergisi və mənfəət vergisi bəyannamələrini təqdim etməməklə, 2013-cü ilin noyabr ayı üzrə 50.329,83 manat, dekabr ayı üzrə 62.504,24 manat, 2014-cü ilin yanvar ayı üzrə 17.514,92 manat, mart ayı üzrə 75.883,73 manat, aprel ayı üzrə 18.305,08 manat, iyun ayı üzrə 41.323,73 manat, noyabr ayı üzrə 21.447,46 manat, 2015-ci ilin mart ayı üzrə 52.230,51 manat, may ayı üzrə 23.339,00 manat, cəmi 362.878,5 manat əlavə dəyər vergisi, mənzillərin satışından daxil olmuş vəsaitdən 20% dərəcə ilə 2013-cü il üzrə 71.635,31 manat, 2014-cü il üzrə 32.310,17 manat, 2015-ci il üzrə 13.994,35 manat, cəmi 117.939,83 manat mənfəət vergisi, 2013-cü il üzrə 673,0 manat, 2014-cü il üzrə 673,0 manat və 2015-ci il üzrə 673,0 manat, cəmi 2019,0 manat torpaq vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 482.837,33 manat məbləğində vergiləri ödəməkdən yayınmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərində təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 törətmiş olduğları cinayət əməlində onların təqsirlilikləri mübahisələndirilmədiyindən iş üzrə toplanmış sübutların şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası iş üzrə mülki iddianın həllinə aid hissədə apelyasiya məhkəməsinin qərarının qəbul edilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunubolunmamasına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsinə əsasən: “179.1 Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normaları na uyğun qəbul edilir. CPM-nin 181.1.1-181.1.2-ci maddələrinin tələblərindən görünür ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; - ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2.1-181.2.4-cü maddələrinə müəyyən edilmişdir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: - itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; - itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın k eyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; - itirilmiş gəlirin ödənilməsini; - mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. CPM-nin 354.1.1-354.1.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: - iddianın tam və ya qismən təmin edilməsi; - iddianın rədd edilməsi; - iddianın baxılmamış saxlanması CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki: “74. Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəra ətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır.” Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil etməklə və qanunvericiliyin yuxarıda istinad edilən normalarına və “Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında verilən tövsiyələrə əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən, Məhkum1 və Məhkum2 cinayət məsuliyyətdən az ad edilməklə barələrində olan cinayət işi üzrə icraata xitam versə də, mülki iddianın təmin olunmasına dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qüvvədə saxlayarkən qanunvericiliyin tələblərinə riayət etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin 1 noyabr 2022-ci il tarixli qərarı ilə Məhkum1 və Məhkum2 (mülki cavabdehlər) Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsinə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən cinayət təqibi ü zrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinin tələbinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021ci il tarixli Qərarına müvafiq olaraq iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanmalı olduğu halda, məhkəmə barəsində cinayət işi xitam edilmiş Məhkum1 və Məhkum2 məhkum edilmiş şəxslər kimi qeyd edərək, birinci instansiya məhkəməsinin hökmünü mülki iddiaya aid hissədə dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddianı təmin edilməklə Məhkum1 və Məhkum2 (mülki cavabdehlər) 482.837,33 manat məbləğində maddi ziyanın 377.000,00 manat hissəsinin ödənilməsini nəzərə alaraq, 105.837.33 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilməli, mülki iddia baxılmamış saxlanmalı və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.22-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Azərbaycan Respublikası CPM-nin 416.2-ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilmələri və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən Məhkum1 və Məhkum2 cinayət məsuliyyətdən azad edilməklə barələrində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 noyabr 2022-ci il tarixli qərarı 482.837,33 (dörd yüz səksən iki min səkkiz yüz otuz yeddi manat otuz üç qəpik) manat məbləğində maddi ziyanın tutulması ilə bağlı mülki iddianın təmin edilməsi, həmin məbləğin 377.000,00 (üç yüz yetmiş yeddi min) manat hissəsinin ödənilməsi nəzərə alınmaqla, qalan 105.837,33 (bir yüz beş min səkkiz yüz otuz yeddi manat otuz üç qəpik) manat məbləğində pulun Məhkum1 və Məhkum2 müştərək qaydada tutulub, dövlət büdcəsinə ödənilməsi, mülki iddianın verilməsinə görə dövlət rüsumunun mülki cavabdehlərə aid edilməsi, onlardan 395,84 (üç yüz doxsan beş manat səksən dörd qəpik) manat məbləğində pulun müştərək qaydada tutulub, dövlət büdcəsinə ödənilməsinə dair hissədə ləğv edilsin və mülki iddia baxılmamış saxlansın və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2133/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2133/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver