Məhkəmə qərarları › İş №1(102)-2133/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2133/2024

05.12.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2133/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum2, məhkumların müdafiəçisi Mirzəyev Aqil Akif oğlunun, tərcüməçi X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-111/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarından Məhkum2 və Məhk um1 müdafiəçisi Mirzəyev Aqil Akif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxxxx 1971-ci il tarixdə Əfqanıstan İslam Respublikası Javzjan şəhərində anadan оlmuş, Əfqanıstan İslam Rеspublikаsının vətəndаşı, ailəli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Əfqanıstan İslam Respublikası Javzjan şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamışdır. Məhkum2 23 avqust 1980-ci il tarixdə Əfqanıstan İslam Respublikası Sare-pul şəhərində anadan оlmuş, Əfqanıstan İslam Rеspublikаsının vətəndаşı, ailəli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Əfqanıstan İslam Respublikası Javzjan şəhərində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. 2. 04 mart 2023-cü il tarixli itti ham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 318.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 318-1.1, 318.1, 318.2, 228.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 318-1.1, 32.5,318.1 və 32.5, 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 30 mart 2023-cü il tarixdə Yardımlı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 Azərbaycan Respublikasına qanunsuz olaraq gəlmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında arvadı Məhkum2 və Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə 20 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 24-cü sərhəd zastavasının xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir.

5. Yardımlı Rayon Məhkəməsinin 1(038)-6/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum ed ilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 oktyabr 2023-cü il tarixdən hesablanması, əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, məhkumluğu ödənilədək və götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi və 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanun i qüvvəyə mindiyi vaxtdan hesablanması, əsas cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, məhkumluğu ödənilədək və götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri, xüsusi müsadirə və digər məsələlər həll edilmişdir.

6. Hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinib məhkum edilmişlər.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Bədirli Rüfət Mirrafiq oğlu tərəfindən ayrı-ayrılıqda, eləcə də təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Ramazanov Nicat Rüfət oğlu apellyasiya şikayətləri verib hökmün ləğv edilməsi, təqsirləndirilən şəxslərə münasibətdə Azərbaycan Respublikası CM-nin 318-ci maddəsinin qeyd hissəsini tətbiq etməklə bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

8. Hökmdən həmçinin Təqsirləndirilən şəxs1 müdafiəçisi Babayev Çingiz Hamlet oğlu apellyasiya şikayəti vermişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-111/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Yardımlı Rayon Məhkəməsinin 1(038)-6/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Mirzəyev Aqil Akif oğlu hər məhkuma münasibətdə ayrı-ayrılıqda kassasiya şikayətləri vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

11. Müdafiəçi Mi rzəyev Aqil Akif oğlu hər iki kassasiya şikayətində eyni dəlilləri irəli sürüb bildirmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 318ci maddəsinin qeyd hissəsini nəzərə almamış, yaxud yanlış şərh etmişdir. Məhkum1 və Məhkum2 ölkəyə gəlmə məqsədinin siyasi sığınacaq almaq ilə bağlı şübhə yoxdur. Hesab edir ki, məhkumlar tərəfindən cəmi 18 gün sonra səlahiyyətli dövlət orqanlarına müraciət olunması faktı mövcud şərtlər daxilində mümkün qədər tez müddət kimi qiymətləndirilməlidir. İş materiallarında olan izahatlar, ifadələr məhkumların dövlət sərhədini əvvəlcədən əlbir olmadan, ailə üzvləri ilə birlikdə vətəndaşları olduqları Əfqanıstan İslam Respublikasında mövcud hökumət tərəfindən dini və siyasi ayrıseçkiliyə məruz qaldıqlarına və təqib olunduqlarına görə onları n ailə üzvlərinin həyat və azadlığını təhlükə gözlədiyinə görə Azərbaycan Respublikasına sığınmaq məqsədlə keçdiklərini və onların əməlində cinayət tərkibi olmadığını təsdiqləyir. Lakin apellyasiya instansiyası məhkəməsi işin bu faktiki hallarına qiymət vermədiyinə görə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq etməmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-111/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin h üdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apell yasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Müdafiəçi kassasiya şikayətlərində hər iki məhkum edilmiş şəxsə münasibətdə Azərbaycan Re spublikası CM-nin 318-ci maddəsinin qeyd hissəsinin tətbiq edilməməsinin əsassız nəticə olduğunu, məhkumların əməllərində cinayət tərkibi olmadığını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-111/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

19. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

20. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyas ı qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

21. Məhkəmə kollegiyası kassasiya şikayətlərində təsvir edilən, hər iki məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 318-ci maddəsinin qeyd hissəsinin tətbiq edilərək, onların hərəkətlə rində başqa cinayətin tərkibi olmadığından, onların cinayət məsuliyyətindən azad edilməli olmalarına dair dəlillərə münasibətdə qeyd edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərində də irəli sürülmüşdür, onların araşdırması nəticəsində qəbul edilən apellyasiya instansiyası məhkəməsinin qərarında müvafiq əsaslandırma təmin edilərək bu dəlillərə bütövlükdə, yəni baxılan cinayət işi üzrə məhkum edilmiş şəxslərin cinayət əməlini məhz əvvəlcədən əlbir olmaqla birgə törətdiklərinə, eləcə də məhkumlar Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasının ərazisinə qanunsuz keçmələrinin səbəbi, şəraiti, məqsədi və nəticələrinə dair ətraflı cavablandırma verilmişdir.

22. Kassasiya şikayətlərinin müəllifi hazırda mübahisələndirdiyi məhkəmə aktının nəticələri ni təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.

23. Baxılan kassasiya şikayətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.

24. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına müdafiəsinin əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respu blikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

26. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 1(106)-111/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 və Məhkum1 müdafiəçisi Mirzəyev Aqil Akif oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-111/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar