Məhkəmə qərarları › İş №1(102)-2133/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2133/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2133/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2024- cü il tarixli 1(105)-782/2024 qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elçin Məmmədov (sədrlik edən), Nurəddin Hüseynli və Nahid Mirzəyev) 04 oktyabr 2024-cü il tarixli 1(124)-236/2024 nömrəli hökmü ilə xx xxxx 1984-cü ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kotec qəsəbəsi, ev 22 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhk um edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Həmçinin iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs13 tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş və 25000 (iyirmi beş min) manat maddi ziyan, 1000 (bir min) manat mənəvi ziyan və 169,5 (yüz almış doqquz manat əlli qəpik) manat dövlət rüsumu üçün ödənilmiş məbləğ, cəmi 26169,5 (iyirmi altı min yüz altmış doqquz manat əlli qəpik) manat pul vəsaiti Məhkum tutularaq Zərərçəkmiş şəxs13 ödənilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Fizuli qızına ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərç əkmiş şəxs1 2021ci ilin sentyabr ayında Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində ümumilikdə 75.500 (yetmiş beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirdikdən sonra öz cinayətkar əməllərini pərdələmək və sonuncunun ondan şikayət etməsinin qarşısını almaq məqsədi ilə həmin puldan 34.500 (otuz dörd min beş yüz) manatını Zərərçəkmiş şəxs1 üçün almış olduğunu bildirdiyi Sumqayıt şəhəri, Xəzər Bağları ərazisində yerləşən 196/1 saylı torpaq sahəsinin içərisində iki mərtəbəli fərdi yaşayış evinin tikintisinə sərf etsə də, qalan 41.000 (qırx bir min) manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 Fizuli qızına xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlak ını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 İltifat oğluna ev alqı-satqısı ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya məxsus 5.000 manat dəyərində olan Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən yarım tikili fərdi evini sataraq onun pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 27 noyabr 2021-ci il tarixdə həmin evi 5.000 manat müqabilində Nigar adlı qadına sataraq, əldə etdiyi gəlirdən 1450 manat pulu Zərərçəkmiş şəxs2 versə də, qalan 3550 manat məbləğində pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs2 İltifat oğluna maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyət inə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Beton Zavod ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs3 2021-ci ilin dekabr ayının 20-də Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Cavid” Ticarət Mərkəzinin yaxınlığında 2000 manat, 2022-ci ilin yanvar ayının 8-də Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən “Dejurni” adlanan yerdə 10000 manat, 2022-ci ilin may ayının 15-də Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən “Nərimanov” klubunun yaxınlığında 2000 manat, həmin ilin may ayının 31-də isə Sumqayıt şəhəri, Beton Zavod ərazisində 3.000 manat, ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Beton Zavod ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs4 2022-ci ilin yanvar ayının 6-da Sumqayıt şəhəri, Beton Zavod ərazisində yerləşən “Eyvaz” marketin yaxınlığında 5.000 manat, həmin ilin yanvar ayının 9-da isə qeyd olunan ünvanda 5.000 mana t, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 ev alqı-satqısı ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya məxsus 11.000 manat dəyərində olan Sumqayıt şəhəri, Xəzər Bağları ərazisində yerləşən 196/1 saylı 1 sot ölçüdə olan torpaq sahəsini 11.000 manata sataraq onun pulunu verəcəyinə dair yalan vəd verib aldadaraq 24 yanvar 2022-ci il tarixdə həmin evi sataraq, əldə etdiyi gəlirdən 4000 manat pulu Zərərçəkmiş şəxs5 vers ə də, qalan 7.000 manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, о, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X4 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona şərikli fərdi yaşayış evləri tikib satmaqla külli miqdarda qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində T.Eyyubovdan 12 mart 2022-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllədə 30.000 manat, 15 mart 2022-ci il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 22 saylı evin yaxınlığında 34.000 manat, 05 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisind ə 20.000 manat dəyərində olan 2006-cı il istehsallı “Kia Sorento” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil, 15 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Shaurma” restoranın qarşısında sonuncunun yol maşını ilə göndərdiyi 27000 manat pulu, 17 aprel 2022-ci il tarixdə həmin ünvanda 10.000 manat pulu, ümumilikdə 101.000 (bir yüz bir min) manat məbləğində pul vəsaitini və 20.000 (iyirmi min) manat dəyərində maşınını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra sonuncuda özünə qarşı şübhə yaratmaması və şərikli biznesi apardıqları görüntüsünü yaratmaq məqsədilə cəmi 1000 manat pulu geri qaytararaq zərərçəkmiş X1 miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X3 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Dövlət ittihamçısı1dan 16 mart 2022-ci il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsində, fərdi yaşayış evində 10.000 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş X3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X2 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barə də həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, Beton Zavod ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində G.Qədimalıyevadan 2022-ci ilin may ayının 16-da Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən parkda 5.000 manat, 2022-ci ilin avqust ayının 28-də Sumqayıt şəhəri, Beton zavod ərazisində 1.000 manat və 2022-ci ilin sentyabr ayının 20də G.Qədimalıyevaya təqdim etdiyi hesab nömrəsinə sonuncunun 1.000 manat göndərməsi ilə, ümumilikdə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş X2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcra Hakimiyyətinin arxasında yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs7 06 iyun 2022-ci il tarixdə ünvan 3 ünvanında 15.000 manat, 13 iyun 2022-ci il tarixdə həmin ünvanda 3500 manat, ümumilikdə 18.500 (on səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə nin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs8 ev alqı-satqısı ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya məxsus 50.000 manat dəyərində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən fərdi yaşayış evini sataraq ödənişini sonradan verəcəyinə dair yalan vəd verib aldadaraq həmin evi 15 iyul 2022-ci il tarixdə sataraq 50.000 manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs9 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs9 15 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən “Dominos Pizza”nın qarşısında 19.300 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs10 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı rayon İcr a Hakimiyyəti inzibati binasının yaxınlığında fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs10 15 sentyabr 2022ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən sonuncunun yaşadığı fərdi yaşayış evində 10.000 manat, 27 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yerləşən çay evində 10.000 manat, ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs14 ev alqı-sa tqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs14 28 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində, sonuncuya məxsus fərdi yaşayış evində 30.000 manat, 14 oktyabr 2022-ci il tarixdə isə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən qadın geyimlərinin satışı dükanında 5000 manat, ümumilikdə 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs14 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əml akını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs11 özünə qarşı yaratdığı inam və etibardan sui-istifadə edərək ödənişini sonradan edəyəcəyinə dair yalan vədlər verib aldadaraq Zərərçəkmiş şəxs11 05 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzində 01 ədəd Rusiya istehsalı, 85 əyarlı, bir qramı 80 manat olmaqla, 4,15 qram çəkidə, ümumi qiyməti 332 manat ola kişi qızıl üzüyü, 01 ədəd Rusiya istehsalı, 85 əyarlı, bir qramı 80 manat olan, 6,13 qram çəkidə, ümumi qiyməti 490,4 manat olan kişi qızıl sepini, 01 ədəd Rusiya istehsalı, 85 əyarlı, bir qramı 80 manat olan, 6,75 qram çəkidə ümumi qiyməti 540,0 manat olan kişi qızıl boyunbağını, 01 ədəd Rusiya istehsalı, 85 əyarlı, bir qramı 80 manat ol an, 6,18 qram çəkidə, ümumi qiyməti 494,4 manat olan kişi qızıl üzüyünü, ümumilikdə 1.856,8 (bir min səkkiz yüz əlli altı) manat 80 qəpik dəyərində qızıl-zinət əşyalarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs11 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs12 Eldar oğluna ev alqı-satqısı ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə sonuncuya məxsus 28.000 manat dəyərində olan Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən fərdi yaşayış evini sataraq ödənişini sonradan verəcəyinə dair yalan vəd verib aldadaraq həmin evi 2022-ci ilin oktya br ayının əvvəllərində İntiqam adlı şəxsə sataraq əldə etdiyi gəlirdən 8000 manat pulu Zərərçəkmiş şəxs12 ödəsə də, qalan 20.000 (iyirmi min) manat məbləğində pulu ələ keçirməklə Zərərçəkmiş şəxs12 Eldar oğluna xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs13 ev alqı-satqısı və tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə ona Sumqayıt şəhəri, “Simurq” şadlıq evinin yaxınlığında fərdi yaşayış evi tikəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs13 15 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmir a” şadlıq evinin yaxınlığında olan ev alqı-satqısı məntəqəsində 25.000 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs13 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Rəşadət Ağayev) 27 noyabr 2024-cü il tarixli 1(105)-782/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 1(124)-236/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2024-cü il tarixli 1(105)-782/2024 nömrəli qərarının dəyişdirilməsini və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, törətdiyi əməldən peşman olması, himayəsində xəstə anası və azyaşlı uşağının olmasını nəzərə alaraq, təyin olunmuş cəza müddətinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasi ya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticə nin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassatorun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-i n 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin o lunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Cinayət işinin materiallarından görünür ki, məhkumun cinayət əməlləri 15 epizod üzrə 15 zərərçəkmiş şəxsə qarşı törətmişdir, yəni o, dələduzluq əməlini dəfələrlə çoxsaylı şəxslərə qarşı törətmişdir. Həmçinin iş materiallarından görünür ki, Məhkum analoji cinayətə görə əvvəllər də məhkum olunmuş və ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhrum edilmişdir. Məhkumluğu ödənilmədən yenidən dələduzluq cinayəti törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğu n olmuşdur. Birinci instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, işin halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Apellyasiya instansiya məhkəməsi məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin yüngülləşdirilməsi və ya ona daha yüngül növündə cəzanın təyin edilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, həmin cəzanı həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab etmək olmaz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlav ə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, birinci instansiyası və apellyasiya instansiya məhkəmələrinin Məhkum barəsində hökm və qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2024-cü il tarixli 1(105)-782/2024 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dar cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 27 noyabr 2024-cü il tarixli 1(105)-782/2024 nömrəli tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar